www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 21
21
21
21
21
21
21
21
21
Onun eksperimentlərində yoxlanılanlar saatın tiqqiltisini
eĢidirdilər. Müəyyən zaman intervalı keçəndən sonra saatın
səsi fluktiasiyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd
dövrü təqribən 2-3 saniyə təĢkil edir. Diqqətin tərəddüdünün
səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid
etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan
bir xüsusiyyətdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir
fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas iĢlə əlaqəsi
olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.
Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri
iĢlədiyimiz yerdə kənar qıcıqların mümkün qədər olmamasına
çalıĢmaqdır. Lakin buna həmiĢə nail olmaq mümkün olmur.
Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir
göstərdiyi Ģəraitdə iĢləməli oluruq. Ona görə də diqqətimiz
yayınır. Bu cəhəti nəzərə alaraq insan özündə həm sakit
Ģəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi
Ģəraitdə iĢləmək bacarığı aĢılamağa çalıĢmalıdır.
Diqqətin yayınması hallarından birini də
dalğınlıq təĢkil
edir. Dalğınlıq insanın öz diqqətini mərkəzləĢdirə
bilməməsində ifadə olunur. Dalğınlıq halının iki Ģəklini ayırd
edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan
dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt
üzərində mərkəzləĢdirə bilmir, onun diqqəti davamsız olur və
tez-tez yayınır. UĢaqlarda və yaĢlı adamlarda bu cür dalğınlığa
tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana
təsir edən güclü emosional amillər, xəstəlik, uĢaqda ixtiyari
diqqətin tərbiyəsinin düzgün təĢkil edilməməsi ola bilər.
Ġkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt
üzərində çox güclü, gərgin Ģəkildə mərkəzləĢməsində ifadə
olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra
bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti
paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi
bacarmamaqda ifadə olunur.