MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə461/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   457   458   459   460   461   462   463   464   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
282 
282 
deyildir. Ona görə də psixoloqlar tərbiyəvi metodları tətbiq 
edərkən aĢağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər: 
birincisi
,
tərbiyə olunan Ģagirdin yaĢ və fərdi xüsusiyyətləri
ikincisi
,
Ģagirdin 
daxil 
olduğu 
uĢaq 
kollektivinin 
xüsusiyyətləri; 
üçüncüsü,
tərbiyəvi tədbirin həyata keçirildiyi 
konkret Ģərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq 
edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb 
təcrübəsi göstərir ki, heç də tərbiyəçilər, müəllimlər bütün 
hallarda tərbiyəvi tədbirlərdən müvafiq Ģəkildə istifadə edə 
bilmir, onun düzgün hesab etdiyi tərbiyəvi üsul əksinə mənfi 
nəticələr verir. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti 
təkcə tərbiyəçinin öz təsirinə hansı məna verməsindən deyil
eyni zamanda tərbiyə olunanın onu necə, hansı mənada baĢa 
düĢməsindən də asılı olur. Psixoloqlar belə bir cəhəti aĢkara 
çıxarmıĢlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı, müəllim və 
tərbiyəçilər öz təsirlərində bir məna, Ģagird isə tamamilə baĢqa 
bir məna görür. YaĢlılarla uĢaqlar arasında baĢ verən bu cür 
anlaĢılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür 

məna maneəsinin

yaranması tərbiyəvi tədbirin təsir gücünü 
aradan qaldırır. 
Məna maneəsi ilə müəllim və valideynlər hələ 
məktəbəqədər və kiçik məktəb yaĢı dövründə rastlaĢa bilirlər. 
UĢaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan 
yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha 
parlaq təzahür edir və çətinliklə aradan qaldırılır. 
Psixoloji tədqiqatlar zamanı aĢkara çıxarılmıĢdır ki, 
məna maneələrinin baĢ vermə səbəblərini bilməyən və bu cür 
maneələrin yaranmasının qarĢısını almağa çalıĢmayan 
tərbiyəçi qarĢısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə 
çətinlik çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalıĢaq. 
Zahirən məna maneələri onunla xarakterizə olunur ki
sanki uĢaq böyüklərin dediklərini eĢitmir. Əslində isə uĢaq 
ona deyilən sözü yaxĢı eĢidir, hətta onu təkrar da edə bilir. 
Lakin həmin sözün mənasını qavramır. Psixoloqlar 
müəyyən etmiĢlər ki, məna maneəsi həm uĢağın qarĢısında 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin