www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 281
281
281
281
281
281
281
281
281
Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində
mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin düzgün
müəyyənləĢdirilməsindən ibarətdir. Tərbiyəçi son nəticədə nəyə nail
olacağını aydın dərk etmədən, baĢqa sözlə qarĢısına konkret məqsəd
qoymadan yüksək müvəffəqiyyətə nail ola bilməz. Məqsəd aydın
olduqda isə onun həyata keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin
seçilməsi və tətbiqi də mümkün olur.
Tərbiyə prosesində nəzərə alınması zəruri olan
cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti
ilə əlaqələndirilməsindən ibarətdir. Hər bir yaĢ dövründə o
dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin
fəaliyyət prosesində müvafiq tərbiyəvi iĢ aparmaq
mümkündür. Ġstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti
elə təĢkil edilməlidir ki, Ģəxsiyyətin formalaĢmasına, onda
müsbət keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın.
VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləĢdirilməsi problemi Tərbiyə iĢinin metodları və formalarının psixoloji əsasları. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçi-
rilməsi üçün psixoloji cəhətdən zəruri olan Ģərtlərdən biri
tərbiyəvi iĢin metod və formalarının düzgün seçilməsindən
ibarətdir. Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və
formalardan istifadə etdiyinə görə onun tərbiyəvi tədbiri
səmərəli nəticə verir. Əksinə, baĢqa birinin tərbiyəvi
metodlardan düzgün istifadə etməməsi nəinki Ģagirdin
davranıĢındakı qüsurların aradan qalxmasına səbəb olmur,
həm də həmin qüsurların daha dərin köklər salmasına, oraya
yeni mənfi əlamətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhə-
ti nəzərə almaq lazımdır ki, tərbiyəvi iĢin metod və
formalarından həmiĢə Ģablon halında istifadə etmək mümkün