Keyfiyyət və kəmiyyət metodlarının tətbiq edilməsi tədqiqatın obyektivliyini daha da möhkəmləndirəcək. Belə ki, statistik təhlillər zamanı məlumatların reallıqla ehtimal olunan ziddiyyətləri sektor təmsilçilərinin müsahibələri ilə aradan qaldırılacaq. Statistik tədqiqat ilkin araşdırma və analiz hissələrindən ibarət olacaq. İlkin araşdırma zamanı müxtəlif məlumat mənbələrinə istinadən aqrar sahədə ümumi dinamika təhlil olunacaq, bütövlükdə sektor və ayrı-ayrı subsektorlar üzrə inkişaf səviyyəsinin statistik mənzərəsi yaradılacaq. Ötən 10 ilin xarakterizə edilməsi potensial inkişaf səviyyəsini müəyyənləşdirmək üçün əhəmiyyətli rol oynayacaq. Analiz hissəsində isə aqroparkların əhatə dairəsinin genişləndirilməsi və prosesin sürətləndirilməsi, kənd təsərüfatının ekstensiv inkişafının əhəmiyyəti və ölkənin qeyri-neft iqtisadiyyatında sektorun verə biləcəyi töhvələr üzə çıxarılır.
Tədqiqatın faydaları Ölkə üzrə ümumi məşğul əhalinin 37%-i, yəni kənd təsərrüfatı ilə məşğul olanlar, sahibkarlar, aidiyyatı dövlət qurumları və bu qurumlarda çalışanlar həmçinin, aqrar sektorla əlaqəli elmi mərkəzlər, univeristetlər faydalana biləcəklər. Layihə regionlarda yaşayan ölkə vətəndaşlarına, aqrar sahədə ixtisaslaşmış fermer təsərrüfatlarına, ölkənin ərzaq təhlükəsizliyi, iqtisadiyyatın diversifikasiyası imkanları və ixrac potensialını artırmaqla ümumilikdə ölkə əhalisinin sosial-iqtisadi həyatına müsbət təsir göstərəcək. Bundan başqa beynəlxalq təcrübəyə söykənən və yerli şəraitin nəzərə almaqla həyata keçiriləcək tədqiqat, müqayisəli üstünlüyə malik sahələrin müəyyənləşdirilməsi, aqrar sektorun ayrı-ayrı sahələrinin modelləşdirilməsi əslində “Kənd Təsərüfatı İlin”də hökumətin fəaliyyətinə dəstək olacaq və effektivliyi gücləndirəcək.
Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi Dünya əhalisinin artımı və təbii resursların sürətli istismarı son dövrlərdə qida təminatının qlobal problemlərdən birinə çevrilməsinə səbəb olmaqdadı. Beləliklə hazırda dünyada əhalinin ərzaq təhlükəsizliyinin əhəmiyyəti təbii olaraq sağlam qidalanmanın vacibliyini qabaqlayır. Yəni, mühüm olan vitrinlərin dolu olmasıdır nəinki, bu məhsulların təbii olub-olmaması. Belə bir situasiyada təbii ki, kənd təsərrüfatının intensiv inkişafı, xüsusi ilə də ixrac potensialına və ənənəvi bazarlara malik məhsullar üçün daha münbit istehsal mühitinin təmin edilməsi Azərbaycan üçün daha aktual problemlərdəndir. Cədvəl 1 : Kənd təsərrüfatının ÜDM-də payı
İllər
|
milyon manat
|
%
|
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
|
ÜDM-də payı
|
2000
|
758,9
|
16,1
|
2001
|
788,7
|
14,9
|
2002
|
846,0
|
14,0
|
2003
|
888,0
|
12,5
|
2004
|
937,3
|
11,0
|
2005
|
1145,5
|
9,2
|
2006
|
1329,3
|
7,1
|
2007
|
1854,8
|
6,5
|
2008
|
2236,0
|
5,6
|
2009
|
2179,5
|
6,1
|
2010
|
2344,6
|
5,5
|
2011
|
2643,5
|
5,1
|
2012
|
2813,7
|
5,1
|
2013
|
3057,8
|
5,4
|
2014
|
3111.1
|
5.3
|
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015
|
Dostları ilə paylaş: |