Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

Heyvandarlıqda 

min manat

 

1638 


2578 

2021 


2125 

İstehsalda iştirak edən ailə üzvlərinin sayı 

n

əfər 



11103  11338  10536  10694 

Ümumi m

əhsul istehsalı (ilin qiyməti) 

min manat  21372  18991  24887  31022 



K

ənardan cəlb edilmiş işçilərin sayı 

n

əfər 



1480 

2134 


2311 

2055 


Əmək məhsuldarlığı (1 nəfərə düşən ümumi 

m

əhsul) 

manat 


1925 

1675 


2362 

2901 


Əsas fondlar 

 

23136  25871  31933  32011 



K

ənd təsərrüfatı təyinatlı əsas istehsal fondları 

min manat  22043  23698  22060  23578 



Ümum torpaq sah

əsi 

ha

 



25150  27137  47314  43691 

Ondan k

ənd təsərrüfatına yararlı torpaq sahəsi 

ha

 



24400  26341  45735  41575 

Ondan 

əkin yeri 

ha

 



17025  17591  33764  2919 

Orta hesabla bir t

əsərrüfata düşən kənd 

t

əsərrüfatına yararlı torpaq sahəsi 

ha 


9,3 

10,2 


17,5 

16,0 


 

2.2. D

ənli bitkilərin becərilməsi 

 

Torpağın becərilməsi 

 

Əsas becərmə:  düzgün becərmə  sisteminin tətbiqi  münbitliyi  artırmaq  və 

m

əhsuldarlığı yüksəltmək üçün ən vacib tədbirlərdən biridir. 



V

axtında  və  keyfiyyətlə  aparılmış  şum  torpaqda  su  və  qida elementlərinin 

toplanmasına,  mineral  gübrələrin səmərəli istifadəsinə  şərait yaratmaqla 

m

əhsuldarlığı yüksəltməyə imkan yaradır. Həmçinin keyfiyyətli şumun alaq otları, 



k

ənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericiləri ilə mübarizədə mühüm rolu 

vardır.  Lakin,  şum  torpaq,  iqlim  və  sələflərin xüsusiyyətləri nəzərə  alınmadan 

aparıldıqda səmərəsi aşağı olur. 

El

ə buna görə də becərmə sistemi ayrı-ayrı bölgə və sələf bitkilərindən asılı 



olaraq d

əyişməlidir. 

 

Suvarılan bölgələrdə torpağın becərilməsi 

 

Bu bölg



ələrdə  taxıl  üçün  torpağın  becərilməsi sələflərdən  asılı  olaraq 

differensial formada t

əşkil olunmalıdır. Belə ki, bir qayda olaraq çoxillik otlar və 

c

ərgəarası  becərilən bitkilər  üçün  torpağın  dərindən  şumlanması,  onlardan  sonra 



əkiləcək  taxıl  üçün  isə  səthi dayaz becərmələr məsləhət görülür. Belə  bir sistem 

t

ətbiq edildikdə  hətta  ən  quraq  şəraitdə  belə,  əkilən  taxılların  vaxtında  və 



keyfiyy

ətli cücərtilər verməsi təmin olunur. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  suvarılan  bölgələrdə  çoxillik  otlar,  şəkər 

çuğunduru,  qarğıdalı,  taxıl  və  pambıq  ən  geniş  yayılmış  sələflərdəndir. Bu 

s

ələflərdən sonra taxıl üçün  aparılan becərmələr hər bir sələf üçün özünəməxsus 



xüsusiyy

ətlərlə səciyyələnir. 



 

Çoxillik otlardan sonra bec

ərmə.  Başdan-başa  səpilən və  cərgəarası 

bec


ərilən bitkilərdən fərqli  olaraq,  çoxillik  ot  altından  çıxmış  tarlalarda  aparılan 

bec


ərmələr  qarşısında  əlavə  özünəməxsus tələblər durur. Birincisi, becərmə  elə 

olmalıdır  ki,  o  çoxillik  otdan  sonra  əmələ  gəlmiş  çim  qatının  fəallığını  pozsun, 

ikincisi, bitki qalıqlarının vaxtında çürüməsi üçün əlverişli şərait yarada bilsin. 

Vacib olan t

ələbləri yerinə yetirmək üçün çoxillik ot altından çıxmış tarlanın 

taxıl əkininə hazırlanması məqsədilə səpinə ən azı 2-3 ay qalmış laydırlı və yaxud 

diskli üzl

əyicilərlə üzləmə aparmaq lazımdır. Üzləmədən 12-15 gün sonra tarla 25- 

30 sm d

ərinliyində  şumlanmalıdır.  Yalnız  bu  ardıcıllıqla  vaxtında  becərmə 



aparıldıqda  çoxillik  otların  yerinə  əkilmiş  taxıllardan  yüksək məhsul almaq 

mümkündür, 

əks halda müəyyən səbəblər (çoxillik otların yenidən pöhrə verməsi) 

üzünd


ən taxılın məhsuldarlığı kəskin azala bilər. 

 

Qarğıdalıdan sonra torpağın becərilməsi. Qarğıdalıdan sonra payızlıq taxıl 

s

əpiləcəksə,  əvvəlcə  sahə  bitki  qalıqlarından  təmizlənir və  sonra 20-22 sm 



d

ərinlikdə şumlanır. Əgər qarğıdalı üçün vaxtında dərin dondurma şumu aparılarsa 

v

ə vegetasiya dövründə cərgəaralarında keyfiyyətli becərmələr həyata keçirilərsə, o 



 

zaman  bir  qayda  olaraq  qarğıdalı  altından  çıxmış  tarlalar  alaq  otlarından 



t

əmizlənmiş  olur.  Qarğıdalıdan  sonra  tarlada  torpağın  təmiz və  kifayət qədər 

yumşaq olması və qarğıdalının nisbətən gec yığılmasını nəzərə alaraq, belə tarlaları 

d

ərindən  şumlamaq  məsləhət görülmür. Belə  tarlalarda  taxıl  əkini  zamanı 



qarğıdalının  gövdələri  yığıldıqdan  sonra  torpağı  10-12 sm dərinliyində  diskli 

üzl


əyicilərlə  iki dəfə  becərmək kifayət  edir.  Müşahidlər və  aparılan  təcrübələr 

göst


ərir ki, bu becərmələr laydırlı üzləyici və ağır diskli malalarla aparıldıqda daha 

yaxşı nəticə alınır. 



 

Pambıqdan sonra torpağın becərilməsi. Pambıq bitkisi taxıl üçün ən yaxşı 

s

ələflərdən biridir. Lakin pambıq əkilmiş yerin taxıl üçün hazırlanması onun tez və 



gec yığılması ilə əlaqədardır. Pambıq nə qədər tez yığılarsa, torpağın keyfiyyətli 

bec


ərilməsinə çox vaxt qalar. 

Respublikanın əksər bölgələrində pambığın yığılması gec başa çatdığından 

(h

ətta  yığım  bəzən  noyabr  ayına  qədər  davam  edir)  bu  hal  torpağın  taxıl  üçün 



hazırlanmasına maneçilik törədir. 

Son ill


ərin müşahidələri göstərir ki, pambıq bitkisindən sonra sahə alaqsız və 

pambığın  cərgəaralarının  müntəzəm becərilməsi  ilə  əlaqədar  torpaq  yumşaq 

olduğuna  görə  belə  sahələri  taxıl  üçün  kotanla  dərindən  şumlamadan  10-15 sm 

d

ərinliyində diskli alətlərlə üzləmə aparmaq kifayət edir. Lakin, bunun üçün sahə 



qabaqcadan  bitki  qalıqlarından  (quzapayı)  təmizlənməlidir. Səthi becərmə 

yastıkəsici və diskli yumşaldıcı alətlərlə aparıldıqda daha yaxşı nəticə alınır. Qeyd 

etm

ək lazımdır ki, havalar quraq keçərsə, pambıq əkilmiş sahəni şumlamaq da olar, 



lakin bel

ə  olduqda  şum  həddindən  artıq  kəltənli olur. Bu halda sahəni səpinə 

yararlı vəziyyətə salmaq üçün əlavə olaraq bir neçə dəfə diskli və başqa alətlərlə 

bec


ərmək lazımdır. 

Şəkər  çuğunduru  da  pambıq  kimi  cərgəarası  becərilən  bitki  olduğundan 

ondan sonra torpağın əsas becərilməsi pambıqdan sonra olduğu kimi aparılır. 

 

Taxıldan sonra torpağın becərilməsi. Cərgəarası becərilən bitkilərdən fərqli 

olaraq taxıl altından çıxan tarlalarda şum gecikdirilərsə, şum qatı həddindən artıq 

quru olur. 

Mineral gübr

ələrin elmi əsaslarla verilməsi  taxılın  qida  maddələrinə  olan 

t

ələbini ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz 



olaraq 

əkilir. Belə  hallarda  taxıldan  sonra  taxıl  əkiləcək sahənin  hazırlanmasına 

kövşənliyin üzlənməsindən  başlanmalıdır.  Bu  əməliyyat adətən torpaqda olan 

n

əmliyin  saxlanması  və  alaq cücərtilərinin məhv edilməsi məqsədilə  aparılır. 



Lakin, t

ədqiqatlar nəticəsində  müəyyən  edilmişdir  ki,  Azərbaycan  şəraitində 

suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur 

ki,  burada  aparılan  üzləmə  nəmlik toplamaq və  onu saxlamaqda bir tədbir kimi 

özünü doğrultmur, əksinə, quru torpaqda aparılan üzləmə onu daha da qurudur və 

strukturunu pozur ki, n

əticədə  əsas  şumun  aparılması  da  gecikir.  Gec  aparılmış 

şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa 

al

ətlərlə  yenidən becərmək  lazım  gəlir. Ona görə  də  taxıldan sonra sahənin taxıl 



 

üçün  hazırlanması  zəmi biçilən  kimi  torpağı  dərhal  laydırlı  kotanla  25-30 sm 



d

ərinlikdə şumlamaq məsləhətdir. 

 

Torpağın səpin qabağı becərilməsi 

 

Bütün bölg



ələrdə  səpinqabağı  becərmə  aşağıdakı  məqsədləri yerinə 

yetirm


əlidir: 

a)

 



tarlanı alaq otlarından təmizləmək; 

b)

 



toxumu lazımi dərinliyə basdırmaq üçün şumun səthinin hamarlığını və 

yumşaqlığını təmin etmək; 

c)

 

s



əpinqabağı verilən gübrənin lazımi dərinliyə basdırılmasını təmin etmək. 

 

Bunl



ara  nail  olmaq  üçün  taxıl  səpininə  2-3  gün  qalmış  şum  edilmiş  sahə 

yumşaldıcı kultivator, ziq-zaq mala və s. alətlərlə dayaz yumşaldılır və hamarlanır. 

 

S

əpin 

 

Taxıl  əkinlərindən yüksək və  sabit məhsul  alınmasında  optimal  səpin 



müdd

əti  əsas aqrotexniki tədbirlərdən  biridir.  Taxıl  səpininin  vaxtından  tez  və 

yaxud gec aparılması məhsuldarlığa mənfı təsir göstərir. 

Optimal müdd

ətdə  səpilmiş  taxıllar  qış  düşənə  kimi güclü kök sistemi 

formalaşdırır, yaxşı kollanır və qışın əlverişsiz şəraitinə davamlı olurlar. Payızlıq 

taxılların  xəstəliklərə, ziyanvericilərə  davamlılığı  və  dəninin  vaxtında  yetişməsi 

optimal s

əpin müddətlərindən asılıdır. Belə səpin tarlada bitkilərin sıxlığına, dərin 

biokimy


əvi və  texnoloji xüsusiyyətlərinə, məhsuldarlığına  müsbət təsir göstərir. 

Ona gör


ə  də  iri  taxılçılıq  təsərrüfatlarının  yaradılması  nəzərdə  tutulmuş  bütün 

bölg


ələrdə  payızlıq  buğdanın  səpini optimal müddətdə, yəni 6-8  iş  günü  ərzində 

yerin


ə  yetirilməli və  oktyabrın  3-cü  ongünlüyünün  axırına  kimi  başa 

çatdırılmalıdır. 

 

S

əpin üsulları və toxumun basdırılma dərinliyi 

 

Hazırda payızlıq dənli bitkilərin toxumu əasən 2 üsulla səpilir: adi cərgəvi və 



tir

əli. Tirəli səpin aqrotexniki və iqtisadi baxımdan səmərəlidir. Bu səpin üsulunda 

toxumun s

əpin norması 30-40% azalır, suvarma suyuna qənaət olunmaqla yanaşı, 

suçunun 

əmək məhsuldarlığını 2 dəfə yüksəldir. Tirəli səpin üsulunda toxum səpən 

maşın bir gedişə həm tirə düzəldir, həm də tirələr üzərində cərgəarası məsafə 15-20 

sm olmaqla 3 v

ə yaxud 4 cərgədə səpin aparır. 

Payızlıq  dənli bitkilərin  toxumunun  basdırılma  dərinliyi torpaq-iqlim 

şəraitindən  asılı  olaraq  dəyişir.  Toxumun  basdırılma  dərinliyi nəinki cücərtilərin 

sıxlığına  və  vəziyyətinə  (xüsusilə  torpağın  yuxarı  qatı  quru  olarkən), həmçinin 

onların  qışlamasına  və  məhsuldarlığına  da  təsir göstərir. Ona görə  də  toxumun 

torpağın  nəm  qatına  düşməsi vacibdir. Onun normal cücərməsi səpin  qatının 

hazırlanmasından, fıziki-mexaniki vəziyyətindən, hidrotermik və hava rejimindən 

asılıdır. Payızlıq dənli bitkilərin toxumlarını mexaniki tərkibcə yüngül torpaqlarda 



 

4-5 sm d



ərinliyə, orta və ağır torpaqlarda isə 3-4 sm dərinliyə basdırmaq məsləhət 

görülür. 



Əkinlərə qulluq 

 

Respublikanın torpaq-iqlim şəraitindən asılı olaraq payızlıq taxıl əkinlərinə 



qulluq  işləri erkən yazda yemləmə  gübrələrinin verilməsindən, suvarmadan, alaq 

otlarına, xəstəlik və ziyanvericilərə qarşı mübarizədən və başqa tədbirlərdən ibarət 

olmalıdır. 

Suvarma 

 

Az



ərbaycanda suvarma əkinçiliyinin inkişafını məhdudlaşdıran ən əsas amil 

torpağın  şorlaşmasıdır.  Onun  yaranmasına  səbəb olan təsərrüfat amilləri 

aşağıdakılardır: 

 



 

s

uvarma qurğularının qeyri-qənaətbəxş olması; 



 

t



orpaq kanallarının həddindən artıq uzunluğu; 

 



s

uvarılan tarlaların hamarlanmaması; 

 

s



udan planlı şəkildə istifadə edilməməsi; 

 



suvarma rejiml

ərinə riayət olunmaması; 

 

kollektor-



dren şəbəkələrinin saz vəziyyətdə olmaması və s. 

 

Suvarma 



əkinçiliyi kənd təsərrüfatının  intensiv  inkişaf  etdirilməsinin  əsas 

istiqam


ətlərindən biridir. Suvarma aqrotexniki, aqromeliorativ və təşkilati tədbirlər 

kompleksinin bir hiss

əsidir. 

Respublika

mızda  taxıl  bitkilərinin zolaq, selləmə  və  şırım  üsulları  ilə 

suvarılması  geniş  yayılmışdır.  Zolaqlarla  suvarma  yüngül  torpaqlarda  dar 

c

ərgələrlə  səpilmiş  əkinlərdə  tətbiq  edilir.  Zolaqların  eni  kənd təsərrüfatı 



maşınlarının  bir  və  ya bir neçə  dəfə  en götürümünə  bərabər,  uzunluğu  isə  yerin 

relyefind

ən və torpağın mexaniki tərkibindən asılı olaraq 50-100 m və daha çox ola 

bil


ər. 

Respublika  şəraitində  payızlıq  taxıl  bitkilərinin  arat  edilmiş  sahələrə 

s

əpilməsi  yaxşı  nəticə  verir.  Çünki,  payızda  suvarma  suyundan səmərəli istifadə 



olunur, s

əpsuvara nisbətən məhsuldarlıq  artıq olur,  səpin optimal müddətdə başa 

çatdırılır.  Hamarlanmış  sahələr arat edildikdə  su tarlaya bir-birindən 60-120 sm 

aralı  çəkilmiş  şırımlarla  verilir.  Arat  selləmə  suvarma üsulu ilə  aparılsa, tarla 

suvarmadan 

əvvəl 5-10 m enində uzun zolaqlara bölünməlidir. 

Arat  aparmaq  imkanına  malik  olmayan  təsərrüfatlarda səpsuvar üsulundan 

istifad


ə edilir və suvarma şırımlarla aparılır. Suvarma şırımlarının dərinliyi 13-15 

sm olur v

ə  bir hektar sahəyə  1000-1200 m

3

  su s



ərf  edilir.  Şırımın  uzunluğu 

torpağın xüsusiyyətindən asılıdır. 

Payızda buğda və arpalardan yüksək və sabit məhsul alınaq üçün vegetasiya 

suvarmalarının  vaxtında  və  keyfiyyətli  aparılması  zəruridir. Vegetasiya 

suvarmalarına ilk  növbədə arata  qoyulmuş  əkinlərdə erkən  yazda başlamaq  daha 

s

əmərəlidir. 



 

Payızlıq taxıl bitkiləri inkişaf etdikcə və yaşıl kütləsi artdıqca onların suya 



olan t

ələbatı da artır. Buğdanın suya ən çox tələbatı boruya çıxma fazasından dənin 

süd  yetişmə  dövrünə  qədər təsadüf  edir.  Odur  ki,  bu  inkişaf  dövründə  yüksək 

m

əhsulun əsası qoyulur. Aydındır ki, respublikanın müxtəlif təbii-iqlim şəraitindən 



asılı olaraq payızlıq taxıllara verilən suvarma normaları da müxtəlif olur. 

Sah


ələrdə  tətbiq ediləcək suvarma üsulu mexanikləşdirmə  vasitələrindən, 

sah


ənin relyefindən, qrunt (yeraltı) suların minerallaşma dərəcəsindən və yerləşmə 

d

ərinliyindən, suyun torpağa hopma sürətindən və s. asılı olaraq müəyyənləşdirilir. 



İri  taxılçılıq  təsərrüfatlarının  yaradılması  nəzərdə  tutulmuş  Muğan-Salyan 

bölg


əsinə  daxil olan Salyan, Sabirabad və  Saatlı  rayonlarında  və  Mil-Qarabağ 

bölg


əsində  aparılacaq  taxıl  səpinindən sonra 1 dəfə  səpsuvar  (bu  şum  suyu  da 

adlanır), 3 dəfə vegetasiya suvarmaları aparmaq məsləhətdir. 

Şəki-Zaqatala bölgəsinə  daxil  olan  Şəki və  Qax  rayonlarında  yaradılacaq 

t

əsərrüfatların torpaq sahələrində isə taxıl səpinindən sonra 1 dəfə səpsuvar, 2 dəfə 



vegetasiya suvarması aparmaq məsləhətdir. 

 

Alaq otları və onlarla mübarizə 

 

Alaq otları mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını 



aşağı salmaqla yanaşı həm də onun məhsulunun keyfiyyətini pisləşdirir. Belə ki, 

alaq  otları  torpaqda  olan  qida  maddələrini və  nəmliyi mənimsəməklə  yanaşı 

m

ədəni bitkiləri kölgələndirərək günəş  işığından  məhrum edir. Nəticədə  onların 



böyüm

ə və inkişafı ləngiyir, məhsuldarlığı isə aşağı düşür. 

Buğda sahələrində yabanı vələmir, çöl gülülü, çöl qanqalı, adi turpəng, çöl 

sarmaşığı,  kalış  və  s.  alaq  otları  geniş  yayılaraq  taxıl  əkinlərinə  ciddi ziyan 

vururlar.  Bunlar  yuxarı  yarus  alaq  otlarına  mənsub olub respublikanın  suvarma 

şəraitində  taxıl  əkinlərinə  mənfı  təsir göstərir və  əksər  hallarda  onları  tamamilə 

m

əhv edirlər. 



Alaq  otlarının  göstərilən xüsusiyyətlərini nəzərə  alaraq  onlara  qarşı 

aqrotexniki v

ə  kimyəvi mübarizə  üsullarından  kompleks  şəkildə  istifadə  etmək 

lazımdır. 

 

Aqrotexniki mübariz

ə üsulları 

 

Taxıl sahələrində alaqların geniş yayılmasının əsas səbəbləri təsərrüfatlarda 



növb

əli  əkinlərin tətbiq edilməməsi və  torpaq becərmələrinin düzgün 

aparılmamasıdır. 

Buğda  əkini sahələrində  yayılmış  alaq  otlarına  qarşı  səmərəli mübarizə 

m

əqsədilə  aqrotexniki tədbirlərə  ardıcıl  şəkildə  əməl edilməlidir. Bu tədbirlər 



aşağıdakılardan ibarətdir. 

S

ələf bitkisinin məhsulu vaxtında yığılmalıdır ki, sahədə olan alaq otlarının 



toxumları yetişərək torpağa tökülməsin. 

Taxıl  biçini  qurtardıqdan  sonra  sahələrdə  10-12 sm dərinlikdə  üzləmə 

aparmaq la

zımdır. Bu zaman torpağın üst qatında olan alaq toxumlarının cücərməsi 



 

üçün şərait yaradılır. Sahələrə yağış düşdükdən sonra alaq toxumlarının müəyyən 



hiss

əsi cücərir və həmin cücərtilər şumlama zamanı məhv edilir. 

Payızda  imkan  daxilində  taxıl  səpinini müəyyən qədər gecikdirməklə  alaq 

otlarının toxumlarının cücərməsi üçün şərait yaratmaq və səpinqabağı becərmə ilə 

h

əmin cücərtiləri məhv etmək lazımdır. 



Növb

əli əkinlərin tətbiqi. Payızda taxılların cərgəarası becərilən bitkilərdən 

(pambıq,  qarğıdalı,  şəkər  çuğunduru)  və  çoxillik otlardan (yonca) sonra 

yerl


əşdirilməsi alaqlarla səmərəli mübarizə üsuludur. 

 

Herbisidl



ərin tətbiqi 

 

Alaq  otlarına  qarşı  herbisidlərin tətbiq edilməsi  əkinçilikdə  geniş  yayılmış 



mübariz

ə üsuludur. Herbisidlərin təsiri ilə əlaqədar demək olar ki, tamamilə məhv 

olur v

ə mədəni bitkilərin inkişafı üçün əlverişli şərait yaranır. 



M

əlumdur ki, alaq otlarının taxılçılığa vurduğu ziyanın 2 həddi var: 

1)

 

z



iyanlı hədd 

2)

 



i

qtisadi ziyanlı hədd 

Əgər  alaq  otlarının  vurduğu  ziyan  iqtisadi  hədd səviyyəsinə  qalxmışdırsa, 

onda herbisidl

ərin tətbiqi iqtisadi cəhətdən  faydalı  hesab  olunur.  Alaq  otları 

t

ərəfindən vurulan ziyan sadəcə  olaraq  ziyanlı  hədd səviyyəsindədirsə, onda 



herbisidl

ərin tətbiqinə  ehtiyac  qalmır.  Ona  görə  ki, bu zaman herbisidlərin 

t

ətbiqinə çəkilən xərclər onların tətbiqi hesabına alınan əlavə məhsulun dəyərindən 



çox olur. Ona gör

ə də alaq otlarının vuracağı ziyanı qabaqcadan müşahidə edərək 

əyyənləşdirdikdən sonra herbisidləri tətbiq etmək olar. 



Hazırda birləpəli alaq otlarına qarşı istifadə olunanlar əsasən Puma-Super və 

Topik herbisidl

əridir. 

Puma-Super herbisidi hektara 0,8-1,0 litr, Topik herbisidi is

ə hektara 0,4 litr 

hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək 

yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənir. 

Taxıl  əkinlərində  yayılmış  ikiləpəli  alaq  otlarına  qarşı  2.4-D herbisidinin 

amin duzu v

ə lintur herbisidi tətbiq olunur. 2.4-D-nin amin duzu hektara 1-1.2 kq, 

lintur herbisidi is

ə hektara 0.2 kq hesabı ilə çilənir. 

Dövl

ət qeydiyyatından keçməmiş, insanların sağlamlığı və ətraf mühit üçün 



t

əhlükəli olan herbisidlərdən istifadə olunmasına icazə verilmir. 

 

D

ənli sünbüllü bitkilərin tirəli səpin üsulu ilə becərilməsi 

 

Respublikanın  suvarılan  bölgələrində,  iri  taxılçılıq  təsərrüfatlarında  dənli 



sünbüllü bitkil

ərdən yüksək və  sabit məhsulun  alınması  üçün  bu  bitkilərin 

bec

ərilməsində  mütərəqqi və  səmərəli texnologiyalardan istifadə  edilməsi  əsas 



t

ədbirlərdən hesab edilir. Bu texnologiyaların əsas və başlıca elementlərindən biri 

bu bitkil

ərin tirəli səpin üsulu ilə becərilməsidir. 

Bu üsulda d

ənli taxıl bitkiləri şırımlar arası məsafə 60-70; 70-80; və 80-90 

sm olan genc

ərgəli tirələrə səpilir. Tirələrin üzərində 2;3 və 4 cərgədə cərgəarası 



 

m



əsafə 15-20 sm, olmaqla toxum səpilir və tirələr arası şırımlar vasitəsilə suvarılır. 

Bu üsul çox müt

ərəqqi və iqtisadi cəhətdən səmərəli üsul hesab olunur. 

Respublikanın  suvarılan  bölgələrində  tirə  üsulu ilə  səpin  texnologiyasını 

t

ətbiq etmək üçün torpağı yüksək aqrotexniki qaydada hazırlamaq lazımdır. 



Qarabağ düzənliyinin fermer təsərrüfatlarında payızlıq buğdanın əsas sələfi 

pambıq,  çoxillik  paxlalı  otlar,  şəkər  çuğunduru,  soya,  taxıl  və  digər cərgəarası 

bitkil

ərdir. Ona görə də torpağın səpinə hazırlanması sələf bitkilərindən asılı olaraq 



d

əyişə bilər. 

Taxıl sələfindən sonra sahə kövşəndən təmizlənir və diskli alətlə 10-12 sm 

d

ərinliyində  üzlənir və  torpaqda asan mənimsənilən qida maddələrinin 



miqdarından  asılı  olaraq  hektara  60-90 kq fosfor gübrəsi və  15-20 ton peyin 

verildikd

ən sonra kotanla 28-30 sm dərinlikdə şum aparılır. 

D

ənli sünbüllü bitkilərin tirəli səpin  texnologiyası  ilə  səpilib becərilməsi 



respublikamızın  düzən və  suvarılan  bölgələrində  həyata keçirilməlidir.  Əkin 

sah


əsinin mailliyi l

0

-2



0

 

yaxın olmalıdır. Bunun üçün sahə lazerli mala vasitəsi ilə 



hamarlanmalı,  sahənin mailliyi dəqiq müəyyənləşdirilməlidir. Lazerli mala ilə 

düz


əlmiş əkin sahələrində sudan səmərəli istifadə olunaraq suvarmanın keyfiyyəti 

yüks


əlir,  torpağın  təkrar  şorlaşmasının  qarşısı  alınır,  torpaq  deqradasiyası 

minumuma endirilir, keyfiyy

ətli səpin aparılaraq bərabər səviyyəli cücərtilər alınır. 

Lazerli mala Türkiy

ə respublikasında «İlgi» zavodunda istehsal olunmuşdur. 

Əkin sahələrinin lazerli mala ilə düzəldilməsi hər 2-3 ildən bir təkrar olunmalıdır. 

Lazer mala il

ə hamarlanmış əkin sahələrində münbitlik qorunaraq artıq su itkisinin 

v

ə qida maddələrinin yuyulmasının, eləcə də torpaq deqradasiyasının qarşısı alınır. 



Payızlıq buğda üçün səpinqabağı becərmə bölgənin torpaq-iqlim şəraitindən, 

s

ələf bitkilərindən,  alaq  otlarının  yayılma  dərəcəsindən və  xarakterindən  asılı 



olaraq mü

əyyənləşdirilir. 

S

əpinqabağı becərmə torpaq iqlim şəraitindən asılı olaraq 5-10 sm dərinlikdə 



aparılır. 

Müasir fermer t

əsərrüfatlarında  enerji  resurslarına  qənaət etmək, sahədə 

traktor  gedişlərinin sayını  azaltmaq,  torpaq  münbitliyini  qorumaq  məqsədi ilə 

kombin

ə edilmiş aqreqatlardan istifadə olunur. 



Şumlanmış sahədə bir gedişdə torpağı səpin üçün tam hazırlamaq məqsədi 

il

ə  diskli alətin  arxasına  xırdalayıcı  və  hamarlayıcı  mala  qoşulur.  Bu  üsulla 



hazırlanmış əkin sahəsində yüksək keyfiyyətli səpin aparmaq üçün şərait yaranır. 

Suvarılan torpaqlarda hər şeydən əvvəl sahənin hamarlanmasına fikir verilməlidir. 

Hamarlama z

əif  aparılan  əkin sahələrində  suvarma çətinləşərək torpaq qeyri-

b

ərabər rütubətlənir və  səpinin keyfiyyətli  aparılması  mümkün  olmur,  nəticədə 



bitkil

ərin məhsuldarlığı  aşağı  düşür.  Səpinqabağı  becərmə  tarlanın  və  həmin 

tarlada 

əkiləcək bitkinin xüsusiyyətlərinə müvafiq olaraq aparılmalıdır. 

Payızlıq buğda əkinlərində toxumun basdırılma dərinliyi, bərabər səviyyəli 

cüc


ərtilərin alınması, onların inkişafı, məhsuldarlığı birbaşa vaxtında və keyfiyyətli 

aparılan səpinqabağı becərmə əməliyyatlarından asılıdır. 

Payızlıq  dənli bitkilərdən yüksək və  sabit məhsul almaq üçün ən mühüm 

aqrotexniki t

ədbirlərdən biri səpin müddətinə düzgün əməl edilməsidir. 


 

Tir



ə  üsulu ilə  səpin Türkiyənin  istehsalı  olan  «Öztekin»  və  ya «Altınöz» 

markalı toxum səpən, tirə düzəldən və şırım açaraq gübrə səpən kombinə edilmiş 

maşınlarla aparılır. 

Respublikanın  əksər  suvarılan  bölgələrində  taxılçılıqla  məşğul  olan 

fermerl

ər payızlıq buğdanı 220-250 kq olmaqla adi səpin üsulu ilə səpib becərirlər. 



Ekstensiv s

əpin üsulundan fərqli olaraq yeni səpin texnologiyası olan tirəli səpin 

üsulunda payızlıq buğdanın optimal səpin norması hektara 130-140 kq hesabı ilə 

s

əpib becərərək ondan yüksək və keyfiyyətli məhsul almaq mümkündür. 



Taxıl  əkinlərində  alaq  otlarına  qarşı  kimyəvi mübarizənin  vaxtında 

aparılması mühüm aqrotexniki tədbirlərdən biridir. 

Tir

əli səpin texnologiyasında adi cərgəvi səpin üsulundan fərqli olaraq erkən 



yazda  taxılın  kollanma  fazasında  alaq  otlarının  yayılma  dərəcəsi 

əyyənləşdirilərək cərgəarası  becərən  kultivatorla  şırımlar  becərilir,  alaq  otları 



mexaniki üsulla m

əhv edilir, torpağın su-hava rejimi yaxşılaşaraq bitkilərin inkişafı 

üçün optimal şərait yaranır. 

Əkin sahələrində  alaq  otlarının  yayılması  iqtisadi  ziyan  həddinə  çatdıqda 

ikinci mübariz

ə  tədbiri olaraq iki ləpəli və  bir ləpəli  alaqlara  qarşı  kimyəvi 

mübariz

ədən (herbisidlərin çilənməsindən) istifadə olunur. 



T

əcrübələr göstərir ki, taxıl əkinlərində alaq otlarına qarşı kimyəvi mübarizə 

vaxtında  təşkil  edilsə, hər hektardan əlavə  olaraq 2-3 sentner və  daha  artıq  dən 

götürm


ək olar. 

Adi s


əpin üsulundan fərqli olaraq tirəli səpin üsulundan bitkilərin müxtəlif 

inkişaf mərhələlərində  xəstəlik və  zərərvericilərə  qarşı  əkinlərə  heç bir ziyan 

vurmadan traktorla kimy

əvi mübarizə aparmaq mümkündür. Yəni traktorlar taxıl 

sah

əsində  hərəkət üçün heç bir məhdudiyyət  olmadan  şırımlarla  sərbəst hərəkət 



edir. Herbisidl

ər taxılın kollanma fazası ilə boruya çıxma fazası arasındakı dövrdə 

çil

ənməlidir. Sünbülləmə fazasının əvvəlindən başlayaraq herbisidlərin işlədilməsi 



m

əhsuldarlığı aşağı salır. 

Tir

ə  üsulu ilə  becərilən  taxıl  sahələrində  adi səpin üsulundan fərqli olaraq 



yeml

əmə  gübrələrini bitkilərin istənilən  inkişaf  mərhələlərində  traktorla sahəyə 

verm

ək olar. 



Payızlıq  dənli-sünbüllü bitkilərin tirəli səpin  texnologiyası  ilə 

bec


ərilməsində səpsuvarın suvarma şırımları vasitəsi ilə aparılması ekoloji, iqtisadi 

v

ə  aqronomik  baxımdan  səmərəli  hesab  olunur.  Payızlıq  taxıl  əkinlərinin 



vegetasiya  suvarmalarının  vaxtında  və  keyfiyyətlə  keçirilməsi yüksək məhsul 

alınmasını təmin edən əsas amillərdən biridir. 

əyyən  edilmişdir  ki,  vegetasiya  suvarmalarının  vaxtını  elə 



əyyənləşdirmək lazımdır ki, köklərin olduğu torpaq qatında nəmlik tarla rütubət 

tutumunun 70-75%-i q

ədər olsun. Lazer malalar vasitəsi ilə mailliyi 0,002-0,008 

d

ərəcə olan hamarlanmış sahələrdə suvarma şırımlarının uzunluğu 300-400 metr, 



su s

ərfi isə  1-1,5 l/saniyə  olmalıdır. Bu üsulla suvarmada suçunun əmək 

m

əhsuldarlığı yüksəlir və suvarma suyuna qənaət 25-30% olur. 



Suvarma suyunun şırımlar arasında bərabər paylamaq, əlavə su itkisinə yol 

verm


əmək üçün səpin üsuluna müvafiq olaraq 70 sm-dən  bir  deşikləri olan 

borulardan, sifonlardan yaxud da sip

ərlərdən istifadə edilir. 


 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin