Kurs: 2 Qrup: 722a Tələbə


Riyazi statistikanın əsas anlayışları. Ümumi çoxluq və ümumi çoxluqdan seçim



Yüklə 220,69 Kb.
səhifə7/11
tarix09.12.2022
ölçüsü220,69 Kb.
#73411
1   2   3   4   5   6   7   8   9   10   11
sevil

3. Riyazi statistikanın əsas anlayışları. Ümumi çoxluq və ümumi çoxluqdan seçim.
İstənilən fəaliyyət sahəsində sınaqların nəticələri verilənlər çoxluğu şəklində təsvir edilir.
Kəmiyyət və keyfiyyət əlamətləri ilə səciyyələnən , müəyyən mənada bircins olan hadisələr (obyektlər) toplusu ümumi çoxluq adlanır. İstənilən ümumi çoxluq özünəməxsus təbiətə və konkret məzmuna (keyfiyyətə) malikdir. Məsələn, hər hansı rayonda ailə-kəndli təsərrüfatları çoxluğu,hər hansı sahənin müəssisələr çoxluğu, yaşayış məntəqəsinin sakinləri çoxluğu və s. haqqında danışmaq olar.
Ümumi çoxluq əlamətlərinin ümumiliyinə görə birləşdirilmiş ayrı-ayrı ele­ment­lərdən (vahidlərdən) ibarətdir. Onun bütün elementlərini baxılan əlamətin artma və ya azalma istiqamətinə görə bir sıraya düzməklə nizamlamaq olar. Bu zaman alınan ardıcıllığa paylanmanın variasiya sırası deyilir.
Ümumi çoxluğu təşkil edən elementlərin sayına onun həcmi deyilir. Çox­luğun ele­ment­lərinin sayı sonlu olduqda ona sonlu çoxluq, əks halda isə sonsuz çoxluq deyilir.
Statistikada sonsuz çoxluqlarda qanunauyğunluqların öyrənilmə­sinə tez-tez təsadüf edilir. Sonsuz çoxluqların bütün elementləri haqqında məlumat əldə etmək mümkün deyildir. Hətta sonlu çoxluqlara baxılarkən təcrübədə əksər hallarda tədqiqatçı onun bütün elementləri haqqında məlumata malik olmur. Bu cür hallarda ümumi çoxluqdan məhdud sayda elementlər götürülür və onlar tədqiq edilir. Ümumi çoxluq və ondan seçim anlayışlarını bir-birindən fərqləndirirlər.Ümumi çoxluqdan müəyyən üsulla götürülmüş elementlər çoxluğuna seçimi çoxluq deyilir. Seçimi çoxluğa sadəcə olaraq ümumi çoxluqdan seçim də deyilir. Ümumi çoxluq seçimin aparıldığı çoxluq kimi də anlaşıla bilər.
Ümumi çoxluq müəyyən əlamətə görə bircins qruplara ayrıla bilər. Ümumi çoxluğu bircins qruplara ayıran əlamətə qruplaşdırma əlaməti deyilir.
Bircins qruplara statistik çoxluqlar deyilir. Statistik çoxluq statistik metodlarla tədqiq edilən və bir və ya bir neçə eyni əlamətə malik, lakin digər əlamətlərə görə bir-birindən fərqlənən elementlər çoxluğudur. Məsələn, əmək məhsuldarlığının statistik öyrənilməsində müəssisənin fəhlələri çoxluğuna statistik çoxluq kimi baxmaq olar. Bu zaman çoxluğun elementi və ya vahidi fəhlədir, fəhlələrin ümumi sayı isə onun həcmidir. Statistik çoxluğa başqa bir misal olaraq rayonun 20 təsərrüfatının dənli bit­ki­lərin məhsuldarlığına görə paylanmasını göstərmək olar (cədvəl 11.1.).

Təsərrüfatların dənli bitkilərin məhsuldarlığına görə paylanması Cədvəl 1



Dənli bitkilərin məhsuldarlığı, s/ha

Təsərrüfatların sayı

16-ya qədər


16-18
18-20
20-22
22-dən yuxarı

2
5
4


6
3

Əlamətlər keyfiyyət kəmiyyət əlamətlərinə bölünür. Ayrı-ayrı qiymətləri mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir-birindən fərqlənən əlamətlər keyfiyyət əlamətləri adlanır. Keyfiyyət əlamətinə misal olaraq tələbələrin cinsini – oğlan,qız; təhsil pillələri – bakalavr, magistr, doktorantura; məhsulun keyfiyyətini – keyfiyyət-siz, keyfiyyətli və s. göstərmək olar.


Keyfiyyət əlamətlərinə atributiv əlamətlər də deyilir. Atributiv əlamət bir-birinin əksi olan iki mümkün qiymətdən ancaq birini ala bilirsə, ona alternativ əlamət deyilir (savadlı və savadsız; kişi və qadın; sınaqda hadisənin baş verməsi və baş verməməsi və s. ).
Ayrı-ayrı qiymətləri kəmiyyətcə bir-birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir. İşçilərin əmək haqqı, yaşı, məhsul istehsalının həcmi, əsas fondların dəyəri, məhsul vahidinin maya dəyəri və s. kəmiyyət əlamətləridir.
Kəmiyyət əlamətləri dəyişmə xarakterinə uyğun olaraq kəsilməz və diskret ola bilər. Kəmiyyət əlaməti müəyyən intervalda bütün qiy­mət­ləri alırsa, ona kəsilməz əlamət, əks halda isə diskret əlamət deyilir.
Statistik çoxluq eyni zamanda bir və ya bir neçə əlamətə görə bircins qruplara ayrıla bilər. Bununla əlaqədar olaraq bir, iki və çoxölçülü statistik çoxluqları fərqləndirirlər. İkiölçülü statistik çoxluğa misal olaraq cədvəl 11.2-də verilmiş paylanmanı göstərmək olar.

Yüklə 220,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin