MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə506/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   502   503   504   505   506   507   508   509   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
328 
328 
müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən 
asan öyrənilir və yadda saxlanılır. Mənfi emosional təsirə 
malik olan material isə bəzən pis, bəzən də cansıxıcı materiala 
nisbətən yaxĢı yadda saxlanılır.
 
VI.24.5. Təlim prosesində motivasiya - tələbat 
sahəsinin formalaĢması
 
 
Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata 
keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: Ģagirdi 
yaxĢı oxumağa və ümumiyyətlə oxumağa yönəldən, təhrik 
edən nədir? BaĢqa sözlə, Ģagirdlərin təlim fəaliyyəti necə 
motivləĢir, onlar hansı motivlərin təhriki altında hərəkət 
edirlər? ġübhəsiz bu cür suallara düzgün cavab tapılması 
müəllimin həmin sahədə Ģagirdlərlə iĢ aparmasını, təlim 
fəaliyyətini idarə etməsini asanlaĢdıra bilər. 
Birinci növbədə, ümumiyyətlə, motivin və moti-
vasiyanın nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv 
insanı hər hansı bir məqsədəyönəlmiĢ iĢə, fəaliyyətə təhrik 
edən səbəbdir. Ġnsan beynində əks olunaraq onu fəaliyyətə 
təhrik edən və həmin fəaliyyəti müvafiq tələbatların 
ödənilməsinə yönəldən Ģeyləri A.N.Leontyev həmin 
fəaliyyətin motivi adlandırmıĢdır
1

Ġnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə 
xarakterizə olunur. Onlar hər Ģeydən əvvəl bir-birlərindən 
tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də 
tələbatlarda olduğu kimi, motivlər təbii və ali (maddi və 
mənəvi) ola bilir. Bundan baĢqa, A.N.Leontyevə görə motiv 
obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilər. 
Motivasiyaya gəldikdə bu elə motivlər birliyidir ki, 
1
А.Н. Леонтьев.
Проблемы развития психики. М., 1972, с.342. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin