Növbəli əkin. Pomidor bitkisinin bioloji xüsusiyyətlərinə görə, o öz əvvəlki
yerinə üç ildən tez qayıtmamalıdır. Bu bitki üçün ən yaxşı sələf bitkiləri paxlalılar,
dənli bitkilər, soğan, yerkökü, xiyar və kələmdir.
Torpağın hazırlanması. Pomidor əkilən sahəyə 20-40 ton üzvi gübrə
(peyin) verməklə payızda 20-25 sm dərinlikdə doldurma şumu aparılır. Şum nə
qədər tez aparılarsa, bir o qədər yaxşıdır. Çünki bu halda torpaq rütubəti daha yaxşı
saxlayır ki, bu da xəstəlik və zərərvericilərin inkişafına mane olur.
Əkinqabağı becərmə zamanı torpağın vəziyyətindən asılı olaraq 10-15 sm
dərinlikdə malalama aparılır və əkin üçün şırımlar açılır.
Pomidorun səpin və əkin müddətləri
Bölgələr
İsti şitillikdə səpin
Əkin
Abşeron
1-10.III
25.IV-5.V
Samur-
Dəvəçi suvarılan
ovalıq
25.II-5.III
25.IV-10.V
Lənkəran
1-10.II
1-10.IV
Suvarılan dağətəyi düzən
15-20.II
20-30.IV
Cücərtilər əmələ gəldikdən sonra şitillikdə havanın temperaturu 4-5 gün
müddətində 13-16
0
C-
də, sonralar isə 20-22
0
C həddində saxalanılır. Cücərtilərdə
1-
2 həqiqi yarpaqlar əmələ gəldikdən sonra onlarda 8x6 sm sxemi üzrə
5
pikirovka ap
arılır. Pikirovkadan 7-8 gün sonra şitillərə su ilə ilk yemləmə
(N
8-10
P
15
K
15
q/10 1), 10-
12 gün sonra isə ikinci yemləmə (N
12-15
P
20
K
20
q/10 1)
verilir. Hər yemləmədən sonra şitillər təmiz su ilə yaxşı yuyulmalıdır. Toxumlar
birb
aşa şitilliyə səpilə bilər (aprelin əvvəlində).
Əkinə 3-5 gün qalmış şitillik daim havalandırılır.
Gübrələmə- pomidor bitkisi qidalanmaya çox tələbkardır. Əkin sahəsinə
veriləcək mineral gübrələrin miqdarı, torpağın aqrokimyəvi analizindən sonra,
planlaşdırılmış məhsula görə təyin edilir. Bu zaman müxtəlif qida maddələrinin
mənimsənilə bilən miqdarının çatışmayan hissəsi torpağa vegetasiya dövründə 2-3
dəfə verilir.
Çoxillik tədqiqatların nəticələrinə görə Lənkəran bölgəsinin lilli bataqlıq
torpaqlarının hər hektarına 20 ton peyin N
180
P
130
K
120
kq, Samur-
Dəvəçi suvarılan
ovalıq bölgəsinin çəmən-meşə torpaqlarına N
150
P
190
K
40
kq, Abşeron boz-qonur
torpaqlarına isə N
150
P
100
K
80
kq həddində verilməsi məsləhətdir. Bu zaman fosfor
və kalium gübrələrinin 50 %-i əsas şum altına, 20 % əkindən 12-15 gün sonra, 30
%-
i isə meyvlərin kütləvi böyümə fazasında verilir. Azot gübrəsinin 30 %-i yazda
ikinci şum altına, 40-45 %-i əkindən 10-12 gün sonra, 25-30 %-i isə ilk meyvələrin
kütləvi əmələ gəlməsi fazasında verilir. Peyinin 50 %-i, fosforun 60 % ilə birlikdə
əsas şum altına, qalan 50 %-i isə əkin zamanı cərgələrə və yuvalara verilib torpağa
qarışdırılır. Fosforun qalan 40 %-i, azot və kaliumun hamısı bərabər hissəyə
bölünərək birinci hissəsi meyvə əmələ gəlməyə başlayan zaman, ikinci hissəsi isə
4-
cü yığımdan sonra torpağa verilir və qarışdırılır. Əkin sahələrinə gübrə
verildikdə mütləq sahədə sələf bitkiləri nəzərə alınmalıdır.
Əkin- ən sağlam şitillərlə aparılır. Əkinə hazır şitillərin boyu 15-18 sm,
diametri 7-8 m
m, gövdəsi bənövşəyi rəngli olub, onun üzərinə 6-8 ədəd yaxşı
inkişaf etmiş yarpaq olmalıdır. Təsərrüfatlarda pomidorun ən geniş yayılmış əkin
sxemi 70x30-35 sm-
dir. Bundan əlavə İlkin, Leyla, Elim, Zərrabi pomidor sortları
üçün ən yaxşı əlverişli sxemlərdən biri (90+50):2x35 sm hesab edilir.
Yığım- Pomidor meyvəsi, bitkilərdə tam bioloji yetişkənliyə çatdıqdan sonra
Lənkəran bölgəsində iyun, Samur-Dəvəçi suvarılan ovalıq bölgəsində iyul,
Abşeronda iyul və suvarılan dağətəyi düzən bölgələrində isə iyun-iyul aylarında
yığılır. Yığım həftədə bir dəfə aparılır.
Əkinlərdə ən geniş yayılmış zərərvericilər- adi danadişi, mənənələr, dirrik
sovkası, pas gənəsi, çılpaq ilbizlər və fir nematodlarıdır. Əkinlərdə xəstəliklərə
qarşı səmərəli kimyəvi mübarizənin aparılması üçün ilk növbədə xəstəlik dəqiq
təyin edilməli və ona qarşı kimyəvi preparat və onun optimal dozası seçilməlidir.
Bu proses zərərvericilərə də aid edilir.
Xiyarın becərilməsi
Xiyar dad və müalicə əhəmiyyətinə görə böyük maraq kəsb edən, qədim
zamanla
rdan bəri istifadə edilən və hal-hazırda geniş yayılmış əsas tərəvəz
bitkilərindən biridir. Ləzzətli dad, iyi, qidalılığı və müxtəlif xəstəlikləri sağaldıcı
xüsusiyyətləri olan xiyardan həm təzə, həm də şorabaya qoyulmuş halda bütün
ilboyu istifadə edilir ki, bu da onun geniş yayılmasına səbəb olmuşdur.
6
Xiyarın göy meyvələrinin tərkibinin çox hissəsini, yəni 94-97 %-ni su,
yalnız 3-6 %-ni quru maddə təşkil edir. Lakin bu azacıq quru maddənin tərkibində
çoxlu miqdarda mürəkkəb və qiymətli birləşmələr vardır ki, onlar da insan
orqanizmi üçün həddindən artıq lazım olan mineral duzlar, üzvi turşular,
fermentlər, efir yağları və vitaminlərdən ibarətdir. Xiyarın külündə kalium,
natrium, maqnezium, fosfor, xlor, dəmir, kükürd duzlarına və mikroelementlərə
rast gəlinir. Həmin maddələrin əksəriyyəti qələvilik xüsusiyyəti daşıdığı üçün
çörək, ət, pendir və başqa qidalarla daxil olan bəzi yararsız turşuları neytrallaşdırır.
Xiyarın şirəsi orqanizmdə əmələ gələn bəzi şişlərə yaxşı təsir göstərir,
böyrəkdə olan daşları və sidik turşusunda olan birləşmələri əridir. Xiyar
meyvəsinin şirəsindən və toxumunun emulsiyasından ciyər, sinə, böyrək
xəstəliklərində və qızdırmada geniş istifadə edilir.
Xiyarın tərkibində orqanizm üçün lazım olan pentonlaşdırıcı ferment vardır
ki, bu d
a penton və kazeini hidroliz edir. Penton və kazein isə insan tərəfindən
qəbul olunan qidanın zülalının yaxşı mənimsənilməsinə səbəb olur.
Xiyarın becərilmə aqrotexnikası. Xiyar bitkisindən yüksək məhsul
götürmək üçün kompleks aqrotexniki tədbirlər- torpağın becərilməsi, onun qida
maddələri ilə zənginləşdirilməsi (torpağın strukturunun yaxşılaşdırılması, su-hava
rejiminin nizamlanması, azot, fosfor, kalium gübrələrinin bitkiyə lazım olan
formada verilməsi və s.) və səpin materialının səpinə hazırlanması üçün
dərmanlanması və s. vaxtında, keyfiyyətlə yerinə yetirilməlidir.
Xiyarın növbəli əkində yeri və sahənin seçilməsi. Xiyar üçün ən yaxşı
sələf bitkiləri çoxillik otlar, yonca və s. paxlalı bitkilər, pomidor, tezyetişən kələm,
soğan, kartof ola bilər. Xiyarın təkrar əkini üçün (yay səpini) faraş yetişən tərəvəz
bitkiləri, göyərtilər, tərəvəz noxudu, gül kələmdən azad olmuş sahələrdən istifadə
etmək olar. Xiyar istehsalı üçün küləkdən qorunan, eyni cür mexaniki tərkibi və
yüksək humusa malik olan, kök sisteminin aerasiyasını təmin edən yüksək
dərəcədə münasib torpaqlar seçilməlidir.
Torpağın hazırlanması. Xiyar torpağın becərilməsinə həddindən artıq
tələbkardır. Onun üçün yüngül, ağır, üzvi və mineral maddələrlə təmin edilmiş,
qrunt suları üst qatda olan, şoran olmayan torpaqlar əlverişlidir.
Əsas şumu 28-30 sm dərinlikdə aparmaqla, erkən yazda üzdən dayaz şum
edilir, bu məqsədlə diskli və dişli malalardan istifadə olunur. Əgər torpaq
həddindən artıq bərkləşmişsə (qış yağmurları hesabına), Kotanla 22-23 sm
dərinlikdə malalama ilə birlikdə şumlama aparılır. Şum altına 300-350 kq/ha
hesabı ilə mineral gübrələr, 25-40 ton peyin, şumlanmış yonca yerində səpin
aparılması məsləhət görülmüşsə şum altına yalnız 350-400 kq superfosfat verilməsi
məsləhətdir. Torpağa peyinin verilmə norması torpağın münbitlik səviyyəsindən,
bitkinin növündən və həssaslığından asılıdır. Qida maddələri ilə zəif təchiz
olunmuş torpaqlara peyin çox, münbit torpaqlara isə nisbətən az verilməlidir. Üzvi
gübrələrin təsiri iqlim şəraitindən, torpağın bioloji fəallığından və s. amillərdən
asılı olaraq 2-3 il və daha artıq davam edə bilir. Orta hesabla peyinin tərkibində
20-
26 % üzvi maddə, 0,5 % azot, 0,3-0,5 % fosfor, 0,5-,07 % kalium vardır.
Mineral gübrələrin verilməsi də xiyarın məhsuldarlığını artırmaq üçün
əvəzedilməzdir. Bu gübrələr kiçik dozalarda (30-40 kq təsiredici maddə hesabı ilə)
7
birbaşa yuvalara və ya cərgələrə verilməlidir. Bu halda gübrə daha çox effekt
verməklə kökləri zəif olan ilk dövrdə bitkiləri qida ilə təmin edir.
Üzvi gübrə əsas şum altına, müəyyən miqdarda isə cərgələrə və yaxud
yuvalara verilir. Şum altına verildikdə hektarda 25-30 ton, yuvalara verildikdə isə
10-
15 ton hesabı ilə nəzərdə tutulur. Mineral gübrələrdən fosfor il ərzində hektar 1-
90-
120 kq təsiredici maddə hesabı ilə verilməklə, bunun 60 %-i əsas şum altına,
20 %-
i birinci yığıma qədər, 20 %-i isə 3-4-cü yığımdan sonra tətbiq olunur.
Azotun illik norması 90-120 kq (Abşeronda 120 kq, Lənkəran-Astara və Quba-
Xaçmaz zonalarında 90 kq); kaliumun illik norması 45-60 kq (Abşeron və
Xaçmazda 45, Lənkəranda 60 kq) təsiredici maddə hesabı ilə müəyyən edilmişdir.
Bunlardan 20 % əkin zamanı cərgə və yuvalara, qalanı isə 2 dəfədə (hər dəfə 40 %
hesabı ilə) fosforla birlikdə verilir. Qeyd olunan təkliflər yerinə yetirilərsə, bitkinin
böyümə və inkişafı üçün daha əlverişli şərait yaranar, nəticədə torpağın tərkibində
duzların qatılığı azalar, bitki asan mənimsənilən maddələrlə təmin olunar.
Toxumun səpinə hazırlanması. Səpin üçün sağlam toxumlardan istifadə
edilməlidir. Belə toxumlardan alınmış bitkilər normal inkişaf edir. Onların xəstəlik
və zərərvericilərə davamlılığı artır. Yaxşı olar ki, 2-3 illik toxumlardan istifadə
edilsin.
Xiyar toxumunun səpin norması hektara 4-6 kq-dır. Xəstəliyə və
zərərvericilərə qarşı profilaktik tədbir olaraq toxumlar 0,2 %-li TMTD məhlulunda
isladılır. Bu məqsədlə 20 qr TMTD preparatı 10 l suda həll edilir. Sonra toxumların
məhlulda isladılması üçün onlar tənzifdən və ya adi ağ parçadan hazırlanmış
kisələrə yığılır və qaba (vedrə və s.) tökülmüş məhlulun içərisinə salınır və 18 saat
müddətinə məhlulda saxlanılır. Toxumlar kisəciklərdən çıxarılır, bir-birindən
asanlıqla qopana qədər qurudulur. Əgər toxumlar 18 saat müddətində
cücərməyibsə, əlavə olaraq cücərti alınana qədər isladılır. Cücərti alındıqdan sonra
toxum yuvalara səpilir.
Səpin və qulluq işləri. Torpaq qatının 5-8 sm-də torpağın temperaturu
12-15
0
C olduqda səpin aparmaq olar. Xiyar bitkisinin Lənkəran-Astara zonasında
1-10/IV-da 100-120x35-40 sm, Quba-
Xaçmaz zonasında uyğun olaraq 27.IV-1.V-
də 120-140x40 sm; hər yuvada bir bitki saxlamaqla, Gəncə-Qazax zonasında
1-
20.V və 120-140x70 sm; hər yuvada iki bitki saxlamaqla, Abşeron zonasında
20-30.IV-
da cərgəvi üsulla yetişdirilən zaman (140x35 sm) yuvada bir bitki
saxlamaqla, kva
drat yuva ilə yetişdirildikdə isə (yuvada iki bitki saxlamaqla)
80x80 sm sxemlərində səpməklə yüksək və keyfiyyətli məhsul almaq mümkündür.
Suvarma.
Suvarmanın sayı Quba-Xaçmaz zonasında 11-12-yə (aprel
ayından may ayına qədər); Gəncə-Qazax zonasında 10-12-yə (aprel ayından avqust
ayına qədər); Abşeron zonasında isə 12-16-ya (aprel ayından avqust ayına qədər)
bərabərdir.
Qulluq işləri. Çıxış (cücərti) alındıqdan sonra bitkiyə 1-ci sızdırma suyu
verilir. Məqsəd, alınan cücərtilərin torpaqda möhkəmlənməsini və kök sisteminin
torpağa bərkiməsini təmin etməkdən ibarətdir. 2-3 əsas yarpaq əmələ gəldikdən
sonra bitkiyə 1-ci yemləmə, bundan 10-15 gün sonra isə 2-ci yemləmə verilir, 3-cü
yemləmə isə xiyar bitkisinin kolu tirənin üstünə yatandan sonra verilməlidir. 3-cü
8
yemləmədən qabaq bitkinin boğazı sonuncu dəfə doldurulur (buna dibdoldurma da
deyilir) və tirəyə yatırdılır.
Sonrakı qulluq işləri cərgə aralarının yumşaldılmasından, alaqlardan
təmizlənməsindən, bitkinin tirə üstündəki vəziyyətinin yoxlanılmasından, növbəti
suvarmalardan və s. ibarətdir.
Xiyar meyvələrinin yığımı. Respublikanın torpaq-iqlim şəraitindən, səpin
aparılan bölgələrdən asılı olaraq yığıma Lənkəran-Astara zonasında 25.V-30.V-da,
Quba-Xaçmazda 1.V-10.VI-
da, Gəncə-Qazaxda 20-25.V, Abşeron zonasında isə
15.VI-
20.VI başlanır.
Məhsuldarlıq zonalar üzrə uyğun olaraq 300-350 s/ha; 280-320 s/ha; 250-
300 s/ha; 200-250 s/ha-
ya bərabərdir.
Soğanın becərilməsi
Soğan bitkisindən yüksək və keyfiyyətli məhsul almaq üçün becərmə işləri
vaxtında və aqrotexniki tələblərə uyğun aparılmalıdır. Soğan münbit, yumşaq və
qumsal torpaqlarda daha yaxşı inkişaf edir və hektardan məhsuldarlıq daha yüksək
olur.
Torpağın hazırlanması. Soğan üçün ayrılmış sahələrdə torpağın
hazırlanması səpindən ən azı 1 ay əvvəl başa çatmalıdır. Soğan üçün ən yaxşı sələf
sayılan kələm, bostan bitkiləri və başqa tərəvəz bitkilərinin məhsulu tez yığılmalı
və sahə yumşaldıcı aqreqat vasitəsilə 5-6 sm dərinlikdə becərilərək bitki
qalıqlarından təmizlənməlidir. Əgər sahədə alaq otları varsa, torpaq 10-15 sm
dərinlikdə şumlanmalıdır. Soğanın kök sisteminin torpağın üst qatında
yerləşməsini nəzərə alaraq, onu vegetasiya dövründə bir neçə dəfə qida maddələri
ilə təmin etmək lazımdır.
Gübrələnməsi. Azərbaycan Elmi-tədqiqat Tərəvəzçilik İnstitunda və onun
bölgə təcrübə stansiyalarında aparılmış tədqiqat işləri nəticəsində soğan sahəsinin
hər hektarına torpağın münbitliyindən və mexaniki tərkibindən asılı olaraq
təsiredici maddə hesabı ilə Abşeron bölgəsində 90 kq fosfor, 120 kq azot, 60 kq
kalium; Lənkəran-Astara bölgəsində 90 kq fosfor, 90 kq azot, 90 kq kalium; Quba-
Xaçmaz bölgəsində isə 120 kq azot, 90 kq fosfor, 60 kq kalium verilməlidir.
Soğan sahəsinin hər hektarına 30-40 ton üzvi (çürümüş peyin) verilməsi
vacibdir. Peyinin hamısı, gübrə normalarından fosforun 60 %-i, kalium və azotun
20 %-
i torpağa səpinqabağı verilərək şumlanmalıdır. Gübrənin qalan miqdarı isə
vegetasiya müddətində 2-3 dəfə əlavə yemləmə şəklində verilməlidir. Səpin üçün
təzə, cücərmə qabiliyyəti 98-99 % olmaqla, birinci sinfə məxsus olan toxumdan
istifadə olunmalıdır.
Əkin. Soğandan yüksək məhsul almaq üçün onun toxumçuluğuna diqqət
verilməlidir. Belə ki, soğan məhsulu yığıldıqdan və qurudulduqdan sonra toxumluq
üçün çəkisi 50-60 qram olan soğanlar seçilir və əkinə kimi saxlanılır. Əkinqabağı
boşalan və cücərən soğanaqlar seçilib çıxdaş edilir. Sağlam soğanaqlar 10-15 sm
9
dərinliyində 70x15-20 sm qida sahəsində oktyabr ayının birinci ongünlüyündə
əkilir.
Soğan toxumunun tərkibində efir yağı olduğu üçün səpindən sonra onun
cücərməsi ləngiyir. Səpindən sonra daha qısa müddətdə çıxış almaq üçün toxumu
24 saat suda saxlamalı, sonra sudan çıxarıb 10-15 sm qalınlığında 2-3 gün 20-25
0
C
temperaturda sərmək lazımdır. Rütubəti saxlamaq üçün toxumun üzəri parça ilə
örtülməlidir. Saxlanma müddətində toxum şişir və ilk cücərti görünən vaxt səpinə
hazır olur.
Cücərmiş toxumu, əgər səpin üçün hava şəraiti imkan vermirsə, bir neçə gün
sərin yerdə saxlamaq olar, ancaq cücərtinin böyüməsinə imkan verilməməlidir.
Soğanın optimal səpin müddəti
Bölgələr
Yazda
Payızda
Lənkəran-Astara
5-20.II
20-30.IX
Quba-Xaçmaz
20.II-10.III
10-15.IX
Gəncə-Qazax
5-20.III
20-30.IX
Abşeron
20.II-15.III
1-15.IX
Toxum ağır torpaqlarda 1,6-2,0 sm, yüngül torpaqlarda isə 2,5 sm
dərinliyində səpilməlidir. Cərgəaralarında becərmə aqreqatlarının yaxşı işləməsi
üçün səpin bir və ya ikicərgəli lent üsulunda aparılmalıdır.
Yüksək məhsul və tam inkişaf etmiş soğanaqlar almaq üçün bitkilər mütləq
seyrəldilməlidir. Seyrəltmə əsasən 2 dəfə: birincidə bitkilərdə 2-3, ikincidə isə 4-5
əsas yarpaqlar əmələ gəldikdən sonra aparılır. Birinci seyrəltmədə bitkilərin arası
2-
3 sm, ikincidə isə 5-10 sm saxlanılır.
Suvarma.
Soğan bitkisinin yaxşı böyüməsi, inkişaf etməsi və yüksək
məhsul verməsi üçün torpaq daimi rütubəti saxlamalıdır. Soğan əkinində birinci
suvarma sahədə 85-90 % cücərti alındıqdan sonra, sonrakı suvarmalar isə bitkinin
suya olan təlabatından asılı olaraq aparılır. Hər suvarmadan sonra bitkilərin dibi
yumşaldılır və narın torpaqla doldurulur.
Xəstəlik və zərərvericilər. Soğan ən çox yalançı unlu-şeh (perenosporiyoz),
boğaz çürüməsi, dib çürüməsi və pas xəstəliklərinə tutulur. Ona soğan milçəyi,
soğan güvəsi, gövdə nematodu, tütün tripsi, sovka, çılpak ilbis, danadişi və məftil
qurdu da ziyan vurur. Yalançı unlu-şeh xəstəliyinə qarşı hektara 500-600 l, 75 %
bordo və ya 0,4-0,6 %-li sineb, 80 %-li polikarbatsin məhlulları ilə çilənməlidir.
Zərərvericilərə qarşı mübarizə məqsədi ilə soğan milçəyinə qarşı 40 %-li
fosfomid (0,5-1,0 kq/ha); 0,1-
0,2 % xlorofos, güvəyə qarşı 50 %-li karbofos (1-1,2
kq/ha), 0,1 % metil metofos, tütün tripsinə qarşı isə 50 %-li karbofos (2,4-3,6
kq/ha), 35 %-li fozalan (0,5-1,0 kq/ha), 25 %-li antio (1,2-
1,6 kq/ha) preparatı ilə
çilənməlidir. Yaşıl soğanda milçəyə qarşı 0,1-0,2 % xlorofos, güvəyə qarşı 0,1 %
10
və ya 0,15 % tiofos və ya 0,1 metil tiofos, tütün tripsi əlehinə 0,4 % anabazin-
sulfatla çilənməlidir.
Sarımsağın becərilməsi
Sarımsağın vitaminlər, efir yağları, şəkərlər, zülallar və fitonsidlərlə zəngin
olması elmə artıq çoxdan məlumdur. O, konserv sənayesində, kolbasa istehsalında,
təbabətdə, məişətdə geniş istifadə edilir. Sarımsağın belə əhəmiyyətli olmasına
baxmayaraq, məhsul istehsalı respublikada olan tələbatı ödəmir. Bunu nəzərə
alaraq fermerlər onun əkin sahəsinə və məhsul istehsalının artırılmasına daha çox
fikir verməlidirlər.
Respublikanın torpaq-iqlim şəraiti sarımsağın əkilib becərilməsi üçün çox
əlverişlidir. Yüksək keyfiyyətli sarımsaq məhsulu yetişdirmək üçün münbit
strukturlu və alaqsız torpaq sahəsi seçilməlidir.
N
övbəli əkində yeri. Tərəvəz növbəli əkin sisteminin sarımsaq üçün
əlverişli sələf bitkiləri bostan və paxlalı bitkilər hesab edilir. Sarımsaq əkiləcək
sahə quru və soyuq küləklərdən mühafizə olunmalıdır. Sarımsağı dikdə və
yamacda əkmək məqsədə uyğun deyil. Çünki qışda külək qarı sovurub aparır,
bitkilərin üstü açıq qalır və nəticədə onlar tələf olurlar. Bu əsasən Abşeron
şəraitində apardığımız təcrübələrdə müşahidə edilir.
Sahənin hazırlanması. Sarımsaq əkiləcək sahə payızda 27-30 sm dərinlikdə
şumlanır, əkindən qabaq torpağın səthi düzəlir, dırmıxlanır və yumşaldılır.
Gübrələnməsi və yemləmə verilməsi. Sarımsaq bitkisi üzvi və mineral
gübrələrə daha tələbkardır. Odur ki, torpağın münbitliyi və mexaniki tərkibindən
asılı olaraq hər hektara 30-40 ton çürümüş peyin, 3-4 sentner superfosfat, 1-2
sentner kalium gübrəsi verilməlidir. Peyinin hamısı, superfosfat və kaliumun
dörddə üç hissəsi əsas şum altına, qalanı isə hər hektara 2-3 sentner olmaqla azot
gübrəsi ilə birlikdə yemləmə şəklində vermək lazım gəlir. Birinci yemləmə ilk
həqiqi yarpaqlar, ikincisi soğanaqlar formalaşdıqda, üçüncü isə ikincidən 15-50
gün sonra aparılmalıdır.
Sarımsağın əkini. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,
sarımsağı payızda və ilk yazda əkmək olar. Təcrübədən məlum olmuşdur ki,
Azərbaycanda sarımsağı payızda əkmək daha əlverişlidir. Sarımsağın bölgələrdən
asılı olaraq payız əkinini sentyabr-oktyabr aylarında aparmaq lazımdır. Payızda
əkilmiş sarımsaq respublikada noyabr-oktyabr aylarına kimi 4-5 yarpaqlı olur və
y
axşı kökləndiyinə görə qış fəslini daha yaxşı keçirir.
Sarımsağın bioloji xüsusiyyətindən asılı olaraq iki çiçək növü- zoğlu və
zoğsuz növü var. Çiçək zoğlu növ həm də dişlə və hava soğanaqları ilə, zoğsuz
növü isə yalnız soğanaqda olan dişlərlə çoxaldılır.
Bundan əlavə apardığımız tədqiqat işləri nəticəsində məlum olmuşdur ki,
sarımsağı bütün soğanaqla və ya yarım dişlə də çoxaltmaq mümkündür. Bunlardan
ən faydalısı Azərbaycan şəraiti üçün dişlə çoxaltmaqdır.
Dişin iriliyindən və əkin sxemindən asılı olaraq hektara 800-1000 kq əkin
materialı tələb olunur. İri dişlərlə əkin aparıldıqda bitkilər daha yaxşı inkişaf edir,
soğanaqlar vaxtında formalaşır və nəticədə yüksək keyfiyyətli məhsul alınır.
11
Dişlər payızda 4-5 sm dərinliyə basdırılmalıdır. Əkin cərgəvi üsulla,
cərgələrin arası 45 sm, dişlərin arası onların kütləsindən asılı olaraq 5-10 sm
olmaqla aparılır. Həmçinin sarımsaq lək üsulu ilə də əkilir. Bu üsulda lent arası
50-
60 sm, cərgə araları isə 15-20 sm götürülməlidir.
Sarımsaq az zəhmət tələb edən faydalı bitkidir. Belə ki, onun əkini sıx olur.
Əkindən sonra sarımsaq bitkisinə yaza qədər heç bir aqrotexniki qulluq göstərmək
lazım gəlmir.
Sarımsaq əkinində ən çox zəhmət tələb edən proses dişlərin əl ilə
əkilməsidir.
Aparılmış təqdiqat işləri göstərir ki, soğan səpən aqreqatda bəzi dəyişikliklər
etməklə dişləri texnikanın gücü ilə də əkmək olar. Payızda əkiliş sahə yazda mart-
aprel aylarında alaqdan çıxarılır, suvarılır, cərgə və bitki araları toxalanır və
bitkilərin dibləri doldurulur.
Dostları ilə paylaş: |