Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   37   38   39   40   41   42   43   44   ...   54
muhazire

 
 
A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. A.S.Makarenkonun pedaqoji sisteminin əsas tələbi-
kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipidir. O, deyirdi ki, bizim tərbiyənin əsas vəzifəsi 
kolektivi ilk öncə təşkil və tərbiyə etməkdir. Kollektiv adamların təsadüfi toplanışı deyil, ümumi məqsədə 
çatmaq üçün müəyyən səlahiyyət, məsuliyyət hiss edən adamların birliyidir. 
Kollektiv-mütəşəkkil şəxslərin, kollektiv orqanlara malik şəxsiyyətlərin məqsədə yönəlmiş 
kompleksidir. Kollektiv canlı ictimai orqanizmdir, ona görə orqanizmdir ki, onun orqanları vardır, burada 
vəkalət, məsuliyyət, hissələr arasında nisbət, asılılıq vardır; bunlar olmazsa, kollektiv də ola bilməz, sadəcə 
qurum və ya yığım ola bilər. 
A.S.Makarenkonun tərbiyə sistemində “paralel təsir” prinsipi mühüm yer tutur. Bu prinsipə görə
kollektiv üzvinə şəxsən pedaqoji təsir etməklə yanaşı, həm də kollektiv vasitəsi ilə də təsir edilməlidir. Onun 
tərbiyə sistemində əsas məsələlərdən biri humanizmdir, insanlara qayğıdır. O deyirdi ki, insandan mümkün 
qədər daha çox tələb etmək və ona olduqca ehtiramla yanaşmaq lazımdır. 
A.S.Makarenkonun tərbiyə sistemində digər əsas məsələlərdən biri “perspektiv xətlər sistemi”dir. 
Görkəmli pedaqoq qeyd edirdi ki, insan öz gələcəyində sevindirici bir şey görməsə, dünyada yaşaya bilməz. 
İnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pedaqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə 
malikdir. 
Odur ki, qarşıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və onların əldə edilməsi uğrunda mübarizə 
aparılmalıdır. Bu sistem uşaqları həmişə fərəhli və gümrah saxlayır, onları yaradıcılıqla işləməyə, dayanmadan 
irəli getməyə alışdırar. Bu çox ciddi, düşü- nülmüş, planlı iş üsuludur. 
A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilməsində əməyin rolunu yüksək qiymətləndirirdi. 
O, deyirdi ki, intizam tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir. 
Pedaqoqun fikrincə, günahkar və intizamsız adamları cəzasız buraxmaq olmaz. Əsas məsələ cəzanı necə 
tətbiq etməkdədir. Cəza sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza fərdi səciyyə 
daşımalı və günaha müvafiq verilməlidir. Cəza verməzdən əvvəl izahat işi aparılmalıdır. 
A.S.Makarenko intizam tərbiyəsində cəzalandırma ilə yanaşı, rəğbətləndirmənin böyük əhəmiyyət kəsb 
etdiyini əsaslandırmışdır. O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaşların ehtiramını, əmrlə təşəkkür 
verməyi, uşaqlara məsul işlər tapşırmağı aid edirdi. 
A.S.Makarenko uşaqlara təsir göstərən tədbirlər sırasında ictimai rəyin, şəxsi nüfuzun və nümunənin, 
sərəncamın, inandırma və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı. 
A.S,Makarenko yazırdı: “Normal uşaqlar və normal vəziyyətə gətirilmiş uşaqlar tərbiyənin daha çətin 
obyektləridir. Onların xasiyyəti çox yumşaq, tələbləri müxtəlif, mədəniyyəti dərin, münasibətləri müxtəlifdir. 
Onlar sizdən güclü iradə, yüksək həyəcan deyil, yüksək texnika tələb edirlər”. 
A.S.Makarenko koloniya və kommunada işləyərkən fiziki tərbiyənin gəzinti, turizm, oyun, idman, 
gimnastika vasitələrindən geniş istifadə etmiş, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əlaqələndirmişdir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin