Allahü təala Əhli-sünnət etiqadına uyğun iman edən müsəlmanlardan razı-
dır. Bu cür inanmış olmağın bir çox şərtləri vardır. Əhli-sünnət alimləri bunları
aşağıdakı kimi izah etmişlər:
1.
İmanın altı şərtinə, yəni Allahü təalanın varlığına və birliyinə, ortağı və
bənzərinin olmadığına, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət həya-
tına, xeyir və şərin, yaxşılıq və yamanlığın Allahü təala tərəfindən yaradıldığına
inanmalıdır. (Bunlar “Əməntü”də bildirilmişdir).
16
2.
Allahü təalanın son kitabı olan Qurani-Kərimin Allahü təalanın kəlamı
olduğuna inanmalıdır.
3.
Mömin öz imanından heç şübhə etməməlidir.
4.
Peyğəmbərimizə “sallallahü aleyhi və səlləm” iman edib, həyatda ikən
onu görməklə şərəflənən Əshabi-kiramın hamısını çox sevməlidir. Dörd xəlifəsi-
nə, yaxın qohumları olan Əhli beytinə və möhtərəm xanımlarından heç birinə dil
uzatmamalıdır.
5.
İbadətləri imandan bir parça bilməməlidir. Allahü təalanın əmr və qada-
ğalarına inanıb, tənbəlliklə yerinə yetirməyən möminləri kafir bilməməlidir. Ha-
ramlara əhəmiyyət verməyənlərin, islamiyyətə lağ edənlərin imanı gedər.
6.
Əhli qiblə olduqlarını söyləyən Allahü təalaya və Peyğəmbəri Muham-
məd əleyhissəlama inandım dediyi halda, səhv etiqadda olanları kafir olduqlarını
söyləməməlidir.
7.
Açıq-aydın günah işlədiyi bilinməyən hər imamın arxasında namaz qıl-
malıdır. Bu hökm cümə və bayram namazlarını qıldıran əmirlərə və valilərə də
şamil edilir.
8.
Müsəlmanlar başındakı əmirlərinə, idarəçilərinə üsyan etməməlidir. Üs-
yan etmək fitnə çıxarmaq olur və müxtəlif fəlakətlərə yol açır. Rəhbərlərin xeyir-
li işlə məşğul olması üçün dua etməli və günah işlərdən əl çəkmələri üçün şirin
dil ilə nəsihət etməlidir.
9.
Dəstəmaz alarkən ayaqları yumaq əvəzinə, heç üzr və zərurət olmasa be-
lə, yaş əl ilə bir dəfə məst üzərinə məsh etmək, kişi üçün də qadın üçün də caiz-
dir (icazə verilir). Çılpaq ayaq və corab üzərinə məsh etmək olmaz.
10.
Peyğəmbərimizin “sallallahü aleyhi və səlləm” Miracının həm ruh, həm
də bədən ilə olduğuna inanmalıdır. “Mirac bir haldır, yəni yuxuda olmuşdur”,
deyənlər Əhli-sünnətdən ayrılarlar.
Cənnətdə möminlər Allahü təalanı görəcəklər. Qiyamət günündə Peyğəm-
bərlər və saleh, yaxşı insanlar şəfaət edəcəklər. Qəbir sualı vardır. Qəbirdə əzab
ruh və bədənə olacaqdır. Övliyanın kəraməti haqdır. Kəramət Allahın sevgili
qullarında meydana gələn xariqüladə hallar olub, Allahü təalanın adətindən kə-
nar, yəni fizika, kimya və biologiya qanunlarından kənar ikram və ehsan etdiyi
şeylərdir və inkar edilməyəcək qədər çoxdur. Qəbirdə ruhlar dirilərin etdiklərini
və söylədiklərini eşidirlər. Qurani-Kərim oxumaq, sədəqə vermək və hətta bütün
ibadətlərimizin savablarını ölülərin ruhlarına göndərmək, onlara fayda verir,
əzablarının azaldılmasına və ya qaldırılmasına səbəb olur. Bunların hamısına
inanmaq Əhli-sünnət etiqadında olmağın əlamətlərindəndir.
İMANIN ŞƏRTLƏRİ
İmanın şərti altıdır. Bunlar “Əməntü”də açıqlanmışdır. İmanın bəlli altı şe-
yə inanmaq olmasını Rəsulullah “sallallahü aleyhi və səlləm” bildirmişdir. Bu-
nun üçün hər müsəlman övladına “Əməntü”nü əzbərlətməli və mənasını da yaxşı
öyrətməlidir.
17
ƏMƏNTÜ: “Əməntü billəhi və Mələikətihi və Kütübihi və Rüsülihi vəl-
yəvmil-axıri və bil qadəri, xayrihi və şərrihi min Allahi Təala vəl bəasü
bəadəl-məvti haqqun, Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muham-
mədən abdühü və rasulühü”.
BİRİNCİ ŞƏRT
ALLAHÜ TƏALAYA İNANMAQ
“Əməntü billəhi”: Allahü təalanın varlığına və birliyinə inandım, iman et-
dim, qəlbimlə və dilimlə təsdiq etdim deməkdir. Allahü təala vardır və birdir. Bir
sözünün lüğətdə müxtəlif mənaları vardır. Birincisi, say baxımından ikinin yarısı
olub, sayların əvvəlidir. Digəri, ortağı və bənzəri olmamaq baxımından birdir.
Allahü təala say baxımından deyil, ortağı və bənzəri olmamaq baxımından birdir.
Yəni zatında və xüsusiyyətində heç bir şəkildə Ona ortaq yoxdur. Bütün məxluq-
ların zat və xüsusiyyətləri bunları yaradanın zat və xüsusiyyətlərinə bənzəmədiyi
kimi, yaradanın zat və xüsusiyyətləri də yaratdıqlarının heç birinin zat və xüsu-
siyyətlərinə bənzəməz.
Bütün məxluqatın hər üzvünün hər hüceyrəsinin yaradanı, yoxdan var edəni
yalnız Allahü təaladır. Allahü təalanın zatının həqiqətini heç bir kimsə bilə bil-
məz. Ağıla və xəyala gələnlərin hamısından münəzzəhdir və uzaqdır. Onun zatını
ağıla və xəyala gətirmək caiz deyil (icazə verilmir). Ancaq Qurani-Kərimdə bil-
dirilən xüsusiyyətlərini, isimlərini əzbərləyib, üluhiyyətini bunlarla təsdiq edil-
məlidir. Bütün xüsusiyyətləri və isimləri əzəli və əbədidir. Zatı heç bir yerdə
durmadığı kimi, müəyyən bilinən altı cəhətdən də münəzzəhdir. Yəni, öndə, ar-
xada, sağda, solda, üstdə, altda deyildir. Onun haqqında ancaq “hər yerdə hazır
və nazırdır” deyilə bilər.
Allahü təalanın xüsusiyyətləri on dörddür. Altısına sıfatı-zatiyyə (zatı xüsu-
siyyətlər) və səkkizinə sıfatı-sübutiyyə (sübuti xüsusiyyətlər) deyilir. Bunların
mənalarını bilmək və əzbərləmək çox lazımdır:
SIFATI-ZATİYYƏ (Zatı xüsusiyyətləri)
1.
Vücud (Varlıq): Allahü təala vardır. Varlığı əzəlidir. Vacib-ül vücuddur,
yəni varlığı lazımdır.
2.
Qıdəm (Əzəli): Allahü təalanın varlığının əvvəli yoxdur.
3.
Bəqa (Əbədi): Allahü təalanın varlığının sonu yoxdur. Heç yox olmaz.
Ortağı olmaq mümkünsüz olduğu kimi, zatı və xüsusiyyətləri üçün də yoxluq
mümkünsüzdür.
4.
Vahdaniyyət (Bənzərsiz): Allahü təalanın zatında, xüsusiyyətlərində, iş-
lərində ortağı, bənzəri yoxdur.
5.
Muhaləfətün-lilhavadis (Misilsiz): Allahü təala zatında və xüsusiyyətlə-
rində heç bir məxluqun zat və xüsusiyyətlərinə bənzəmir.
18
6.
Qıyam bi-nəfsihi (Möhtacsız): Allahü təala zatı ilə qaimdir. Məkana
möhtac deyildir. Maddə və məkan yox ikən, O var idi. Hər ehtiyacdan münəz-
zəhdir. Bu kainatı yoxluqdan varlığa çevirmədən əvvəl zatı necə idisə, sonsuz
olaraq həmişə elə olacaq.
SIFATI SÜBUTİYYƏ (Sübuti xüsusiyyətləri)
1.
Həyat: Allahü təala diridir. Həyatı məxluqların həyatına bənzəməyib, za-
tına layiq və məxsus olan bir həyat ilə əzəli və əbədidir.
2.
Elm: Allahü təala hər şeyi bilir. Bilməsi məxluqatın bilməsi kimi deyil-
dir. Qaranlıq gecədə qarışqanın qara daş üzərində yeridiyini görür və bilir. İnsan-
ların qəlbindən keçən düşüncələrini, niyyətlərini bilir. Bilməsində dəyişiklik ol-
maz. Əzəli və əbədidir.
3.
Səm: (Eşitmə) Allahü təala eşidir. Vasitəsiz və cəhətsiz eşidir. Eşitməsi
qulların eşitməsinə bənzəməz. Bu xüsusiyyəti də başqa xüsusiyyətləri kimi əzəli
və əbədidir.
4.
Basar: (Görmə) Allahü təala görür. Alətsiz və şərtsiz görür. Görməsi göz
ilə deyildir.
5.
İradət: Allahü təalanın istəməsi vardır. İstədiyini yaradır. Hər şey Onun
istəməsilə var olur. İradəsinə mane ola bilən heç bir qüvvət yoxdur.
6.
Qüdrət: Allahü təala hər şeyə gücü çatandır. Heç bir şey ona çətin gəlməz.
7.
Kəlam: Allahü təala söyləyicidir. Söyləməsi alət, hərflər, səslər və dil ilə
deyildir.
8.
Təkvin (Yaratmaq): Allahü təala yaradandır. Ondan başqa yaradan yox-
dur. Hər şeyi O yaradır. Allahü təaladan başqasına yaradan deməmək lazımdır.
Allahü təalanın xüsusiyyətlərinin həqiqətlərini anlamaq da mümkünsüzdür.
Heç bir kimsə və heç bir şey Allahü təalanın xüsusiyyətlərinə ortaq və bənzər ola
bilməz.
İKİNCİ ŞƏRT
MƏLƏKLƏRƏ İNANMAQ
Və Mələikətihi: Allahü təalanın mələklərinə inandım deməkdir. Mələklər
Allahü təalanın qullarıdır. Hamısı Allahü təalanın əmrlərinə itaət edər. Günah
işləməzlər. Kişi və qadın deyillər. Evlənməzlər. Diridirlər. Yeməzlər, içməzlər,
yatmazlar. Nurani cisimdirlər, ağıllıdırlar. Ən üstün olanları dörddür.
1.
Cəbrail-əleyhissəlam: Vəzifəsi Peyğəmbərlərə vəhy gətirmək, əmr və
qadağaları bildirməkdr.
2.
İsrafil-əleyhissəlam: Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindən
hasil olan səsi eşidən Allahü təaladan başqa hər diri öləcək, ikincisində hamısı
təkrar diriləcək.
3.
Mikail-əleyhissəlam: Ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq
və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.
4.
Əzrail-əleyhissəlam: İnsanların ruhunu almaqla vəzifəlidir.
19
Bunlardan sonra dörd sinif mələk vardır. Hamələi-arş deyilən mələklər
dörd ədəddir. Huzuri-ilahidə olan mələklərə Mukarrebin deyilir. Əzab mələklə-
rin böyüklərinə Kərubiyan, rəhmət mələklərinə Ruhaniyan deyilir. Cənnət mə-
ləklərinin böyüyünün adı Rıdvan, Cəhənnəm mələklərinin böyüyünün adı
Malik-dir. Cəhənnəm mələklərinə Zəbani deyilir. Sayı ən çox olan məxluq mə-
ləklərdir. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur.
ÜÇÜNCÜ ŞƏRT
KİTABLARA İNANMAQ
Və kütübihi: Allahü təalanın endirdiyi kitablara inandım deməkdir. Allahü
təala bu kitabları bəzi Peyğəmbərlərə Cəbrail adlı mələklə vəhy edərək, yəni
oxudaraq, bəzilərinə isə mələksiz eşitdirərək endirdi. Hamısı Allahü təalanın kə-
lamıdır. Əzəli və əbədidirlər. Məxluq deyildirlər. Hamısı haqdır. Səmavi kitab-
lardan bizə bildirdikləri yüz dörddür. Bunlardan on suhuf Adəm-əleyhissəlama,
əlli suhuf Şit-əleyhissəlama, otuz suhuf İdris-əleyhissəlama, on suhuf İbrahim-
əleyhissəlama, “Tövrat” Musa-əleyhissəlama, “Zəbur” Davud-əleyhissəlama,
“İncil” İsa-əleyhissəlama, “Qurani-Kərim” Muhamməd əleyhissəlama enmişdir.
Allahü təala, insanların dünyada dinclik içində yaşaması, axirətdə sonsuz
səadətə qovuşmaları üçün ilk insan və ilk Peyğəmbər olan Adəm-əleyhissəlam-
dan son Peyğəmbər Muhamməd əleyhissəlama qədər bir çox Peyğəmbər vasitə-
silə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət əsaslarını açıqlamış,
insanların möhtac olduqları hər mövzuda məlumat verilmişdir.
Bunlardan Qurani-Kərim son ilahi kitabdır. Qurani-Kərimin göndərilməsindən
sonra digər bütün ilahi kitabların hökmləri qüvvədən düşmüşdür. Cəbrail-əleyhissə-
lam Qurani-Kərimi Muhamməd əleyhissəlama iyirmi üç il ərzində endirmişdir.
Qurani-Kərim 114 surə, 6236 ayətdən ibarətdir. Bu rəqəmin bəzi kitablarda dəyişik
verilməsi bir uzun ayətin bir neçə ayət sayılmasındandır. Çünki Qurani-Kərim endi-
rildiyindən bəri heç bir dəyişikliyə məruz qalmamış, bundan sonra da qalmayacaq.
Qurani-Kərim Allahü kəlamıdır. Belə bir kitabın insanlar tərəfindən yazılması müm-
kün deyil. Bir ayətə belə oxşar bir şey söyləmək mümkün olmamışdır.
Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” axirətə təşrif etdikdən sonra
birinci xəlifəsi Əbu Bəkri Sıddıq “radıyallahü anh” Qurani-Kərimin ayətlərini bir
yerə topladı. Beləcə də bir “Mushaf” (kitab) meydana gəldi. Əshabi-kiramın ha-
mısı bu mushafın Allahü kəlamı olduğunu söz birliyi ilə bildirdilər. Üçüncü xəli-
fə Osman “radıyallahü anh”, bu mushafdan altı ədəd də yazdırıb bəzi vilayətlərə
göndərdi. Qurani-Kərimi əsli ilə oxumaq lazımdır. Başqa hərflərlə yazılmış olan-
lara Qurani-Kərim deyilməz.
a)
Mushafı ələ alarkən dəstəmazlı olmaq, qibləyə tərəf oturmaq, diqqətlə
oxumaq lazımdır.
b)
Ağır-ağır, huşu ilə oxunmalıdır.
c)
Mushafa baxaraq, hər ayətin haqqını verərək oxunmalıdır.
20
d)
Təcvid qaydalarına uyğun oxunmalıdır.
e)
Oxuduğunun Allahü kəlamı olduğunu düşünməlidir.
f)
Qurani-Kərimin əmr və qadağalarına uymalıdır.
DÖRDÜNCÜ ŞƏRT
PEYĞƏMBƏRLƏRƏ İNANMAQ
Və rüsulihi: Allahü təalanın peyğəmbərlərinə inandım deməkdir. Peyğəm-
bərlər Allahü təalanın bəyəndiyi yola qovuşdurmaq, doğru yolu göstərmək üçün
seçilmişlər. Bütün peyğəmbərlər həmişə eyni imanı söyləmişlər. Peyğəmbərlərdə
yeddi xüsusiyyətin olmasına inanmaq lazımdır. Bunlar aşağıdakılardır:
1.
İsmət: Günah işləməmək. Peyğəmbərlər hər hansı bir dində haram olmuş
və olacaq kiçik və böyük heç bir günah işləməzlər.
2.
Əmanət: Peyğəmbərlər hər baxımdan etibarlı kimsələrdir. Əsla əmanətə
xəyanət etməzlər.
3.
Sıdq: Peyğəmbərlər sözlərində, işlərində və hər cür davranışlarında doğ-
ru, dürüst insanlardır. Əsla yalan danışmazlar.
4.
Fətanət: Peyğəmbərlər çox ağıllı və anlayışlı insanlardır. Kor, şikəstlik
kimi qüsurları olanlardan və qadınlardan peyğəmbər gəlməmişdir.
5.
Təbliğ: Peyğəmbərlər insanlara bildirib açıqladıqlarının hamısını Allahü
təaladan gələn vəhy ilə öyrənmişlər. Bildirdikləri əmr və qadağaların heç biri öz
fikirləri deyildir. Əmr olunanların hamınısı bildirmişlər.
6.
Ədalət: Peyğəmbərlər heç zülm və haqsızlıq etməzlər. Heç kəsin xətrinə
görə ədalətdən ayrılmazlar.
7.
Əmnül-azl: Peyğəmbərlikdən atılmazlar. Dünyada və axirətdə həmişə
Peyğəmbərdirlər.
Yeni din və Əhkam gətirən Peyğəmbərlərə Rəsul deyilir. Yeni bir din gətir-
məyib, insanları əvvəlki dinə dəvət edən Peyğəmbərlərə Nəbi deyilir. Peyğəm-
bərlərə iman etmək, aralarında heç bir fərq görməyərək hamısının Allahü təala
tərəfindən seçilmiş sadiq, doğru sözlü olduqlarına inanmaq deməkdir. Onlardan
birinə inanmayan, heç birinə inanmamış sayılır.
Peyğəmbərlik çalışmaqla, çox ibadət etməklə, aclıq və ələm çəkməklə əldə
edilməz. Yalnız Allahü təalanın ehsanı, seçməsi ilə olar. Sayları müəyyən deyildir.
Yüz iyirmi dörd mindən çox olduqları məşhurdur. Bunlardan üç yüz on üç və ya üç
yüz on beşi Rəsuldur. Bunlardan altısı daha yüksəkdir. Bunlara Ülül-azm Peyğəm-
bərlər deyilir. Bunlar: Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa
əleyhimüssəlamdır. Peyğəmbərlərin otuz üçünün adları məşhurdur. Bunlar: Adəm,
İdris, Şit, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail, İshaq, Yaqub, Yusüf,
Əyyub, Şuayb, Musa, Harun, Xızır, Yuşa bin Nun, İlyas, Əlyəsa, Zülkifl,
Şəmun, İsmoil, Yunus bin Məta, Davud, Süleyman, Loğman, Zəkəriyya,
Yəhya, Üzeyir, İsa bin Məryəm, Zülkarneyn və Muhamməd “aləyhi və əleyhi-
müssalatü vəssəlam”dır. Bunlardan yalnız iyirmi səkkizinin adı Qurani-Kərimdə
21
bildirilmişdir. Zülkarneyn, Loğman, Üzeyir və Xızırın, Peyğəmbər olub olma-
dıqlarında ixtilaf vardır. Muhamməd Masum həzrətləri 2-ci cild, 36-cı məktubda,
Xızır əleyhissəlamın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğunu yaz-
maqdadır. 182-ci məktubda, Xızır əleyhissəlamın insan şəklində görülməsi və bəzi
işlər etməsi, Onun həyatda olduğunu göstərməz. Allahü təala, Onun və bir çox
Peyğəmbərlərin və vəlilərin ruhlarının insan şəklində görülməsinə icazə vermişdir.
Onları görmək həyatda olduqlarını göstərməz demişdir.
PEYĞƏMBƏRİMİZ MUHAMMƏD-ƏLEYHİSSƏLAM
Allahü təalanın Rəsuludur, Həbibidir (sevgili). Peyğəmbərlərin ən üstünü və
sonuncusudur. Atası Abdullahdır. Miladın beş yüz yetmiş birinci [571] ili aprel ayı-
nın iyirmisinə təsadüf edən, Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə
yaxın, Məkkədə təvəllüd etdi. Atası daha öncə vəfat etmişdi. Altı yaşında ikən
anası, səkkiz yaşında ikən babası öldü. Sonra əmisi Əbu Talibin yanında böyüdü.
İyirmi beş yaşında ikən Xədicə-tül-kübra ilə evləndi. Bundan dörd qızı, iki oğlu
oldu. İlk oğlunun adı Qasım idi. Buna görə Ona “Əbül-Qasım” (Qasımın atası) da
deyilir. Qırx yaşında ikən bütün insanlara və cinlərə Peyğəmbər olduğu bildirildi.
Üç il sonra hər kəsi imana çağırmağa başladı. Əlli iki yaşında ikən bir gecə
Məkkədən Qüdsə və oradan göylərə aparılıb gətirildi. Bu səfərinə “Mirac” deyilir.
Miracda Cənnətləri, Cəhənnəmləri və Allahü təalanı gördü. Beş vaxt namaz bu gecə
fərz oldu. Tarixçilərə görə miladın 622-ci ilində, Allahü təalanın əmri ilə Məkkədən
Mədinəyə getdi. Bu səfərinə “Hicrət” deyilir. Mədinə şəhərinin Kuba kəndinə gəl-
diyi Rəbiüləvvəl ayının səkkizinci bazar ertəsi gününə təsadüf edən sentyabr ayının
iyirminci günü müsəlmanların “Hicri şəmsi” tarix başlanğıcı oldu. Müsəlmanların
“Hicri qəməri” illəri də o ilin Məhərrəm ayından başlayar və göydəki ayın dünya
ətrafında on iki dəfə dönməsi ilə bir qəməri il olar. Hicri 11 (m. 632) ildə, Rəbiül-
əvvəl ayının on ikinci bazar ertəsi günü, günortadan əvvəl vəfat etdi. Çərşənbə
axşamını çərşənbəyə bağlayan gecə (Çərşənbə gecəsi) yarısı, vəfat etdiyi otaqda
dəfn edildi. Vəfat etdiyi zaman qəməri 63, şəmsi ilə görə 61 yaşında idi.
Muhamməd-əleyhissəlam ağbəniz idi. Bütün insanların ən gözəli idi. Gözəl-
liyini hər kəsə bildirməzdi. Onun gözəlliyini bir dəfə görən, hətta yuxuda görən
kimsənin ömrü ləzzət və sevinc ilə keçər. O, hər zamanda, dünyanın hər yerində
olan və gələcək olan hər insandan hər baxımdan üstündür. Ağlı, fikri, gözəl xasiy-
yətləri, bütün orqanlarının qüvvəti hər insandan üstün idi. Uşaq ikən iki dəfə ticarət
edənlərlə Şam tərəfə getdi və Busra deyilən yerdən geri döndülər. Başqa heç bir
zaman heç bir yerə getmədi. Ümmi idi. Yəni heç məktəbə getmədi, heç kimdən
dərs almadı. Lakin hər şeyi bilirdi. Yəni hər nəyi düşünsə, hər nəyi bilmək istəsə,
Allahü təala Ona bildirirdi. Cəbrail-əleyhissəlam adlı mələk gəlib Ona hər istədiyi-
ni söyləyirdi. Mübarək qəlbi günəş kimi nur saçırdı. Onun saçdığı elm, mərifət nur-
ları radio dalğaları kimi yerlərə, göylərə, hər yerə saçılırdı. İndi qəbrindən də yay-
maqdadır. Yayma qüvvəti hər an artmaqdadır. Elektromaqnit dalğaları almaq üçün
radio lazım olduğu kimi, Onun nurlarını almaq üçün də, Ona inanan və sevən, gös-
tərdiyi yolda gedərək təmizlənən qəlb lazımdır. Belə qəlbi olan insan, bu nurları
22
alar və bu da ətrafa nəşr edər, yayar. Belə böyük insanlara “Vəli” (övliya) deyilir.
Bu Vəlini tanıyan, inanan və sevən adam onun qarşısında ədəblə oturar və ya uzaq-
da, onu ədəb ilə, sevgi ilə düşünərsə, bu kimsənin də qəlbi, nur, feyz almağa, tə-
mizlənməyə, yetkinləşməyə başlayar. Allahü təala bədənimizi, maddəmizi yetişdir-
mək üçün günəş enerjisini səbəb qıldığı kimi ruhlarımızı, qəlblərimizi yetkinləşdir-
mək, insanlıqda yüksəltmək üçün də Muhamməd -əleyhissəlamın qəlbini, oradan
yayılan nurları səbəb qılmışdır. İnsanı bəsləyən, quruluşunu və enerjisini təmin
edən bütün qida maddələri, günəş enerjisi, assimilyasiya etmə ilə hasil olduqları
kimi qəlbə, ruha qida olan Övliyanın söhbətləri, sözləri, yazıları da həmişə Rəsu-
lullahın mübarək qəlbindən yayılan nurlarla hasil olmuşdur.
Allahü təala, Cəbrail-əleyhissəlam adında bir mələk ilə Muhamməd əleyhis-
səlama “Qurani-Kərim”i göndərdi. İnsanlara dünyada və axirətdə lazımlı, faydalı
olan şeyləri əmr etdi. Zərərli olanları qadağan etdi. Bu əmrlərin və qadağanların
hamısına “İslam dini” və ya “İslamiyyət” və “Əhkami-ilahiyyə” deyilir.
Muhamməd-əleyhissəlamın hər sözü doğrudur, qiymətlidir, faydalıdır. Belə
olduğuna inanan kimsəyə “Mömin” və “Müsəlman” deyilir. Muhamməd-əley-
hissəlamın sözlərindən birinə inanmayan, bəyənməyən kimsəyə “kafir” deyilir.
Allahü təala mömin olanı sevər. Cəhənnəmdə sonsuz olaraq saxlamaz və ya Cə-
hənnəmə heç atmaz, yaxud günahları üçün atsa da, sonra Cəhənnəmdən çıxarar.
Kafir olan kimsə Cənnətə girə bilməz. Birbaşa Cəhənnəmə girər və oradan heç
çıxmaz. Ona inanmaq, Rəsulullahı sevmək bütün səadətlərin, rahatlıqların, yaxşı-
lıqların başıdır. Onun Peyğəmbər olduğuna inanmamaq isə bütün fəlakətlərin,
dərdlərin, yamanlıqların başıdır.
Rəsulullahın “sallallahü aləyhi və səlləm” elmi, mədəniyyəti, bəsirətliyi,
fəhmi, fərasətliyi, ağlı, zəkası, comərdliyi, təvazökarlığı, yumşaqlığı, şəfqəti,
səbri, səy göstərməsi, mərhəməti, sədaqəti, əmanəti, şücaəti, heybəti, igidliyi, bə-
lağəti, fəsahəti, düzgünlüyü, məlahəti (gözəlliyi, sevimliliyi), ədalətliyi, iffəti,
kərəmi, insafı, həyası, tərki-dünyalığı, təqvası bütün Peyğəmbərlərdən daha çox-
dur. Dostundan və düşmənindən gördüyü zərərlərı əfv edərdi. Heç birinə qarşılıq
verməzdi. Uhud qəzasında (döyüşündə) kafirlər mübarək yanağını qanadıb dişlə-
rini qırdıqları zaman bunu edənlər üçün “Ya Rəbb! Bunları əfv et! Cahillikləri-
nə bağışla!” deyə, dua etmişdir.
Muhamməd əleyhissəlamın gözəl xasiyyətləri çoxdur. Hər müsəlmanın
bunları öyrənməsi və bunlar kimi əxlaqlanması lazımdır. Beləcə, dünyada və axi-
rətdə fəlakətlərdən, dərtlərdən qurtulmaq və O iki cahan əfəndisinin “sallallahü
aləyhi və səlləm” şəfaətinə qovuşmaq nəsib olar. Çünki Hədisi-şərifdə; “Allahü
təalanın əxlaqı ilə əxlaqlanın!” buyurulmuşdur.
ƏSHABƏİ-KİRAM
Peyğəmbər əfəndimizin mübarək üzünü görməklə, şirin sözlərini eşitməklə
şərəflənən müsəlmanlara “Əshabi-kiram” deyilir. Peyğəmbərlərdən sonra
gəlmiş və gələcək bütün insanların ən xeyirlisi, ən üstünü Əbu Bəkri-Sıddıqdır
“radıyallahü anh”. İlk xəlifə budur. Bundan sonra insanların ən üstünü Faruki-
23
azam, ikinci xəlifə Ömər bin Xəttab, sonra ən üstünü və Rəsulullahın üçüncü
xəlifəsi, iman, həya və irfan qaynağı həzrəti Osman bin Affan “radıyallahü anh”,
bundan sonra insanların ən xeyirlisi, dördüncü xəlifə, heyrət ediləcək üstünlüklər
sahibi, Allahü təalanın aslanı Əli bin Əbi-Talibdir “radıyallahü anh”. Hədisi-şə-
riflərdən anlaşıldığına görə Həzrəti Fatımə, Həzrəti Xədicə, Həzrəti Aişə, Həzrəti
Məryəm, Həzrəti Asiyə dünya qadınlarının ən üstünüdürlər. Hədisi-şərifdə:
“Fatimə Cənnət xatunlarının üstünüdür. Həsən və Hüseyn də Cənnət gənc-
lərinin yüksəkləridir” buyuruldu.
Bunlardan sonra Əshabi-kiramin ən üstünləri “ Aşərəi-mübəşşərə”`dir.
Cənnətlə müjdələnmiş on nəfərdir. Bunlar, Həzrəti Əbu Bəkri-Sıddıq, Ömər-ül-
Faruq, Osman bin Affan, Əli bin Əbu Talib, Əbu Ubeydə bin Cərrah, Talha,
Zübeyr bin Avvam, Sad bin Əbi Vaqqas, Said bin Zeyd, Abdurrahman bin Avf
“ridvanullahi təala aləyhim əcmain”. Sonra Bədr müharibəsində, sonra Uhudda,
sonra da Biat-ür-ridvanda olanlardır.
Rəsulullahın yolunda canlarını, mallarını fəda edən, Ona yardım edən Əs-
habi-kiramın hamısının adlarını hörmət və sevgi ilə söyləməyimiz bizə vacibdir.
Onların böyüklüyünə yaraşmayan sözlər söyləməyimiz əsla caiz deyildir. Adları-
nı hömətsizcə söyləmək fəlakətdir, pozğunluqdur.
Rəsulullahı sevən kimsənin Onun Əshabəsinin hamısını da sevməsi lazım-
dır. Çünki bir Hədisi-şərifdə buyurdu ki: “ Əshabımı sevən məni sevdiyi üçün
Dostları ilə paylaş: |