KAŞ valideynləRİm biLƏYDİ! (Valideynlər üçün)



Yüklə 2,16 Mb.
səhifə37/39
tarix22.04.2017
ölçüsü2,16 Mb.
#15238
1   ...   31   32   33   34   35   36   37   38   39

Bə`zi valideynlər övladlarına deyirlər ki, əsas məsələ uşağın oğlan və ya qız olması yox, onun sevilməsidir. Amma uşaq bu fikiri çətin qəbul edir. Uşaq düşünür ki, o hələ görmədiyi bir kəsi necə sevə bilər?! Əgər siz onu sevməyə məcbur etsəniz, o yeni körpəni sevə bilmədiyi üçün əzab çəkəcək. Eləcə də, yeni doğulmuş körpəni ailənin xoşbəxtliyi yolunda maneə kimi qəbul edəcək. 69

Sual: Doğuş zamanı uşaq ölərsə, bunu övladıma necə izah edə bilərəm? 70

Cavab: Doğuş zamanı ölümə münasibətdə uşaqların hissləri böyüklərin hisslərindən fərqlənir. Onların hissləri zəif yox, sadəcə fərqlidir. Bu ölüm haqqında övladınıza danışarkən onun anlayacağı bir şəkildə danışın. Ona deyin ki. körpə lazımı kimi inkişaf etmədiyindən dünyaya gəlməyəcək. Uşağın doğuş haqqında təsəvvürü olarsa sizi daha yaxşı dərk edər. Ona toyuq altındakı yumurtaları misal çəkə bilərsiniz. Hər yumurtadan cücə çıxmadığı ilə tanış olan uşaq qismən də olsa rahatlıq tapır. 70

Əgər körpə doğulduqdan sonra ölərsə, yenə də övladınıza həqiqəti deyin. Deyəcəyiniz sözlər onun yaşından asılıdır. Ona bildirin ki, doğulmuş körpənin yaşaması üçün maneələr oldu. Qəm-qüssənizi gizlətməyə çalışmayın. Amma övladınıza bildirin ki, bu ölümün qarşısını almaq üçün əlinizdən heç bir iş gəlməyib. Bə`zən evdəki uşaq yeni körpənin doğulmasını istəmədiyindən, onun ölüm xəbərini eşitdikdə özünü günahkar hiss edir. Ona elə gəlir ki, bu ölümün əsil səbəbkarı odur. Bu yanlış təsəvvürün qarşısını almaq üçün ona başa salın ki, heç bir insan başqa birinin ölümünü tezləşdirə bilməz. Övladınız soruşa bilər ki, ölən uşaq haradadır? Onun bu və digər suallarına tam cavab verməyə çalışın. 70

Sual: Doğuş üçün xəstəxanaya gedərkən övladım hansı hissləri keçirir? 70

Cavab: Bu zaman uşaq özünü unudulmuş hiss edir. O, bu hadisənin doğurduğu suallara cavab axtarır: Nə üçün anam başqa uşaq istəyir? Məgər mənim eybim var? Görəsən anam qayıtdıqdan sonra məni yenə də sevəcəkmi? İndi anam nə edir? Yoxsa təzə körpəsinə görə məni unudub? 70

Uşaq tənhalıq hiss edir, narahatlıq keçirir. Bir çox psixoloqlar belə hesab edirlər ki, bir çox uşaqlardakı psixi gərginliyin səbəbi yeni doğulmuş uşaqdır. 71

Yeni doğulmuş körpə evə gətirildiyi zaman bütün söhbətlərin ona həsr olunması vəziyyəti gərginləşdirir. Evdəki körpə diqqətdən kənarda qaldığını hiss edib, ailənin sevincinə qatılmır. Uşaqdakı zərərli düşüncələrin qarşısını almaq üçün ilkin hamiləlik dövründən başlayaraq, onu sevincinizə və qəminizə şərik edin. 71

Həyat yoldaşım ikinci uşağa hamilə olduğu vaxt birinci övladımla müəyyən söhbətlər aparmağa başladım. Ona bildirdim ki, bu körpə doğulduqdan sonra evdəki sakitliyə son qoyulacaq, gecələr evi səs-küy bürüyəcək, bütün vaxtımız ona sərf olunacaq. Mən danışdıqca övladımın heyrəti artırdı. Amma uşaq doğulduqdan iki həftə sonra o mənə yaxınlaşıb dedi: “Atacan, vəziyyət sən dediyin qədər də ağır deyil.” 71

Sual: Yeni doğulmuş körpə evə qədəm qoyduqdan sonra övladım hansı hissləri keçirəcək? 71

Cavab: Körpənin evə qədəm qoyduğu an övladınızın ömründə ən böhranlı andır. Bə`zən bu gəliş faciəyə çevrilir. Böyük övladınız hələ tanımadığı təzə körpə ilə rəqabətə başlayır. Təzə körpəyə hədsiz məhəbbət göstərilir, hamı onu tə`rifləyir, hədiyyələr bir-birini əvəz edir. Ən dəhşətlisi budur ki, hamı böyük uşaqdan körpəni sevib-sevmədiyini soruşur. Heç kəs onun daxili hisslərini nəzərə almır. 71

Mən hər şeyi qara rəngdə təsvir etmək fikrində deyiləm. Çünki bə`zi uşaqlar yeni körpəni sevinclə qarşılayır. Xüsusi ilə, özünü ana kimi təsəvvür edə bilən qızcığazlar bu gəlişə sevinirlər. 71

Sual: Övladımın narahatçılığını hansı yolla aradan qaldıra bilərəm? 71

Cavab: Evdəki övladınızla yeni doğulmuş körpə arasında yaxşı münasibətlər qurmaq üçün ən yaxşı yol hamiləliyin ilkin dövründən hazırlığa başlamaqdır. Əgər övladlarınız arasında tanışlıq mərasimi keçirsəniz, bu çox faydalı olar. Övladınızı yeni körpədən ayırmağa cəhd göstərməyin. Bu, onun nifrətini daha da artırar. Elə ilk gündən onun kənara çəkilməsinə yol verməyin və çalışın ki, körpəni saxlamaqda sizə kömək etsin. 71

Bə`zi xəstəxanalarda uşaqlara psixoloji yardım üçün proqramlar var. Bu proqramlara əsasən doğuşdan sonra ana ilə ilkin görüşənlərdən biri də evdəki övlad olur. Çalışın ki, doğuşdan sonra övladınız yeni körpə ilə görüşsün. Amma ananın vəziyyəti qənaətbəxş olmadıqda belə bir görüşə icazə verilmir. Bu görüşdə ən xeyirli cəhət odur ki, uşaq anasını sağ və salamat görür. Uşaq elə təsəvvür edir ki, həkim anasının qarnını yarıb, körpəni çıxarmalıdır. Bu fikir onu narahat edir. Doğuşdan sonra anasını salamat görən uşaq sevinir. Uşaq xəstəxanaya getməklə yeni körpənin şadlığına qatılır. Ananın və yeni körpənin həyəcanlı anlarına şərik olmaq övlad üçün mühüm bir təcrübədir. Övladınızı ilkin görüşdən məhrum etməklə onun mənfi emosiyalarını daha da gücləndirmiş olursunuz. İlkin görüş ana üçün də faydalıdır. Evdəki övladını görə bilmədiyi üçün nigarançılıq keçirən analarla çox rastlaşmışam. Adətən, uşağın xəstəxanaya gəlişinə e`tiraz edənlər onun mikrob gətirəcəyindən qorxurlar. Hansı ki, böyüklər də uşaqlarla eyni səviyyədə mikrob daşıyıcısıdırlar. Söz yox ki, uşaqdakı mikroblar körpə üçün daha qorxuludur. Amma bu problemi aradan qaldırmaq çətin deyil. Bundan ötrü uşağı müayinə etmək olar. Bir sözlə, mən uşağın anadan uzaq saxlanılmasına heç bir səbəb görmürəm. 72

Sual: Bacı və qardaş arasındakı paxıllıq təbiidirmi? 72

Cavab: Bilməliyik ki, paxıllıq ümumi bir hissdir. Amma mən bu məsələyə başqa prizmadan baxmaq istəyirəm. Yaşıd uşaqlar böyüklərə möhtac olduqları üçün öz aralarında rəqabət aparırlar. Paxıllıq yalnız evdəki uşaqlara aid deyil. Sinif yoldaşları, düşərgə yoldaşları arasında da paxıllıq olur. Uşaqlar arasındakı ümumi paxıllıq hissi ilə bacı və qardaş arasındakı paxıllıq hissi arasında elə bir fərq görmürəm. Uşaqlar, sadəcə, başqalarının diqqətini daha çox cəlb etmək üçün öz aralarında rəqabət aparırlar. Fikrimin təsdiqi üçün nəzərinizə çatdırıram ki, bə`zi bacı-qardaşlar arasında paxıllıq hissi olmur. Həmkarlarımdan bə`ziləri elə güman edirlər ki, bu uşaqlar öz paxıllıq hisslərini boğurlar. Amma mən belə düşünmurəm. 72

Bacı qardaşlar arasındakı paxıllığın səbəbləri var. Yeni körpənin doğulması ilə böyük övlada diqqət azalırsa, onda paxıllıq hissinin alovlanacağı təbiidir. Amma körpə doğulduqdan sonra böyük övlad özünə qarşı diqqətsizlik hiss etməzsə, paxıllığa əsas olmayacaq. Unutmayın ki, körpənin məhəbbət ölçüsü sizin məhəbbət ölçünüzdən fərqlidir. 73

Bir daha xatırlatmalıyam ki, bacı və qardaş arasındakı paxıllıq hissi sizin hazırlıq tədbirlərinizdən asılıdır. Paxıllığın dərəcəsində uşaqlar arasındakı yaş fərqi də rol oynayır. Məsələn, beş yaşlı uşaq qismən müstəqil olduğu üçün doğulmuş körpəni özünə maneə hesab etmir. Hətta bə’zən üç yaşı olan uşaq da valideynin yeni körpəyə diqqətindən bir o qədər narahat olmur. 73

Sual: Uşaqlar arasında paxıllıq hissini azaltmaq üçün yol varmı? 73

Cavab: Lap əvvəlcədən hər bir uşaqla ayrıca bir insan kimi rəftar etmək lazımdır. Əgər valideyn doğulacaq uşaq haqqında övladını mə`lumatlandırmaq üçün deyərsə ki, “körpə doğulandan sonra da səni sevəcəyik,” bu sözlərlə paxıllıq üçün zəmin yaradır. Sizin fikrinizi düzgün anlamayan uşaq nə dərəcədə düzgün danışdığınıza əmin olmaq üçün sizi sınamağa məcbur olur. O daim bu məsələ barədə düşünür ki, siz doğrudanmı hər iki uşağı eyni dərəcədə sevirsiniz? Onu bu nigarançılıqdan qurtarmaq üçün başa salın ki, iki şəxsi eyni dərəcədə sevmək mümkünsüzdür. Uşağa izahat verilməlidir ki, yeni doğulmuş körpə ilə böyük uşaq kimi rəftar etmək olmaz. 73

Bə`zi valideynlər öz tədbirləri ilə paxıllıq hissini azaltmaq istədikləri halda, onu daha da gücləndirirlər. Həmkarlarımdan biri bir şəxsə məsləhət görmüşdü ki, qızlarına həmişə eyni cür hədiyyə alsın. Həmin şəxs də bu məsələyə ciddi riayət etmişdi. Amma onun bu hərəkəti qızların bir-birinə olan həssaslığını, rəqabət hissini daha da gücləndirmişdi. Onlar valideynin münasibətində daim fərq axtarmağa başlamışdılar. 73

Amma mən övladlarımın hər biri ilə özünəməxsus rəftar edir və onlara fərqli hədiyyələr verirəm. Əgər onlardan birinin o birinə verilmiş hədiyyədən xoşu gəlirsə, başa salıram ki, həyat həmişə xoşagələn deyil və xoşagəlməz şeyləri də qəbul etməyə məcburuq. İnsanların, talelərin, münasibətlərin fərqli olduğunu dərk edən uşaq daha az paxıllıq edir. 73

Sual: Bəs əkizlərlə necə rəftar edilməlidir? 74

Cavab: Adətən əkizlər digər uşaqlardan fərqlənmirlər. Bə`zən onlarla yola getmək daha asan olur. Çünki əkizlər arasında ədaləti bərpa etmək bir o qədər də çətin deyil. 74

Onların hər biri ilə özünəməxsus rəftar etmək lazımdır. Başqaları onları bir-biri ilə səhv salsalar da, şübhəsiz ki, siz bu uşaqların fərqli xüsusiyyətlərini görürsüznüz. Ona görə də onların paxıllıq hissini qızışdırmamaq üçün hər birinə özünəməxsus münasibət göstərin. 74

Başqa uşaqlara nisbətən əkizlər aralarındakı fərqə daha çox diqqət göstərirlər. Məsələn, aralarındakı yaş fərqi bir neçə dəqiqə olduğu halda, onlar kimin yaşca böyük olduğuna ciddi yanaşırlar. 74

Unutmayın ki, fərqli rəftar uşaqlara anladır ki, bu fərq hər bir uşağın necəliyindən asılıdır. 74

Sual: Tək övladı olanların xüsusi problemləri varmı? 74

Cavab: Ailənin yeganə övladı olan uşaq öz yaşıdları ilə asanlıqla əlaqə qura bilmir. Onlar daim valideynin diqqət mərkəzində olduqlarından hər vaxt və hər yerdə diqqət gözləyirlər. Əlbəttə ki, istisnalar da var. Övladınıza başqa uşaqlarla oynamağa icazə verin. Xüsusi ilə, onun kollektiv oyunlara qatılmasına şərait yaradın. Maraqlıdır ki, tək uşaqlar daim bacı-qardaş arzusunda olurlar. Bu müşahidələrdən aydın olur ki, uşaqdakı paxıllıq fitri yox, sonradan qazanılmadır. 74

Sual: Böyük övladın kiçik övladlardan fərqi nədir? 74

Cavab: Böyük övlad, sözsüz ki, o biri övladlardan fərqlənir. Axı o ömrünün ən azı bir hissəsini evin yeganə övladı olub. Adətən, birinci övlada daha çox diqqət göstərilir. Uşağın tərbiyəsində valideynin yaşı da mühüm rol oynayır. Valideynin təcrübəsiz dövrünə düşmüş birinci övlad daha çox nigarançılıqlarla qarşılaşmışdır. 74

Çoxsaylı müşahidələrdən mə`lum olur ki, birinci uşaq öz problemlərini daha asanlıqla həll edir. Əlbəttə ki, bu baxışda da istisnalar var. 75

Sual: Ortancıl övladın özünəməxsus problemləri varmı? 75

Cavab: Bə`zi həkimlər ortancıl övladı fiziki cəhətdən problemli hesab etsələr də, mən bu baxışla razı deyiləm. Məncə, müxtəlif ailələrə məxsus ortancıl övladlar arasında elə bir oxşar cəhət yoxdur. Amma hər bir ortancıl övlad nə vaxtsa evin yeganəsi olmuş böyük övladla hamının diqqət mərkəzində olan sonbeşik arasında qalmışdır. O, valideyn məhəbbətini bu körpə ilə bölməyə məcburdur. Amma böyük övlada valideynin münasibəti ortancıl övlada yol seçmək üçün köməkdir. 75

Əksər ortancıl övladlar ailədə öz yerini tapmaqda çətinlik çəkir. Müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, ortancıl övladlarda özününümayiş hissi güclü olur. Onlar təlxəklik yolu ilə də olsa diqqəti cəlb etməyə çalışırlar. Bu uşaqlar öz zarafatçılıqları ilə ətrafdakıları maraqlandıra bilirlər. 75

Sual: Uzun müddət fasilədən sonra doğulan növbəti uşaqlar o birilərindən fərqlənirlərmi? 75

Cavab: Belə uşaqlar sanki gözlənilmədən doğulduqları üçün çox isti münasibətlə qarşılanırlar. O biri övladlar bu körpəyə qarşı çox mehriban olur. Hamı onunla oynamaq istəyir, onu sevindirməyə çalışır. Adətən, bu körpəni evdəki böyük övladlar saxlayır. 75

Əksər valideynlər belə uşaqları daha çox sevir, sanki onların həmişə uşaq qalmasını istəyirlər. Hər bir övladı sevmək zəruri olsa da, bu işdə ifrata varmaq problemlər yaradır. 75

Bilməlisiniz ki, yetkin övladlara ananın hamiləliyi mənfi tə`sir göstərir. Hətta onlar bu məsələyə ciddi yanaşmadıqları halda da tay-tuşları hamilə anaya işarə ilə onları məsxərəyə qoyurlar. 75

Sual: Övladlığa götürdüyüm uşaqla doğma övladım arasında fərq qoymalıyammı? 75

Cavab: Övladlığa götürdüyünüz uşağa eynən doğma övladınız kimi yanaşmalısınız. Ona uyğunlaşmaq çətinlik törətsə də, bilməlisiniz ki, götürülmüş uşaqla doğma uşaq arasında elə bir fərq yoxdur. Bu iki uşaq güzgü qabağında dayanıb, kimin ata-anaya daha çox oxşadığını bilmək istəyirsə narahat olmayın. Bə`zən doğma övlad da götürülmə olduğunu zənn edir. Bir çox uşaqlar belə düşüncələrdən iztirab çəkir. Demək, bu iki körpəni bir-birindən fərqləndirəcək ciddi bir amil yoxdur. 76

Sual: Övladlığa uşaq götürdükdən sonra da uşağım olarsa, çətinlik yaranmazmı? 76

Cavab: Bə`zilərinin fikrincə, övladlığa götürülmüş uşağa deyilməlidir ki, əsil valideynləri onu saxlamağa qadir olmayıblar. Guya həmin uşaq bilməlidir ki, hazırda ata-ana dediyi insanlar övlad həsrəti çəkdiklərindən onu övladlığa götürmüşlər. Mən bu fikirlə razılaşmıram. Çünki öz uşağınız olduqdan sonra götürülmüş uşaq qorxuya düşər ki, daha onu sevməyəcəksiniz. 76

Zənnimcə uşaq həqiqi övlad olmadığını bilməsə daha yaxşıdır. Gələcəkdə xoşagəlməz halların qarşısını almaq üçün uşaqda belə bir fikir formalaşdırın ki, sizin üçün bütün uşaqlar eynidir və siz onları böyük məhəbbətlə sevirsiniz. 76

Sual: Öz övladlarım olduğu halda övladlığa uşaq götürə bilərəmmi? 76

Cavab: Övladlığa qəbul olunmuş uşaq o biri uşaqların doğma olduğunu bilərsə, narahat olar. Bu narahatlığı aradan qaldırmaq üçün ona xüsusi məhəbbət göstərməlisiniz. Əgər siz həm öz övladlarınız, həm də götürülmüş övladla onların ləyaqətinə uyğun rəftar etsəniz, götürülmüş körpə başa düşər ki, sizin üçün onların ögey-doğmalığı yox, ləyaqəti əsasdır. Əgər öz məhəbbətinizi bərabər paylaya bilsəniz, qismən də olsa, paxıllıq hissinin qarşısını alarsınız. 76

Götürülmüş uşaq üçün ən ağrılı nöqtə həqiqi övladlar tərəfindən ögeylikdə qınanmasıdır. Əgər doğma övladınızın “biz səni məcbur olub götürmüşük” sözlərinə şahid olsanız, dərhal hər iki uşağa bildirin ki, siz onu sevdiyiniz üçün qəbul etmisiniz. 76

Sual: Uşağımın bacı və ya qardaşa ehtiyacı varmı? 77

Cavab: Bu suala konkret cavab vermək çətindir. Amma mən bunu faydalı hesab edirəm. Sözsüz ki, bacı və ya qardaş yeni problemlər deməkdir. Əgər bu problemlər düzgün həllini taparsa, bacı və ya qardaş da övladınız üçün faydalı olar. Bacı və ya qardaşı olan uşaq başqaları ilə daha asan əlaqə qurur. O, bölgü aparmağı, paxıllığın qarşısını almağı, şəxsiyyətini formalaşdırmağı öyrənir. Ən əsası isə övladlar bir-birinə yardımçı olur, xaricdən tə’sirlər zamanı bir-birlərinə arxa dururlar. 77

Bacı-qardaşı olan uşaq sizin ayrı-ayrı uşaqlara fərqli münasibətinizi müşahidə edərək özünü düzəltməyə çalışır. 77

Bacı-qardaşı olan uşaqlar ailənin bir yerə toplanmasından daha çox ləzzət alırlar. İstənilən birimiz uşaqlıq dövründəki ad günlərini, bayram tədbirlərini xatırlayarkən sevinc hissi keçiririk. Ailə quran gənclər öz övladları üçün həmin tədbirləri keçirməklə öz uşaqlıqlarını xatırlayırlar. Ailədə uşaqların sayı nə qədər çox olarsa ailəvi tədbirlər bir o qədər təlatümlü keçər. Əgər ailədə həm bacılar, həm də qardaşlar varsa bu uşaqlar ailə qurduqdan sonra onların övladlarının bibisi, xalası, əmisi, dayısı olur. Ailələrarası münasibətlərdən asılı olmayaraq, bu uşaqlar arasında nəsil bağlılıqları yaşayır. 77

Onuncu fəsil 78

Övladınızın təhsili 78

Sual: Övladımı nə vaxtdan başlayaraq öyrədə bilərəm? 78

Cavab: Təcrübələr göstərir ki, yeni doğulmuş körpə öyrənməyə qadirdir. Əlbəttə ki, söhbət səthi bir işlərdən gedir. Körpə ətraf mühitə həssas olduğundan ötən hadisələri yadda saxlayır. Uşağın bu yaşda əldə etdiyi biliklər onun gələcəkdəki rəftarlarına çox tə`sir edir. Zənnimcə, körpəni doğulduğu gündən öyrətməyə başlamaq lazımdır. Əvvəlcə uşaq üçün onun hisslərini hərəkətə gətirəcək bir mühit yaratmaq lazımdır. Əgər belə bir mühit yaradılsa, onun yaddaşı daha da tutumlu olar. İlkin tə`limlərdə müxtəlif oyuncaqların rolu böyükdür. Bu oyuncaqlar ilk əvvəllər hissləri hərəkətə gətirən əsas vasitədir. Uşaq böyüdükcə daha çox əşya ilə oynamaq və ətrafını tanımaq istəyir. O, əşyaları götürməyi, onlara toxunmağı, onları yerbəyer etməyi öyrənir. Bütün bunlar uşaq üçün dəyərli təcrübələrdir. İkinci il boyu hərəkətli oyuncaqlar uşağın diqqətini daha çox cəlb edir. O, öz ətrafındakıları hərəkətə gətirməyi öyrənir. Uşağın oyuncağa olan ehtiyacını ödəmək çətindir. Cazibədar oyuncaqlar olduqca bahadır. Amma uşaq evdəki müxtəlif əşyalara, o cümlədən, mətbəx ləvazimatlarına böyük maraq göstərir. İstənilən bir yeni predmet uşağın diqqətini cəlb edir. Amma oyucağı uşağın hansısa rəftarına görə mükafat kimi vermək olmaz. Uşaq verilən oyuncağı məhəbbət ölçüsü kimi qəbul etməməlidir. 78

Bəli, dil açmamış uşaq üçün ən gözəl tə`lim oyundır. Dil açmış uşaq isə sual ardınca sual verir. Suallarına qənaətbəxş cavab alan uşaq suallarının sayını daha da artırır. Bir suala bir neçə dəfə cavab verən valideynə elə görünə bilər ki, uşaq sadəcə sual verməyə vərdişkar olmuşdur. Körpə valideyni danışdıra bilməsindən ləzzət alır. Düşünməyin ki, üç yaşlı körpə öz sualları ilə sizə əzab vermək istəyir. 78

Bə`zi valideynlər uşağı öyrənməyə məcbur edirlər. Onlar divardan əlifba yazılmış plakat asır, uşağın hərfləri əzbərləməsinə çalışırlar. Zənnimcə bu düzgün yol deyil və sizinlə övladınız arasındakı məhəbbət üçün təhlükəlidir. Uşağa bir şey öyrətmək istəyən valideyn aradakı məhəbbəti qorumalıdır. 78

Sual: Uşaq hansı yaşında təhsil mərkəzlərinə gedə bilər? 79

Cavab: Əksər uşaqlar üç yaşından başlayaraq belə bir hazırlığa malik olur. Çünki bu yaşda uşaqlar adətən süddən ayrılır, tualetə müstəqil gedə bilir, anasından bir neçə saatlıq kənarda qalmağı bacarır. Üç yaşdan aşağı uşaqların elmi mühitlərdə iştirakı məqsədəuyğun deyil. Bu yaşda olan uşaqlar kollektiv oyunlarda da özünü rahat hiss etmir. Onlar bir-birini yorur, oyun yoldaşı olmağı bacarmırlar. Kollektiv oyuna vaxtından əvvəl cəlb edilən uşaqlar gələcəkdə belə bir oyundan ləzzət almaq imkanını itirirlər. Ümumiyyətlə, uşaq üç yaşınadək özünü ana yanında daha rahat hiss edir. Uşaq elmi mühitə zor gücünə qatılmamalıdır. Bu məcburiyyət onun şəxsiyyətini sındırır. Əgər körpənin daxili ehtiyacları tam ödənsə, o heç bir məcburiyyət olmadan elmi mühitə can atacaqdır. 79

Sual: Kollektiv oyunlar uşağı məktəbə hazırlayırmı? 79

Cavab: Fərz edək ki, kollektiv oyun dedikdə hansısa qayda-qanunları olan, nəzarət altında keçirilən oyunlar nəzərdə tutulur. Bu oyunlarda uşaqların hər hansı bir bilik qazanması nəzərdə tutulmur. Bu oyunlar uşağa anadan kənarlaşmağı öyrədir. Uşaq kollektiv oyunlar vasitəsi ilə yeni uşaqlar və yeni oyun predmetləri ilə tanış olur. Zənnimcə uşaqların kollektiv oyuna cəlb olunmasında əsas məqsəd ananın bir müddət istirahət etməsidir. Uşaqların kollektiv oyununu tədrisi məqsədə çevirmək düzgün deyil. Bu oyunlar uşağın psixoloji inkişafında o qədər də əhəmiyyətli rol oynamır və onları mühüm hesab etmək yersizdir. 79

Valideynlərin əksəriyyəti övladı ilə oynamaqdan ləzzət almır, körpənin inkişafı üçün zəruri olan proseslərdə iştirak etmir. Belə valideynlər, adətən, göstərdiyi biganəliyə görə özünü qınayır. Bə`zi analar körpənin yanında qalsalar da , ona oyun yoldaşı ola bilmirlər. Bə`zi analar isə daim uşaqla olmağa çalışmırlar. Əgər bu münasibət biganəlikdən deyilsə, təqdirə layiqdir. Amma körpənin biganə ana ilə qalmasındansa, elmi mühitlərdə olması daha yaxşıdır. Əgər uşaq sizin yanınızda daha azaddırsa sizinlə qalmalı, kollektiv oyunda özünü rahat hiss edirsə, oyuna qatılmalıdır. 79

Sual: Uşağa məktəbə getmək haqqında nə deyilməlidir? 80

Cavab: Bir çox uşaqlar məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Bu həvəs üç yaşında baxçaya, beş yaşında məktəbin hazırlıq kursuna gedən uşaqlarda güclüdür. Övladınız məktəbli uşaqlarla tanış olduğu üçün onlar kimi olmaq istəyir. Siz öz övladınızı məktəbə daha da həvəsləndirməlisiniz. Ona bildirin ki, məktəbə nə vaxt gedəcək, orada hansı işlərlə qarşılaşacaq. Heç vaxt məktəbi tə`rifləməyin. Deməyin ki, məktəbdə ona daha rahat olacaq. Uşaq elə düşünə bilər ki, məktəbdə onu maraqlı oyunlar gözləyir. Məktəb haqqında yanlış təsəvvürə malik olan uşaqlar elə birinci dərs günü böyük narahatlıq keçirirlər. Hətta ağlayıb anasını istəyənlər də olur. Əvvəlcədən yaradılmış təsəvvürlə həqiqət arasında böyük fərq görən uşaq aldadıldığına əmin olur. 80

Uşağa əvvəlcədən bildirmək lazımdır ki, o, bir neçə saat müəllim və sinif yoldaşları ilə qalmalıdır. 80

Bunu da nəzərinə çatdırın ki, ilk günlər məktəb həyatı xoş görünməyə də bilər. Bunu da qeyd etməlisiniz ki, bir müddət sonra məktəb həyatı adiləşəsidir. Çalışın ki, övladınızı məktəbdə baş verəcək hadisələrdən xəbərdar edəsiniz. Bə`zi uşaqların ağlayıb anasını istəməsi onu çaşdırmamalıdır. Məktəbi gözəl bir əyləncə parkı kimi düşünən uşaq sinif otağına, müəllim və şagirdlərə uyğunlaşmaya da bilər. Sinif müəllimi dərsə bir neçə gün qalmış hər bir uşaqla evdə görüşə bilərsə, bu çox faydalı olar. 80

Sual: Övladım birinci dərs gününü necə qarşılayır? 80

Cavab: Uşaqlar məktəbə böyük həvəslə getsələr də, ilk dərs günləri onlar üçün bir o qədər də xoş keçmir. Uşağı məktəbə ciddi-cəhdlə hazırlasanız da, yenə də ilk dərs günü onun həyatına tarixi bir hadisə kimi düşəcək. Anadan ayrılıb yeni bir mühitdə yeni insanlarla yoldaş olmaq, doğrudan da əlamətdardır. Ona görə də əksər məktəblərdə ilk dərs günü valideynin uşaqla qalması tövsiyə olunur. Əslində uşaq məktəbə uyğunlaşana qədər valideynin ondan ayrılmaması məqsədə uyğundur. 80

Əgər uşaq əvvəlcədən elmi mühitlərdə iştirak etmişdirsə, o, məktəbə daha tez və daha asan uyğunlaşacaqdır. Bə`zi uşaqların elə ilk dərs günlərindən müvəffəqiyyət qazanması məhz ilkin hazırlıqla bağlıdır. 81

Sual: Nə üçün bə’zi uşaqlar məktəbə getmək istəmir? 81

Cavab: Zənnimcə belə uşaqlar anasından kənar düşmək istəməyən uşaqlardır. Hər halda uyğun narahatçılıq səbəbsiz olmur. Uşaq elə zənn edə bilər ki, onu məktəbə göndərməklə, sadəcə yaxa qurtarmaq istəyirlər. Xüsusi ilə, evdə körpə uşaq qalarsa, məktəbə gedən uşaq ana məhəbbətindən məhrum edildiyini düşünə bilər. Uşaqların hisslərinə biganə olan qaraqabaq müəllim uşaqda məktəbə mənfi münasibət yaradan əsas amillərdəndir. İlk dərs günləri uşağı hədələyən müəllim ondakı mənfi emosiyaları birə-beş qızışdırır. Müəllimin belə rəftarından sonra bədbinləşən uşağı qınamaq olmaz. 81

Uşağın məktəbə mənfi münasibətinin əsasını ata-ana arasındakı ixtilaflar da təşkil edə bilər. Mümkündür ki, ailəsində ixtilaf olan uşaqlar evdən ayrıldıqları vaxt ailədəki vəziyyətə görə narahat olalar. Adətən belə uşaqların fikri dağınıq olur, müəllimi dinləyə bilmirlər. Çünki onlar evə qayıdacaqları vaxt hansı şəraitlə üzləşəcəklərini bilmirlər. 81

Sual: Uşaq əvvəlcədən məktəbə mənfi münasibət göstərirsə nə etmək lazımdır? 81

Cavab: Bu halda sizin onunla birgə məktəbdə olmağınız çox əhəmiyyətlidir. Bə`zi uşaqların məktəblə tanışlığı uzun çəkir, onlar valideynlərindən çətinliklə ayrılırlar. Bir çox uşaqlara valideyndən ayrılıq çox qorxulu görünür. Əgər bir müddət məktəbdə onunla qalsanız uşağın inam hissi artar, anlayar ki, müəllim onun ehtiyaclarını ödəməyə qadirdir. 81

Bə`zən uşağın məktəbə mənfi münasibəti sizin yanlış hazırlıq üsulunuzdan doğur. Əgər valideyn öz ehtiyacında ifrata varıb, uşağı qorxudarsa, uşağı müqəssir saymaq olmaz. Bə`zi valideynlər uşağın məktəbə getməsinə qəlbən razı olmurlar. Valideynin gizli hissləri uşağa sirayət edir. Sadalanan problemləri aradan qaldırmaq üçün bir müddət məktəbdə qalmalısınız. 81

Təəssüf ki, bə`zən valideynin məktəbdə qalıb-qalmamasında uşağın rə`yi əsas götürülür. Zənnimcə bu məsələdə böyüklər qərar çıxarmalıdır. Şəksiz ki, böyüklər qərar çıxararkən uşağın da hisslərini nəzərə almalıdırlar. Amma valideynə öyrəşmiş uşaq üçün müstəqil şəkildə belə bir qərara gəlmək çox çətin olur. 82

Sual: Artıq məktəbə adət etmiş bir uşaq qəfildən məktəbə getməkdən imtina edirsə, validyenin vəzifəsi nədir? 82

Cavab: Bu nadir hadisə deyil. Valideynlər uşağın məktəbdən imtinasını günah kimi dəyərləndirirlər. Əslində uşağı danlamazdan qabaq məktəbdə olub, vəziyyəti öyrənmək lazımdır. Adətən, məktəbdən imtina edən uşaqların məktəblə bağlı problemləri olur. Bə`zən uşağı kimsə hədələyir, hansısa səbəbdən onda qorxu yaranır. Hətta müəllimin rəftarı da uşaqda belə bir reaksiya doğura bilər. Uşağın problemini həll etməyə çalışın. Onu əmin edin ki, bütün çətinlikləri aradan qaldıracaqsınız. 82


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin