Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə21/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

Növbəli əkin. Pomidor bitkisinin bioloji xüsusiyyətlərinə görə, o öz əvvəlki 

yerinə üç ildən tez qayıtmamalıdır. Bu bitki üçün ən yaxşı sələf bitkiləri paxlalılar, 

dənli bitkilər, soğan, yerkökü, xiyar və kələmdir. 

Torpağın  hazırlanması.  Pomidor  əkilən  sahəyə  20-40  ton  üzvi  gübrə 

(peyin)  verməklə  payızda  20-25  sm  dərinlikdə  doldurma  şumu  aparılır.  Şum  nə 

qədər tez aparılarsa, bir o qədər yaxşıdır. Çünki bu halda torpaq rütubəti daha yaxşı 

saxlayır ki, bu da xəstəlik və zərərvericilərin inkişafına mane olur. 

Əkinqabağı  becərmə  zamanı  torpağın  vəziyyətindən  asılı  olaraq  10-15 sm 

dərinlikdə malalama aparılır və əkin üçün şırımlar açılır. 

 

Pomidorun səpin və əkin müddətləri 

 

Bölgələr 

İsti şitillikdə səpin  

Əkin 

Abşeron 

1-10.III 

25.IV-5.V 

Samur-

Dəvəçi suvarılan 

ovalıq 

25.II-5.III 

25.IV-10.V 

Lənkəran 

1-10.II 


1-10.IV 

Suvarılan dağətəyi düzən 

15-20.II 

20-30.IV 

 

Cücərtilər  əmələ  gəldikdən  sonra  şitillikdə  havanın  temperaturu  4-5 gün 



müddətində  13-16

0

C-



də,  sonralar  isə  20-22

0

C  həddində  saxalanılır.  Cücərtilərdə   



1-

2  həqiqi  yarpaqlar  əmələ  gəldikdən  sonra  onlarda  8x6  sm  sxemi  üzrə      



 

pikirovka ap



arılır.  Pikirovkadan  7-8  gün  sonra  şitillərə  su  ilə  ilk  yemləmə                           

(N

8-10



 P

15

K



15

 q/10 1), 10-

12 gün sonra isə ikinci yemləmə (N

12-15


  P

20

K



20

 q/10 1) 

verilir. Hər yemləmədən sonra şitillər təmiz su ilə yaxşı yuyulmalıdır. Toxumlar 

birb


aşa şitilliyə səpilə bilər (aprelin əvvəlində). 

Əkinə 3-5 gün qalmış şitillik daim havalandırılır. 



Gübrələmə-  pomidor  bitkisi  qidalanmaya  çox  tələbkardır.  Əkin  sahəsinə 

veriləcək  mineral  gübrələrin  miqdarı,  torpağın  aqrokimyəvi  analizindən  sonra, 

planlaşdırılmış  məhsula  görə  təyin  edilir.  Bu  zaman  müxtəlif  qida  maddələrinin 

mənimsənilə bilən miqdarının çatışmayan hissəsi torpağa vegetasiya dövründə 2-3 

dəfə verilir.  

Çoxillik  tədqiqatların  nəticələrinə  görə  Lənkəran  bölgəsinin  lilli  bataqlıq 

torpaqlarının hər hektarına 20 ton peyin N

180


 P

130


K

120


 kq, Samur-

Dəvəçi suvarılan 

ovalıq  bölgəsinin  çəmən-meşə  torpaqlarına  N

150


  P

190


K

40

 



kq,  Abşeron  boz-qonur 

torpaqlarına isə N

150

  P


100

K

80 



kq həddində verilməsi məsləhətdir. Bu zaman fosfor 

və kalium gübrələrinin 50 %-i əsas şum altına, 20 % əkindən 12-15 gün sonra, 30 

%-

i isə meyvlərin kütləvi böyümə fazasında verilir. Azot gübrəsinin 30 %-i yazda 



ikinci şum altına, 40-45 %-i əkindən 10-12 gün sonra, 25-30 %-i isə ilk meyvələrin 

kütləvi əmələ gəlməsi fazasında verilir. Peyinin 50 %-i, fosforun 60 % ilə birlikdə 

əsas şum altına, qalan 50 %-i isə əkin zamanı cərgələrə və yuvalara verilib torpağa 

qarışdırılır.  Fosforun  qalan  40  %-i,  azot  və  kaliumun  hamısı  bərabər  hissəyə 

bölünərək birinci hissəsi meyvə əmələ gəlməyə başlayan zaman, ikinci  hissəsi isə 

4-

cü  yığımdan  sonra    torpağa  verilir  və  qarışdırılır.  Əkin  sahələrinə  gübrə 



verildikdə mütləq sahədə sələf bitkiləri nəzərə alınmalıdır. 

Əkin-  ən  sağlam  şitillərlə  aparılır.  Əkinə  hazır  şitillərin  boyu  15-18 sm, 

diametri 7-8 m

m,  gövdəsi  bənövşəyi  rəngli  olub,  onun  üzərinə  6-8  ədəd  yaxşı 

inkişaf etmiş yarpaq olmalıdır. Təsərrüfatlarda pomidorun ən geniş yayılmış əkin 

sxemi 70x30-35 sm-

dir. Bundan əlavə  İlkin, Leyla, Elim, Zərrabi pomidor sortları 

üçün ən yaxşı əlverişli sxemlərdən biri (90+50):2x35 sm hesab edilir. 

Yığım- Pomidor meyvəsi, bitkilərdə tam bioloji yetişkənliyə çatdıqdan sonra 

Lənkəran  bölgəsində  iyun,  Samur-Dəvəçi  suvarılan  ovalıq  bölgəsində  iyul, 

Abşeronda  iyul  və  suvarılan  dağətəyi  düzən  bölgələrində  isə  iyun-iyul  aylarında 

yığılır. Yığım həftədə bir dəfə aparılır. 



Əkinlərdə ən geniş yayılmış zərərvericilər- adi danadişi, mənənələr, dirrik 

sovkası,  pas  gənəsi,  çılpaq  ilbizlər  və  fir  nematodlarıdır.  Əkinlərdə  xəstəliklərə 

qarşı  səmərəli  kimyəvi  mübarizənin  aparılması  üçün  ilk  növbədə  xəstəlik  dəqiq 

təyin edilməli və ona qarşı kimyəvi preparat və onun optimal dozası seçilməlidir. 

Bu proses zərərvericilərə də aid edilir. 

 

 



Xiyarın becərilməsi 

 

Xiyar  dad  və  müalicə  əhəmiyyətinə  görə  böyük  maraq  kəsb  edən,  qədim 

zamanla

rdan  bəri  istifadə  edilən  və  hal-hazırda  geniş  yayılmış  əsas  tərəvəz 



bitkilərindən biridir. Ləzzətli dad, iyi, qidalılığı və müxtəlif xəstəlikləri sağaldıcı 

xüsusiyyətləri  olan  xiyardan  həm  təzə,  həm  də  şorabaya  qoyulmuş  halda  bütün 

ilboyu istifadə edilir ki, bu da onun geniş yayılmasına səbəb olmuşdur. 


 

Xiyarın  göy  meyvələrinin  tərkibinin  çox  hissəsini,  yəni  94-97 %-ni su, 



yalnız 3-6 %-ni quru maddə təşkil edir. Lakin bu azacıq quru maddənin tərkibində 

çoxlu  miqdarda  mürəkkəb  və  qiymətli  birləşmələr  vardır  ki, onlar da insan 

orqanizmi  üçün  həddindən  artıq  lazım  olan  mineral  duzlar,  üzvi  turşular, 

fermentlər,  efir  yağları  və  vitaminlərdən  ibarətdir.  Xiyarın  külündə  kalium, 

natrium,  maqnezium,  fosfor,  xlor,  dəmir,  kükürd  duzlarına  və  mikroelementlərə 

rast  gəlinir.  Həmin  maddələrin  əksəriyyəti  qələvilik  xüsusiyyəti  daşıdığı  üçün 

çörək, ət, pendir və başqa qidalarla daxil olan bəzi yararsız turşuları neytrallaşdırır. 

Xiyarın  şirəsi  orqanizmdə  əmələ  gələn  bəzi  şişlərə  yaxşı  təsir  göstərir, 

böyrəkdə  olan  daşları  və  sidik  turşusunda  olan  birləşmələri  əridir.  Xiyar 

meyvəsinin  şirəsindən  və  toxumunun  emulsiyasından  ciyər,  sinə,  böyrək 

xəstəliklərində və qızdırmada geniş istifadə edilir. 

Xiyarın tərkibində orqanizm üçün lazım olan pentonlaşdırıcı ferment vardır 

ki, bu d

a  penton  və  kazeini  hidroliz  edir.  Penton  və  kazein  isə  insan  tərəfindən 

qəbul olunan qidanın zülalının yaxşı mənimsənilməsinə səbəb olur. 

Xiyarın  becərilmə  aqrotexnikası.  Xiyar  bitkisindən  yüksək  məhsul 

götürmək  üçün  kompleks  aqrotexniki  tədbirlər-  torpağın  becərilməsi,  onun  qida 

maddələri ilə zənginləşdirilməsi (torpağın strukturunun yaxşılaşdırılması, su-hava 

rejiminin  nizamlanması,  azot,  fosfor,  kalium  gübrələrinin  bitkiyə  lazım  olan 

formada  verilməsi  və  s.)  və  səpin  materialının  səpinə  hazırlanması  üçün 

dərmanlanması və s. vaxtında, keyfiyyətlə yerinə yetirilməlidir. 



Xiyarın  növbəli  əkində  yeri  və  sahənin  seçilməsi.  Xiyar  üçün  ən  yaxşı 

sələf bitkiləri çoxillik otlar, yonca və s. paxlalı bitkilər, pomidor, tezyetişən kələm, 

soğan, kartof ola bilər. Xiyarın təkrar əkini üçün (yay səpini) faraş yetişən tərəvəz 

bitkiləri, göyərtilər, tərəvəz noxudu, gül kələmdən azad olmuş sahələrdən istifadə 

etmək  olar.  Xiyar  istehsalı üçün küləkdən  qorunan, eyni  cür mexaniki tərkibi və 

yüksək  humusa  malik  olan,  kök  sisteminin  aerasiyasını  təmin  edən  yüksək 

dərəcədə münasib torpaqlar seçilməlidir. 

Torpağın  hazırlanması.  Xiyar  torpağın  becərilməsinə  həddindən  artıq 

tələbkardır.  Onun  üçün  yüngül,  ağır,  üzvi  və  mineral  maddələrlə  təmin  edilmiş, 

qrunt suları üst qatda olan, şoran olmayan torpaqlar əlverişlidir. 

Əsas  şumu  28-30 sm  dərinlikdə  aparmaqla,  erkən  yazda üzdən dayaz  şum 

edilir,  bu  məqsədlə  diskli    və  dişli  malalardan  istifadə  olunur.  Əgər  torpaq 

həddindən  artıq  bərkləşmişsə  (qış  yağmurları  hesabına),  Kotanla  22-23 sm 

dərinlikdə  malalama  ilə  birlikdə  şumlama  aparılır.  Şum  altına  300-350 kq/ha 

hesabı  ilə  mineral  gübrələr,  25-40  ton  peyin,  şumlanmış  yonca  yerində  səpin 

aparılması məsləhət görülmüşsə şum altına yalnız 350-400 kq superfosfat verilməsi 

məsləhətdir.  Torpağa  peyinin  verilmə  norması  torpağın  münbitlik  səviyyəsindən, 

bitkinin  növündən  və  həssaslığından  asılıdır.  Qida  maddələri  ilə  zəif  təchiz 

olunmuş torpaqlara peyin çox, münbit torpaqlara isə nisbətən az verilməlidir. Üzvi 

gübrələrin  təsiri  iqlim  şəraitindən,  torpağın  bioloji  fəallığından  və  s.  amillərdən 

asılı olaraq 2-3 il və daha artıq davam edə bilir. Orta hesabla peyinin tərkibində  

20-

26 % üzvi maddə, 0,5 % azot, 0,3-0,5 % fosfor, 0,5-,07 % kalium vardır. 



Mineral  gübrələrin  verilməsi  də  xiyarın  məhsuldarlığını  artırmaq  üçün 

əvəzedilməzdir. Bu gübrələr kiçik dozalarda (30-40 kq təsiredici maddə hesabı ilə) 



 

birbaşa  yuvalara  və  ya  cərgələrə  verilməlidir.  Bu  halda  gübrə  daha  çox  effekt 



verməklə kökləri zəif olan ilk dövrdə bitkiləri qida ilə təmin edir. 

Üzvi  gübrə  əsas  şum  altına,  müəyyən  miqdarda  isə  cərgələrə  və  yaxud 

yuvalara verilir. Şum altına verildikdə hektarda 25-30 ton, yuvalara verildikdə isə 

10-


15 ton hesabı ilə nəzərdə tutulur. Mineral gübrələrdən fosfor il ərzində hektar 1-

90-


120 kq təsiredici maddə hesabı ilə verilməklə, bunun  60 %-i əsas şum altına, 

20 %-


i  birinci  yığıma  qədər,  20  %-i  isə  3-4-cü  yığımdan  sonra  tətbiq  olunur. 

Azotun  illik  norması  90-120  kq  (Abşeronda  120  kq,  Lənkəran-Astara  və  Quba-

Xaçmaz  zonalarında  90  kq);  kaliumun  illik  norması  45-60  kq  (Abşeron  və 

Xaçmazda 45, Lənkəranda 60 kq) təsiredici maddə hesabı ilə müəyyən edilmişdir. 

Bunlardan 20 % əkin zamanı cərgə və yuvalara, qalanı isə 2 dəfədə (hər dəfə 40 % 

hesabı ilə) fosforla birlikdə verilir. Qeyd olunan təkliflər yerinə yetirilərsə, bitkinin 

böyümə və inkişafı üçün daha əlverişli şərait yaranar, nəticədə torpağın tərkibində 

duzların qatılığı azalar, bitki asan mənimsənilən maddələrlə təmin olunar. 



Toxumun  səpinə  hazırlanması.  Səpin  üçün  sağlam  toxumlardan  istifadə 

edilməlidir. Belə toxumlardan alınmış bitkilər normal inkişaf edir. Onların xəstəlik 

və  zərərvericilərə  davamlılığı  artır.  Yaxşı  olar  ki,  2-3  illik  toxumlardan  istifadə 

edilsin. 

Xiyar  toxumunun  səpin  norması  hektara  4-6 kq-dır.  Xəstəliyə  və 

zərərvericilərə qarşı profilaktik tədbir olaraq toxumlar 0,2 %-li TMTD məhlulunda 

isladılır. Bu məqsədlə 20 qr TMTD preparatı 10 l suda həll edilir. Sonra toxumların 

məhlulda  isladılması  üçün  onlar  tənzifdən  və  ya  adi  ağ  parçadan  hazırlanmış 

kisələrə yığılır və qaba (vedrə və s.) tökülmüş məhlulun içərisinə salınır və 18 saat 

müddətinə  məhlulda  saxlanılır.  Toxumlar  kisəciklərdən  çıxarılır,  bir-birindən 

asanlıqla  qopana  qədər  qurudulur.  Əgər  toxumlar  18  saat  müddətində 

cücərməyibsə, əlavə olaraq cücərti alınana qədər isladılır. Cücərti alındıqdan sonra 

toxum yuvalara səpilir. 

Səpin  və  qulluq  işləri.  Torpaq  qatının  5-8 sm-də  torpağın  temperaturu      

12-15


0

C olduqda səpin aparmaq olar. Xiyar bitkisinin Lənkəran-Astara zonasında 

1-10/IV-da 100-120x35-40 sm, Quba-

Xaçmaz zonasında uyğun olaraq 27.IV-1.V-

də  120-140x40  sm;  hər  yuvada  bir  bitki  saxlamaqla,  Gəncə-Qazax  zonasında        

1-

20.V  və  120-140x70  sm;  hər  yuvada  iki  bitki  saxlamaqla,  Abşeron  zonasında  



20-30.IV-

da  cərgəvi  üsulla  yetişdirilən  zaman  (140x35  sm)  yuvada  bir  bitki 

saxlamaqla, kva

drat  yuva  ilə  yetişdirildikdə  isə  (yuvada  iki  bitki  saxlamaqla) 

80x80 sm sxemlərində səpməklə yüksək və keyfiyyətli məhsul almaq mümkündür. 

Suvarma. 

Suvarmanın  sayı  Quba-Xaçmaz  zonasında  11-12-yə  (aprel 

ayından may ayına qədər); Gəncə-Qazax zonasında 10-12-yə (aprel ayından avqust 

ayına qədər); Abşeron zonasında isə 12-16-ya (aprel ayından avqust ayına qədər) 

bərabərdir. 

Qulluq  işləri.  Çıxış  (cücərti)  alındıqdan  sonra  bitkiyə  1-ci  sızdırma  suyu 

verilir. Məqsəd, alınan cücərtilərin torpaqda möhkəmlənməsini və kök sisteminin 

torpağa  bərkiməsini  təmin  etməkdən  ibarətdir.  2-3  əsas  yarpaq  əmələ  gəldikdən 

sonra bitkiyə 1-ci yemləmə, bundan 10-15 gün sonra isə 2-ci yemləmə verilir, 3-cü 

yemləmə isə xiyar bitkisinin kolu tirənin üstünə yatandan sonra verilməlidir. 3-cü 


 

yemləmədən qabaq bitkinin boğazı sonuncu dəfə doldurulur (buna dibdoldurma da 



deyilir) və tirəyə yatırdılır. 

Sonrakı  qulluq  işləri  cərgə  aralarının  yumşaldılmasından,  alaqlardan 

təmizlənməsindən, bitkinin tirə üstündəki vəziyyətinin yoxlanılmasından, növbəti 

suvarmalardan və s. ibarətdir. 



Xiyar  meyvələrinin  yığımı.  Respublikanın  torpaq-iqlim  şəraitindən,  səpin 

aparılan bölgələrdən asılı olaraq yığıma Lənkəran-Astara zonasında 25.V-30.V-da, 

Quba-Xaçmazda 1.V-10.VI-

da,  Gəncə-Qazaxda 20-25.V, Abşeron  zonasında  isə 

15.VI-

20.VI başlanır. 



Məhsuldarlıq  zonalar  üzrə  uyğun  olaraq  300-350 s/ha; 280-320 s/ha; 250-

300 s/ha; 200-250 s/ha-

ya bərabərdir. 

 

    



Soğanın becərilməsi 

 

Soğan bitkisindən yüksək və keyfiyyətli məhsul almaq üçün becərmə işləri 

vaxtında və  aqrotexniki  tələblərə uyğun aparılmalıdır.  Soğan münbit,  yumşaq  və 

qumsal torpaqlarda daha yaxşı inkişaf edir və hektardan məhsuldarlıq daha yüksək 

olur. 

Torpağın  hazırlanması.  Soğan  üçün  ayrılmış  sahələrdə  torpağın 

hazırlanması səpindən ən azı 1 ay əvvəl başa çatmalıdır. Soğan üçün ən yaxşı sələf 

sayılan kələm, bostan bitkiləri və başqa tərəvəz bitkilərinin məhsulu tez yığılmalı 

və  sahə  yumşaldıcı  aqreqat  vasitəsilə  5-6  sm  dərinlikdə  becərilərək  bitki 

qalıqlarından  təmizlənməlidir.  Əgər  sahədə  alaq  otları  varsa,  torpaq  10-15 sm 

dərinlikdə  şumlanmalıdır.  Soğanın  kök  sisteminin  torpağın  üst  qatında 

yerləşməsini nəzərə alaraq, onu vegetasiya dövründə bir neçə dəfə qida maddələri 

ilə təmin etmək lazımdır. 



Gübrələnməsi.  Azərbaycan  Elmi-tədqiqat  Tərəvəzçilik  İnstitunda  və  onun 

bölgə təcrübə stansiyalarında aparılmış tədqiqat işləri nəticəsində soğan sahəsinin 

hər  hektarına  torpağın  münbitliyindən  və  mexaniki  tərkibindən  asılı  olaraq 

təsiredici maddə hesabı ilə Abşeron bölgəsində 90 kq fosfor, 120 kq azot, 60 kq 

kalium; Lənkəran-Astara bölgəsində 90 kq fosfor, 90 kq azot, 90 kq kalium; Quba-

Xaçmaz bölgəsində isə 120 kq azot, 90 kq fosfor, 60 kq kalium verilməlidir. 

Soğan  sahəsinin  hər  hektarına  30-40  ton  üzvi  (çürümüş  peyin)  verilməsi 

vacibdir. Peyinin hamısı, gübrə normalarından fosforun 60 %-i, kalium və azotun 

20 %-

i torpağa  səpinqabağı verilərək şumlanmalıdır.  Gübrənin  qalan  miqdarı isə 



vegetasiya müddətində 2-3 dəfə əlavə yemləmə şəklində verilməlidir. Səpin üçün 

təzə,  cücərmə  qabiliyyəti  98-99 % olmaqla, birinci  sinfə  məxsus  olan  toxumdan 

istifadə olunmalıdır. 

Əkin.  Soğandan  yüksək  məhsul  almaq  üçün  onun  toxumçuluğuna  diqqət 

verilməlidir. Belə ki, soğan məhsulu yığıldıqdan və qurudulduqdan sonra toxumluq 

üçün çəkisi 50-60 qram olan soğanlar seçilir və əkinə kimi saxlanılır. Əkinqabağı 

boşalan və cücərən soğanaqlar seçilib çıxdaş edilir. Sağlam soğanaqlar 10-15 sm 



 

dərinliyində  70x15-20  sm  qida  sahəsində  oktyabr  ayının  birinci  ongünlüyündə 



əkilir. 

Soğan  toxumunun  tərkibində  efir  yağı  olduğu  üçün  səpindən  sonra onun 

cücərməsi ləngiyir. Səpindən sonra daha qısa müddətdə çıxış almaq üçün toxumu 

24 saat suda saxlamalı, sonra sudan çıxarıb 10-15 sm qalınlığında 2-3 gün 20-25

0



temperaturda  sərmək  lazımdır.  Rütubəti  saxlamaq  üçün  toxumun  üzəri  parça  ilə 



örtülməlidir. Saxlanma müddətində toxum şişir və ilk cücərti görünən vaxt səpinə 

hazır olur. 

Cücərmiş toxumu, əgər səpin üçün hava şəraiti imkan vermirsə, bir neçə gün 

sərin yerdə saxlamaq olar, ancaq cücərtinin böyüməsinə imkan verilməməlidir. 



 

Soğanın optimal səpin müddəti 

 

Bölgələr 

Yazda 

Payızda 

Lənkəran-Astara 

5-20.II 


20-30.IX 

Quba-Xaçmaz 

20.II-10.III 



10-15.IX 

Gəncə-Qazax 

5-20.III 



20-30.IX 

Abşeron 

20.II-15.III 

1-15.IX 

 

Toxum  ağır  torpaqlarda  1,6-2,0  sm,  yüngül  torpaqlarda  isə  2,5  sm 



dərinliyində  səpilməlidir.  Cərgəaralarında  becərmə  aqreqatlarının  yaxşı  işləməsi 

üçün səpin bir və ya ikicərgəli lent üsulunda aparılmalıdır. 

Yüksək məhsul və tam inkişaf etmiş soğanaqlar almaq üçün bitkilər mütləq 

seyrəldilməlidir. Seyrəltmə əsasən 2 dəfə: birincidə bitkilərdə 2-3, ikincidə isə 4-5 

əsas yarpaqlar əmələ gəldikdən sonra aparılır. Birinci seyrəltmədə bitkilərin arası 

2-

3 sm, ikincidə isə 5-10 sm saxlanılır. 



Suvarma. 

Soğan  bitkisinin  yaxşı  böyüməsi,  inkişaf  etməsi  və  yüksək 

məhsul  verməsi  üçün  torpaq  daimi  rütubəti  saxlamalıdır.  Soğan  əkinində  birinci 

suvarma sahədə 85-90 % cücərti alındıqdan sonra, sonrakı suvarmalar isə bitkinin 

suya  olan  təlabatından  asılı  olaraq  aparılır.  Hər  suvarmadan  sonra  bitkilərin  dibi 

yumşaldılır və narın torpaqla doldurulur. 



Xəstəlik və zərərvericilər. Soğan ən çox yalançı unlu-şeh (perenosporiyoz), 

boğaz  çürüməsi,  dib  çürüməsi  və  pas  xəstəliklərinə  tutulur.  Ona  soğan  milçəyi, 

soğan güvəsi, gövdə nematodu, tütün tripsi, sovka, çılpak ilbis, danadişi və məftil 

qurdu da ziyan vurur. Yalançı unlu-şeh xəstəliyinə qarşı hektara 500-600 l, 75 % 

bordo və ya 0,4-0,6 %-li sineb, 80 %-li polikarbatsin məhlulları ilə çilənməlidir. 

Zərərvericilərə  qarşı  mübarizə  məqsədi  ilə  soğan  milçəyinə  qarşı  40  %-li 

fosfomid (0,5-1,0 kq/ha); 0,1-

0,2 % xlorofos, güvəyə qarşı 50 %-li karbofos (1-1,2 

kq/ha),  0,1  %  metil  metofos,  tütün  tripsinə  qarşı  isə  50  %-li karbofos (2,4-3,6 

kq/ha), 35 %-li fozalan (0,5-1,0 kq/ha), 25 %-li antio (1,2-

1,6 kq/ha) preparatı ilə 

çilənməlidir. Yaşıl soğanda milçəyə qarşı 0,1-0,2 % xlorofos, güvəyə qarşı 0,1 % 



10 

 

və  ya  0,15  %  tiofos  və  ya  0,1  metil  tiofos,  tütün  tripsi  əlehinə  0,4  %  anabazin-



sulfatla çilənməlidir.  

Sarımsağın becərilməsi 

 

Sarımsağın vitaminlər, efir yağları, şəkərlər, zülallar və fitonsidlərlə zəngin 

olması elmə artıq çoxdan məlumdur. O, konserv sənayesində, kolbasa istehsalında, 

təbabətdə,  məişətdə  geniş  istifadə  edilir.  Sarımsağın  belə  əhəmiyyətli  olmasına 

baxmayaraq,  məhsul  istehsalı  respublikada  olan  tələbatı  ödəmir.  Bunu  nəzərə 

alaraq fermerlər onun əkin sahəsinə və məhsul istehsalının artırılmasına daha çox 

fikir verməlidirlər. 

Respublikanın  torpaq-iqlim  şəraiti  sarımsağın  əkilib  becərilməsi  üçün  çox 

əlverişlidir.  Yüksək  keyfiyyətli  sarımsaq  məhsulu  yetişdirmək  üçün  münbit 

strukturlu və alaqsız torpaq sahəsi seçilməlidir.  



N

övbəli  əkində  yeri.  Tərəvəz  növbəli  əkin  sisteminin  sarımsaq  üçün 

əlverişli  sələf  bitkiləri  bostan  və  paxlalı  bitkilər  hesab  edilir.  Sarımsaq  əkiləcək 

sahə  quru  və  soyuq  küləklərdən  mühafizə  olunmalıdır.  Sarımsağı  dikdə  və 

yamacda  əkmək  məqsədə  uyğun  deyil.  Çünki  qışda  külək  qarı  sovurub  aparır, 

bitkilərin  üstü  açıq  qalır  və  nəticədə  onlar  tələf  olurlar.  Bu  əsasən  Abşeron 

şəraitində apardığımız təcrübələrdə müşahidə edilir. 



Sahənin hazırlanması. Sarımsaq əkiləcək sahə payızda 27-30 sm dərinlikdə 

şumlanır, əkindən qabaq torpağın səthi düzəlir, dırmıxlanır və yumşaldılır. 



Gübrələnməsi  və  yemləmə  verilməsi.  Sarımsaq  bitkisi  üzvi  və  mineral 

gübrələrə daha tələbkardır. Odur ki, torpağın münbitliyi və mexaniki tərkibindən 

asılı  olaraq  hər  hektara  30-40  ton  çürümüş  peyin, 3-4 sentner superfosfat, 1-2 

sentner  kalium  gübrəsi  verilməlidir.  Peyinin  hamısı,  superfosfat  və  kaliumun 

dörddə üç hissəsi əsas şum altına, qalanı isə hər hektara 2-3 sentner olmaqla azot 

gübrəsi  ilə  birlikdə  yemləmə  şəklində  vermək  lazım  gəlir.  Birinci  yemləmə  ilk 

həqiqi  yarpaqlar,  ikincisi  soğanaqlar  formalaşdıqda,  üçüncü  isə  ikincidən  15-50 

gün sonra aparılmalıdır. 



Sarımsağın əkini. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 

sarımsağı  payızda  və  ilk  yazda  əkmək  olar.  Təcrübədən  məlum  olmuşdur  ki, 

Azərbaycanda sarımsağı payızda əkmək daha əlverişlidir. Sarımsağın bölgələrdən 

asılı  olaraq  payız  əkinini  sentyabr-oktyabr  aylarında  aparmaq  lazımdır.  Payızda 

əkilmiş sarımsaq respublikada noyabr-oktyabr aylarına kimi 4-5 yarpaqlı olur və 

y

axşı kökləndiyinə görə qış fəslini daha yaxşı keçirir. 



Sarımsağın  bioloji  xüsusiyyətindən  asılı  olaraq  iki  çiçək  növü-  zoğlu    və 

zoğsuz növü var.  Çiçək  zoğlu  növ  həm  də  dişlə və hava  soğanaqları ilə,  zoğsuz 

növü isə yalnız soğanaqda olan dişlərlə çoxaldılır. 

Bundan  əlavə  apardığımız  tədqiqat  işləri  nəticəsində  məlum  olmuşdur  ki, 

sarımsağı bütün soğanaqla və ya yarım dişlə də çoxaltmaq mümkündür. Bunlardan 

ən faydalısı Azərbaycan şəraiti üçün dişlə çoxaltmaqdır. 

Dişin iriliyindən və əkin sxemindən  asılı  olaraq hektara 800-1000  kq  əkin 

materialı tələb olunur. İri dişlərlə əkin aparıldıqda bitkilər daha yaxşı inkişaf edir, 

soğanaqlar vaxtında formalaşır və nəticədə yüksək keyfiyyətli məhsul alınır. 


11 

 

Dişlər  payızda  4-5  sm  dərinliyə  basdırılmalıdır.  Əkin  cərgəvi  üsulla, 



cərgələrin  arası  45  sm,  dişlərin  arası  onların  kütləsindən  asılı  olaraq  5-10 sm 

olmaqla  aparılır.  Həmçinin  sarımsaq  lək  üsulu  ilə  də  əkilir.  Bu  üsulda  lent  arası  

50-

60 sm, cərgə araları isə 15-20 sm götürülməlidir. 



Sarımsaq az zəhmət tələb edən faydalı bitkidir. Belə ki, onun əkini sıx olur. 

Əkindən sonra sarımsaq bitkisinə yaza qədər heç bir aqrotexniki qulluq göstərmək 

lazım gəlmir. 

Sarımsaq  əkinində  ən  çox  zəhmət  tələb  edən  proses  dişlərin  əl  ilə 

əkilməsidir. 

Aparılmış təqdiqat işləri göstərir ki, soğan səpən aqreqatda bəzi dəyişikliklər 

etməklə dişləri texnikanın gücü ilə də əkmək olar. Payızda əkiliş sahə yazda mart-

aprel  aylarında  alaqdan  çıxarılır,  suvarılır,  cərgə  və  bitki  araları  toxalanır  və 

bitkilərin dibləri doldurulur. 

1   ...   17   18   19   20   21   22   23   24   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə