Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə20/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

 

27 


 IV Suvarma kimy

əvi (tur və ya pikslə), əllə 

Avqust 

 

28 


Pambığın 1 yığımı (əllə və ya maşınla) 

S

еntyabr-



y

еtişkənliyə gюrə 



 

29 


Yığılmış pambığın daşınması 

S

еntyabr 



 

30 


D

еfоlyasiya – pambığın yarpaqlarını tюkmək üçün 

çil

əmə 


S

еntyabr 


 

 

31 



Pambığın II yığımı 

Оktyabr 


 

32 


Ya

ğılmış pambığın daşınması 

Оktyabr 

 

33 


Pambığın III yığımı 

Оktyabr 


 

34 


Yığılmış pambığın daşınması 

Оktyabr 


 

35 


Pambıq  kоllarının  çıхarılması  və  tоplanaraq 

sah


ədən kənara daşınması 

N

оyabr 



 

 

Qеyd: Minеral gübr



ələrin miqdarı təsirеdici maddə hеsabı ilə vеrilib. 

 

 



 

 

 



 

 

 



 

2.7. 

Kartofun becərilməsi  

 

I. 

Faraş kartofun becərilməsi 

 

Növbəti  əkində  yeri.  Faraş  kartofun  əkin  yeri  alaqsız  olmaqla,  yumşaq 

dənəvər  və  rütubəti  yaxşı  saxlamalıdır.  Belə  torpaqlar  yaxşı  havalanır  və  kartof 

bitkisinin kök sistemi yaxşı inkişaf edir. 

Kar


tof  bitkisi  üçün  ən  yaxşı  sələf  bitkisi  dənli-  paxlalı  bitkilər,  bostan 

bitkiləri, qarğıdalı, şəkər çuğunduru, xiyar, soğan və s. hesab edilir. 

Kartofu  badımcançiçəklilər  fəsiləsindən  olan  bitkilərdən  (pomidor, 

badımcan, bibər) sonra, həmçinin kalium duzu (silvinit) verilmiş sahələrdə əkmək 

olmaz, çünki bu zaman kar

tof  xəstəliklərə  tez  yoluxur,  zəif  inkişaf  edir,  silvinit 

verilmiş sahələrdə isə onun dadı pisləşir. 

Herik  şumu.  Payızda  şum  adətən  optimal  müddətdə-  sentyabr, oktyabr 

aylarında 27-30 sm dərinlikdə aparılır. 



Əkinqabağı  becərmə.  Erkən  yazda,  sahəyə  çıxmaq  mümkün  olarkən 

torpağın 15-20 sm dərinliyində əkinqabağı becərilməsinə başlanır. Gilli torpaqlarda 

lazım gələrsə şumdan sonra diskiləmə, sonra isə malalama aparmaq lazımdır. 

Gübrələrin  tətbiqi.  Kartofun  gübrələmə  sisteminə  əsas  və  əlavə  yemləmə 

şəklində  verilmə  gübrələr  daxildir.  Torpağın  fiziki  xassələrinin  yaxşılaşmasında 

peyin xüsusi rol oynayır. 

Bu  məqsədlə  kartof  əkiləcək  sahələrin  əsas  şum  altına  hektara  40  ton 

hesabilə peyin verilməlidir. 

Bi

tkilərin qida ilə təminatında mineral gübrələrin də rolu böyükdür. Fosfor 



gübrəsinin normasının 60 %-i kalium gübrəsinin isə 50 %-i şum altına verilməlidir. 

Əkinqabağı isə şum altına fosfor gübrəsinin qalmış 30 %-i ilə kalium gübrəsinin 50 

%-i verilir. Qön

çələmə fazasında fosfor gübrəsinin qalmış 10 %-i ilə azot gübrəsi 

yemləmə şəklində verilir. 

Faraş kartof istehsalında  bölgələrdən  asılı  olaraq  təsiredici  maddə  hesabilə 

hektara 60-100 kq azot, 100-

140  kq  fosfor  və  80-130  kq  kalium  gübrələri 

verilməlidir. Ərzaq istehsalında N:P:K nisbəti 1:1, 5:2 olmalıdır. 

Əkin materialı və onun hazırlanması. Faraş kartofun mıəhsuldarlığı onun 

sortunun  seçilməsindən  daha  çox  toxumluq  materialın  (yumruların)  sağlam 

olma

sından asılıdır. Əkindən əvvəl toxumluq kartof üç fraksiyada çeşidlənməlidir: 



40 qramadək; 40-80 qram və 80 qramdan ağır. Əkində yaxşı olar ki, 40-80 qramlıq 

yumrulardan  istifadə  edilsin.  Toxumluq  məqsədilə  seçilmiş  yumrular  saxlama 

anbarına  qoyulmaq  üçün  əvvəlcə  4-5  gün  işıqda  saxlanılmalıdır.  Bu  müddətdə 

yumr


uların  üzərində  olan  artıq  nəmlik  buxarlanır,  yumrular  quruyur,  qabığı 

kobudlaşır və onda solanin maddəsi toplanır. 

Faraş məhsul almaq üçün kartof yumruları mütləq cücərdilməlidir. 

Cücərdilmə  zamanı  temperaturun  təsirindən  yumrularda  qida  və  boy 

maddələrinin  oyanması  başlayır.  Nəticədə  kartofun  çıxışı  cücərdilməyən 

yumrularla  əkinə  nisbətən  7-15  gün  tez  alınır.  Bundan  başqa  qönçələmə  və 

çiçəkləmə fazaları da nisbətən tezləşir ki, nəticədə faraş məhsul alınır. 


 

Cücərdilmiş  yumrulardan  alınmış  bitkilər  ana  yumrulardakı  qida 



maddələrini  tam  mənimsəyərək  güclü  kök  sistemi  əmələ  gətirir.  Bu  da  öz 

növbəsində məhsuldarlığın artmasına səbəb olur. 

Bundan  başqa  cücərdilmiş  yumrularla  aparılan  əkinlərdə  fitoftora  xəstəliyi 

meydana gəlməsi müddətinə kimi məhsulun çox hissəsi toplanmış olur.  

Yumrular bir neçə üsulla cücərdilir: işıq düşən yerlərdə günəş işığı altında, 

nəmlik  olan  mühitdə  və  həm  də  nəmlik  olan  mühitdə.  Kartofu 12-15

0



temperaturda  işıqda  cücərtdikdə  məhsuldarlıq  daha  çox  olmaqla  faraş  məhsul 



alınır. 

Cücərdilmə əməliyyatı normal gedərsə, 25-45 günə yumrular üzərində qısa, 

yoğun,  müxtəlif  rəngli  (sortlardan  asılı  olaraq)  cücərtilər  əmələ  gəlir.  İşıqda 

cücərmə  müddəti  sortlardan  asılı  olaraq  dəyişir.  Tezyetişən  sortlar  25-30 gün, 

gecyetişən  sortlar  40-45 gün cücərdilməyə  qoyulmalıdır.  Belə  hesab  edilir  ki, 

cücərdilmə müddəti uzanarsa, məhsuldarlıq nisbətən artar. 

Cücərdilmə işi döşəmədə, qəfəslərdə (stellajlarda), xüsusi yeşiklərdə, yaxud 

müxtəlif  yerlərində  deşiklər  açılmış  polietilen  örtükdən  hazırlanmış  torbalarda 

aparılır.  Cücərdilmə  işi  döşəmədə  aparıldıqda  yumrular  iki  yumru  qalınlığında 

düzülməli,  15-16  metr  eninə  zolaqlarla  (zolaqlar  arası  məsafə  30-40 sm 

buraxılmaqla) olmalıdır. Hər bir kvadrat metrdə təqribən 50-60 kq toxumluq kartof 

yerləşdirilməlidir. 

Dah

a  effektli  üsul  yumruların  parnikdə  əkilməsi  üsuludur.  Bu  məqsədlə 



yumrular  işıqda  cücərdilib  parnikdə  əkilir  və  üzərinə  2-3  sm  qalınlığında  yaxşı 

yanmış peyin tökülür. Parnikdə temperatur 12-15

0



olmalıdır. Bitkilərin boyu 4-5 



sm olduqda onlar ehtiyatla ç

ıxarılır və açıq sahəyə əkilir. Bu üsul daha tez faraş 

məhsul alınmasında tətbiq edilir.  

Kartof əkini. Faraş kartof məhsulu almaq üçün suvarılan aran rayonlarında 

kartofun  qışaltı  əkini  yaxşı  nəticə  verir.  Qışaltı  əkinin  optimal  müddəti  dekabrın 

10-dan 25-

ə  qədər  hesab  edilir.  Kartofu  dekabrın  10-dan  tez  əkmək  qorxuludur. 

Belə ki, kartof tez çıxış verər, şaxta cücərtiləri öldürə bilər. 

Faraş  kartofun  yaz  əkini  aran  rayonlarında  fevralın  15-dən  martın  15-dək, 

dağətəyi rayonlarda martın 1-dən 31-dək keçirmək lazımdır. 

İstər  qışaltı,  istərsə  də  yaz  əkinində  cərgə  araları  70,  yaxud  75  sm,  bitki 

araları isə 20-25 sm olmalıdır. Bu sxemlərlə bir hektar əkin sahəsinə sxemdən asılı 

olaraq 53-

71 min bitki düşür. 

Kartofu  qışaltı  8-10  sm,  yazda  isə  5-8  sm  dərinliyinə  əkmək  lazımdır. 

Xəstəliklərlə  mübarizə  məqsədilə  əkindən  əvvəl  toxumluq  kartof:  benlat  50  %-li 

(fundazol)-  0,5  -1 kq/ton, polikarbatsin 80 %-li-  2,6-2,7 kq/ton, xometsin 

(kuprozan 80 %-li-  0, 25-0,5 kq/ton, sineb 80 %-li 0,5-

1 kq/ton preparatlarından 

biri i

lə işlənməlidir (desinfeksiya edilməlidir). 



Bitkilərə  qulluq  edilməsi.  Kütləvi  çıxış  alındıqdan  sonra  kartofun  

cərgəaralarında becərməyə başlamaq lazımdır. İlk növbədə, əgər bitkilər zəifdirsə, 

yemləmə  verilməli  və  bitkilərin  boyu  18-20 sm-ə  çatana  kimi  1-ci dibdoldurma 

əməliyyatı  traktorla  aparılmalıdır.  2-ci  dibdoldurma  çiçəkləmənin  başlanğıcında 



 

aparılır.  1-ci  və  2-ci dibdoldurmadan 8-10  gün  sonra  qazayağı  ilə  dibboşaltma 



əməliyyatı aparılmalıdır. 

Faraş kartof sahələrində suvarmalar təlabata görə aparılmalıdır. 

Əgər  əkindən  sonra  sahəyə  yağış  düşmürsə  və  torpaq  qurudursa,  çıxışın 

yaxşı  alınması  üçün  əkin  sahəsi  suvarılmalıdır.  Kütləvi  çıxış  alınandan  sonra 

torpağın  nəmliyindən  asılı  olaraq  kartof  sahəsi  8-10  gündən  bir,  çiçəkləmə 

dövründə isə 5-8 gündən bir suvarılmalıdır. 



                                       II 

Kartofun yay əkini 

 

 

Respublikanın  aran  rayonlarında  kartof  tez  cırlaşdığından  onu  hətta  süni 

soyuduculu  anbarlarda  toxumluq  məqsədilə  saxlamaq  əlverişli  deyil. Çünki 

cırlaşma  kartofun  ərzaq  və  toxumluq  keyfiyyətini  aşağı  salır.  Yay  əkinindən 

alınmış  kartof  cırlaşmaya  çox  az  məruz  qalır.  Ona  görə  də  suvarılan  aran 

rayonlarında  kartofun  toxumçuluğu  probleminin  həllində  yay  əkini  xüsusi  rol 

oynayır. 

Yay əkini aparmaq üçün ya yeni yığılmış yumrulardan, yaxud da keçən ilki 

yumrulradan  istifadə  edilir.  Kartofun  2-ci  məhsulunun  alınması  üçün  əkiləcək 

sortun dinclik dövrü qısa olmalıdır. Bu məqsədlə Marafona, Laymdota, Nevskiy və 

Əmiri-600 sortları daha əlverişlidir. 

Əkindən  əvvəl  yumrular  əl  bıçaqları  vasitəsilə  uzununa  kəsilir.  Bu 

əməliyyatı  elə  aparmaq  lazımdır  ki,  hər  hissənin  üzərində  gözcüklər  olsun.  Bu 

zaman  kartof  yumrusu  axıra  kimi  kəsilmir,  təqribən  1  sm  dərinliyində  kəsilir. 

Sonra yumrular 2 % 

tiokarbamid məhlulunda bir saat saxlanıldıqdan sonra xırda 

cücərtilər  əmələ  gələnə  kimi  saxlanılır  və  əkilir.  Tiokarbamid  məhlulunun  hər 

litrinə 1-2 mqr giberrelin əlavə etdikdə daha yaxşı nəticə alınır. 

Qeyd etmək lazımdır ki, kartofu bıçaqla kəsdikdə xəstəliklərin yayılmasının 

qarşısını almaq üçün hər dəfə kəsik etdikdən sonra bıçaq 5 %-li lizol məhluluna, 

yaxud qaynar suya salınmalıdır. 

Yay əkinini yeni yığılmış yumrularla iyul ayının 20-dən avqust ayının 5-dək, 

keçən ilki yumrularla avqust ayının 1-dən 10-dək aparmaq lazımdır. 

Yay  əkinindəki  bitkilərin  yaşıl  kütləsi  az  olduğundan  məhsuldarlıq  da  az 

olur. Ona görə də əkin 70x15; 70x20; 70x22 sm, yaxud 75x15; 75x18 sm sxemləri 

ilə  aparılmalıdır.  Çıxış  alınana  kimi  torpağı  nəm  saxlamaq  lazımdır.  Həddindən 

artıq  nəmlik  kartof  yumrularını  çürüdə  bilər.  Başqa  qulluq  işləri  yaz  əkinlərində 

olduğu kimidir. 

Yay  əkinlərində  məhsul  yığımı  bitkiləri  soyuq  qorxutduqdan  sonra,  yaxud 

şaxtaların başlanması ərəfəsində aparılmalıdır. 

 

 

 



 

     

2.8. Tərəvəz bitkilərinin becərilməsi texnologiyası 

 

Kələmin becərilməsinə dair elmə əsaslanan məlumatlar 

 

Növbəli əkində yeri. Bu bitkiləri özünün və ya xaççiçəklilər fəsiləsinə aid 

olan 


digər  bitkilərin  sahəsinə  3-4  ildən  tez  qaytarmaq  olmaz.  Kələmi  əvvəlki 

sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması, 

yeni kələm əkinlərinin torpaq vasitəsilə yoluxması nəticəsində məhsuldarlıq aşağı 

düşür.  


Kələmi  tərəvəz  və  tərəvəz-yemçilik  növbəti  əkin  dövriyyəsində  becərmək 

olar. Kələm üçün ən yaxşı sələflər paxlalı bitkilər, xiyar, soğan, kartof, çuğundur, 

pomidor  və  çoxillik  otlar  sayılır.  Kələmin  təkrar  əkinlərində  göyərtilər,  faraş 

kartof, xiyar, sarımsaq, soğan, tezyetişən taxıllar yaxşı sələf ola bilər. 



Torpağın hazırlanması. Azərbaycanın tərəvəzçilik zonalarında kələm üçün 

torpaq payız, yaz və yay mövsümlərində hazırlanır. 

Payız becərməsi torpağın üzlənməsindən və qış şumundan ibarətdir. Torpaq, 

şumlanmazdan  əvvəl  bitki  qalıqlarından  təmizlənir  və  üzləyicilərlə  10-12 sm 

dərinlikdə yumşaldılır. Dondurma şumunu yaz və erkən yay əkinləri üçün ayrılmış 

sahələrdə aparmaq zəruridir. Sahə üzvi və mədən gübrələri verildikdən sonra 25-30 

sm dərinlikdə şumlanır. 

Gübrələnməsi.  Ağbaş  kələm  üçün  əsasən  üzvi  və  mədən  gübrələrindən 

istifadə  olunur.  Sortların  tezyetişkənliyindən  və  əkin  müddətindən  asılı  olaraq 

hektara 40-

60 ton təzə və 20-40 ton çürümüş peyin verilir.  

Kələm sahəsi təzə peyin şirəsi ilə əlavə gübrələndikdə bitkilərin böyüməsi 

və inkişafı sürətlənir, məhsuldarlığı daha yüksək olur.  

Bir  hektar  kələm  sahəsinə  gübrələrin  təsiredici  maddə  hesabı  ilə  təxmini 

miqdarı belədir:  N-70-90 kq, P-60-90 kq, K-90-120 kq. 

Əkin  yerlərinin,  torpaq  şəraitindən,  əkin  müddətlərindən,  su  ilə  təmin 

olunmaq  dərəcəsindən,  sələf  bitkilərin  xüsusiyyətindən  və  başqa  amillərdən  asılı 

olaraq bu normaları dəyişdirmək olar. Ağbaş kələm bitkisi əsas qida elementləri ilə 

yanaşı mikroelementlərə də (bor, mis, molibden) tələbkardır. 

Azot, fosfor və kalium gübrələrinin əsas hissəsini (60-80 %-ə qədər) əsas və 

ya iki


nci şum altına, qalan hissəsini isə əkinqabağı və yemləmə şəklində vermək 

vsiyə edilir. Payızlıq kələm sahələrinə azotun 1/3 hissəsini (60-80 %) əsas, ikinci 



hissəsini  isə  əkinqabağı  dayaz  şum  və  əlavə  yemləmə  şəklində  vermək  daha 

xeyirlidir. 

Əlavə yemləməli şitil əkinindən 15-20 gün sonra rozet əmələgəlmə və 

başbağlama dövrlərində də vermək olar. 



Toxumun  səpinə  hazırlanması.  Səpin  üçün  tam  yetişmiş,  iri,  dolu 

təmizliyi,  cücərmə  qabiliyyəti  yüksək  olan  toxumlar  ayrılır.  Bir  hektar  əkin 

sahəsinə  şitil  üsulunda 400-500  q,  şitilsiz  üsulda  isə  1-1,5  kq  toxum  işlədilir. 

Səpiləcək  toxumları  qabaqcadan  TMTD  (1  kq  toxuma  8  qr)  və  qranozan  (kq 

toxuma 4qr) preparatları ilə qarışdırmaqla zərərsizləşdirmək lazımdır. 

Şitilin yetişdirilməsi. Ağbaş kələmin şitilləri səpin və əkin müddətlərindən 

asılı  olaraq  soyuq  və  isti  şitilliklərdə  yetişdirilir.  Erkən  yazda  əkilən  tezyetişən 

yazlıq sortlar isti şitillikdə, payızlıq, orta və gecyetişən yazlıq sortların şitilləri isə 


 

soyuq şitillikdə yetişdirilir. İsti şitillikdə kələm şitilləri 10-12 günlük olduqda ya 



başqa yerə pikirovka edilir, ya da seyrəldilərək öz yerində saxlanılır. 

 

Kələmin əkini, becərilmə texnologiyası 



 

Soyuq 


şitilliyə,  əsasən,  payızlıq  sortların  toxumlarını  sentyabrın  10-25-də, 

yazlıq  toxumlarını  isə  mart  ayının 25-dən  iyul  ayının  15-nə  qədər  səpmək  olar. 

Soyuq  şitillikdə  şitil  becərmənin  maya  dəyəri  aşağı  olmaqla  şitillər  sağlam  və 

dözümlü olur. 

Soyuq  şitillikdə  sahəsi  10-20  kv.m  olan  ləklər  düzəldilməli  (eni  1  m, 

uzunluğu  10-20 m), oraya 5-10  kq  çürümüş  peyin,  40-50 q superfosfat, 20-30 q 

ammonium  şorası,  15-20  q  kalium  gübrəsi  verilərək  torpağa  qarışdırılmalıdır. 

Toxumlar 1-

1,5 sm dərinlikdə basdırılır, yaxşı və bərabər cücərti almaq məqsədilə 

ləklər  səpindən  sonra  yüngülcə  suvarılır,  üzərinə  0,5  sm  qalınlığında peyin 

çürüntüsü səpilir. 

Normal  qida  sahəsi  təmin  etmək  üçün  əsl  yarpaq  əmələ  gəldikdən  sonra, 

şitillərin aralarında 3-4 sm məsafə qoymaqla seyrəltmək lazımdır və hər kv.m-də 

300-


350 ədəd şitil qalmalıdır. Şitillərə 2-3 dəfə əlavə yemləmə verilir (hər kv.m-ə 

20-30 q superfosfat, 15-

20 q amonium şorası və 10-15 q kalium). Birinci yemləmə 

əsl  yarpaq  əmələ  gələndən  sonra,  ikinci  yemləmə  birincidən  10-12 gün sonra

üçüncü yemləmə isə əkinə 7-10 gün qalmış aparılır. 

Yemləmələrdən  sonra  şitillər  dərhal  təmiz  su  ilə  yuyulur.  Əkinə  yararlı 

şitillər  4-5  yarpağa,  normal  boya,  möhkəm  gövdəyə  və  qüvvəli  kök  sisteminə 

malik olmalıdır.  Köklərin  zədələnib  məhv  olmasının qarşısını  almaq  məqsədi  ilə 

əkinə 1 gün qalmış şitillər suvarılmalı və günün sərin vaxtında əkilməlidir. 

Əkin. Tərəvəzçilik rayonlarında kələmi iqlim şəraitinə görə yazda, yayda və 

payızda əkirlər. Bu, əhalini il boyu təzə kələmlə təmin etməyə imkan verir. Kələmi 

şitilsiz  üsulla  da  yetişdirmək  olar  ki,  bu  zaman  bitkinin  kök  sistemi  torpağın 

dərinliyinə daha artıq gedib rişələndiyi üçün bitkilər qüvvəli olur, ağır şəraitə dözür 

və bol məhsul verir. Bunun üçün yüngül, dənəvər, qalın qaysaq əmələ gətirməyən, 

su ehtiyatı və su saxlama qabiliyyəti yaxşı olan torpaqlar seçilir. 

Kələmin  yaz  əkini  üçün  Azərbaycan,  Taşkentskaya  10,  Yujanka  31, 

Zikurişka  498/15 sortları,  payız  əkini  üçün  Abşeronskaya  ozimaya,  Rəcəbli 104, 

Debentskaya  mestnaya  uluçşennaya,  Araz,  Sahil  sortları  məsləhət  görülür.  Yaz 

əkiləri üçün 70x40-45 sm, 70x30-35 sm, payız əkinləri üçün isə 70x40-45 sm əkin 

sxemi əlverişlidir. 

2 saylı cədvəldə respublikanın tərəvəzçilik bölgələri üzrə ağbaş kələmin yaz 

və payız əkinləri üçün səpin və əkin müddətləri verilir.  

 

Ağbaş kələmin zonalar üzrə səpin və əkin müddətləri 



 

Əkin dövriyyəsi 

Lənkəran 

Astara 

Quba 

Xaçmaz 

Abşeron 

Gəncə 

Qazax 

Yaz əkinləri 

üçün 

Səpin  


10-15. II  

əkin  


Səpin 

25-30.III 

əkin 

Səpin 


25-30.III 

əkin 


Səpin 

15-20.II 

əkin 

 

20-30. IV 



5-10.V 

10.V-15 


25-30.IV 

Payız əkinləri 

üçün 

Səpin 

20-25.X 

əkin 

10-20.XI 

Səpin 

10-15.IX 

əkin 

20.X-5.XI 

Səpin 

15-20.IX 

əkin 

5-15.XI 

Səpin 

20-25.IX 

əkin 

5-15.XI 

 

Əkindən  qabaq  sahə  arat  edilir,  arat  yetişdikdən  sonra  şitillər  əkilir.  Əkin 



cərgələrinin  xətləri  müəyyənləşdirilir,  cərgə  boyu  yuvalar  açılır  və  şitillər 

basdırılır. Əkindən qabaq və sonra yuvalara su verilir. 

Əkindən  5-6  gün  sonra  sahə  nəzərdən  keçirilməli,  tələf  olmuş  bitkilərin 

yerləri  eytiyatda  saxlanılmış  sağlam  şitillərlə  təmin  edilməli  və  sonra 

suvarılmalıdır. 

Bitkilərə  qulluq  işləri  torpağın  yumşaldılmasından,  əlavə  qida  və  su 

verilməsindən, alaqlara, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizədən ibarətdir. 

Cərgə  və  bitki  aralarını  vaxtlı-vaxtında  becərdikdə  alaq  otları  məhv  edilir, 

torpaq yumşaldılıb dənəvərləşdirilir ki, bu zaman su, hava cərəyanı yaxşılaşır və 

faydalı mikroorqanizmlərin fəallığı artaraq torpağın münbitliyi yüksəlir. 

Kələm  sahəsində  alaqlanmanın  səviyyəsindən,  bitkilərin  böyümə 

vəziyyətindən, suvarmaların sayından və başqa amillərdən asılı olaraq cərgələrdə 

bitki  yarpaqları  bir-birinə  qarışana  qədər,  ən  azı,  3-4  dəfə  becərmə  işləri 

aparılmalıdır.  Əkin  zamanı  sahənin  torpağı  tapdalanıb  bərkidiyi  üçün  ilk 

yumşaltma  mümkün  qədər  tezləşdirilməlidir.  Bu  iş  bitkidə  yeni  yarpaq  əmələ 

gələnə kimi aparılmalıdır. Yumşaltmalar yarpaqlar cərgəaralarını örtənə qədər hər 

iki suvarmadan və ay güclü yağışlardan sonra aparılır. Cərgəaralarına kultivasiya 

çəkdirmək olar, bu zaman gövdəsi gödək sortların dibləri torpaqla 1 dəfə, nisbətən 

uzun  olanlarınki  isə  iki-üç  dəfə  doldurulmalıdır.  Birinci  dibdoldurma  rozet 

ya

rpaqları böyüməyə başlayarkən, axırıncı isə bitki yarpaqları cərgələrdə bir-birinə 



qovuşana qədər aparılmalıdır. 

Vegatsiya  dövründə yazlıq kələmlərə  iki,  payızlıq kələmlərə üç dəfə  əlavə 

yemləmə vermək (azot, fosfor, kalium və s.) daha faydalıdır. 

Suvarılması.  Bitkilərin  normal  böyüyüb  inkişaf  etməsi  üçün  sahələri 

suvarmaq lazımdır. Suyun norması torpağın mexaniki və fiziki xüsusiyyətlərindən, 

bitkilərin  yaş  dövründən  asılı  olaraq  dəyişir.  Suyun  norması  bitkinin  ilk  həyat 

dövründə  az,  böyümənin güclü  və  məhsul  vermə  dövrlərində çoxalır.  Suvarmanı 

elə nizmalamaq lazımdır ki, sahənin nəmliyi tarla su tutumunun 70-75 %-dən az 

olmasın. Belə olduqda sahənin nəmlənməsi ilə yanaşı kələmə lazım olan havanın 

rütubəti  də  yüksəlir,  yarpaqların  səthi  təmizlənərək  tənəffüz  və  fotosintez 

prosesləri üçün əlverişli şərait yaradılır. 



Yığım.  Yığım  kələm  texniki  yetişkənliyə  çatdıqda  aparılır.  Yığımın 

gecikdirilməsi məhsulun partlamasına və çürüməsinə səbəb olur. 

Kələm  əvvəl  seçmə  yolla,  sonra  kütləvi  surətdə  yığılır.  Yığım  zamanı 

bitkinin rozet yarpaqları yuxarıdan aşağıya doğru qoparılır, kələmin başı üstündə 

2-

3 ədəd nisbətən ağarmış yaşıl yarpaq və 1,5-2 sm gövdə qalmaq şərtilə kəsilir. 



Bu y

arpaqlar kələmi çirklənməkdən qoruyur və suyunu saxlayır. 

 

 


 

Pomidorun becərilməsi 



 

Pomidor respublikada ən geniş ərazidə becərilən və əhali tərəfindən il boyu 

istifadə  edilən  əsas  tərəvəz  bitkilərindədir.  Bu  bitkinin  əkin  sahəsi  son  illərdə 

artaraq ümumi tərəvəz əkinlərinin 33-40 %-ə qədərini, istehsal olunmuş məhsul isə 

ümumi  tərəvəz  məhsulunun  50  %-dən  çox  hissəsini  təşkil  etmişdir.  Son  üç  il 

ərzində ölkəmizdə pomidor bitkisinin məhsuldarlığı becərilən bütün digər tərəvəz 

növlərindən yüksək olmaqla, 178,8-181,9 s/ha arasında dəyişmişdir. 

Lakin respublikanın tərəvəzçilik bölgələrinin əlverişli torpaq-iqlim şəraiti və 

bu bitkin

in  yüksək  potensial  məhsuldarlığı  ilə  müqayisədə,  əldə  edilmiş  faktiki 

məhsuldarlıq aşağı olub, qənaətbəxş sayıla bilməz. 

Araşdırmalar  göstərir  ki,  təsərrüfdatlarda  bunun  bir  sıra  obyektiv  və 

subyektiv  səbəbləri  vardır.  Əsas  subyektiv  səbəblər  ondan  ibarətdir ki, 

təsərrüfatlarda növbəli əkin sisteminə əməl edilmir, sələf bitkiləri və sortlar düzgün 

seçilmir, əldə edilmiş toxumların sort və səpin keyfiyyətlərinə əhəmiyyət verilmir, 

aqrokimyəvi xidmət, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işləri zəif 

aparılır.  Pomidor  istehsalında  ən  çox  rast  gəlinən  obyektiv  çətinliklərə  enerji 

daşıyıcılarının  qıtlığı  və  bahalığı  aiddir  ki,  bu  da  becərmə  texnologiyasının 

qüsurlarla və gecikmələrlə yerinə yetirilməsinə səbəb olur. Odur ki, fermer və şəxsi 

təsərrüfatlarda  gələcəkdə  pomidor  istehsalının  təkmilləşdirilməsi  və  onun 

səmərəliliyinin  yüksəldilməsi  məqsədilə  aşağıdakı  tövsiyələrə  ciddi  əməl 

edilməsini məsləhət görürük: 


1   ...   16   17   18   19   20   21   22   23   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə