Az
ərbaycan və Serbiya arasında aqrar sahədə əməkdaşlıq
15
İki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi
m
əqsədilə 2011-ci ilin 08 iyun tarixində Belqrad şəhərində “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd
T
əsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
“Az
ərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi aidiyyəti dövlət
qurumları ilə razılaşdırılmış və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
t
ərəfindən autentikliyi təsdiq edilmişdir.
Hal-
hazırda sözügedən Saziş layihəsinin imzalanması məqsədilə dövlətdaxili
prosedurlar h
əyata keçirilir.
Serbiya t
ərəfinin rəy və təklifləri əks olunmuş “Azərbaycan Respublikası
Hökum
əti və Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi
sah
əsində əməkdaşlıq haqqında Saziş” layihəsi hazırlanmaqdadır.
Beyn
əlxalq Epizootik Büro və digər beynəlxalq təşkilatlar çərçivəsində hər iki
ölk
ənin dövlət baytarlıq orqanları arasında heyvan xəstəlikləri üzrə informasiya
mübadil
əsi aparılır.
Serbiya Respublikasında yaradılmış bir sıra tərəvəz bitkiləri sortlarının
Az
ərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu tərəfindən sınaqları keçirilmişdir.
2011-ci il 09 oktyabr tarixind
ə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyind
ə keçirilmiş görüşdə Serbiyada ən böyük üzüm tingi istehsalçısı və
ixracatçısı olan “AGROEXİM” şirkətinin rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat
Üzümçülük v
ə Şərabçılıq İnstitutunun direktoru arasında gələcək əməkdaşlığa dair
müzakir
ələr aparılmışdır.
17-20 aprel 2012-ci il tarixl
ərində Bakı şəhərində keçirilmiş Kənd Təsərrüfatı
üzr
ə Avropa Komissiyasının 37-ci Sessiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
T
əşkilatının (FAO) 28-ci Regional Konfransında iştirak etmiş Serbiya
Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərüfatı Nazirliyinin
dövl
ət katibi cənab Lyubişa Dimitriyeviçlə kənd təsərrüfatı naziri İsmət Abasov
arasında görüş keçirilmiş, iki ölkə arasında əməkdaşlığın vəziyyəti və gələcək inkişaf
perspektivl
əri müzakirə olunmuşdur.
İki ölkə arasında aqrar-sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:
-
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması;
-
yüksək məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı dənli bitkilər,
kartof, tərəvəz, meyvə sortlarının və genetik materialların mübadiləsi, yeni
sortların qarşılıqlı ekoloji sınaqlarının keçirilməsi;
-
üzümçülük və şərabçılığın inkişafı ilə bağlı müştərək müəssisələrin
yaradılması;
16
-
üzüm tinglərinin yetişdirilməsi sahəsində Serbiya təcrübəsinin öyrənilməsi;
-
iki ölkənin müvafiq qurumları arasında fitosanitariya sahəsində informasiya
və təcrübə mübadiləsinin aparılması;
-
aqrar yönümlü elmi-
tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq
əlaqələrinin yaradılması.
Az
ərbaycan və Tacikistan respublikaları arasında
aqrar sah
əyə dair əməkdaşlıq
Az
ərbaycan Respublikası və Tacikistan Respublikası arasında kənd təsərrüfatı
v
ə aqrar emal məhsullarının ticarəti sahəsində əməkdaşlıq əlaqələri davam etdirilir.
2011-ci ild
ə Tacikistan Respublikasından ölkəmizə 156,2 min ABŞ dolları dəyərində
t
ərəvəz məhsulları, qurudulmuş meyvə, təbii bal və digər kənd təsərrüfatı məhsulları
idxal edilmişdir. Ölkəmizdən Tacikistan Respublikasına isə 8682,8 min ABŞ dolları
d
əyərində bitki yağları, şəkər tozu, meyvə-tərəvəz konserv məhsulları və digər aqrar
istehsal m
əhsulları ixrac olunmuşdur.
Az
ərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu və Tacikistan Kənd
T
əsərrüfatı Elmləri Akademiyası Əkinçilik İnstitutunun alimləri arasında elmi-
metodik c
əhətdən mövzu planlarına dair fikir mübadiləsi, elmi məqalələrə qarşılıqlı
r
əylərin verilməsi və digər sahələrdə məsləhətləşmələr səviyyəsində əməkdaşlıq
mövcuddur.
Ölk
ələrimiz arasında aqrar-sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti və Tacikistan
Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və
“Az
ərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında
bitki karantini v
ə mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri qarşı
t
ərəfə göndərilmişdir.
Az
ərbaycan və Türkiyə Respublikaları arasında
aqrar sah
əyə dair əməkdaşlıq
İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri getdikcə
inkişaf etməkdədir və əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar
mövcuddur.
Az
ərbaycandan Türkiyəyə 2011-ci ildə 14 milyon 785 min ABŞ dolları
d
əyərində ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən gön, pambıq, emal
olunmuş meyvə-tərəvəz məhsulları, yağlı toxum və meyvələr, dərman bitkiləri,
heyvan m
ənşəli kənd təsərrüfatı məhsulları ixrac edilmiş, Türkiyədən ölkəmizə isə 58
milyon 305 min ABŞ dolları dəyərində əsasən süd məhsulları, təbii bal, meyvə-
t
ərəvəz və qoz-fındıq məhsulları, taxıldan, undan və nişastadan alınan hazır
m
əhsullar, emal olunmuş meyvə-tərəvəz məhsulları idxal olunmuşdur.
17
Az
ərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əsasən
Az
ərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi çərçivəsində həyata keçirilir.
İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın möhkəm hüquqi
bazası yaradılmışdır. 2005-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”
imzalanmış və bu Sazişin müddəalarına uyğun olaraq baytarlıq nəzarətində olan
yükl
ərin idxal-ixracı məqsədilə tərəflərin dövlət baytarlıq təşkilatları arasında
baytarlıq sertifikatları razılaşdırılaraq imzalanmış, informasiya və təcrübə mübadiləsi
h
əyata keçirilir.
“Az
ərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti
arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”
imzalanmışdır.
İki ölkə arasında tərəfdaşlığın ən yüksək formatı olan Azərbaycan-Türkiyə
Yüks
ək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının Azərbaycanda (Qəbələ şəhərində)
keçirilmiş iclasında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası
Hökum
əti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə
Mü
əssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol imzalanmışdır.
Protokolun icrası istiqamətində əməli tədbirləri müzakirə etmək məqsədilə
Xaşmaz rayonunda yerləşən Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə
Mü
əssisəsinin model təsərrüfata cevrilməsi üçün görüləcək konkret işlər barədə
müzakir
ələr aparılmışdır.
Az
ərbaycan Respublikası və Türkiyə Respublikası arasında
k
ənd təsərrüfatı sahəsində əməkdaşlıq
“Az
ərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə
Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında
əməkdaşlıq haqqında Saziş”in hazırlanması imkanlarına baxılması;
Az
ərbaycanda toxumçuluq sisteminin gücləndirilməsi məqsədilə mütəxəssis
mübadil
əsinin və qarşılıqlı səfərlərin həyata keçirilməsi;
Ekoloji t
əmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və
marketinqinin t
əşkili üzrə məlumat mübadiləsi;
K
ənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən
t
əsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi;
Toxumçuluq, tingçilik v
ə yeni seleksiya sortlarının sınağı sahəsində təcrübə
mübadil
əsi;
K
ənd təsərrüfatı heyvanlarının süni mayalama mərkəzlərinin fəaliyyət
mexanizmi, damazlıq və seleksiya işlərinin qurulması, heyvanların qeydiyyatı
sah
əsində təcrübə mübadiləsi;
H
ər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında
əməkdaşlıq əlaqələrinin yaradılması.
18
Az
ərbaycan və Türkmənistan respublikaları arasında
aqrar sah
əyə dair əməkdaşlıq
Ölk
ələrimiz arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye
kompleksi istiqam
ətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2010-cu ildə
Türkm
ənistandan ölkəmizə 39,5 min ABŞ dolları dəyərində 81,5 ton meyvə
m
əhsulları idxal olunmuşdur. Ölkəmizdən Türkmənistana isə 18140,1 min ABŞ
dolları dəyərində 29091,1 ton tərəvəz, konserv və digər aqrar istehsal məhsulları ixrac
olunmuşdur.
Cari ilin 9 ayında ölkəmizdən Türkmənistana 10979.4 min ABŞ dolları
d
əyərində 16801.9 ton tərəvəz, konserv məhsullar, sitrus meyvələrindən cemlər,
mür
əbbələr və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur.
Beyn
əlxalq konfrans, simpozium və digər tədbirlərdə hər iki ölkənin aqrar sahə
aliml
ərinin iştirakı zamanı aqrar elmin aktual məsələlərinə dair informasiya
mübadil
əsi aparılır.
Az
ərbaycan Respublikası və Türkmənistan arasında aqrar sahədə əməkdaşlıq
əlaqələrinin daha da genişləndirilməsi məqsədilə:
- “Az
ərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında
baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi;
- “Az
ərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında
bitki karantini v
ə mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi
hazırlanıb aidiyyəti üzrə təqdim edilmişdir.
Az
ərbaycan və Ukrayna respublikaları arasında
aqrar sah
əyə dair əməkdaşlıq
Az
ərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarşılıqlı
əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müəyyən tədbirlər həyata
keçirilir.
2011-ci ild
ə Ukraynadan ölkəmizə 139,8 mln ABŞ dolları dəyərində ət-süd
m
əhsulları, buğda, toxum, təmizlənmiş qoz, tütün, heyvan mənşəli piy və yağlar və
dig
ər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Ukraynaya isə 7,0 mln
ABŞ dolları dəyərində faraş tərəvəz, meyvə, sitrus, fındıq, çay, meyvə-tərəvəz
konservl
əri və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur.
Aqrar t
əmayülli Elmi-Tədqiqat İnstitutları arasında elmi-texniki sahədə
əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.
19
2006-
cı ilin 07 sentyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi
arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında
Saziş”in müddəalarına uyğun olaraq tərəflərin elmi-tədqiqat müəssisələri taxıl və
şəkər çuğunduru bitkilərinin genetik materiallarının mübadiləsini, yeni sortların
qarşılıqlı sınağını və informasiya mübadiləsini davam etdirirlər.
Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Mərkəzin (ЪИММЙТ) və
ABŞ-ın Oreqon Dövlət Universitetinin buğda nümunələrinin öyrənilməsi üzrə birgə
t
əşkil etdikləri Şərqi Avropa sortları pitomnikində olan Ukrayna mənşəli buğda
nümun
ələri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu tərəfindən respublikanın
bölg
ələrində öyrənilir.
Az
ərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu ilə Ukrayna Elmlər
Akademiyasının «Biotexnika» Mühəndis Texnologiya İnstitutu arasında əməkdaşlıq
əlaqələri davam etdirilir.
01 mart 2012-ci il tarixind
ə Ukraynanın Krım vilayətində Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Milli Akademiyasının
“Maqaraç” Üzüm v
ə Şərabçılıq İnstitutu arasında tinglik, üzümçüıük və şərabçılıq
sah
əsində əlaqələrin möhkəmləndirilməsi barədə niyyət protokolu imzalanmışdır.
Protokolda Az
ərbaycanda üzümçülük və şərabçılıq sahəsinin normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, texnoloji təlimatların və standartların yenidən işlənməsi,
yüks
ək ixtisaslı elmi kadırların hazırlanması, sertifikatlaşmış əkin materialının
istehsalı, üzümdən bioloji aktiv yeyinti məhsullarının hazırlanması üzrə müştərək
mü
əssisələrin yaradılması öz əksini tapmışdır.
K
ənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və
fermerl
ərin lizinq əsasında kənd təsərrüfatı texnikaları ilə təmin olunması məqsədi ilə
“Aqrolizinq” ASC t
ərəfindən 2006-cı ildən başlayaraq Ukraynadan 3,47 mln manat
d
əyərində 120 ədəd BОRЕХ-2102 markalı ekskavator və 19,6 mln manat dəyərində
54,2 min ton superfosfat gübr
əsi alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının
istifad
əsinə verilmişdir.
Az
ərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar N
əzarəti Xidməti ilə Ukrayna Aqrar Siyasəti Nazirliyinin Baş Dövlət Bitki
Karantini Müf
əttişliyi arasında müntəzəm olaraq məlumat və təcrübə mübadiləsi
aparılır, karantin zərərli orqanizmlərin ölkələrimizin ərazilərinə daxil olmasının
qarşısını almaq məqsədilə müvafiq fitosanitar tədbirləri həyata keçirilir.
“Az
ərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında
bay
tarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi qarşı tərəfə göndərilmişdir.
Ukrayna v
ə Azərbaycan Respublikasının Dövlət Baytarlıq Xidmətləri arasında
heyvanların təhlükəli yoluxucu xəstəliklərinin vəziyyəti haqqında davamlı olaraq
m
əlumat mübadiləsi aparılır.
Az
ərbaycan və Yaponiya arasında aqrar sahədə əməkdaşlıq
20
Yaponiya hökum
ətinin dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Aztəminatlı
fermerl
ər üçün ərzaq təhlükəsizliyi layihəsi”nin (2KR) davamlılığının davam
etdirilm
əsi məqsədilə “Yaponiya texniki əməkdaşlıq üçün qrant yardımı”, “Yaponiya
qrant yardımı” və “Aztəminatlı fermerlərə qrant yardımı” layihələri hazırlanmış və
Yaponiya t
ərəfinə təqdim etmək üçün Nazirlər Kabinetinə göndərilmişdir.
İki ölkə arasında “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”
ç
ərçivəsində Azərbaycan Respublikası Hökuməti və Yaponiya hökuməti arasında 06
aprel 2011-
ci il tarixli Qrant Razılaşmasına əsasən Yaponiya hökuməti tərəfindən
ayrılmış 260 milyon yen məbləğində vəsait hesabına 29 ədəd taxılyığan kombayn
alınaraq Azərbaycana gətirilmiş və həmin texnikaların təqdimat mərasimi
keçirilmişdir.
2006-2011-ci ill
ər ərzində Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya
hökum
əti arasında əməkdaşlıq çərçivəsində Yaponiya hökumətinin ayırdığı qrant
hesabına respublikaya gətirilmiş 3,6 mln. manat dəyərində 85 ədəd SR-2035 və 5
ədəd TC-5040 markalı taxılyığan kombayn, Tərəfdaşlıq Fondu hesabına alınmış 1,16
mln. manat d
əyərində 30 ədəd AF-6150, 2.64 mln. manat dəyərində 28 ədəd
taxılyığan kombayn, 1,06 mln. manat dəyərində 40 ədəd YTO-1204 markalı traktor və
0,88 mln. manat d
əyərində 177 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları
“Aqrolizinq” ASC t
ərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə
verilmişdir.
2011-ci ild
ə keçirilmiş tender nəticəsində Yaponiya hökuməti ilə
razılaşdırılaraq Tərəfdaşlıq Fonduna toplanmış 1410 min manat məbləğində vəsait
hesabına 10 ədəd taxılyığan kombayn və 167 ədəd müxtəlif kənd təsərrüfatı
texnikaları alınmışdır.
3.2. Az
ərbaycan Respublikasının aqrar saəyə dair
beyn
əlxalq təşkilatlarla əməkdaşlığı
Respublikada ardıcıl həyata keçirilən məqsədyönlü siyasət nəticəsində
ölk
əmizin aqrar sahəsi təşkilatları bir çox nüfuzlu beynəlxalq regional təşkilatların
üzvü
olmuş, bu təşkilatlarla və inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlıq qurmuş
v
ə əlaqələr getdikcə genişlənməkdədir.
Aparılan fəaliyyət nəticəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO), Beyn
əlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD), Beynəlxalq
Epizootik Büro (OİE), Dünya Bankı, Avropa Birliyi, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam İnkişaf Bankı,
Avropa Yenid
ənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Alman Texniki
Əməkda.lıq Cəmiyyəti (GTZ), Türk İşbirliyi və Kalkınma Ajansı (TİKA),
Hollandiyanın Mərkəzi Avropa və Şərqi Avropa Ölkələri üçün PSO Proqramı,
Yaponiya Hökum
ətinin 2 KR Proqramı, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi (USAİD), Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq
D
ənizi Təşkilaı (EPPO), Beynəlxalq Pestisidlər Assosiasiya (İHPA), Qlobal Ətraf
Mühit
ə Kömək Agentliyi (GEF) və bir çox beynəlxalq təşkilatlar, mərkəzlər və
agentlikl
ərlə səmərəli əlaqələr qurulmuşdur.
3.3. K
ənd Təsərrüfatı Nazirliyi təşkilatlarının beynəlxalq əlaqələri
Aqrar Elm M
ərkəzində beynəlxalq əlaqələr
Milli K
ənd Təsərrüfatı Tədqiqatları Sisteminin Mərkəzi İdarəetmə orqanı
kimi K
ənd Təsərrüfatı Nazirliyinin Aqrar Erlm Mərkəzi çıxış edir. Elmi
araşdırmalar 2 xətt üzərində qurulur: ET İnstitutları və Regional Aqrar Elm
M
ərkəzləri.
Hazırda Aqrar Elm Mərkəzinin tabeliyində respublikanın müxtəlif
bölg
ələrində fəaliyyət göstərən 14 elmi-tədqiqat institutu, onların 40-a yaxın
t
əcrübə bazası (təcrübə stansiyası, dayaq məntəqəsi, yardımçı təcrübə təsərrüfatı və
s.) v
ə 8 regional aqrar-elm mərkəzləri var.
Az
ərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi
f
əaliyyətə başladığı ilk vaxtdan beynəlxalq əməkdaşlıq əlaqələrinin
genişləndirilməsinə böyük önəm vermiş və bu istiqamətdə bir sıra uğurlara nail
olmuşdur.
Az
ərbaycan Aqrar Elm Mərkəzi ilə İCARDA arasında əməkdaşlığa dair
bağlanmış müqaviləyə uyğun olaraq Mərkəz 1998-ci ildən “Mərkəzi Asiya və
C
ənubi Qafqaz ölkələrində Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə Əməkdaşlıq
Proqramı”na qoşulmuşdur. Proqramda CGİAR konsorsiumuna daxil olan 9
beyn
əlxalq mərkəz, o cümlədən CİMMYT, CİP, İCARDA, İCRİSAT, İFPRİ,
İLRİ, “Bioversity international” və İWMİ, həmçinin Mərkəzi Asiya və Cənubi
Qafqaz
ın 8 ölkəsi iştirak edir. Proqramın məqsədi bölgədə mövcud olan tədqiqat
institutlrı arasında, eləcə də milli tədqiqat sistemləri ilə beynəlxalq elm mərkəzləri
arasında əməkdaşlıq yaratmaqla həmin ölkələrdə aqrar sahədə aparılan
t
ədqiqatların gücləndirmək və kənd təsərrüfatında davamlı inkişafına nail
olmaqdır.
Proqram seleksiya materialı mübadiləsi, kadr hazırlığı, həmçinin Milli
müt
əxəssislərin müxtəlif beynəlxalq və regional seminarlarda iştirakını dəstəkləyir.
Bu proqramın icrası çərçivəsində:
ET
Əkinçilik İnstitutu tərəfindən iqlim dəyişkənliyinin kənd təsərrüfatına
t
əsirinin yumşaldılması taxıl bitkilərinin xəstəliklərə davamlı yeni sortlarının
yaradılması məqsədi ilə hər il beynəlxalq elm mərkəzlərindən minlərlə seleksiya
materialları alınaraq yerli şəraitdə sınaqdan keçirilir və qiymətli təsərrüfat
əlamətlərinə malik nümunələr seçilərək seleksiya işlərində istifadə olunur.
ET Əkinçilik İnstitutu tərəfindən CİMMYT – Türkiyə - İCARDA ilə
əməkdaşlıq proqramı çərçivəsində buğdanın “Əzəmətli-95”, “Nurlu-99”,
“Qobustan”, arpanın “Baharlı”, tritikalenin “Şirvan”, noxudun “Nərmin” və
m
ərciməyin “Arzu” sortları yaradılaraq rayonlaşdırılmışdır ki, respublika üzrə
onların əkin sahəsi hər il 350 min hektardan çox təşkil edir. Aqrar Elm Mərkəzi
yaradıldıqdan sonra yeni texnologiyaların respublikaya gətirilməsi və onun
t
ətbiqinin genişləndirilməsinə diqqət artırılmışdır. Belə ki, ET Əkinçilik İnstitutu
t
ərəfindən taxılın “tirəyə səpini” texnologiyası üzrə təcrübələr genişləndirilmiş və
T
ərtər, Samux, Xaçmaz və Dəvəçi rayonlarında bu texnologiya ilə əkin sahəsi
ilb
əil artırılmaqdadır.
2
Quba RAEM-l
ə Fransanın Luare Kənd Təsərrüfatı Palatası arasında həyata
keçiril
ən “Frazer” layihəsi çərçivəsində respublikamıza son illər 4 virussuz
calaqaltı forması, 12 alma, 5 gilas, 2 armud sortu introduksiya olunmuş, calaqaltı
formaları ilə RAEM ərazisində 1,6 hektar sahədə calaqaltı anaclığı və alma sortları
il
ə 4,5 hektar sahədə çiliklik ana bağları salınmışdır. RAEM əməkdaşlarının
yaxından köməyi ilə Quba – Xaçmaz bölgəsində, fermer təsərrüfatlarında qərb
texnologiyası ilə 2008 – 2012-ci illərdə 600 hektardan çox intensiv tipli meyvə
bağları salınmışdır ki, bu da bölgədə məhsuldarlığın mövcud bağlara nisbətən 2-3
d
əfə artırılmasına imkan verir.
Ç
əltikçiliyin region üçün prioritet sahə olduğunu nəzərə alaraq Lənkəran
RAEM-d
ə Mərkəzi Asiya, İran və Yaponiyadan gətirilmiş çəltik sortlarının yerli
şəraitdə sınaqları keçirilmişdir. Mərkəzi Asiya Respublikalarından introduksiya
olunmuş 11 şəltik sortundan bölgələrin torpaq-iqlim şəraitinə uyğun gələn 2 sort
(İstiqol, Avanqard) Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət
komissiyası tərəfindən rayonlaşdırılmışdır. RAEM-in şəltikçiliklə bağlı Krasnodar
İnstitutu və yeni yaradılmış, baş ofisi İran İslam Respublikasının Rəşt şəhərində
yerl
əşən Çəltikçilik üzrə regional Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq
əlaqələri mövcuddur.
Respublikada
ətlik-südlük-yunluq istiqamətli qoyunçuluğun inkişaf
etdirilm
əsi məqsədilə Türkiyədən gətirilmiş Avasi qoyun cinsi üzərində ET
Heyv
andarlıq İnstitutunda tədqiqatlar aparılır.
ET Yemçilik, Ç
əmənçilik və Otlaqlar İnstitutu 2010 – 2012-ci illərdə FAO-
nun Az
ərbaycanda həyata keçirdiyi “Otlaqların dayanıqlı idarə edilməsi”
layih
əsində iştirak edərək 100 hektar qış və 50 hektar yay otlağında səthi
yaxşılaşdırma işləri aparmış və həmin sahənin bitki örtüyünün 100 faiz bərpa
edilm
əsinə nail olmuşdur.
Az
ərbaycan Aqrar Elm Mərkəzi ilə Rusiya federasiyasının “Sibirskiy
aqropromışlennıy dom” Açıq Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə başlanmış
müqavil
ə əsasında ET Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə
Stansiyasında “Lider-2,5 N” markalı kombinəedilmiş, enerjiyə qənaət edən
torpaqbec
ərən aqreqatın səmərəliliyini müəyyənləşdirmək məqsədilə təsərrüfat
sınaqları həyata keçirilmişdir.
Az
ərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu ilə Dünya Tərəvəzçilik
M
ərkəzi (Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (Peru) arasında mövcud
əməkdaşlıq çərçivəsində Respublikamıza tərəvəz və kartof bitkilərinin 100-dən çox
sort nümun
əsinin toxumları gətirilmiş və institutun baza təcrübə təsərrüfatlarında
sınaqdan keçirilmişdir. Aparılan tədqiqatlar əsasında yaradılmış 1 pomidor sortu
(“Alsu”) Seleksiya Nailiyy
ətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət
Komissiyasına təqdim edilmişdir.
Kartof toxumçuluğu sahəsində FAO-ya təqdim olunmuş layihə təsdiq
edilmiş və ET Tərəvəzçilik İnstitutunun iştirakı ilə 2013-cü ildə həmin layihənin
h
əyata keçirilməsinə başlanacaqdır.
ET Üzümçülük v
ə Şərabçılıq İnstitutu Qafqaz və qara Dəniz hövzəsinin
Şimal zonasında “Üzümün genetik ehtiyatlarının qorunub saxlanılması” layihəsi
3
ç
ərçivəsində Beynəlxalq Biomüxtəliflik (Bioversity İnternational) Mərkəzi ilə,
h
əmçinin beynəlxalq proqram çərçivəsində Yunanıstan, İtaliya, Ukrayna və
Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıq edir İnstitutda hazırlanmış
“M
ədrəsə” şərabı 2011-ci ilin iyul ayında Yalta şəhərində Krım Şərabçılıq
İttifaqının təşkil etdiyi “Qızıl Qrifon” beynəlxalq şərab müsabiqəsində qızıl medala
layiq görülmüşdür, İnstitutun direktoru isə “Qızıl Medal”la təltif edilmiş və ilin ən
yaxşı şərabçısı Fəxri Diplomunu almışdır.
ET İpəkçilik İnstitutu Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası, İpəkçilik
v
ə Əkinçilik Təcrübə Stansiyası və Gürcüstan ET İpəkçilik İnstitutu ilə əməkdaşlıq
edir.
ET Bitki Mühafiz
əsi İnstitutu ilə Ukrayna EA-nın “Biotexnika” Mühəndis
Texnologiya v
ə Moldova Respublikasının Bitki Mühafizəsi və Ekoloji Əkinçilik
institutları arasında bioloji mübarizə sahəsində əməkdaşlıq əlaqələri mövcuddur.
ET Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Abşeron Təcrübə
Stansiyasında Türkiyədən gətirilmiş 5, Suriyadan gətirilmiş 3 zeytun sortu
üz
ərində tədqiqatlar davam etdirilmiş, onların tingçiliyi ilə məşğul olunmuşdur.
ET Baytarlıq İnstitutu ilə K.İ.Skryabin adına Moskva Dövlət Baytarlıq
Akademiyası və Ümumrusiya ET Patologiya İnstitutu arasında əməkdaşlıq
əlaqələri mövcuddur.
Dövl
ət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu ilə Moskva şəhərində
yerl
əşən Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu arasında əməkdaşlıq
əlaqələri mövcuddur.
ET K
ənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Avropa Qonşuluq
Siyas
əti Şərq məkanında ərzaq təhlükəsizliyi üzrə qərarların qəbul edilməsinin
yaxşılaşdırılması üçün məlumat sistemləri üzrə AB/FAO Proqramı (2010 – 2013)
ç
ərçivəsində monitorinq sisteminin yaradılması istiqamətində mühüm addımlar
ataraq respublikamızın üç bölgəsində belə bir sistemin yaradılmasına nail
olmuşdur. İnstitut həmçinin kənd təsərrüfatı iqtisadiyyatı sahəsində MDB
ölk
ələrindən müvafiq tədqiqat institutları ilə əməkdaşlıq edir. Yeni bitki Sortlarının
Mühafiz
əsi üzrə Beynəlxalq Birliyə (UPOV) üzv olmaq istiqamətində Aqrar Elm
M
ərkəzi tərəfindən ardıcıl iş aparılmış, 2004-cü il dekabr ayının 9-da Azərbaycan
Respublikası UPOV-ə qəbul edilməklə bu mötəbər qurumun 58-ci tamhüquqlu
üzvü olmuşdur.
Az
ərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Cümhuriyyəti
Başnazirlik Türk Əməkdaşlıq və İnkişaf idarəsi Bakanlığı (TİKA) arasında
bağlanmış müqavilə əsasında 2001-ci ilin may ayında Xaçmaz rayonundakı keçmiş
“28 may”
DKTİM-in bazasında “Azərbaycan – Türkiyə Toxumçuluq Araşdırma
Ortaq Mü
əssisəsi”nin yaradılması Aqrar Elm Mərkəzi ilə Türkiyənin müvafiq
t
əşkilatı arasında əməkdaşlığın yeni mərhələsinə başlanılmışdır. Hazırda həmin
mü
əssisədə hər il 700 – 750 ton toxumu istehsal olunur.
CGİAR-ın Rəhbər Komitəsinin 7-ci toplantısı 2004-cü il iyun ayının 6 – 8-
d
ə Bakıda keçirildi. Toplantıda 9 beynəlxalq təşkilatın rəhbərləri və 8 ölkənin
K
ənd Təsərrüfatı Elmi-Tədqiqat Sisteminin məsul şəxsləri iştirak etmişdir.
Toplantıda CGİAR-ın Mərkəzi Asiya və Cənub Qafqaz ölkələrində Kənd
4
T
əsərrüfatının Davamlı İnkişafı üzrə Əməkdaşlıq Proqramının gedişi müzakirə
olunmuşdur. Toplantı iştirakçıları Azərbaycanda həyata keçirilən seleksiya
proqramı ilə yaxından tanış olmaq üçün ET Əkinçilik İnstitutunun Abşeron və
Qobustan t
əcrübə stansiyalarına səfər etmiş, bu sahədə əldə olunan nailiyyətləri
çox yüks
ək qiymətləndirilmişdir.
İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi
ç
ərçivəsində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi
proqramı başa çatmışdır. Proqram çərçivəsində institutun bütün laboratoriyaları ən
müasir avadanlıq və cihazlarla təmin edilmişdir.
Az
ərbaycan 2000-ci ildə kənd təsərrüfatı tədqiqatları sahəsində regional
əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılmış Mərkəzi Asiya və Cənubi
Qafqaz Ölk
ələri Elmi Tədqiqat İnstitutları Assosiasiyasının (CACAARİ) üzvüdür.
Assosiasiya R
əhbər Komitə tərəfindən idarə olunur. Rəhbər Komitəyə sədrlik iki il
müdd
ətinə səsvermə yolu ilə seçilmiş üzv dövlət tərəfindən həyata keçirilir. 2013-
cü ilin
əvvəllərində keçirilmiş səsvermənin nəticəsinə görə Azərbaycan növbəti iki
il müdd
ətinə Rəhbər Komitəyə sədrlik edəcək. Yarandığı gündən etibarən
CACAARİ Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Kənd Təsərrüfatı üzrə
Qlobal Forumda (GFAR), K
ənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət
Qrupunda (CGİAR), Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə
Beyn
əlxalq Mərkəzdə (İCARDA), Pambıqçılıq üzrə Regionlararası Şəbəkədə
(İNCANA) və Qafqaz ölkələri üzrə Regional Kənd Təsərrüfatı İnformasiya
Sistemind
ə (CAC-RAİS) təmsil edir.
Aqrar Elm M
ərkəzi FAO-nun texniki əməkdaşlıq proqramı (TCP)
ç
ərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən “Azərbaycan,
Qazaxıstan,
Türkmənistan və
Özb
əkistan
suvarılan
ərazilərində
resursmühafiz
əedici əkinçilik” (2011 – 2013), “Azərbaycan və Türkiyə Qlobal
Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərin (QƏKİS) Müəyyən Edilməsi,
Qiym
ətləndirilməsi və İnkişaf Etdirilməsi” (2012 – 2013) mövzusunda həyata
keçiril
ən regional layihələrdə iştirak etmişdir.
Dostları ilə paylaş: |