İxtisas: 5716. 01 – Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix21.01.2023
ölçüsü0,66 Mb.
#79988
1   ...   4   5   6   7   8   9   10   11   12
avtoreferat aynur az

“Nəticə”ləri qısaca olaraq aşağıdakı 
kimi ümumiləşdirmək olar: 
1. 20-ci illərin birinci yarısında (bəzən sonlarına qədər) 
ədəbiyyata tənqidin milli ədəbi ənənə parametrləri ilə, 20-ci illərə 
qədərki tənqid təcrübəsinin prizmasından baxışı daha çox səciyyəvilik 
17
Nazim, Ə. Seçilmiş əsərləri / Ə.Nazim. – Bakı. Yazıçı, – 1979, – s.162. 
18
Hüseyn, M. Ədəbi döyuşlər / M.Hüseyn. – Bakı: Azərnəşr, – 1932. – s.7. 


22 
kəsb edirdisə, 20-ci illərin ortalarından (bəzən də sonlarından) 
başlayaraq ədəbi prosesi dəyərləndirmədə sosioloji amil önə keçir. 
2. 30-cu illərin ortalarından başlayaraq ədəbiyyata ümumxalq 
ədəbiyyatı kontekstində baxış üstünlük qazanır, estetiklik də sosioloji 
amil qədər ədəbiyyatı qiymətləndirmənin əsas tələbinə çevrilir. 
3. Tənqid yazılı ədəbiyyatımızın başlanğıcı problemini elmi 
şəkildə qoyub həll etməyə çalışır. Azərbaycan ədəbiyyatının tarixi 
başlanğıcını “ümumtürk ədəbiyyatı” konsepsiyası əsasında 
araşdırmaq məsələsi qoyulur və elmi cəhətdən əsaslandırılır. 
4. 20-30-cu illər tənqidində Azərbaycan türklərinin tarixi 
varlığının qədimliyini göstərən ən mühüm folklor abidəsi kimi 
“Oğuznamə”yə xüsusi diqqət yetirilir.. Ərəb tarixçisi Dəvadirinin 
verdiyi məlumatlara əsasən tənqid belə bir qənaətə gəlir ki, 
“Oğuznamə” oğuz türklərinin qədim kitabıdır. 
5. “Oğuznamə”də “Kitabi-Dədə Qorqud” və “Koroğlu” 
eposlarından parçaların, hekayətlərin yer alması onların qədim 
oğuznamələr kimi yaranmasını sübut edən mühüm faktlar kimi 
ortalığa qoyulur. 
6. Tənqid anadilli ədəbiyyatın yaranmasını Azərbaycan ədəbiy-
yatının keçdiyi tarixi yolun süni surətdə müstəqilləşdirilməsində yox, 
türk xalqları ədəbiyyatının tarixi təkamülünün nəticəsi olan 
differensiallaşmada axtarır. 
7. Tənqid farsdilli Azərbaycan ədəbiyyatından başlayaraq ana-
dilli ədəbiyyatımızın tarixi dövr və mərhələlərinə dair araşdırmalarında 
çoxsaylı ədəbi faktlar təqdim edə və onun elmi izahını verə bilir. 
8. Ədəbi tənqiddə yeni dövr ədəbiyyatının tərkib hissəsi kimi 
XIX əsr Azərbaycan ədəbiyyatına xüsusi diqqət ayrılması bu əsrdə 
Avropa janrlarının milli ədəbi sferaya nüfuzu və bununla bağlı 
ədəbiyyatın ictimai məzmununun qüvvətlənməsi ilə bağlıdır. 
9. 20-30-cu illər tənqidində Mirzə Fətəli Axundzadə 
yaradıcılığı həmin əsrlərin sənətini qiymətləndirmənin meyarına 
çevrilir. Axundzadəyə qədərki XIX əsr Azərbaycan ədəbiyyatı da, 
ondan sonrakı mərhələ də Axundzadə yaradıcılığı ilə sıx əlaqəli 
şəkildə öyrənilir. 


23 
10. 20-30-cu illər tənqidi “Mirzə Şəfi Vazeh” problemi
istiqamətində ciddi elmi qənaətlər ortaya qoyur, Qasım bəy Zakir və 
onun müasirləri məsələsi ilə bağlı obyektiv mülahizələr söyləyir. 
11. Dini məzmunlu ədəbiyyata tənqidi münasibət ifadə olunur.
Lakin bu dövrün tənqidi klassik romantik üslubda yazılmış əsərləri, o 
cümlədən dini- mərsiyə ədəbiyyatını əhatəli şəkildə araşdıraraq, onun 
ideya-estetik xüsusiyyətlərini, tarixi köklərini açaraq daha elmi 
şəkildə təqdim edir. 
12. Realizmin tipologiyası 20-30-cu illərdə elmi-nəzəri həllini
tapmamışdı. Ancaq bu tənqid XX əsrin əvvəllərinin realizmini XIX əsr 
realizmi ilə müqayisə müstəvisində dəyərləndirir və bu bəzi tipoloji 
fərqləri aşkarlamağa imkan verir. Tənqid nəzəri cəhətdən bu 
realistlərin yaradıcılığını fərqləndirməsə də, praktik təhlillərdə 
maarifçilərin mövzuya verdikləri bədii həll onları təmin etmir, Cəlil 
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir realizmi ilə müqayisədə 
Nəriman Nərimanov, Sultan Məcid Qənizadə realizminin 
məhdudluqları önə çəkilirdi. 
13. Dövrün tənqidində romantizm ədəbi cərəyanı və onun
nümayəndələrinə münasibət mürəkkəb və ziddiyyətli xarakter 
daşıyır. Yalnız 30-cu illərin ortalarından başlayaraq romantik sənətin 
imkanları dərk və qəbul edilməyə başlayır. 
14. Tənqidin bu dövrün ədəbiyyatına bütün ziddiyyətli
yanaşmalarına baxmayaraq, onun mülahizələrində sağlam mövqe önə 
çıxır. Məhz həmin sağlam mövqe XX əsrin əvvəllərinin bir müstəqil 
ədəbi dövr kimi ədəbiyyat tariximizdə öz yerini tutmasında müstəsna 
rol oynayır. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin