www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
312
312
vəzifələrini həyata keçirməyə imkan verən
tədris
işləri
də
onun strukturunda əsas yerlərdən birini tutur. Bu cür iĢlərə,
birinci növbədə, icraedici (təhrikedici) iĢlər daxildir. Öyrənən
adam həmin tədris iĢlərindən istifadə etmədən müvafiq bilik,
bacarıq və vərdiĢlərə yiyələnə bilməz. Bu cür iĢlər insanı
fəaliyyətə yönəldən iĢlərdir. Ona
görə də burada öyrənmənin
motivləri öz təsirini göstərir. Proqram məqsədli iĢlərə
gəldikdə, bu cür tədris iĢləri proqram tələblərini ödəməklə
bağlı olan Ģifahi və yazılı çalıĢmalardan, laborator iĢlərindən
və s. ibarət olur. Fəal-əməliyyatlı tədris iĢləri Ģagirdlərin fikri
fəaliyyətini fəallaĢdırmağa
yönəldilən, onlarda idrak fəallığı
yaradan iĢlərdir. Bu cür tədris iĢləri Ģagirdlərin əqli inkiĢafına
təkan verir, onları sadəcə reproduktivlikdən uzaqlaĢdırır.
Onlar oxuduqlarını yadda saxlayıb, yada salmaqla
kifayətlənmir, eyni zamanda həmin materialı
dərk edir,
anlayırlar.
Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici
tədris iĢlərinin də rolu böyükdür. Bu iĢlər
əsasən
qiymətləndirici, yoxlayıcı və təshihedici xarakter daĢıyır.
Bunların köməyi ilə Ģagirdlərin təlim fəaliyyətini idarə etmək
mümkün olur. Burada xüsusilə özününəzarətə keçən nəzarətin
və özünüqiymətləndirməyə keçən qiymətləndirmənin rolu
böyükdür.
Dostları ilə paylaş: