www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 19
19
19
19
19
19
19
19
19
qrupu birləĢdirərək cavab verir.
BaĢqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b»
hərfləri yazılmıĢ lövhəni göstərib orada neçə hərf olduğunu
soruĢsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri
bir söz kimi birləĢdirib «günəbaxan» Ģəklində təqdim etsək
burada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.
Diqqətin davamlılığı on un eyni bir obyekt üzərində
uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar
göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər,
yeni əlaqələri aĢkar etməyi bacarırsa onun diqqəti davamlı
olur. BaĢqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb
edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan
baĢqa diqqətin davamlılığı bir sıra Ģərtlərdən, məsələn,
materialın çətinlik dərəcəsindən, onun anlaĢıqlılığından,
subyektin ona münasibətindən, insanın yaĢından və Ģəxsiyyə-
tin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu
xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən
sonra fəaliyyət növlərinin dəyiĢilməsi məqsədəuyğun hesab
olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox
fəaliyyət növünü (və ya müxtəlif iĢləri) həyata keçirmək
qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri
Ģərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən
biri avtomatlaĢmalı, yəni Ģüurun xüsusi nəzarəti olmadan
həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji
vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha
çox mərkəzləĢməsini tələb edən fəaliyyət növlərinin həyata
kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni
zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən,
onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri
sahəsində insanın bacarıq və vərdiĢlərinin avtomatlaĢma
səviyyəsindən də asılı olur.