www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
288
288
VI.23.4. ġəxsiyyətin özünütərbiyəsinin psixoloji
əsasları
Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə
bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona
görə idarə olunan prosesdir ki,
onun məqsədi, motivləri,
funksiyaları və gözlənilən nəticələri mövcuddur. ġübhəsiz
bunların hər birini nəzərə almaq və tərbiyə iĢini
onlara
müvafiq Ģəkildə təĢkil etmək elə onun idarə edilməsi de-
məkdir. Bir cəhəti də qeyd etmək lazımdır ki,
tərbiyə həm
xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici
idarəetmə
tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən
asılıdır. Burada müəllim və tərbiyəçilərin, tərbiyəvi iĢi həyata
keçirən kollektivin fəaliyyəti diqqəti cəlb edir.
Ona görə də
məktəblinin Ģəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idarə
edilməsinin mühüm bir amilidir. Bunsuz məktəbli Ģəxsiyətini
formalaĢdırmaq da çətin olardı. Bu cür xarici idarəetməyə
tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s.
amillərə
istinad edilməsini də aid etmək olar. Lakin tərbiyənin idarə
olunması təkcə xarici formada gedə bilməz.
Tərbiyə
prosesində biz konkret canlı insanın, fərdin Ģəxsiyyətini
formalaĢdırırıq. Ona görə də bu prosesdə həmin fərdin özünün
bu prosesə münasibəti, özündə
bu və ya digər keyfiyyəti
aĢılamaq cəhdi də mühüm rol oynayır. Bu isə tərbiyədə daxili
idarəetmənin zəruriliyini irəli sürür. Belə daxili idarəetmə isə
özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu
oynayır.
Dostları ilə paylaş: