Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə22/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

Yığım.  Sarımsağın  məhsulu  may,  iyun  aylarında  yığılmaqla  sort  və  ona 

göstərilən aqrotexniki qulluq işlərindən asılı olaraq hər hektardan 120-140 sentner 

olur. 

Bibərin becərilməsi 

 

Açıq  sahədə  bibər  bitkisi  növbəli  əkin  sistemində  badımcançiçəklilər 

fəsiləsinə aid olan bitkilər becərilən yerə  ən azı üç ildən sonra əkilə bilər. Bibər 

bitkisi üçün ən yaxşı sələf kələm, xiyar, noxud və çoxillik otlar hesab edilir. 



Torpağın  hazırlanması  və  gübrələmə.  Bibər  qida  maddələrinə  çox 

tələbkardır.  Onu  qida  maddələri  ilə  zəngin  torpaqlarda  əkmək  lazımdır.  100  sen 

məhsulun əmələ gəlməsi üçün 45-56 kq azot, 8-15 kq fosfor, 50-80 kq kalium sərf 

edir.  Ona  vegetasiya  ərzində  hektara  20  ton  peyin  normasında  150-180 kq azot, 

120-180 kq fosfor, 120-

150  kq  kalium  verilməsi  məsləhət  görülür.  Peyinin         

70-80 %-

ni əsas şum altında, 20-30 %-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. 

Fosfor  və  kalium  gübrələrinin  50  %-ni  əsas  şum  altına,  20  %-ni  şitil  sahəyə 

əkiləndən  15-20 gün sonra, 30 %-ni  isə  kütləvi  çiçəkləmə  və  ilk  meyvə  əmələ 

gətirmə dövründə vermək lazımdır. 

Səpin.  Şitil  yetişdirmək  üçün  toxumlar  yaıisti  şitillikxanalara  martın 

əvvəlində  səpilir.  Bir  şitilliyin  çərçivəsi  altına  cərgələrlə,  yaxud  dağınıq  üsulla    

18-

20  qr  toxum  səpilir.  Cücərtilər  alınandan  sonra  45-50  gün  müddətində  şitil 



yetişir.  Şitilin  açıq  sahəyə  köçürülməsinin  ən  yaxşı  vaxtı  gecikmiş  yaz  şaxtaları 

qorxusunun  sovuşduğu  və  torpağın  temperaturunun  14

0

C-

dən  yuxarı  olduğu 



müddətdir.  Respublikanın  cənub  rayonları  üçün  bu  müddət  aprelin  ikinci  yarısı, 

şimal rayonları üçün isə mayın əvvəlidir. 



Şitillərin  əkini.  Şitillər  cərgəvi  üsulla  70x35  sm  sxemdə  əkilməsi 

əlverişlidir. Bibər əkilən sahə vaxtlı-vaxtında becərilməli, alaqdan təmizlənməli və 

suvarılmalıdır.  Bitkilərə  əlavə  yemləmə  gübrələri  verilməli,  onların  dibi 

yumşaldılmalı, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmalıdır. 



Suvarma. 

Bibər bitkisi üçün suvarmanın böyük əhəmiyyəti var. O, rütubət 

sevən bitki olub, qısa müddətli quraqlığa belə dözmür, çünki kök sistemi torpağın 

üst  qatlarında  yerləşir,  ona  görə  də  yay  aylarında  bibərin  vaxtaşırı  suvarılması 

məhsuldarlığı artırır. 


12 

 

Xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə.  Ümumiyyətlə,  bibər  bitkisi 

xəstəliklərə  qarşı  davamlıdır.  Lakin  bir  neçə  il  dalbadal  eyni  sahədə  becərilərsə, 

fuzarioz  soluxmasına  sirayətlənə  bilər.  Belə  bitkilərin  bütün  gövdəboyu  və  yan 

budaqlarının  qabıqaltı  hissəsi  qəhvəyi  rəngdə  olur,  yarpaqları  ölgünləşir,  xəstə 

bitkilər  məhsul  vermir.  Xəstəliyə  əsasən,  avqustda,  havalar  isti  və  quru  olduqda 

daha  çox  meylli  olur.  Xəstəliyə  qarşı  ən  əsas  mübarizə  tədbiri  düzgün 

aqrotexnikanın tətbiq olunmasıdır. Şitil sıx, torpaq isə həddindən çox rütubətli və 

isti  olmamalıdır.  Yığımdan  sonra  bitki  qalıqları  yığılıb  məhv  edilməli,  dalbadal 

eyni sahədə becərilmə aparılmamalıdır. 

Bibərin toxumluq üçün saxlanılan bitkilərinə edilən aqrotexniki qulluq işləri, 

ümumi aqrotexniki tədbirlərdən   fərqlənmir. Lakin bu məqsədlə əkilən bitkilərdə 

bütün  becərilmə  dövrü  ərzində  (cücərtidən  meyvələrin  bioloji  yetişmə  dövrünə 

qədər)  xəstə,  inkişafdan  geri  qalmış  bitkilər  və  meyvələr  çıxarılıb  məhv  edilir. 

Meyvə vermə dövründə 25-3 dəfə sorttəmizlənməsi aparılaraq, xəstə, qarışıq, aşağı 

məhsuldar bitki və meyvələrdən təmizlənir. Şirin və acı bibər meyvələri arasında 

tozlanma  prosesi  getdiyi  üçün  onları  bir  sahədə  əkmək  olmaz,  mütləq  1000  və 

2000 m ərazidə izolyasiya olmalıdır. 



Yığım.  Toxumluq  meyvələri  yetişəndən  30-40 gün sonra tam bioloji 

yetişkənliyə çatdıqdan sonra dərmək lazımdır. 

Şirin bibər sortlarında 1 ton məhsuldan 4-10 kq toxum, acı bibər sortlarında 

isə 16-18 kq toxum almaq olar. 

Bir hektar sahədən 70-100 kq toxum məhsulu almaq olar. 

Bibər  toxumu  2-3  ildən  sonra  öz  cücərmə  qabiliyyətini  nisbətən  artırmaq 

üçün onu aşağı temperaturda (0-5

0

C) və aşağı rütubətdə (6-105) hermetik bağlanan 



qablarda saxlamaq lazımdır. 

 

        



Badımcanın becərilməsi 

 

Tərəvəz  bitkiləri  içərisində  quşüzümü  fəsiləsindən  olan  badımcan  bitkisi 

əsas  tərəvəz  bitkiklərindən  biri  olmaqla,  Azərbaycanın  bütün  rayonlarında 

becərilir. Vətəni Hindistanın tropik vilayətləridir. Badımcan bişmiş halda yüksək 

dad keyfiyyətinə görə qiymətli bitki sayılmaqla, müalicəvi əhəmiyyətə malikdir. 

Badımcan  bitkisi  respublikada  geniş  yayılmışdır.  Xalq  təbabətində 

badımcandan  qan  xəstəliyinə  qarşı  istifadə  edirdilər.  Onu  xörəklərdə  sistematik 

istifadə etdikdə qanda xolesterinin miqdarını 1-2 % həddində saxlayır. Fermerlər 

onun  yüksək  qidalılıq  keyfiyyətini  və  bazarda  satışını  nəzərə  alıb,  əkin  sahəsini 

genişləndirməyi  unutmamalıdırlar.  Badımcan  bitkisindən  yüksək  keyfiyyətli  bol 

məhsul  almaq  üçün  becərmə  işləri  vaxtında  və  aqrotexniki  tələblərə  uyğun 

aparılmalıdır. 



Əkin qabağı becərmə. Bu  məqsədlə sahə payızda torpağa 20-40 ton üzvi 

gübrə (peyin) verməklə 20-25 sm dərinlikdə şumlanır. Şum nə qədər tez aparılarsa, 

bir o qədər yaxşıdır. Çünki torpaq rütubəti daha yaxşı saxlayır, bu da xəstəlik və 

zərərvericilərin inkişafının qarşısını alır. 



13 

 

Səpinqabağı  becərmə  zamanı  sahə  10-12  sm  dərinlikdə  malalanır  və  əkin 



üçün şırımlar açılır. Cücərmiş alaq otları məhv edildikdən sonra əkin aparılır. Bu 

işlər fevral-mart aylarında başa çatır. 



Gübrələmə. Badımcan bitkisi üçün bölgələrdə hektara 20 ton peyin, 240 kq 

azot, 240 kq superfosfat və 200 kq kalium gübrələri verilir. 

Peyinin 50 %-i fosforun 60 %-

i ilə birlikdə şumaltına, qalan 50 %-i isə əkin 

zamanı  cərgələrə  və  yuvalara  verilib  torpağa  qarışdırılır.  Fosforun  qalan  40  %-i, 

azot və kaliumun  hamısı  bərabər  hissəyə  bölünərək,  birinci hissəsi  meyvə  əmələ 

gəlməyə  başlayan  zaman,  ikinci  hissəsi  isə  dördüncü  yığımdan  sonra  torpağa 

verilir və qarışdırılır. 

Badımcan  bitkisinə  üzvi  və  mineral  gübrələri  göstərilən  qaydada  verdikdə 

gübrələrin  səmərəsi  daha  yüksək  olur.  Əkin  sahələrinə  gübrə  verdikdə  mütləq 

sahədə  əkilmiş  sələf  bitkilərinə  və  torpağın  aqrotexniki  təhlilinə  fikir  vermək 

lazımdır. 

Səpin üçün təzə, yaxşı yetişmiş, dolu cücərmə qabiliyyəti və sort təmizliyi 

yüksək olan toxumlar ayrılır. 

Toxumun sort təmizliyi və cücərmə qabiliyyəti cədvəldə göstərilir: 

 

 



Bitki 

Sort təmizliyi 

Cücərmə qabiliyyəti 

Toxumun rütubəti  

(ən çoxu %-lə) 

I sinif 


II sinif 

I sinif 


II sinif 

I sinif 


II sinif 

Badımcan 

99 

95 

90 

65 

10 

11 

 

Əkin materialı və onun hazırlanması. Toxumu səpindən qabaq 5 %-li duz 

məhlulundan isladıb seçirlər. Rüşeymsiz toxumlar çıxdaş edilir, qalanları isə təmiz 

suda yuyulub qurudulur. Sonra 30 dəqiqə 1%-li kalium permanqanat məhlulunda 

sax


lanır,  qurudularaq  çeşidlənir.  Bakteriya  və  virus  xəstəliklərinə  qarşı  mübarizə 

məqsədilə  toxumlar  səpindən  qabaq  (1  kq  toxuma  8  q  hesabı  ilə)  TMTD  ilə 

dezinfeksiya edilir. 

Toxum  səpilən  istixanalarda  istilik  13

0

C-

də  isə  7-9  gündən  sonra  cücərti 



alınır.  Normal  cücərti  almaq  üçün  torpağın  temperaturu  25-28

0

C  olur.  Cücərti 



alındıqdan 5-7 gün sonra onların yaxşı böyüməsi üçün saxlanma yerində, buludlu 

günlərdə gündüz 18-20

0

C-

də, gecə 16



0

C-

yə çatdırılır. Torpağın nəmliyi 80 % olur. 



 

Badımcanın səpini və əkini 

                                                                                                            

Bölgələr 

Şitilliyə səpin 

Əkin 

Lənkəran 

1-10 fevral 



1-10 fevral 

Samur-

Dəvəçi suvarılan ovalıq 

20 mart-1 aprel 



25 may-1 iyun 

Abşeron 

1-10 mart 



25 aprel-10 may 

Suvarılan dağətəyi düzən 

20 fevral-1 aprel 

15 aprel-1 may 

 

Bir çərçivə altında 550-600 badımcan şitili becərmək mümkündür. Şitillərə 



2-

3  dəfə  əlavə  yemləmə  gübrəsi  verilir.  Cücərtilərdə  1-2  yarpaq  əmələ  gələndə 

şitillərin  yerini  dezinfeksiya  olunmuş  istixanalarda  dəyişdirmək  məsləhətdir. 

Dezinfeksiya məqsədilə 15 qr karbotion 10 l suda həll edilərək istifadə edilir. Bu 



14 

 

məqsədlə  yeşiklərdən  istifadə  etmək  olar.  İkinci  dezinfeksiya  səpin  və 



yerdəyişmədən 25 gün sonra aparılır. Şitillər 20-25

0

C-li 



ilıq su ilə suvarılır. Şitili 

açıq  sahəyə  köçürməzdən  qabaq  doyunca  suvarılır.  Sahəyə  köçürülən  şitilin 

gövdəsi  yoğun,  6-7  əsas  yarpaqlı  və  hündürlüyü  10-15  sm  olur.  Əkin  70x30  sm 

sxemlə  aparılır.  Bitkiləri  sahəyə  buludlu  havada,  yaxud  günün  ikinci  yarısında 

köçürmək məsləhətdir. 

Birbaşa  səpin.  Badımcan  toxumunu  birbaşa  sahəyə  səpmək  də  xeyli 

faydalıdır. Səpin martın axırı, aprelin birinci ongünlüyündə aparılır. Əkin cərgəvi 

üsulla- 

70x30 sm sxemi üzrə suvarılan sahələrdə isə lent üsulu ilə- 80x150x30 sm 

s

xemi ilə səpilir. Bitkilərə əkindən 10-15 gün sonra yemləmə gübrəsi verilməlidir. 



N

120


R

120


K

60

. Sonra 16-



18  sm  dərinliyində  yumşaldılır.  Normaya  görə  badımcan 

bitkisinə 350-400 m

3

 

su verilməlidir. 



Fermerlərə aşağıdakı badımcan sortları əkməyi məsləhət görürük:  

                                                                                                            

Bitki 

B ö l g ə l ə r 

Z

 m

el

on

ge

n

a L

 

Abşeron 


VI 

Samur-


Dəvəçi 

suvarılan ovalıq 

IV 

Lənkəran 



 

Şirvan-Qarabağ 



suvarılan ovalıq bölgə 

II 


Suvarılan dağətəyi 

düzən bölgə 

III 

Almaz 

Zəhra 

Gəncə 

Almaz 

Almaz 

Zəhra 

Gəncə 

Almaz 

Zəhra 

 

Zəhra 

Almaz 

 

 

Badımcan  bitkisinin  əsas  xəstəlik  və  zərərvericiləri  fuzarioz  və 



makrosporiozdur. 

Fuzarioz 

xəstəliyinin  törədicisi  olan  göbələk  yoluxdurduğu  bitkilərin  kök 

bo

ğazında qonur ləkələr əmələ gətirir, kök boğazı nazilir və məhv olur. Mübarizə 



məqsədilə məhsul toplandıqdan sonra bitki qalıqları yığılıb kənar yerdə basdırılır. 

Toxumlar səpinqabağı 80 %-li TMTD (4 kq 1kq-a), 65 %-li fenturam (3 kq 1 kq-a) 

ilə dərmanlanır. Xəstəliyə davamlı sortlardan istifadə edilir. 

Makrosporioz 

xəstəliyini  makrosporium  göbələyi  törədir.  Xəstəlik 

bitkilərin  yarpaqlarını,  meyvələrini  zədələyir,  onların  üzərində  qəhvəyi-dairəvi 

ləkələr  əmələ  gətirir.  Mübarizə  məqsədilə  növbəli  əkinə  riayət  edilir.  Məhsul 

yığıldıqdan  sonra  sahəni  bitki  qalıqlarından  təmizləyir,  səpinqabağı  toxumlar 

dərmanlanır  (1  kq  toxuma  8  q  80  %-li  TMTD).  Şitillər  açıq  sahəyə  əkilməzdən 

əvvəl  0,5  %-li mis xlor oksidi, 0,5 %-li sineb, yaxud 1 %-li  bordo  mayesi  ilə 

çilənir. Çiləmə 2-3 dəfə, hər 10-12 gündən bir təkrar edilməlidir. 



Kolorado  böcəyi  ölkə  üçün  karantin  ziyanvericisi  sayılır.  Bu  ziyanverici 

yetkin mərhələdə torpağın 20-60 sm dərinliyində qışlayır. Yazda torpağın istiliyi 

14-16

0

C-



yə  çatdıqda  böcəklər  qışlamadan  çıxır  və  badımcan  bitkisinin  üzərində 

qidalanır. Bir dişi fərd orta hesabla 400-700 və daha çox yumurta qoyur. 

Ziyanvericinin yayılmasının qarşısını almaq üçün sahələri karbofos (hektara 

1,5  kq)  və  65  %-li  polixlorpinenin  emulsiyası  (hektara  2  kq)  və  boverin bioloji 

preparatı (hektara 2 kq) karbofos çilənir. 

Yığım.  Badımcanın  meyvəsi  bitkilərdə  tam  texniki  yetişkənlik  müəyyən 

edildikdən  sonra  Lənkəran  bölgəsində  may-iyun, Samur-Dəvəçi  suvarılan  ovalıq 



15 

 

bölgəsində  iyul,  Abşeronda  iyun-iyul və suvarılan  dağətəyi  düzən bölgəsində  isə 



iyul ayında yığılır. 

         



2.9. 

Yonca bitkisinin becərilmə texnologiyası 

 

Yoncanın  əhəmiyyəti.  Ölkədə  heyvandarlığın,  quşçuluğun  və  arıçılığın 

inkişaf  etdirilməsi,  mal-qara  və  quş  məhsullarının  artırılması,  məhsulun 

keyfiyyətinin  yaxşılaşdırılması  və  onun  maya  dəyərinin  aşağı  salınmasında  əsas 

məsələlərdən  biri  qiymətli  yem  bazasının  yaradılması  ilə  yanaşı  heyvanların  və 

quşların dəyərli yem payları ilə təmin edilməsidir. 

Mal-


qaranın  qiymətli  yem  bitkiləri  ilə  qidalandırılması  sağlam  balaların 

alınması deməkdir. Respublikanın şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün 

yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. 

Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80-85%-dir, qalan 15-20%-

i qüvvəli yemlər təşkil edir. 

Qaba  yem  bitkilərinin  əsasını  yonca  təşkil  edir.  Azərbaycanın  bütün 

bölgələri  üzrə  386  min  hektar  sahədə  yonca  bitkisi  becərilir.  Yonca  paxlalılar  

fəsiləsinə  mənsub olub,  çoxillik  bitkidir. Kənd təsərrüfatı bitkiləri üçün  ən  yaxşı 

sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli 

bol yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın 

inkişafında  yem  bazası  möhkəmlənir,  torpağın  münbitlik  səviyyəsi  daha  da 

yaxşılaşır. 

Yoncanın  yaşıl  kütləsi,  senajı,  quru  otu  və  ot  unu  mal-qara  və  quşlar 

tərəfindən  ləzzətlə  yeyilir.  Yoncanın  yaşıl  kütləsi  heyvanların  və  quşların 

orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və 

makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. 

Yoncanın 1 kq yaşıl kütləsində 0,20-0,30 qr, quru otunda 0,60-0,70 qr, yem 

vahidi 130-

180  qr,  həzm  olunan  protein  9,0-16 qr, kalsium 1,5-2,5  qr,  fosfor       

15-


30 mq karotin vardır. 

Müasir  texnologiya  ilə  hazırlanmış  1  kq  ot  ununun  tərkibində  150-200 qr 

protein və 200-300 mq karotin vardır. 

1 ha yonca sahəsindən 120-150 kq yüksək keyfiyyətli təmiz arı balı (çiçək) 

alınır. 

İkiillik  yonca  torpağın  0-40  sm  qatında  hər  hektarda  70-80 sentner kök 

qalığı əmələ gətirərək, torpağı çürüntü, 400 kq-dan çox bioloji azot və başqa qida 

maddələri  ilə  zənginləşdirir.  Bu  zaman  torpağın  fiziki  xassələri,  strukturu  və  su 

rejimi yaxşılaşır. 

İkiillik  yonca  altında  əkilmiş  pambığın  məhsuldarlığı  bir  hektardan  orta 

hesabla 5-

6,  dənli  bitkilərdə  5-7,  tərəvəz,  bostan  və  kartofda  20-30 sentner artıq 

olur. 

Yonca birinci ili 3-



4 çalında 400-600 sen/ha yaşıl kütlə və 150-180 sen/ha 

quru ot verir. İkinci il 4-6 çalında 700-1000 sen/ha yaşıl kütlə və 150-300 sen/ha 

yüksək keyfiyyətli quru ot verir. 

  

Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara 

herik, 

tərəvəz, bostan  və  kartof  bitkiləridir.  Şəkər  çuğunduru  yonca  üçün  sələf 



bitkisi  kimi  məsləhət  bilinmir,  çünki  torpağın  dərin  qatında  olan  nəmliyi  güclü 

qurudur.  Suvarılan  torpaqlarda  yoncanı  hər  hansı  sələflə  növbələndirmək  olar. 

Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar.  


 

 



Torpağın  becərilməsi

  

Yonca  inkişafının  əvvəllərində  zəif  böyüyür.  Ona 

görə də yonca bitkisini alaqlar tez basıb kölgələndirir. Bunu nəzərə alaraq yonca 

səpini  üçün  nisbətən  alaq  otları  ilə  az  sirayətlənmiş

 

torpaq  sahələri  seçilməsi 



məsləhətdir.  Yonca  səpiləcək  torpağın  becərilmə  sistemi  sələflərdən  asılı  olaraq 

dəyişir.  Yoncanın  payız  səpinləri  üçün  dənli  taxıl  bitkilərindən  sonra  sələf 

bitkisinin  məhsulu  yığılan  kimi  kövşənlik  6-8 sm  dərinlikdə  üzlənir.  Alaq  otu 

toxumlarının  cücərməsini  sürətləndirmək  üçün  üzləmədən  sonra  sahənin 

suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-

3  həftədən  sonra,  alaq  otu  toxumları  cücərdikdə  hər  hektara  30-40 ton çürümüş 

peyin,  təsiredici  maddə  hesabı ilə 60-90  kq fosfor, 30 kq azot, 60-90  kq kalium 

gübrələri verib kotanlarla 25-27 sm dərinlikdə əsas şum aparılır.  

Əsas  şumun  aparılma  müddəti  torpağın  yetişməsindən  ötrü  böyük 

əhəmiyyətə malikdir. Aran rayonlarında yoncanın payız səpinindən ötrü əsas yay 

şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu zaman şum 

ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu müddət ərzində 

torpaq normal yetişir.  

Pambıq  əkini  altından  çıxmış  tarlalarda  üzləmə  pambıq  gövdələrinin 

çıxarılması  ilə  əvəz  olunur  və  şumdan  qabaq  suvarma  tövsiyə  olunmur.  Çünki, 

pambıq yığıldıqdan sonra torpağın dondurma şumunu aparmaq üçün kifayət qədər 

rütubət olur. Yaz səpinində isə dənli bitkilərdən sonra optimal dondurma şumunun 

müddəti sentyabr-oktyabr aylarıdır. Dekabr-yanvar aylarında arat edilməsi tövsiyə 

edilir.  

Torpağın  səpinqabağı  becərilməsi.  Yonca  bitkisi  torpağın  keyfiyyətli 

hazırlanmasına çox tələbkardır. Yoncanın payız səpini üçün sentyabrın əvvəlində 

səpinqabağı  kultivasiya  və  sonradan  malalama  keçirilir.  Kultivasiyaya  3-4 gün 

qalmış su ehtiyatı yaratmaq üçün suvarma (arat) yaxşı nəticə verir. 

Yaz  səpini  üçün  erkən  yazda  səpin  qabağı  iki  dəfə  kultivasiya  və  onların 

ardınca  diskli  malalarla,  sonra  isə  ziqzaq  malası  ilə  malalama aparmaq  məqsədə 

uyğundur.  

Toxumun  səpinə  hazırlanması.    Səpindən  15  gün  əvvəl  yonca  toxumları 

labor


atoriya analizindən keçirilməlidir. Analiz zamanı toxumun səpin keyfiyyətinə 

aid  olan  əsas  göstəricilər:  cücərmə  enerjisi,  cücərmə  qabiliyyəti,  toxumların 

həyatiliyi,  toxumların  nəmliyi  və  təmizliyi  təyin  edilməlidir.  Səpindən  qabaq 

toxumlar  toxumtəmizləyən  maşınlarda  diqqətlə  təmizlənir.  Toxumun  təmizliyi   

96-

98%, cücərmə qabiliyyəti 90-95%  və I sinfə mənsub olmalıdır. Yonca toxum-



larını  qızıl  sarmaşıq    toxumlarından  təmizləmək  üçün  elektromaqnit toxum 

təmizləyən maşınında dəmir tozundan                           («Trifolin» ТU 6-14-870-

77) 

keçirmək  lazımdır.  Səpiləcək  toxumları  alaq  otları  qarışığından  təmizləmək 



üçün  toxumları  duz  məhluluna  salmaq  lazımdır.  Belə  tədbir  zamanı  alaq  otu 

toxumlarının 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr. xörək duzu hesabı ilə 

hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə tökülür və qarışdırılır. 

Məhlulun  üzərinə  çıxmış  alaq  otu  toxumları  tənzif  kəfgirlə  yığılır.  Təmizlənmiş 

toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudurlar.  

Səpindən  25-30  gün  əvvəl  zərərverici  və  xəstəliklərə  qarşı  1  ton  toxuma    

(3-

4/1000  litr)  hesabı  ilə  «Senturan»  və  yaxud  1  ton  toxuma  7  kq  «Bronotak» 



 

 



kimyəvi preparatları qarışdırmaqla dərmanlamaq lazımdır.  

Səpin qabağı toxumların ammonium  molibdenatla işlənməsi müsbət nəticə 

verir.  100  qr.  ammonium    molibdenatı  400  qr.  suda  həll  edərək  bir  hektara 

səpiləcək toxum normasına çiləmək lazımdır. Bitkinin kökündə fır bakteriyalarının 

yaxşı  inkişafı  və  məhsulun  keyfiyyətli  alınması  üçün  səpin  günü  toxumları 

rizotorfin  (nitragin)  bakterial  gübrəsi  (preparatı)  ilə  işləmək  lazımdır.  Eyni 

zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi də müsbət nəticə verir.   

Səpin  müddəti,  üsulu  və  norması.  Səpin  müddətinin düzgün 

müəyyənləşdirilməsi normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın 

bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir.  

Yoncanın  payız  səpini  sentyabrın  20-dən  oktyabrın  30-dək  başa  çatdırıl-

malıdır.  

Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək 

aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə  martın 1-dən 20-dək, dağlıq 

ərazilərdə isə  martın  20-dən  aprelin 10-dək səpin aparıla bilər.  

Yemlik yonca üçün 

toxumun  səpin  norması  hektara  14-15 kq  toxumluq 

məqsədilə  gencərgəli  üsulla  səpində  isə  6-7  kq/ha  birinci  sinfə  məxsus  olan 

toxumlar götürülür. Birinci halda cərgəarası 7,5 və 15, ikincidə 60 sm olmalıdır. 

Toxumlar 1,5-2 

sm dərinliyə basdırılır. 

Yonca  öz  inkişafının  erkən  dövrlərində  fosforla  qidalanmaya  həssaslıq 

göstərir.  Ona  görə  də  toxumla  birlikdə  50  kq/ha  təsiredici  maddə  hesabı  ilə 

dənəvərləşdirilmiş superfosfat gübrəsinin verilməsi məqsədəuyğundur.

  

  



Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin