İxtisas: 5716. 01 – Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya


“Yeni dövr Azərbaycan ədəbiyyatına ədəbi-



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix21.01.2023
ölçüsü0,66 Mb.
#79988
1   ...   4   5   6   7   8   9   10   11   12
avtoreferat aynur az

“Yeni dövr Azərbaycan ədəbiyyatına ədəbi-
tənqidi yanaşmaların tipologiyası” araşdırılır. Bu istidamətdəki 
araşdırmalar iki paraqrafda gerçəkləşdirilir. 
Fəslin “XIX əsr Azərbaycan ədəbiyyatına tənqidi baxışların 
tipologiyası” adlı birinci paraqrafındakı araşdırmaların əsas 
qənaətlərini aşağıdakı kimi xülasə etmək olar: XIX əsr Azərbaycan 
ədəbiyyatına 20-30-cu illər tənqidində yeni dövr ədəbiyyatının tərkib 
hissəsi kimi xüsusi diqqət ayrılır. Bu əsrin ədəbiyyatında tənqidin 
diqqətini iki cəhət xüsusi şəkildə çəkir. Birincisi, Avropa janrlarının 
milli ədəbi sferaya nüfuzu, ikincisi, ədəbiyyatın ictimai məzmununun 
qüvvətlənməsi. 
Ədəbi tənqid ədəbiyyatda tənqid notlarının güclənməsinə və 
tənqidi məzmunlu əsərləri təbliğ və tədqiqə xüsusi diqqət yetirir. Bu 


19 
mənada ədəbi tənqid üçün XIX əsr “Azərbaycanda Mirzə Fətəli 
əsri”dir.
15
Ədəbi tənqiddə Mirzə Fətəli Axundzadə yaradıcılığı sənəti 
qiymətləndirmənin meyarına çevrilir. Axundzadəyə qədərki XIX əsr 
Azərbaycan ədəbiyyatı da, ondan sonrakı mərhələ də Axundzadə 
yaradıcılığı ilə sıx əlaqəli şəkildə öyrənilir 
16

Mirzə Fətəli Axundzadənin yaradıcılığının hərtərəfli öyrənilməsi 
istiqamətində ciddi işlər görülür. Dissertasiyada aparılan araşdırmalar 
sübut edir ki, bu gün Axundzadə irsinin əlimizdə olan nümunələrinin 
böyük əhəmiyyətinin aşkarlanması 20-30-cu illər tənqidinin xidmə-
tidir. Eyni zamanda sübut olunur ki, M.F.Axundzadənin tərcümeyi 
halının bütövlükdə bərpası, Axundzadə - Mirzə Şəfi münasibətlərinə 
bir çox cəhətlərdən əsaslı aydınlıq gətirilməsi, onun ədəbiyyat 
tariximizdəki xidmətlərinin əsas istiqamətlərinin müəyyənləşməsi, 
eləcə də ədəbiyyatşünaslığımızın müasir mərhələsində açıq qalan bir 
məsələyə - Axundzadə - Molyer münasibətlərinə, Axundzadənin 
dünya komediyasındakı yerinə əsaslı elmi aydınlıq 20-30-cu illər 
tənqidində gətirilmişdir. Dissertasiyada belə bir məsələ də qoyulur ki, 
sonradan bu düzgün yanaşmalar inkişaf etdirilmədiyi üçün indi həmin 
mövqeyin ədəbiyyatşünaslğımızda təsbit olunması vacibdir. 
Dissertasiyada 20-30-cu illər tənqidinin “Mirzə Şəfi Vazeh” 
problemi istiqamətində aydın və elmi qənaətlərinin üzərində təfər-
rüatlı dayanılır.. Mirzə Şəfi irsinin F.Bodenştedt tərəfindən mənim-
sənilməsinin səbəbləri, bu mənimsənilmənin mexanizmi, şeirlərin 
Mirzə Şəfiyə aid olmasını sübut edən çoxsaylı fakt və mənbələrlə 
bağlı tənqiddə yer alan araşdırmalar əhatəli təhlil obyekti olur. 
Qasım bəy Zakir və onun müasirləri məsələsində 20-30-cu illər 
tənqidində daha obyektiv mülahizələr söyləndiyi önə çəkilir. Müasir 
“ədəbiyyat tarixi” kitablarında Mirzə Fətəli Axundzadə - Cəfərqulu 
xan Nəva, Qasım bəy Zakir – Həsən bəy Zərdabi münasibətləri, eləcə 
15
Zeynallı, H. Seçilmiş əsərləri. Azərbaycanda Mirzə Fətəli əsri / 
H.Zeynallı. – Bakı: Yazıçı, – 1983. – s.187. 
16
Məmmədova, A. XX əsrin 20-30-cu illər tənqidində “M.F.Axundzadənin 
tərcümeyi-halı və müasirləri” problemi // – Bakı: Azərbaycanşünaslığın Aktual 
Problemləri XI Beynəlxalq Elmi Konfransın Materialları, – Bakı: Bakı Slavyan 
Universiteti, – 2020, – s.196-199.


20 
də Həsən Qara Hadinin ədəbi şəxsiyyəti haqqında çox vaxt birtərəfli 
şərhlər verilir. Tənqiddə bu münasibətlərin mürəkkəb səciyyə daşı-
ması, eləcə də onların şəxsiyyəti və ədəbi fəaliyyəti haqqında irəli 
sürülən daha obyektiv məlumat və analizlərin şərhinə dissertasiyada 
xüsusi diqqət yetirilir. 
Dövrün tənqidində dini məzmunlu ədəbiyyata tənqidi münasi-
bət var. Lakin bu dövrün tənqidi klassik romantik üslubda yazılmış 
əsərləri, o cümlədən dini- mərsiyə ədəbiyyatını əhatəli şəkildə 
araşdıraraq, onun ideya-estetik xüsusiyyətlərini, tarixi köklərini 
açaraq daha elmi şəkildə təqdim etmişdir. 
“XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında izmlərin tipolo-
giyası və ədəbi tənqid” adlı ikinci paraqrafda aparılan tədqiqatlar bizi 
bu qənaətə gətirir ki, XX əsrin əvvəllərinin ədəbiyyatına münasibətdə 
də tənqidin yanaşmaları ideoloji tələblərdən tam kənara çıxa bilmir. 
Bununla belə, bu dövrün ədəbiyyatına yanaşmada 20-ci illərin 
əvvəllərini, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərindən fərq-
ləndirmək ehtiyacı yaranır. Dissertasiyada göstərilir ki, 20-ci illərdə 
“izm“lər özlərinə məxsus estetik prinsiplər əsasında dəyərləndirilir-
disə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində tənqid birmənalı 
şəkildə realist əsərlərə, xüsusən tənqidi ruhda yazılmış əsərlərə 
üstünlük verir. Lakin tənqidin bu dövrün ədəbiyyatına bütün 
ziddiyyətli yanaşmalarına baxmayaraq, onun mülahizələrində sağlam 
mövqe güclü idi. 
Məlumdur ki, XX əsrin əvvəllərində milli ədəbiyyatda müxtəlif 
yaradıcılıq metodları, onlara uyğun “izm”lər aktivləşir. Bu mərhələdə 
maarifçi realizmdən tənqidi realizmə keçid baş verir. 20-30-cu illər 
tənqidi bu realizmlər arasındakı tipoloji fərqləri tam şəkildə təsəvvür 
etməsə də, ancaq bu tənqid XX əsrin əvvəllərinin realizmini XIX əsr 
realizmi ilə müqayisə müstəvisində dəyərləndirir və bu bəzi tipoloji 
fərqləri aşkarlamağa imkan verirdi. Tənqid əksər hallarda Mirzə Fətəli 
Axundzadə yaradıcılığı ilə Cəlil Məmmədquluzadə, Qasım bəy Zakir 
satirası isə Mirzə Ələkbər Sabir satirası arasındakı tipoloji fərqləri 
görür və bu fərqi ən çox ictimai həyat hadisələrinə münasibətin 
tipologiyasında axtarırdı. 
İctimai həyat hadisələrinin bədii inikasındakı fərqləri gördükləri 
üçündür ki, istər XIX əsr, istərsə də XX əsrin əvvəllərinin maarifçi 


21 
realistlərin yaradıcılığı XX əsrin əvvəllərinin tənqidi realistlərinin 
yaradıcılığı ilə müqayisədə daha çox tənqidə məruz qalırdı. Cəlil 
Məmmədquluzadə ilə (və ümumən tənqidi realistlərlə) müqayisədə 
maarifçi realistlərin dünyagörüşü, həyat hadisələrini inikas 
üsullarındakı məhdudluğa 20-30-cu illər tənqidində daha artıq diqqət 
yetirilirdi. Əli Nazim yazırdı: “Mülkədar və tacirlərin ölüm- dirim 
məsələlərini müzakirə və onları realistcəsinə təsvir edən bu dövrün 
ədəbiyyatı aşağı siniflərin, kəndlilərin məsələləri ilə məşğul olmur, 
olursa da (Haqverdiyevin Fərhadı kimi) bir bəyzadə nöqteyi-nəzə-
rindən olurdu. Bu ədəbiyyatın ictimai mühit nəzəri çox dardı və bunun 
nəticəsində də ədəbiyyatın realizmi də çox məhdud bir realizm idi”.
17
 
Dissertasiyada aparılan əhatəli təhlillər göstərir ki, tənqid nəzəri 
cəhətdən bu realistlərin yaradıcılığını fərqləndirməsə də, praktik 
təhlillərdə maarifçilərin mövzuya verdikləri bədii həll tənqidi təmin 
etmir, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir realizmi ilə 
müqayisədə Nəriman Nərimanov, Sultan Məcid Qənizadə realizminin 
məhdudluqları önə çəkilirdi. 
Dissertasiyada 20-30-cu illər tənqidinin romantizmə münasibətinə 
də elmi aydınlıq gətirilir. Romantiklərə münasibətdə tənqidin mövqeyini 
ümumiləşdirmək istəsək, deyə bilərik ki, mərhələnin əvvəlki illərində 
onlara daha obyektiv, elmi və həssas münasibət göstərilirdi. Proletkultçu 
düşüncə ədəbi tənqidə hakim kəsiləndən sonra romantik sənət burjua 
dünyagörüşünün ifadəsi kimi mənalandırılır və belə qənaət hasil olurdu 
ki, “burjua ədəbiyyatı ölümə doğru gedir”.
18
 
Romantizmə yanaşmaların ümumiləşdirilməsi bu qənaətə 
gəlməyə əsas verir ki,30-cu illərin ortalarından başlayaraq romantik 
sənətin imkanları dərk və qəbul edilməyə başladı və bu onların 
romantik irsə münasibətini bu və ya digər dərəcədə dəyişdi. 
Tədqiqatdan alınan əsas 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin