Tədqiqatın metodları. Dissertasiyada ədəbi tənqid tariximizin
konkret bir mərhələsində klassik irsə baxışlar müqayisəli və tarixi-
tipoloji öyrənmə üsulları ilə təhlilə cəlb edilmişdir.
Tədqiqat işində Azərbaycan tənqidşünaslığının tarixi-nəzəri
təcrübələri, tənqid materiallarına metodoloji baxışlar sistemi və ona
tənqidi yanaşma, azərbaycançılıq məfkurəsindən və müasir ədəbiy-
yatşünaslıq düşüncəsindən irəli gələn tələblər əsas götürülmüşdür.
Müdafiəyə çıxarılan əsas müddəalar: -20-30-cu illər tənqidinin klassik irsə və müasir ədəbi prosesə yanaşmalarında estetik baxış da, ədəbiyyatı ədəbiyyat qanunları ilə şərh etmək tendensiyası da əsas olmuşdur; -20-30-cu illər tənqidini ədəbiyyata baxış sisteminin səciyyəsi etibarı ilə fərqli yarımmərhələlərə ayırmaq bu tənqidin obyektiv səciyyəsini aşkarlamağın əsas şərtidir;
8
-Tənqidin klassik irsə bağlı araşdırmaları indiki ədəbiyyat tarixlərimizin fundamental bazası rolunda çıxış edir; -“Ulu xan Bitikçi” və ilk “Oğuznamə” qədim türk kitablarıdır. Birinci əsgi Şərq (Cığatay), ikinci isə Qərb (Oğuz) türkçəsinin məhsuludur; -İlk “Oğuznamə”də “Kitabi-Dədə Qorqud”dan parçaların və “Koroğlu” hekayəsinin yer alması “Koroğlu”nun da ilk “Oğuznamə”lərdən biri olması haqqında elmi fikir formalaşdırır; -Həm “Kitabi-Dədə Qorqud”da, həm də “Koroğlu” dasta- nında “islamlaşmanın təsirinin az olması” faktı, həm də hər ikisini birləşdirən mifik elementlər onların ilk “Oğuznamə”lər kimi yaranması qənaətini bir qədər də möhkəmləndirir; -Türk xalqları ədəbiyyatının tarixi təkamülünün nəticəsi olan differensiallaşma anadilli ədəbiyyatın yaranmasını şərtləndirir; -Axundzadə Molyerin təsiri ilə yazan sənətkar yox, dünya komediyası tarixində tam orijinal mövqe tutan , fərqli estetik qanunlarla əsərlər yazan sənətkardır; -Mirzə Fətəli Axundzadə və müasirləri, Qasım bəy Zakir və müasirlərinin münasibətləri ilə bağlı müasir ədəbiyyat tarixlərində yer alan fikirlər birtərəfli xarakter daşıyır. Bu münasibətlər kifayət qədər mürəkkəb və ziddiyyətli olmuşdur; -20-30-cu illər tənqidində dini-mərsiyə ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlarda müstəqillik dövrünün ədəbiyyatşünaslığı üçün metodoloji örnək olacaq ciddi məqamlar vardır.