Kurs: 2 Qrup: 722a Tələbə


Tezlik anlayışı. Paylanma və variasiya sırası



Yüklə 220,69 Kb.
səhifə9/11
tarix09.12.2022
ölçüsü220,69 Kb.
#73411
1   2   3   4   5   6   7   8   9   10   11
sevil

4.Tezlik anlayışı. Paylanma və variasiya sırası.
Tutaq ki, ümumi çoxluğundan həcmli təsadüfi seçimi götürülmüşdür.
Tərif 10.1. Əgər olarsa, onda seçimin elementlərinin ardıcıllığı şəklində yazılışına variasiya sırası, fərqinə isə seçimin boyu deyilir.
Tutaq ki, seçiminin elementləri içərisində sayda müxtəlif elementləri vardır. ilə elementinin təkrarlanma sayını işarə edək. Elementin təkrarlanma sayına onun tezliyi (çəkisi) deyilir.Aydındır ki, tezliklərin cəmi seçimin həcminə bərabərdir, yəni .
Tərif 11.2. cütləri ardıcıllığına seçimin statistik sırası və ya paylanma sırası deyilir.
Adətən, statistik sıra iki sətirdən ibarət olan bir cədvəl şəklində verilir. Belə ki, cədvəlin birinci sətrində elementləri, ikinci sətrində isə uyğun tezlikləri yazılır:

Riyazi statistikada tezlik anlayışı ilə yanaşı nisbi tezlik – , anlayışından da istifadə edilir. Aydındır ki, nisbi tezliklərin cəmi birə bərabərdir, yəni .
5.Təsadüfi seçim üsulları.
Öyrənilən hadisələrin mahiyyətindən, ümumi çoxluğun həcmindən, müşah­idə edilən əlamətlərin variasiyasından və paylanmasından asılı olaraq müxtəlif seçim üsullarından istifadə edilir. Statistik tədqiqatlar təcrübəsində ən geniş yayılmış seçim üsulları aşağıdakılardır:
1) təsadüfi; 2) mexaniki; 3) tipik; 4) seriyalı; 5) kombinə edilmiş.
Təsadüfi seçim ümumi çoxluğundan vahidlərin təsadüfi olaraq seçilmə­sini nəzərdə tutur. Təsadüfi seçim prosesində hər şeydən əvvəl ümumi çoxluğun vahidlərinin seçimə düşməsi imkanlarının eyni olduğuna əmin olmaq lazımdır. Həmçinin ümumi çoxluğun sərhədlərini elə dəqiqləşdirmək lazımdır ki, ayrı-ayrı vahidlərin ona daxil edilməsi və ya edilməməsi şübhə doğurmasın. Məsələn, tələbələrin tədqiq edilməsi zamanı akademik məzuniyyətdə olan şəxslərin, qeyri-dövlət ali məktəb tələbələrinin nəzərə alınıb-alınmamasını göstərmək lazımdır.
Təsadüfi seçim texniki olaraq püşkatma metodu və ya təsadüfi ədədlər cədvəli əsasında həyata keçirilir.
Püşkatma üçün ümumi çoxluğun həcminə uyğun gələn sayda püşklər – fişkalar, şarlar və ya kartoçkalar hazırlanmalıdır. Hər bir püşk ümumi çoxluğun ayrıca vahidi haqqında informasiyaya (şəxsin sıra sayı, soyadı və ya ünvanı; hər hansı fərqləndirici əlamət) malik olmalıdır. Seçimin müəyyən edilmiş faizinə müvafiq olaraq ümumi çoxluqdan zəruri sayda püşk təsadüfi qaydada götürülür.
Təsadüfi ədədlər cədvəlinə görə ümumi çoxluğun hər bir vahidi sıra nömrəsinə malik olmalıdır. Təsadüfi ədədlər cədvəli xüsusi proqramın köməyi ilə EHM-dan alınır və ixtiyari ədədlər sütunu kimi ifadə olunur. Seçimə sıra nömrəsi seçilmiş sütundakı ədədlərə uyğun gələn vahidlər daxil edilir.
Təsadüfi seçim prosesində qaytarmamaq və qaytarmaq şərtilə aparılan seçim sxemlərini fərqləndirirlər. Qaytarmamaq (təkrarı olmayan) şərti ilə təsadüfi seçimdə – ümumi çoxluğundan ixtiyari qaydada obyektlərin bir-bir ardıcıl surətdə götürülməsilə aparılır və seçilmiş obyektlər sonrakı seçimdə iştirak etmir, seçilməmiş bütün obyektlərin seçilməsi ehtimalları eyni hesab olunur. elementli çoxluqdursa, onda qaytarmamaq şərtilə həcmli seçimlərin sayı: olar.
Qaytarmaq şərti ilə təsadüfi seçim ( təkrarı olan seçim) – -dan ixtiyari qayda-da seçilən obyekt hər dəfə məhz bu çoxluqdan götürülür, belə ki, eyni bir obyekt təkrar götürülə bilər. elementli çoxluq olarsa, qaytarmaq şərtilə həcmli seçimlərin sayı olacaqdır. Bu halda elementli çoxluqdan həcmli seçim qaytarmaq şərtilə sxemi üzrə aparılır, deyilir.
Təkrarı olmayan seçim zamanı püşkatma prosesində düşən püşklər geriyə, ilkin yığıma qaytarılmır və sonrakı seçimdə iştirak etmirlər. Təsadüfi ədədlər cədvəlindən istifadə etdikdə seçimin təkrar olmamasına seçimdə iştirak etmiş ədədlərin buraxılması yolu ilə nail olunur.
Əgər seçimdə hər bir obyektin hər hansı bir qaydadan asılı olmadan eyni ehtimalı ilə seçilməsi qərarı qəbul edilirsə, onda alınan statistik seçim binomial seçim adlanır.

Yüklə 220,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin