Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

Gübrələnməsi  -  Quru  ot  və  toxum  məhsulunun  artmasında  mineral 

gübrələrin  yonca  sahələrinə  verilməsinin  böyük  əhəmiyyəti  vardır.  Yoncanın 

inkişafı üçün fosfor və kalium gübrələri verilməlidir. Torpağın mineral gübrələrə 

tələbatını nəzərə alaraq, yonca hər il bitki vegetasiyaya başlamazdan qabaq, yəni 

qış və erkən yaz mövsümündə gübrələnməlidir.  

Səpindən  qabaq  hər  hektara  30-40  ton  peyin  verilməsi  bir  hektardan 

məhsuldarlığı  quru  ot  hesabı  ilə  10-12%  artırır.  Mineral  gübrələri  səpmək  üçün 

əsas şumdan qabaq şum altına gübrəsəpən maşınlardan istifadə etmək lazımdır. 

Onu da qeyd etmək lazımdır ki, yoncanın hər hektarına  30-40 kq/ha –dan 

artıq  normada  azot  verilməsi  köklərdə  azot  fiksasiya  edən  bakteriyaların 

fəaliyyətini  pozur.  Azərbaycan  Elmi  Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar 

İnstitutunun  apardığı  təcrübələrə  əsasən  yoncaya  yaz  vaxtı  yemləmə  şəkilində 

N

20

P



30

K

40



 

normasında gübrələr verilərkən yaşıl kütlə məhsuldarlığı 35-40 % artır. 

Mineral  gübrələrin  payız  yemləməsi  şəklində  verilməsi  (hər  hektara  35-40 

kq təsiredici maddə hesabı ilə) məsləhətdir.

 

Çünki  p


ayızda yoncalıqları fosfor və 

kalium gübrələri ilə yemləndirdikdə onların qışa davamlılığı və məhsuldarlığı hər 

bir hektara 10-

15 sentner artır. 

Yonca  bitkisinə  mineral  gübrələrin  verilməsi  miqdarı  aşağıdakı  cədvəldə 

verilir. 

 

 

 



 

 

 



Yonca bitkisinin gübrələnmə dozaları (təsiredici maddə hesabı ilə kq/ha) 

 

№ 



Gübrələnmə müddəti 



P

2

O

5

 

K

2



Əsas şum altına 

– 

60-90 


60-90 

Səpinlə birlikdə cərgələrə 

– 

8-10 


– 



Vegetasiya müddətində yemləmə kimi 

30-45 

30-45 

30-45 

 

Hər biçindən sonra yüksək və keyfiyyətli ot məhsuldarlığını artırmaq üçün 



mineral gübrələrdən istifadə etmək lazımdır. 

Qulluq işləri. Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək 

yaşıl kütlə və quru ot məhsulu alınmasında böyük əhəmiyyəti vardır.

  

Yazda yonca vegetasiyaya 



başlayan  zaman  Azərbaycanın  bütün 

rayonlarında fevral ayının ortalarında hektara yemləmə şəklində təsiredici maddə 

hesabı  ilə  30-45  kq superfosfat,  kalium  və  azot  gübrələri  verib,  sahəni  5-6 sm 

dərinliyində iki istiqamətdə mala ilə malalayıb və suvarmaq lazımdır. Bu tədbirin 

hər  biçimdən  sonra  təkrarlanması  yaxşı  nəticə  verir.  Mart  ayının  ortalarında  isə 

sahə fitonomusa qarşı dərmanlanmalıdır. 

      

Ot  və  toxum  üçün  becərilən  ikiillik  yoncalıqlarda  da  xəstəlik  və 



z

ərərvericilərə qarşı daim mübarizə aparılmalıdır.  



 Suvarma

: Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək 

ot  və  toxum  məhsulu  verir.  Bunun  üçün  yonca  əkinləri  alaqlardan  təmiz 

saxlanmalı, suvarma vaxtları və onların sayı düzgün müəyyən edilməlidir. Payızda 

arata səpin apardıqdan bir ay sonra yonca əkinləri birinci dəfə suvarılmalıdır. Bu 

müddət torpaq-iqlim şəraitindən asılı olaraq dəyişə bilər. 

Yaz suvarma

sını  isə  çiçəkləmənin  başlanğıcında  aparmaq  lazımdır.  Əgər 

sahənin  birinci  məhsulu  toxuma  saxlanırsa,  o  zaman  çiçəkləmənin  sonunda  da 

suvarma aparılmalıdır.  

Birinci ili 

sahənin suvarılması yonca bitkisinin 6-7 yarpaq dövründə hektara 

600-800 m

3

 



su verilməlidir.  

Biçindən  sonra  quru  otu  təcili  olaraq  sahədən  çıxarmaq  lazımdır.  Adətən, 

biçindən  5-6  gün  əvvəl  suvarma  dayandırılmalıdır.  Hər  biçindən  sonra  quru  ot 

tarladan çıxarılmalı və iki əks istiqamətdə malalama aparılmalıdır.  

Suvarılan  bölgələrdə  qrunt  suyunun  səviyyəsindən,  torpağın  qranulometrik 

tərkibi  və  sahənin  relyefindən,  torpaqda  olan  ehtiyat  nəmlikdən  və  suvarma 

üsulundan asılı olaraq 15-25 gündən bir suvarma həyata keçirilir.  

Payız  səpinindən  sonra  yonca  şaxtalar  düşənə  qədər  2  dəfə  suvarılmalıdır. 

Yonca  sahəsində  növbəti  suvarma  mart  ayında  aparılır.  Bununla  da  yoncanın 

birinci biçinədək suvarılmasına ehtiyac qalmır.  

Yaz  səpinindən  sonra  yonca  sahəsinin  2  dəfə  suvarılması  birinci biçininin 

optimal vaxtda aparılmasını təmin edir.  

Yoncanın  ən  intensiv  su  sərfi  birinci  çalımdan  sonra,  hər  çalım  müddəti 

daxilində  isə  yoncanın  intensiv  böyüməsi  dövründə,  yəni  qönçə  bağlamadan 

çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq 

həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır.  

Ümumiyyətlə,  yonca  sahələri  hər  biçindən  sonra  2  dəfə  suvarıldıqda  4-5 


 

 



dəfə biçin aparılması mümkün olur.  

Yonca  sahələrinin  biçinlərarası  vaxtlı-vaxtında  suvarılması  və  suvarma 

qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal 

etməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir.  

Az

ərbaycan  Elmi  Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun 



respublikanın  müxtəlif  bölgələrində  apardığı  tədqiqatlar  göstərmişdir  ki,  Mil-

Muğan  və  Şirvan    bölgələrində,  birillik  yonca  əkinlərində  səpinindən  birinci 

biçiminə kimi 1-2, sonrakı hər biçindən sonra 1 vegetasiya suyu verilməlidir. Şəki-

Zaqatala, Quba –

Xaçmaz, Gəncə-Qazax və Qarabağ bölgələrində birinci biçiminə 

kimi torpaq suyundan başqa 2-3, sonrakı hər biçinə isə 2 vegetasiya suyu vermək 

daha məqsədəuyğundur. 

Yoncanın xəstəlik və zərərvericiləri.  Yoncanın bir çox spesifik xəstəlik və 

zərərvericiləri  vardır.  Bitkinin  xəstəlik  və  zərərvericilərə  davamlılığını  artırmaq 

üçün ilk 

növbədə yonca əkin sahələrində vegetasiya müddətində kalium və fosfor 

gübrələri  ilə  yemləmə  aparılmalı,  növbəli  əkin  sisteminə  riayət  edilməli  və 

toxumlar   səpindən əvvəl dərmanlanmalıdır.   

Yoncada  – 

yalançı  unlu  şeh,  qonur  ləkə,  sarı  ləkə,  pas  və  askoxitoz  və  s. 

xəstəlikləri mövcuddur.  

Yalançı unlu şeh (Çiçək kifi) - Bu xəstəlik bütün zonalar üzrə yoncanın ən 

geniş  yayılmış  xəstəliklərindəndir.  Bu  xəstəlik  ən  çox  toxumla  yayılan  xəstəlik 

hesab olunur. Ona görə də səpindən əvvəl toxumlar mütləq dərmanlanmalıdır. 

Cücərtilər  alındıqdan  sonra  isə  “Ridomil  Qold”  kimyəvi  preparatından  2,5 

l/ha normasında çiləmə aparılmalıdır. 

Qonur  ləkə-bu  xəstəlik  yonca  bitkilərinə  ən  çox  səpin  ili  daha  çox 

sir


ayətlənir.  Artıq  ilk  cücərtilər  əmələ  gəldikdə  xəstəliyin  ilkin  əlamətləri 

görünməyə başlayır. Ona görə də xəstəliyin ilkin əlamətləri aşkar olunan kimi 3-

4% Bord

o məhlulu ilə 12-15 kq/ha norması ilə çiləmə aparılmalıdır. 



Sarı ləkə-bu xəstəliyə qarşı mübarizə tədbiri qonur ləkə xəstəliyində olduğu 

kimidir. 



Pas-

xəstəlik ən çox yonca bitkisinə həyatının ikinci ilindən sonra daha çox 

zərər  vurur.  Xəstəliyə  ən  çox  bitkinin  alt  yarpaqları  sirayətlənir.  Çünki,  alt 

hissələrdə  nəmlik  daha  çox  olduğu  üçün  xəstəlik  qısa  müddətdə  yayıla  bilir.  Bu 

xəstəliyə qarşı mübarizə tədbiri olaraq vegetasiya suvarmalarına daha çox diqqət 

yetirilməlidir.  Çalışmaq  lazımdır  suvarma  zamanı  su  gölməçələri  yaranmasın. 

Kimyəvi  mübarizə  tədbiri  kimi  “Topaz  KE”  preparatının  1kq/ha  normasında 

çilənməsi nəticəsində bitkini bu xəstəlikdən qorumaq mümkündür.  



Askoxitoz

xəstəlik  ”askoxisos”  göbələkləri  tərəfindən  törədilir.  Bitkilər 

xəstəliyə ən çox paxla bağlama  fazasında yoluxurlar. Belə ki, xəstəlik nəticəsində 

paxlalar inkişafdan qalaraq saralıb tökülürlər.  

Bu xəstəliyə qarşı “Kendozin-Sowp” kimyəvi preparatından 300 qram 1000 

litr suda qarışdırılaraq  1 hektar normasında çiləmə aparılmalıdır.    

Yonca bitkisin

ə əsasən yonca birəsi, fitonomus, yonca yarpaqbükəni, yonca 

taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası kimi zərərvericilər 

ziyan vurur. 



 

 



Fitonomus-

yonca  bitkisinin  ən  təhlükəli  zərərvericisi  hesab olunur. 

Fitonomus 

böcəkləri  sahələrdə  bitkinin  yarpaq  və  təzə  əmələ  gəlmiş  paxlasını 

yeyərək tamamilə sıradan çıxarır. Nəticədə, bitkinin məhsuldarlığı 20-30%-ə qədər 

aşağı düşə bilir. Müəyyən edilmişdir ki, yoncaya fitonomus ən çox həyatının 2-3-

cü illərində daha çox zərər vurur. 

Fitonomusla mü

barizə tədbiri kimi “Korban-4” kimyəvi preparatının 1,5 l/ha 

normasında çiləmə aparılması yaxşı effekt verir. 



Yonca yarpaq

bükəni - zərərverici, əsasən bitkiyə yarpaqların güclü inkişafı 

dövründə ciddi ziyan vurur. Zərərvericinin zədəsi nəticəsində yarpaqlar bir-birinə 

yapışaraq  inkişafını  dayandırır.  Bunun  nəticəsində  assimilyasiya  prosesi  pozulur, 

bitki  bütövlükdə  inkişafdan  qalır.  Zərərvericiyə  qarşı  mübarizə  tədbiri  olaraq 

«Koruma DDYP 55EC» 

preparatı ilə 0,6-1,0 kq/ha normasında çiləmə aparılır. 



Yonca taxtabitisi-

zərərverici toxumlar anbarda saxlanıldığı vaxt ciddi ziyan 

vurur.  Anbarda  saxlanılan  toxumları  deşməklə  onların  rüşeymini  yeyərək  tamam 

sıradan  çıxarır.  Bunun  nəticəsində  səpindən  sonra  bitkilərin  çıxışı  zamanı  geniş 

miqyasda seyrəklik yaranır. 

Bu  zərərvericiyə  qarşı  yaxşı  olar  ki,  həm  tarla  şəraitində,  həm  də  anbar 

şəraitində    «Kohinor SC-350»  kimyəvi  preparatını  1000  litr  suya  qarışdıraraq 

dezinfeksiya və mübarizə tədbiri kimi çiləmə aparılması məqsədə uyğundur. 



Yonca  toxumyeyəni-bu  zərərverici  ən  çox  toxumluq  sahələrə  zərər  vurur. 

Yonca toxumyeyəni yoncanın meyvəsi əmələ gələn vaxt, yaşıl meyvə içərisinə öz 

yumurtalarını  qoyur.  Yumurtadan  çıxmış  sürfələr  yetişməkdə  olan  paxlaları 

yeyərək  məhv  edir.  Bu  zərərvericilərə  qarşı  mübarizə  tədbiri  olaraq, toxum 

materialı  təmizlənərkən  ayrılmış  tullantılar  hamısı  birlikdə  yandırılmalıdır. 

Sahədən toxum yığıldıqdan sonra, bütün bitki qalıqları məhv edilməlidir. Toxum 

materialı  səpinqabağı  dərmanlanmalıdır.  Vegetasiya  dövründə  isə  yoncanın 

toxumluq  meyvəsi  əmələ  gələnədək  hektara  1,5  litr/ha  normasında      

«Korumaqor-40» 

kimyəvi  preparatı  ilə  çiləmə  və  ya  hektara  18  kq  heksaxloran 

tozlandırmaqla mübarizə aparılması müsbət nəticə verir.  

Noxud mənənəsi-zərərverici əsasən bitkinin uc yarpaqlarında yığılaraq onun 

şirəsini sorurlar. Zərərverici bir sutkada on minlərlə yumurta qoyaraq çoxala bilir. 

Əgər  vaxtında  qarşısı  alınmasa  çox  böyük  fəsadlar  törədə  bilər.  Ona  görə  də  bu 

zərərvericini daim diqqətdə saxlamalı, sahədə aşkar olunan kimi «Mostar 20 SP» 

preparatı ilə 2 kq/ha normasında mübarizə tədbirinə başlamaq lazımdır.  

Yonca  sovkası-bitkiyə  kələm  ağ  kəpənəyi  tərəfindən  yarpaqların  alt 

hissəsinə  qoyulmuş  yumurtalardan  çıxan  kiçik  tırtıllar  zərər  vurur.  Belə  ki, 

yumurtadan çıxmış tırtıllar böyük acgözlüklə bitkinin yarpağını yeyirlər. Nəticədə 

bitkilər çılpaqlaşaraq məhv olurlar. 

Bu  zərərvericiyə  qarşı  ən  yaxşı  mübarizə  tədbiri  kimi  «Kortomil-90SP» 

preparatının 0,8-1kq/ha norması il mübarizə tədbiridir. 



Yonca  bitkisinin  toxum  məqsədilə  becərilməsi.  Toxumluq  məqsədilə 

yoncanı  gencərgəli  üsul  (60-45  sm)  ilə  səpirlər.  Səpin  norması  cücərən  toxum 

hesabı ilə 10-15 ədəd/metr və ya çəki ilə 8-10 kq/ha-dır.  

Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayının sonunadək 

başa  çatdırılır.  Birinci  biçindən  sonra  hektara  fiziki  çəki  hesabı  ilə  torpaq 


 

 



kartoqramı nəzərə alınmaqla təsir edici maddə hesabı ilə 30-45 kq fosfor,  kalium 

gübrələri  verilərək  sahəyə  3-5  sm  dərinlikdə  çarpaz  dırmıq  çəkilməlidir. 

Qönçələmə fazasında toxumluq sahə 50 kq/ha azot hesabı ilə yemləndirilir.  

Azərbaycan  Elmi  Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun 

təcrübə  işlərinin  nəticələri  göstərir  ki,  2  illik  yoncanın  ikinci  biçinini  toxum 

məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait 

yaranır.  Belə  ki,  birinci  il  səpilən  yoncaya  nisbətən  2  illik  yoncanın  köklərində 

daha  çox  fır  bakteriyaları  əmələ  gəlir.  Bitkilərin  kökləri  bioloji  xüsusiyyətlərinə 

uyğun  olaraq  torpağın  dərinliyinə  işləyir.  Sahə  aşağı  sürətli  suvarma  ilə 

suvarılmalıdır.  Suvarılan  aran  rayonlarında  toxumluq yonca  sahəsində  ikinci 

suvarmaya  qönçələmə  fazasında  başlamaq  lazımdır.  Üçüncü  suvarma  isə 

çiçəkləmənin sonunda, paxlaların əmələ gəldiyi vaxtda aparılmalıdır.  

Toxumluq yonca sahəsi yüksək aqrofonda becərilməlidir. Əgər sahədə qızıl 

sarmaşıq  (küskütotu)  və  digər  alaq  otları  varsa,  işçi  qüvvəsinin

 

köməyi  ilə 



təmizlənməli və kənarda yandırılmalıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin 

çarpaz tozlanmasına yaxşı təsir göstərir. Bundan başqa tozlanmanın yaxşı getməsi 

üçün  yoncalıqlarda  arı  ailələrinin  saxlanması  zəruridir.  Bitkinin  paxlalarının        

90-95%-


i qonurlaşanda biçin başlanır. 

İkiillik  yonca  sahəsinin  ikinci  biçininin  toxuma  saxlanması  ilə  əlaqədar 

olaraq demək olar ki, həmin müddətdə gəmiricilərə təsadüf edilmir.  

Yuxarıda  göstərilən  tədbirlərin  optimal  vaxtda  yerinə  yetirilməsi  yoncanın 

hektardan toxum məhsuldarlığını artırır. Hər hektardan 3-5 sentner yonca toxumu 

istehsal  edilməsinə  nail  olunur.  Bəzən,  ehtiyac  olduqda  alaq  otlarından  təmiz  və 

normal  sıxlıqda  olan  3  illik  yonca  sahələrinin  də  ikinci  çalımını  toxum  üçün 

saxlamaq olar.  

Toxumluq  yoncanı  isə  paxlalarının  70-80%-i  yetişdikdə  yığmaq  lazımdır. 

Gecikdirilmiş  yığımda  paxlalar  açılıb  toxumları  tökülür  və  itkiyə  səbəb  olur. 

Toxumyığan istənilən maşın xırda toxum üçün uyğunlaşdırılmalıdır. Yığım vaxtı 

sahədə yaşıl kütlə çoxdursa ikifazalı yığım aparılır. Əvvəlcə maşınla biçilib tirələrə 

yığılır,  2-3  gün  sonra  bu  kütlə  kombaynla  ilə  döyülür.  Döyülmüş  toxum 2-3 sm 

qalınlığında sərilib qurudulduqdan sonra təmizlənir və kisələrə yığılır. Təmizliyinə 

və cücərmə faizinə görə toxumlar iki sinfə bölünür: birinci sinfin təmizliyi 96%, 

cücərmə  qabiliyyəti  80%,  nəmliyi  13%,  ikinci  sinfin  təmizliyi  96%,  cücərmə 

qabiliyyəti 70%, nəmliyi 13% olmalıdır. 

Yo

ncanın  biçilməsinin  xüsusiyyətləri.  Hava  şəraiti  əlverişli  olduqda  il 

ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox vaxt yonca sutkada 2-3 sm 

boy  atır.  Quru  ot  üçün  yoncanı  qönçələmə  fazasının  axırı  –  çiçəkləmənin 

başlanğıcında biçmək zəruridir. Biçin gecikdirildikdə otun kimyəvi tərkibi pisləşir 

və keyfiyyəti aşağı düşür.  

Nəzərə  almaq  lazımdır  ki,  axırıncı  çalım  qışlamaya  (şaxtalara) 3-4  həftə 

qalmış aparılmalıdır. Bu müddətdə o, böyüyə bilir, rozet əmələ gətirir və kifayət 

qədər ehtiyat qida maddələri toplaya bilir. Müşahidələr göstərir ki, yoncanın gec 

çalınması qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.  

Tam  qiymətli  məhsul  toplamaqdan  ötrü  çalınma  hündürlüyünün böyük 

əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr 


 

 



ehtiyatı  toplanan  gövdələrinin  alt  hissəsinin  saxlanması  zərurətini  nəzərə  alaraq 

yoncanı yerdən 6-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin yaxşı 

qışlamasına yardım edir.  

Yonca  otunun  qısa  müddətdə  yığılmasına  ciddi  fikir  vermək  lazımdır. 

Biçilmiş  yoncanın  qurudulmasında  əsas  məqsəd  onda  rütubəti  azaltmaq  və  quru 

otu uzun müddət yaxşı saxlamaqdır. İtkinin qarşısını almaq və onu kəskin surətdə 

azaltmaq  üçün  otun  qurudulma  müddətini  minimuma  çatdırmaq  lazımdır.  Yonca 

otunu  qurudan  zaman  qiymətli  qida  maddələri  ilə  ən  zəngin  olan  yarpaqların 

saxlanmasına  çalışmaq  lazımdır.  Quraqlıq  və  isti  rayonlarda  otu  zolaqlarla 

(sərilmiş  halda  deyil),  tirələrdə  qurutmaq  məqsədəuyğundur.  Otun  dırmıqlanaraq 

tirələrə  yığılmasına  əlavə  əmək  sərf  etməmək  və  zərif,  qiymətli  yarpaqların 

tökülməsinin  qarşısını  almaq  üçün  biçindən  qabaq  otbiçən  maşınları  elə  təchiz 

etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın.  

Aparılmış  bir  çox  təcrübələr  göstərir  ki,  biçilmiş  yonca  ən  tez  zolaqlarda 

quruyur  və  kombinəedilmiş  qurutma  üsulunda  biçilmiş  yonca  otunu  zolaqlarda      

4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq qurudulması zamanı yonca 

otu daha sürətlə quruyur.  

Yonca sortları. Azərbaycanda  yoncanın AzNİXİ - 262 (1944),  AzNİXİ - 5 

(1962), AzSXİ - 1 (1967), Abşeron (1989), Aran (1996), Ağstafa -1 (2011) sortları 

rayonlaşdırılmışdır.  

 

X



aşa bitkisinin becərilmə texnologiyası 

 

Xaşanın əhəmiyyəti. Xaşa təbii rütubətlə təmin edilmiş dəmyə şəraitində ən 

məhsuldar  yem  bitkisidir.  Xaşa  respublikanın  dağ  rayonlarında,  təbii  rütubətlə 

yaxşı təmin edilmiş dağətəyi rayonlarda dəmyə şəraitində, habelə suvarma suyu ilə 

təmin olunmuş aran rayonlarında becərilən yüksək keyfiyyətli bitkidir. Yüksək ot 

məhsulu  verən  xaşa  bitkisi  torpağın  münbitliyini  bərpa  edir,  onu  bioloji  azotla 

zənginləşdirir. Ona görə xaşa dənli bitkilər, tərəvəz, bostan, kartof və başqa kənd 

təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılır. 

Xaşa  bitkisi  torpağı  su  və  külək  eroziyasından  mühafizə  etmək  üçün  ən 

dəyərli vasitə olub, qidalılıq dəyərinə görə yoncadan geri qalmır. 

Xaşanın kimyəvi tərkibi və ümumi qidalılıq dəyəri 1 kq yaşıl  yemdə quru 

maddə-24%, protein-4,9%,  yağ-1,1%, sellüloza-7,0%, azotsuz ekstraktiv 

 

maddələr-8,8%, kül-8,4%, enerji yem vahidi-0,25qr, həzm olunan protein-39,4 qr, 



karotin  75  mq  təşkil  edir.  Xaşanın  1  kq  quru  otunda  85,1%  quru  maddə,  18,5% 

protein, 2,4% yağ, 23,4% sellüloza, 21,1% azotsuz ekstraktiv maddələr, 8,7% kül, 

0,78 qr enerji yem vahidi, 127,6 qr həzm olunan protein, 68 mq karotin vardır. 

Xaşa  bitkisi  arıçılığın  inkişafında  böyük  əhəmiyyət  kəsb  edir.  1  ha  xaşa 

sahəsindən bir arı ailəsindən 130-150 kq təmiz arı balı almaq mümkündür. 

 

Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növbəli əkinlərdə 

becərilir.  Buna  görə  də  onun  sələfi  müxtəlif  bitkilər  ola  bilər.  Payızlıq  buğda, 

qarğıdalı və yemlik kökümeyvəlilər yaxşı sələf  hesab edilir. 



 

 



Torpağın becərilməsi. Xaşa üçün ayrılan torpaq sahəsi alaqlarla mümkün 

qədər  az  zibillənən  olmalıdır.  Çünki,  xaşanın  cücərtiləri  zəif  böyüyür  və  alaqlar 

onu ilk dövrlərdə üstələyir. 

Növbəli əkində xaşanın sələfi payızlıq və yazlıq dənli taxıl, tərəvəz, bostan, 

texniki,  yem  və  s.  bitkilər  ola  bilər.  Torpağın  əsas  və  səpinqabağı  becərmə 

sistemləri sələflərdən və becərmə şəraitindən asılı olaraq müəyyən edilir. Suvarma 

şəraitində sələf bitkilərin məhsulu yığıldıqdan sonra sahədə 5-7 sm dərinliyində üz-

ləmə  aparılır.  Kökü  pöhrəli  alaqlarla  zibillənmə  varsa  üzləməni  10-12 sm 

dərinliyində gavahınlı üzləyicilərlə aparırlar. Əgər kökü pöhrəli alaqlar əhəmiyyətli 

dərəcədə çoxdursa; üzləmə 2-3 həftədən sonra təkrar olunur, sonra isə 25-27 sm 

dərinliyində şum aparılır. 

Şumdan sonra tarlada alaq otları əmələ gələrsə kultivasiya çəkməklə onları 

məhv  etmək  lazımdır.  Aran  zonasında,  xüsusən  də  ağır  mexaniki  tərkibli 

torpaqlarda sahəni arata qoymaq əlverişli sayılır.  

Yüngül  mexaniki  tərkibli  torpaqlarda  isə  səpsuvar  aparmaq  məsləhət 

görülür.  

Dağlıq  rayonlarda  xaşa,  əsasən  dəmyə  şəraitində  becərilir.  Burada  əsas 

məsələ ərazinin kifayət qədər rütubətlə təmin olunmasını təmin etməkdir. 

Respublikamızın dağlıq rayonları üçün xaşanın səpin müddəti yazdır. Odur 

ki,  yaz  səpini  üçün  dondurma  şumu  oktyabr  ayının  birinci  yarısına  qədər  başa 

çatdırılmalıdır.  

Dağlıq  ərazilərdə  xaşa  əkiləcək  sahələrdə  sələf  bitkiləri  yığıldıqdan  sonra 

bitki qalıqları sahədən kənarlaşdırılmalı və lazım gələrsə 5-8 sm dərinlikdə üzləmə 

aparılmalı,  sonra  isə  relyefin  müxtəlifliyini  nəzərə  alaraq  22-25  sm  dərinliyində 

şum  aparılmalıdır.  Dağlıq  ərazilərdə  şumun  dayaz  aparılmasına  səbəb  bəzi 

ərazilərdə torpaq əmələ gətirən ana süxurların üzdə yerləşməsidir. Ümumiyyətlə, 

meylli yamaclarda xaşa səpildikdə, eroziya prosesi baş verməməsi üçün əsas şum 

yamacın köndələni istiqamətində aparılmalıdır. 

Yazda  hava  şəraiti  imkan  verən  kimi,  torpaqda  olan  nəmliyi qorumaq 

məqsədilə sahə ya pərşum edilir, ya da 12-15 sm dərinlikdə  torpaq şumlanır. Daha 

sonrakı torpaq becərmələri həmin sahədə alaq otlarını məhv etmək və ərazidə olan 

kəltənləri dağıtmaq üçün aparılır. Səpinqabağı becərməni yumşaldıcı alətlər-çizel 

kultivator,  diskli  mala  ilə  aparmaqla  bu  alətlərin  arxasına  ziqzaq  mala  qoşmaq 

lazımdır. Səpinqabağı becərmə toxumun basdırılacağı dərinlikdə aparılmalıdır.  



Gübrələmə.

 

Xaşa  əkinlərində  gübrələmə,  əsasən  toxumluq  əkinlərdə 



aparılır. Bu məqsədlə hər il təsiredici maddə hesabı ilə hektara 60-90 kq fosfor, 75-

100 kq kalium gübr

əsi verilir. Əkinin birinci ili gübrələri əsasən şum altına, ikinci 

və  sonrakı  illərdə  isə  erkən  yazda,  xaşa  vegetasiyaya  başlayana  qədər  vermək, 

gübrələmədən sonra isə sahəni iki iz malalamaq lazımdır. 

Xaşa  əkinlərində,  əsasən  cərgələrə  səpin  vaxtı  dənəvər  superfosfat  verilir. 

Cərgələrə  50  kq  superfosfat  verilməsi  xaşanın  quru  ot  məhsulunu  hektardan  3,6 

sentnerə qədər (toxumunu 0,8 sen.) artırır.  



Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin