Qulaqdan qulağa marketinq istehlakçıların məhsul və ya xidmətdən razı qalıb qalmamaqlarına bağlı olaraq müsbət və mənfi qulaqdan qulağa marketinq olmaqla iki qrupa ayrılır.Başqa bir ifadəylə, məmnunluq qulaqdan qulağa marketinqə müsbət yöndə,məmnunsuzluq isə mənfi yöndə təsir (Buttle, 1998:247).
Müsbət qulaqdan qulağa marketinq Müəssisələr qulaqdan qulağa marketinqlə yeni müştərilər qazanmaq istəyirlər və istehlakçılarda yaradılmış məmnunluq yeni sadiq müştərilər qazanmaq üçün effektiv üsuldur. (Aydeniz ve Yüksel, 2007:108).Araşdırmalar göstərir ki,istehlakçı müsəssisə ilə müsbət təcrübə yaşadıqda bunu 3 nəfərə bildiririr əks halda isə bunu 7 nəfərlə bölüşür (ROSEN, 2000).
İstehlakçının məhsulla emosional bağı olduqda bunu daha çox insanla bölüşmək istəyir.Bu daha çox avtomobillərlə bağlı hallarda yaşanır.İnsanlar avtomobil haqqındakı fikirlərini daha çox insanla bölüşmək istəyir amma bu ərzaq sektorunda olduğu zaman bu təcrübələrini çox insanla bölüşmək istəmirlər çünki bu onlar üçün çox da həyəcan verici deyil. (ROSEN, 2000).
Qulağa qulağa marketinqdə müəssisələr bazara çıxardıqları məhsul haqqında isteklakçıların müsbət bir düşüncəyə sahib olması üçün daha çox çalışırlar.Çünki məhsul və ya xidmət haqqında mənfi düşüncə yarandığı zaman bunu düçüncələrdən silmək çox çətin olur.Həmçinin araşdırmalar göstərir ki, insanlar müsbət fikirlərdən daha çox mənfi fikirlərini başqaları ilə bölüşmək istəyir.
İstehlakçıların satın alma davranışlarında müsbət qulaqdan qulağa marketinqin təsiri böyükdür.Çünki müsbət qulaqdan qulağa marketinqdə müəssisələr onlar haqqında istədikləri məlumatları istehlakçılara rahatlıqla ötürə bilirlər.Bəzi istehlakçılar istifadə etdikləri məhsul və ya xidmət haqqında paylaşım etməkdən və tövsiyə etdikləri məhsul və ya xidmətin digərləri tərəfindən istehlak olunmasından məmnun olurlar.Bütün bunların nəticəsində yaranan müsbət qulaqdan qulağa marketinq istehlakçıların satın alma qərarlarına təsir edir.(Yavuzyılmaz, 2016: 971).
Müsbət qulaqdan qulağa marketinq yaratmaq üçün əsas olan amillərdən biri müştərinin gözləntiləridir.Müsbət qulaqdan qulağa marketinq daha çox məhsul və ya xidmət müştərilərin gözləntilərinin aşdığı zaman yaranır. (ROSEN, 2000). Müsbət qulaqdan qulağa marketinqin yayılmasına təsir edən amillərdən biri məxfilikdir.İnsanlar səhiyyə və maliyyə xidmətləri haqqında təcrübələrini daha az insanlarla bölüşməyi üstün tuturlar. (ROSEN, 2000).Həmçinin işçilərin davranışları müsbət qulaqdan qulağa marketinqin yaranmasına təsir edən faktorlardandır.İşçilər gülərüz,yardımsevər olduğu zamna bu istehlakçılarda müsbət fikir formalaşdırır. (SUNDARAM və MITRA, 1998).97