27
IV Suvarma kimy
əvi (tur və ya pikslə), əllə
Avqust
28
Pambığın 1 yığımı (əllə və ya maşınla)
S
еntyabr-
y
еtişkənliyə gюrə
29
Yığılmış pambığın daşınması
S
еntyabr
30
D
еfоlyasiya – pambığın yarpaqlarını tюkmək üçün
çil
əmə
S
еntyabr
6
31
Pambığın II yığımı
Оktyabr
32
Ya
ğılmış pambığın daşınması
Оktyabr
33
Pambığın III yığımı
Оktyabr
34
Yığılmış pambığın daşınması
Оktyabr
35
Pambıq kоllarının çıхarılması və tоplanaraq
sah
ədən kənara daşınması
N
оyabr
Qеyd: Minеral gübr
ələrin miqdarı təsirеdici maddə hеsabı ilə vеrilib.
2.7.
Kartofun becərilməsi
I.
Faraş kartofun becərilməsi
Növbəti əkində yeri. Faraş kartofun əkin yeri alaqsız olmaqla, yumşaq
dənəvər və rütubəti yaxşı saxlamalıdır. Belə torpaqlar yaxşı havalanır və kartof
bitkisinin kök sistemi yaxşı inkişaf edir.
Kar
tof bitkisi üçün ən yaxşı sələf bitkisi dənli- paxlalı bitkilər, bostan
bitkiləri, qarğıdalı, şəkər çuğunduru, xiyar, soğan və s. hesab edilir.
Kartofu badımcançiçəklilər fəsiləsindən olan bitkilərdən (pomidor,
badımcan, bibər) sonra, həmçinin kalium duzu (silvinit) verilmiş sahələrdə əkmək
olmaz, çünki bu zaman kar
tof xəstəliklərə tez yoluxur, zəif inkişaf edir, silvinit
verilmiş sahələrdə isə onun dadı pisləşir.
Herik şumu. Payızda şum adətən optimal müddətdə- sentyabr, oktyabr
aylarında 27-30 sm dərinlikdə aparılır.
Əkinqabağı becərmə. Erkən yazda, sahəyə çıxmaq mümkün olarkən
torpağın 15-20 sm dərinliyində əkinqabağı becərilməsinə başlanır. Gilli torpaqlarda
lazım gələrsə şumdan sonra diskiləmə, sonra isə malalama aparmaq lazımdır.
Gübrələrin tətbiqi. Kartofun gübrələmə sisteminə əsas və əlavə yemləmə
şəklində verilmə gübrələr daxildir. Torpağın fiziki xassələrinin yaxşılaşmasında
peyin xüsusi rol oynayır.
Bu məqsədlə kartof əkiləcək sahələrin əsas şum altına hektara 40 ton
hesabilə peyin verilməlidir.
Bi
tkilərin qida ilə təminatında mineral gübrələrin də rolu böyükdür. Fosfor
gübrəsinin normasının 60 %-i kalium gübrəsinin isə 50 %-i şum altına verilməlidir.
Əkinqabağı isə şum altına fosfor gübrəsinin qalmış 30 %-i ilə kalium gübrəsinin 50
%-i verilir. Qön
çələmə fazasında fosfor gübrəsinin qalmış 10 %-i ilə azot gübrəsi
yemləmə şəklində verilir.
Faraş kartof istehsalında bölgələrdən asılı olaraq təsiredici maddə hesabilə
hektara 60-100 kq azot, 100-
140 kq fosfor və 80-130 kq kalium gübrələri
verilməlidir. Ərzaq istehsalında N:P:K nisbəti 1:1, 5:2 olmalıdır.
Əkin materialı və onun hazırlanması. Faraş kartofun mıəhsuldarlığı onun
sortunun seçilməsindən daha çox toxumluq materialın (yumruların) sağlam
olma
sından asılıdır. Əkindən əvvəl toxumluq kartof üç fraksiyada çeşidlənməlidir:
40 qramadək; 40-80 qram və 80 qramdan ağır. Əkində yaxşı olar ki, 40-80 qramlıq
yumrulardan istifadə edilsin. Toxumluq məqsədilə seçilmiş yumrular saxlama
anbarına qoyulmaq üçün əvvəlcə 4-5 gün işıqda saxlanılmalıdır. Bu müddətdə
yumr
uların üzərində olan artıq nəmlik buxarlanır, yumrular quruyur, qabığı
kobudlaşır və onda solanin maddəsi toplanır.
Faraş məhsul almaq üçün kartof yumruları mütləq cücərdilməlidir.
Cücərdilmə zamanı temperaturun təsirindən yumrularda qida və boy
maddələrinin oyanması başlayır. Nəticədə kartofun çıxışı cücərdilməyən
yumrularla əkinə nisbətən 7-15 gün tez alınır. Bundan başqa qönçələmə və
çiçəkləmə fazaları da nisbətən tezləşir ki, nəticədə faraş məhsul alınır.
2
Cücərdilmiş yumrulardan alınmış bitkilər ana yumrulardakı qida
maddələrini tam mənimsəyərək güclü kök sistemi əmələ gətirir. Bu da öz
növbəsində məhsuldarlığın artmasına səbəb olur.
Bundan başqa cücərdilmiş yumrularla aparılan əkinlərdə fitoftora xəstəliyi
meydana gəlməsi müddətinə kimi məhsulun çox hissəsi toplanmış olur.
Yumrular bir neçə üsulla cücərdilir: işıq düşən yerlərdə günəş işığı altında,
nəmlik olan mühitdə və həm də nəmlik olan mühitdə. Kartofu 12-15
0
C
temperaturda işıqda cücərtdikdə məhsuldarlıq daha çox olmaqla faraş məhsul
alınır.
Cücərdilmə əməliyyatı normal gedərsə, 25-45 günə yumrular üzərində qısa,
yoğun, müxtəlif rəngli (sortlardan asılı olaraq) cücərtilər əmələ gəlir. İşıqda
cücərmə müddəti sortlardan asılı olaraq dəyişir. Tezyetişən sortlar 25-30 gün,
gecyetişən sortlar 40-45 gün cücərdilməyə qoyulmalıdır. Belə hesab edilir ki,
cücərdilmə müddəti uzanarsa, məhsuldarlıq nisbətən artar.
Cücərdilmə işi döşəmədə, qəfəslərdə (stellajlarda), xüsusi yeşiklərdə, yaxud
müxtəlif yerlərində deşiklər açılmış polietilen örtükdən hazırlanmış torbalarda
aparılır. Cücərdilmə işi döşəmədə aparıldıqda yumrular iki yumru qalınlığında
düzülməli, 15-16 metr eninə zolaqlarla (zolaqlar arası məsafə 30-40 sm
buraxılmaqla) olmalıdır. Hər bir kvadrat metrdə təqribən 50-60 kq toxumluq kartof
yerləşdirilməlidir.
Dah
a effektli üsul yumruların parnikdə əkilməsi üsuludur. Bu məqsədlə
yumrular işıqda cücərdilib parnikdə əkilir və üzərinə 2-3 sm qalınlığında yaxşı
yanmış peyin tökülür. Parnikdə temperatur 12-15
0
C
olmalıdır. Bitkilərin boyu 4-5
sm olduqda onlar ehtiyatla ç
ıxarılır və açıq sahəyə əkilir. Bu üsul daha tez faraş
məhsul alınmasında tətbiq edilir.
Kartof əkini. Faraş kartof məhsulu almaq üçün suvarılan aran rayonlarında
kartofun qışaltı əkini yaxşı nəticə verir. Qışaltı əkinin optimal müddəti dekabrın
10-dan 25-
ə qədər hesab edilir. Kartofu dekabrın 10-dan tez əkmək qorxuludur.
Belə ki, kartof tez çıxış verər, şaxta cücərtiləri öldürə bilər.
Faraş kartofun yaz əkini aran rayonlarında fevralın 15-dən martın 15-dək,
dağətəyi rayonlarda martın 1-dən 31-dək keçirmək lazımdır.
İstər qışaltı, istərsə də yaz əkinində cərgə araları 70, yaxud 75 sm, bitki
araları isə 20-25 sm olmalıdır. Bu sxemlərlə bir hektar əkin sahəsinə sxemdən asılı
olaraq 53-
71 min bitki düşür.
Kartofu qışaltı 8-10 sm, yazda isə 5-8 sm dərinliyinə əkmək lazımdır.
Xəstəliklərlə mübarizə məqsədilə əkindən əvvəl toxumluq kartof: benlat 50 %-li
(fundazol)- 0,5 -1 kq/ton, polikarbatsin 80 %-li- 2,6-2,7 kq/ton, xometsin
(kuprozan 80 %-li- 0, 25-0,5 kq/ton, sineb 80 %-li 0,5-
1 kq/ton preparatlarından
biri i
lə işlənməlidir (desinfeksiya edilməlidir).
Bitkilərə qulluq edilməsi. Kütləvi çıxış alındıqdan sonra kartofun
cərgəaralarında becərməyə başlamaq lazımdır. İlk növbədə, əgər bitkilər zəifdirsə,
yemləmə verilməli və bitkilərin boyu 18-20 sm-ə çatana kimi 1-ci dibdoldurma
əməliyyatı traktorla aparılmalıdır. 2-ci dibdoldurma çiçəkləmənin başlanğıcında
3
aparılır. 1-ci və 2-ci dibdoldurmadan 8-10 gün sonra qazayağı ilə dibboşaltma
əməliyyatı aparılmalıdır.
Faraş kartof sahələrində suvarmalar təlabata görə aparılmalıdır.
Əgər əkindən sonra sahəyə yağış düşmürsə və torpaq qurudursa, çıxışın
yaxşı alınması üçün əkin sahəsi suvarılmalıdır. Kütləvi çıxış alınandan sonra
torpağın nəmliyindən asılı olaraq kartof sahəsi 8-10 gündən bir, çiçəkləmə
dövründə isə 5-8 gündən bir suvarılmalıdır.
II
Kartofun yay əkini
Respublikanın aran rayonlarında kartof tez cırlaşdığından onu hətta süni
soyuduculu anbarlarda toxumluq məqsədilə saxlamaq əlverişli deyil. Çünki
cırlaşma kartofun ərzaq və toxumluq keyfiyyətini aşağı salır. Yay əkinindən
alınmış kartof cırlaşmaya çox az məruz qalır. Ona görə də suvarılan aran
rayonlarında kartofun toxumçuluğu probleminin həllində yay əkini xüsusi rol
oynayır.
Yay əkini aparmaq üçün ya yeni yığılmış yumrulardan, yaxud da keçən ilki
yumrulradan istifadə edilir. Kartofun 2-ci məhsulunun alınması üçün əkiləcək
sortun dinclik dövrü qısa olmalıdır. Bu məqsədlə Marafona, Laymdota, Nevskiy və
Əmiri-600 sortları daha əlverişlidir.
Əkindən əvvəl yumrular əl bıçaqları vasitəsilə uzununa kəsilir. Bu
əməliyyatı elə aparmaq lazımdır ki, hər hissənin üzərində gözcüklər olsun. Bu
zaman kartof yumrusu axıra kimi kəsilmir, təqribən 1 sm dərinliyində kəsilir.
Sonra yumrular 2 %
tiokarbamid məhlulunda bir saat saxlanıldıqdan sonra xırda
cücərtilər əmələ gələnə kimi saxlanılır və əkilir. Tiokarbamid məhlulunun hər
litrinə 1-2 mqr giberrelin əlavə etdikdə daha yaxşı nəticə alınır.
Qeyd etmək lazımdır ki, kartofu bıçaqla kəsdikdə xəstəliklərin yayılmasının
qarşısını almaq üçün hər dəfə kəsik etdikdən sonra bıçaq 5 %-li lizol məhluluna,
yaxud qaynar suya salınmalıdır.
Yay əkinini yeni yığılmış yumrularla iyul ayının 20-dən avqust ayının 5-dək,
keçən ilki yumrularla avqust ayının 1-dən 10-dək aparmaq lazımdır.
Yay əkinindəki bitkilərin yaşıl kütləsi az olduğundan məhsuldarlıq da az
olur. Ona görə də əkin 70x15; 70x20; 70x22 sm, yaxud 75x15; 75x18 sm sxemləri
ilə aparılmalıdır. Çıxış alınana kimi torpağı nəm saxlamaq lazımdır. Həddindən
artıq nəmlik kartof yumrularını çürüdə bilər. Başqa qulluq işləri yaz əkinlərində
olduğu kimidir.
Yay əkinlərində məhsul yığımı bitkiləri soyuq qorxutduqdan sonra, yaxud
şaxtaların başlanması ərəfəsində aparılmalıdır.
2.8. Tərəvəz bitkilərinin becərilməsi texnologiyası
Kələmin becərilməsinə dair elmə əsaslanan məlumatlar
Növbəli əkində yeri. Bu bitkiləri özünün və ya xaççiçəklilər fəsiləsinə aid
olan
digər bitkilərin sahəsinə 3-4 ildən tez qaytarmaq olmaz. Kələmi əvvəlki
sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması,
yeni kələm əkinlərinin torpaq vasitəsilə yoluxması nəticəsində məhsuldarlıq aşağı
düşür.
Kələmi tərəvəz və tərəvəz-yemçilik növbəti əkin dövriyyəsində becərmək
olar. Kələm üçün ən yaxşı sələflər paxlalı bitkilər, xiyar, soğan, kartof, çuğundur,
pomidor və çoxillik otlar sayılır. Kələmin təkrar əkinlərində göyərtilər, faraş
kartof, xiyar, sarımsaq, soğan, tezyetişən taxıllar yaxşı sələf ola bilər.
Torpağın hazırlanması. Azərbaycanın tərəvəzçilik zonalarında kələm üçün
torpaq payız, yaz və yay mövsümlərində hazırlanır.
Payız becərməsi torpağın üzlənməsindən və qış şumundan ibarətdir. Torpaq,
şumlanmazdan əvvəl bitki qalıqlarından təmizlənir və üzləyicilərlə 10-12 sm
dərinlikdə yumşaldılır. Dondurma şumunu yaz və erkən yay əkinləri üçün ayrılmış
sahələrdə aparmaq zəruridir. Sahə üzvi və mədən gübrələri verildikdən sonra 25-30
sm dərinlikdə şumlanır.
Gübrələnməsi. Ağbaş kələm üçün əsasən üzvi və mədən gübrələrindən
istifadə olunur. Sortların tezyetişkənliyindən və əkin müddətindən asılı olaraq
hektara 40-
60 ton təzə və 20-40 ton çürümüş peyin verilir.
Kələm sahəsi təzə peyin şirəsi ilə əlavə gübrələndikdə bitkilərin böyüməsi
və inkişafı sürətlənir, məhsuldarlığı daha yüksək olur.
Bir hektar kələm sahəsinə gübrələrin təsiredici maddə hesabı ilə təxmini
miqdarı belədir: N-70-90 kq, P-60-90 kq, K-90-120 kq.
Əkin yerlərinin, torpaq şəraitindən, əkin müddətlərindən, su ilə təmin
olunmaq dərəcəsindən, sələf bitkilərin xüsusiyyətindən və başqa amillərdən asılı
olaraq bu normaları dəyişdirmək olar. Ağbaş kələm bitkisi əsas qida elementləri ilə
yanaşı mikroelementlərə də (bor, mis, molibden) tələbkardır.
Azot, fosfor və kalium gübrələrinin əsas hissəsini (60-80 %-ə qədər) əsas və
ya iki
nci şum altına, qalan hissəsini isə əkinqabağı və yemləmə şəklində vermək
tö
vsiyə edilir. Payızlıq kələm sahələrinə azotun 1/3 hissəsini (60-80 %) əsas, ikinci
hissəsini isə əkinqabağı dayaz şum və əlavə yemləmə şəklində vermək daha
xeyirlidir.
Əlavə yemləməli şitil əkinindən 15-20 gün sonra rozet əmələgəlmə və
başbağlama dövrlərində də vermək olar.
Toxumun səpinə hazırlanması. Səpin üçün tam yetişmiş, iri, dolu
təmizliyi, cücərmə qabiliyyəti yüksək olan toxumlar ayrılır. Bir hektar əkin
sahəsinə şitil üsulunda 400-500 q, şitilsiz üsulda isə 1-1,5 kq toxum işlədilir.
Səpiləcək toxumları qabaqcadan TMTD (1 kq toxuma 8 qr) və qranozan (kq
toxuma 4qr) preparatları ilə qarışdırmaqla zərərsizləşdirmək lazımdır.
Şitilin yetişdirilməsi. Ağbaş kələmin şitilləri səpin və əkin müddətlərindən
asılı olaraq soyuq və isti şitilliklərdə yetişdirilir. Erkən yazda əkilən tezyetişən
yazlıq sortlar isti şitillikdə, payızlıq, orta və gecyetişən yazlıq sortların şitilləri isə
2
soyuq şitillikdə yetişdirilir. İsti şitillikdə kələm şitilləri 10-12 günlük olduqda ya
başqa yerə pikirovka edilir, ya da seyrəldilərək öz yerində saxlanılır.
Kələmin əkini, becərilmə texnologiyası
Soyuq
şitilliyə, əsasən, payızlıq sortların toxumlarını sentyabrın 10-25-də,
yazlıq toxumlarını isə mart ayının 25-dən iyul ayının 15-nə qədər səpmək olar.
Soyuq şitillikdə şitil becərmənin maya dəyəri aşağı olmaqla şitillər sağlam və
dözümlü olur.
Soyuq şitillikdə sahəsi 10-20 kv.m olan ləklər düzəldilməli (eni 1 m,
uzunluğu 10-20 m), oraya 5-10 kq çürümüş peyin, 40-50 q superfosfat, 20-30 q
ammonium şorası, 15-20 q kalium gübrəsi verilərək torpağa qarışdırılmalıdır.
Toxumlar 1-
1,5 sm dərinlikdə basdırılır, yaxşı və bərabər cücərti almaq məqsədilə
ləklər səpindən sonra yüngülcə suvarılır, üzərinə 0,5 sm qalınlığında peyin
çürüntüsü səpilir.
Normal qida sahəsi təmin etmək üçün əsl yarpaq əmələ gəldikdən sonra,
şitillərin aralarında 3-4 sm məsafə qoymaqla seyrəltmək lazımdır və hər kv.m-də
300-
350 ədəd şitil qalmalıdır. Şitillərə 2-3 dəfə əlavə yemləmə verilir (hər kv.m-ə
20-30 q superfosfat, 15-
20 q amonium şorası və 10-15 q kalium). Birinci yemləmə
əsl yarpaq əmələ gələndən sonra, ikinci yemləmə birincidən 10-12 gün sonra,
üçüncü yemləmə isə əkinə 7-10 gün qalmış aparılır.
Yemləmələrdən sonra şitillər dərhal təmiz su ilə yuyulur. Əkinə yararlı
şitillər 4-5 yarpağa, normal boya, möhkəm gövdəyə və qüvvəli kök sisteminə
malik olmalıdır. Köklərin zədələnib məhv olmasının qarşısını almaq məqsədi ilə
əkinə 1 gün qalmış şitillər suvarılmalı və günün sərin vaxtında əkilməlidir.
Əkin. Tərəvəzçilik rayonlarında kələmi iqlim şəraitinə görə yazda, yayda və
payızda əkirlər. Bu, əhalini il boyu təzə kələmlə təmin etməyə imkan verir. Kələmi
şitilsiz üsulla da yetişdirmək olar ki, bu zaman bitkinin kök sistemi torpağın
dərinliyinə daha artıq gedib rişələndiyi üçün bitkilər qüvvəli olur, ağır şəraitə dözür
və bol məhsul verir. Bunun üçün yüngül, dənəvər, qalın qaysaq əmələ gətirməyən,
su ehtiyatı və su saxlama qabiliyyəti yaxşı olan torpaqlar seçilir.
Kələmin yaz əkini üçün Azərbaycan, Taşkentskaya 10, Yujanka 31,
Zikurişka 498/15 sortları, payız əkini üçün Abşeronskaya ozimaya, Rəcəbli 104,
Debentskaya mestnaya uluçşennaya, Araz, Sahil sortları məsləhət görülür. Yaz
əkiləri üçün 70x40-45 sm, 70x30-35 sm, payız əkinləri üçün isə 70x40-45 sm əkin
sxemi əlverişlidir.
2 saylı cədvəldə respublikanın tərəvəzçilik bölgələri üzrə ağbaş kələmin yaz
və payız əkinləri üçün səpin və əkin müddətləri verilir.
Ağbaş kələmin zonalar üzrə səpin və əkin müddətləri
Əkin dövriyyəsi
Lənkəran
Astara
Quba
Xaçmaz
Abşeron
Gəncə
Qazax
Yaz əkinləri
üçün
Səpin
10-15. II
əkin
Səpin
25-30.III
əkin
Səpin
25-30.III
əkin
Səpin
15-20.II
əkin
3
20-30. IV
5-10.V
10.V-15
25-30.IV
Payız əkinləri
üçün
Səpin
20-25.X
əkin
10-20.XI
Səpin
10-15.IX
əkin
20.X-5.XI
Səpin
15-20.IX
əkin
5-15.XI
Səpin
20-25.IX
əkin
5-15.XI
Əkindən qabaq sahə arat edilir, arat yetişdikdən sonra şitillər əkilir. Əkin
cərgələrinin xətləri müəyyənləşdirilir, cərgə boyu yuvalar açılır və şitillər
basdırılır. Əkindən qabaq və sonra yuvalara su verilir.
Əkindən 5-6 gün sonra sahə nəzərdən keçirilməli, tələf olmuş bitkilərin
yerləri eytiyatda saxlanılmış sağlam şitillərlə təmin edilməli və sonra
suvarılmalıdır.
Bitkilərə qulluq işləri torpağın yumşaldılmasından, əlavə qida və su
verilməsindən, alaqlara, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizədən ibarətdir.
Cərgə və bitki aralarını vaxtlı-vaxtında becərdikdə alaq otları məhv edilir,
torpaq yumşaldılıb dənəvərləşdirilir ki, bu zaman su, hava cərəyanı yaxşılaşır və
faydalı mikroorqanizmlərin fəallığı artaraq torpağın münbitliyi yüksəlir.
Kələm sahəsində alaqlanmanın səviyyəsindən, bitkilərin böyümə
vəziyyətindən, suvarmaların sayından və başqa amillərdən asılı olaraq cərgələrdə
bitki yarpaqları bir-birinə qarışana qədər, ən azı, 3-4 dəfə becərmə işləri
aparılmalıdır. Əkin zamanı sahənin torpağı tapdalanıb bərkidiyi üçün ilk
yumşaltma mümkün qədər tezləşdirilməlidir. Bu iş bitkidə yeni yarpaq əmələ
gələnə kimi aparılmalıdır. Yumşaltmalar yarpaqlar cərgəaralarını örtənə qədər hər
iki suvarmadan və ay güclü yağışlardan sonra aparılır. Cərgəaralarına kultivasiya
çəkdirmək olar, bu zaman gövdəsi gödək sortların dibləri torpaqla 1 dəfə, nisbətən
uzun olanlarınki isə iki-üç dəfə doldurulmalıdır. Birinci dibdoldurma rozet
ya
rpaqları böyüməyə başlayarkən, axırıncı isə bitki yarpaqları cərgələrdə bir-birinə
qovuşana qədər aparılmalıdır.
Vegatsiya dövründə yazlıq kələmlərə iki, payızlıq kələmlərə üç dəfə əlavə
yemləmə vermək (azot, fosfor, kalium və s.) daha faydalıdır.
Suvarılması. Bitkilərin normal böyüyüb inkişaf etməsi üçün sahələri
suvarmaq lazımdır. Suyun norması torpağın mexaniki və fiziki xüsusiyyətlərindən,
bitkilərin yaş dövründən asılı olaraq dəyişir. Suyun norması bitkinin ilk həyat
dövründə az, böyümənin güclü və məhsul vermə dövrlərində çoxalır. Suvarmanı
elə nizmalamaq lazımdır ki, sahənin nəmliyi tarla su tutumunun 70-75 %-dən az
olmasın. Belə olduqda sahənin nəmlənməsi ilə yanaşı kələmə lazım olan havanın
rütubəti də yüksəlir, yarpaqların səthi təmizlənərək tənəffüz və fotosintez
prosesləri üçün əlverişli şərait yaradılır.
Yığım. Yığım kələm texniki yetişkənliyə çatdıqda aparılır. Yığımın
gecikdirilməsi məhsulun partlamasına və çürüməsinə səbəb olur.
Kələm əvvəl seçmə yolla, sonra kütləvi surətdə yığılır. Yığım zamanı
bitkinin rozet yarpaqları yuxarıdan aşağıya doğru qoparılır, kələmin başı üstündə
2-
3 ədəd nisbətən ağarmış yaşıl yarpaq və 1,5-2 sm gövdə qalmaq şərtilə kəsilir.
Bu y
arpaqlar kələmi çirklənməkdən qoruyur və suyunu saxlayır.
4
Pomidorun becərilməsi
Pomidor respublikada ən geniş ərazidə becərilən və əhali tərəfindən il boyu
istifadə edilən əsas tərəvəz bitkilərindədir. Bu bitkinin əkin sahəsi son illərdə
artaraq ümumi tərəvəz əkinlərinin 33-40 %-ə qədərini, istehsal olunmuş məhsul isə
ümumi tərəvəz məhsulunun 50 %-dən çox hissəsini təşkil etmişdir. Son üç il
ərzində ölkəmizdə pomidor bitkisinin məhsuldarlığı becərilən bütün digər tərəvəz
növlərindən yüksək olmaqla, 178,8-181,9 s/ha arasında dəyişmişdir.
Lakin respublikanın tərəvəzçilik bölgələrinin əlverişli torpaq-iqlim şəraiti və
bu bitkin
in yüksək potensial məhsuldarlığı ilə müqayisədə, əldə edilmiş faktiki
məhsuldarlıq aşağı olub, qənaətbəxş sayıla bilməz.
Araşdırmalar göstərir ki, təsərrüfdatlarda bunun bir sıra obyektiv və
subyektiv səbəbləri vardır. Əsas subyektiv səbəblər ondan ibarətdir ki,
təsərrüfatlarda növbəli əkin sisteminə əməl edilmir, sələf bitkiləri və sortlar düzgün
seçilmir, əldə edilmiş toxumların sort və səpin keyfiyyətlərinə əhəmiyyət verilmir,
aqrokimyəvi xidmət, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işləri zəif
aparılır. Pomidor istehsalında ən çox rast gəlinən obyektiv çətinliklərə enerji
daşıyıcılarının qıtlığı və bahalığı aiddir ki, bu da becərmə texnologiyasının
qüsurlarla və gecikmələrlə yerinə yetirilməsinə səbəb olur. Odur ki, fermer və şəxsi
təsərrüfatlarda gələcəkdə pomidor istehsalının təkmilləşdirilməsi və onun
səmərəliliyinin yüksəldilməsi məqsədilə aşağıdakı tövsiyələrə ciddi əməl
edilməsini məsləhət görürük:
Dostları ilə paylaş: |