9
dövrlərini əks etdirməsinə dair fikir vardır. 20-30-cu illər tənqidinin,
xüsusən Əmin Abidin qədim mənbələrə əsasən apardığı tədqiqatları
göstərir ki, “Oğuznamə”lər tarixi heç də orta əsrlərdən başlamır. İlk
“Oğuznamə”lər türkün qədim tarixini əks etdirir. Orta əsrlərin “Oğuz-
namə”ləri isə bu ənənənin orta əsrlərdə də davam etdiyini göstərir.
Ərəb tarixçisi Dəvadiriyə istinadla Əmin Abid ilk “Oğuzna-
mə”nin V-VI əsrlərdə meydana çıxdığını və bu “Oğuznamə”nin
“Kitabi-Dədə Qorqud”dan parçaları da öz içinə aldığını göstərir. Bu
isə
mahiyyətcə, “Kitabi-Dədə Qorqud”un əks etdirdiyi tarixin bizə
məlum olan tarixdən bir neçə yüz il əvvələ aid olması haqqında
düşüncələrə stimul verir.
Dəvadarinin təqdim etdiyi, Əmin
Abidin üzərində tədqiqat
apardığı həmin “Oğuznamə”də “Koroğlu” hekayəsinin də yer
almasına dair materiallar “Koroğlu”nun da ilk “Oğuznamə”lərdən
biri olması haqqında elmi fikir formalaşdırır.
Bu gün Dədə Qorqudşünaslıqda eposda islam ənənələrinə
uyğun olmayan cəhətlərin izahı çoxsaylı
mübahisələr doğurur və
əslində öz elmi həllini tapmamış məsələ kimi açıq qalır.
“Kitabi-Dədə Qorqud”dan parçaların ilk “Oğuznamə”də yer
alması eposda İslam şəriətinə uyuşmayan etiqad və davranışların yer
alma səbəbinə də aydınlıq gətirir və eposun İslamdan qabaqkı tarixi
əks etdirdiyini sübut edir. Əmin Abidin araşdırmaları məsələnin bu
tərəfinə də aydınlıq gətirir.
Nizami yaradıcılığının türk bədii təfəkkürünün məhsulu
olması, onun Məhinbanu, Şirin kimi qəhrəmanlarının türk
[azərbaycanlı] olmasına dair fikirlərin ilk dəfə 20-30-cu
illər
tənqidində meydana çıxmasını aşkarlayan mülahizələr;
Mirzə Fətəli Axundzadənin dünya komediyasında tam orijinal
mövqe tutmasına, onun Molyerin təsiri ilə yox,
ondan tamam fərqli
estetik qanunlarla komediyalar yazmasına dair konseptual mövqenin
ilk dəfə 20-30-cu illər tənqidində meydana çıxması və bu mövqenin
müasir ədəbiyyatşünaslıqda Axundzadəni Molyerin təsiri altında yazan
sənətkar hesab edən mülahizələri təkzib etməsinə dair dissertasiyada
yer alan araşdırmalar və s. tədqiqatın elmi yenilikləri sırasındadır.
Dostları ilə paylaş: