92
baxmayaraq tədris planı çox ağır idi. Burada latın, alman, fransız dilləri, coğrafiya, tarix, fəlsəfə,
incəsənət, riyaziyyat, fizika və s. tədris olunurdu. Tədris pulsuz idi.
1811-ci ildə Peterburq təlim dairəsində, 1819-cu ildən isə bütün Rusiyada gimnaziyaların
tədris planı və tədris müddəti dəyişdirildi, pulsuzluğu ləğv olundu. 1817-ci ildə Maarif Nazirliyinin
adı dəyişdirilərək ruhani və Maarif İşləri Nazirliyi adlandırıldı. Bu addan da məlum olur ki, Maarif
Nazirliyi dini məsələlərlə də yaxından məşğul olmalı idi.
Dostları ilə paylaş: