10
vardır. Ədəbi tənqidimizin sovet dövrünün tarixi sistemli şəkildə
öyrənilməmişdir. Bu tədqiqat bu dövr
tənqidimizin konkret bir
zaman kəsiyinin öyrənilməsi və ona elmi-nəzəri və metodoloji
yanaşmanın nümunəsi kimi əhəmiyyət
kəsb edir və tənqid
tariximizin yazılması istiqamətində müəyyən boşluqları doldurur.
Tədqiqat işinin nəticələri ali məktəblərdə “Ədəbi tənqid tarixi”
fənninin öyrədilməsi təcrübəsində mühüm rol oynaya bilər. Eyni
zamanda, tənqidimizin tarixinin müxtəlif mərhələlərində elmi-nəzəri
və metodoloji cəhətdən aktual olan problemlərin öyrənilməsində
praktik və nəzəri əhəmiyyət əhəmiyyət kəsb edir.
Tədqiqatın aprobasiyası və tətbiqi. Tədqiqatın
əsas nəticələri
respublika və beynəlxalq səviyyəli elmi konfrans materiallarında,
Azərbaycan və xarici ölkələrin tematik məcmuə və jurnallarında çap
olunan məruzə və məqalələrdə əks olunmuşdur.
Tədqiqatın nəticələrindən ali təhsil müəssisələrində əlavə vəsait
kimi də istifadə oluna bilər.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.
Dissertasiya Azərbaycan Dillər Universitetinin Filologiya
fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın mövzusu Azərbaycan
Dillər Universitetinin
Elmi Şurasının 26 aprel 2017-ci il (protokol №8) və Azərbaycan
Respublikası Elmi Tədqiqatların Təşkili
və Əlaqələndirilməsi
Şurasının Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının 30 mart 2017-ci
il tarixli (protokol №3) protokollarının qərarları ilə təsdiq olunmuşdur.
Dissertasiyanın strukturu. Dissertasiya işi giriş, 4 fəsil, nəticə
və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsi 11
səhifə (21 356 işarə), I fəsil 24 səhifə (47 697 işarə), II fəsil 29 səhifə
(59 748 işarə), III fəsil 27 səhifə (54 393), IV fəsil 44 səhifə (87 847
işarə), nəticə hissəsi 3 səhifə (5 230 işarə) olmaqla dissertasiyanın
işarə ilə ümumi həcmi 276,070 işarədir.