Корпоратив идаряетмя


Direktorlar şurasının fəaliyyəti



Yüklə 219,64 Kb.
səhifə8/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
referat 115

Direktorlar şurasının fəaliyyəti

XX əsrin ikinci yarısında Amerika iqtisadiyyatının inkişafı təcrübəsindən görünür ki, direktor şuraları yetərincə səmərəli fəaliyyət göstərir və menecmentin səlahiyyətlərinə müdaxilə etmir. Bunula birlikdə onların rolu əhəmiyyətli dərəcədə dəyişib. İlk şuralar qanunun tələblərinə cavab olaraq yaranıb və qanunvericilik normalarının ödənilməsi onların yeganə real vəzifəsi olub. Onların tərkibi isə, demək olar tamamilə icraçı direktorlardan ibarət olub. Tədricən onlar monitorinq üzrə öhdəlikləri də öz üzərinə götürüblər, əsasən səylərini səhmdarların etimadlı şəxslərinin maliyyə fəaliyyəti üzərində nəzarətə yönəldiblər. Onların tərkibi də dəyişib, müstəqil direktorların sayı artıb. ABŞ-da direktor şuraları son zamanlar daha fəal mövqe tutur və onların etimadlı şəxslər üzərindəki nəzarət rolu strateji planlaşdırmanın problemləri üzrə menecmentin təkmilləşdirilməsinə tərəf genişlənib. «Forçun» jurnalında adı çəkilən 1000 şirkətdən təxminən yarısı strateji planlaşdırma üzrə komitələr yaradıb. Strateji məsələlərin müzakirəsinə və qiymətləndirilməsinə həsr olunan bir-iki günlük iclasları hər il keçirən korporasiyaların sayı artmaqdadır. Direktor şuraları həmçinin biznes və istehsalatın bu və ya digər sahəsində mütəxəssislərin iştirak etməsinə səy göstərirlər, adamları müstəqil direktor vəzifəsinə bu və ya digər maraqlar qrupuna mənsubiyyətinə görə yox, şuraya töhfə edəcəyi «nou-xau»ya görə dəvət edirlər. Amerika biznesində son zamanlar müşahidə olunan rəqabət mübarizəsinin səngiməsi direktor şuraları sisteminə analitiklərin və praktiklərin diqqətini ciddi şəkildə cəlb edib. Nəticədə, mövcud vəziyyətin yaxşılaşdırılması üsulları təklif olunan bir sıra əsərlər meydana çıxıb. (1 və 2-ci qoşmada iki belə əsərdən çıxarışlar göstərilib: «Sahikarlar və direktorlar üçün yeni təlimat»dan ABŞ korporasiyalarının idarəedilməsi problemləri üzrə işçi qrup və Böyük Britaniyadakı Kedberi Komitəsinin optimal təcrübəsinin prinsipləri.) İki qarşılıqlı əlaqəli problem diqqəti xüsusilə cəlb edir: (1) korporasiyanın işlərinə direktorlar şurasının «proaktiv» yox, daha çox «reaktiv» müdaxiləsi; (2) səhmdarların sahibkar kimi yox, daha çox investor kimi davranışı (xüsusilə də istitusional investorların).


Birinci problem 80-ci illərdə nəzarət zərfləri bazarının titrəyişli fəallığı ilə əlaqədar ön sıraya çıxıb. Bir çoxlarının fikrincə, bu bazarın fəallaşması direktor şuralarının gah israflar törədən, gah da lazımi səriştə göstərməyən menecerlərinin öhdəsindən gələ bilməməsi zərurətindən törənib. «Ceneral Motors», Ay-Bi-Em və «Kodak» şirkətlərindəki hadisələr direktor şuralarının öz şirkətlərinin işinə qeyri-fəal münasibət bəsləmələrinin əyani nümunəsidir. Bu şirkətlərdə əvvəllər bəxti gətirən menecmentin rəqibləri ilə yarışda uğursuzluğa uğraması səbəbindən öz baş icraçı direktorlarını yenisiylə əvəz ediblər. Özü də bunu çox gec, vaxtında onların iş keyfiyyətini yoxlamadan ediblər. Hətta işi o yerə çatdırdılar ki, şirkətin iflasına geniş ictimaiyyətin nəzər-diqqəti cəlb olundu. ABŞ-da direktor şuralarının qeyri-fəallığı barədəki mübahisələr müstəqil direktorların korporasiyaların fəaliyyətinə daha fəal və müstəqil təsirinin təmin edilməsinə yönəlmiş bir sıra təkliflərin yaranmasına rəvac verdi, məsələn: direktor şuraları çərçivəsində strateji planlaşdırma komitələrinin yaradılması, yaxud peşəkar müstəqil direktorlar institutunun təsis edilməsi.


Əksər şərhçilərin rəyinə görə, bu problem daha dərin köklərə malikdir. Onlar hesab edirlər ki, korporasiyanın işlərində direktor şuralarının iştirakının xalis nominal xarakter daşıması, korporasiyanın fəaliyyətində səhmdarların «rəmzi» iştirakını əks etdirir. Onlar öz şirkətlərinə yox, daha çox birjaya arxalanaraq sahibkardan «pərvazlanan» investora çevriliblər. Əgər bu belədirsə, korporasiya ilə onun səhmdarları arasında uzunmüddətli münasibətlərin qurulması problemin həlli ola bilər. Şərhçilərin fikrinə görə, istitusional investorlara məxsus səhmdar kapitalın nisbətinin əhəmiyyətli dərəcədə artması bu münasibətləri mümkün edə bilər. Lakin bu imkanı gerçəkləşdirmək üçün Amerika institusional investorları, onların alman həmkarları kimi korporasiyanın işlərində daha fəal iştirak etməlidirlər.


ALMAN SİSTEMİ





Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin