Мцщазиря №1 (2 саат)


§ Anadan olandan 2 yaşa qədər olan dövr. Bu, fiziki inkişaf mərhələsi adlanır



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   41   42   43   44   45   46   47   48   ...   54
muhazire


§ Anadan olandan 2 yaşa qədər olan dövr. Bu, fiziki inkişaf mərhələsi adlanır. 
§ 2 yaşdan 12 yaşa qədər olan dövr. Bu, əqli yuxu mərhələsidir. 
§ 12 yaşdan 15 yaşa qədər olan dövr. Bu, əqlin inkişafı, təlim mərhələsidir. 


94 
§ 15 yaşdan 18 yaşadək olan dövr. J.J.Russonun “fırtına və qasırğa” dövrü adlandırdığıbu 
mərhələ əxlaq tərbiəyəsinin inkişafı ilə səciyyələnir. 
J.J.Russonun yaş dövrləri haqqında fikri onun tərbiyədə təbiətəmüvafiqlik baxışına uyğundur. 
O, uşağın təbii inkişafında bu dövrlərin hər biri üçün əsas ana xətti tapmağa çalışmış və tərbiyə 
prosesində əsas diqqəti buna istiqamətləndirmişdir. Russo bu dövrlərin hər birini digəri ilə 
əlaqəli şəkildə şərh etmişdir. J.J.Russo birinci dövrdə əsas diqqəti uşağın fiziki tərbiyəsinə 
verməyi məsləhət görürdü. Onun fikrincə, bu dövrdə məhz təbiət özü uşağın tərbiyəçisi 
olmalıdır. Uşağın əzələləri möhkəmləndirilməli, soyuğa, istiyə, çətinliyə, aclığa, yorğunluğa 
alışdırılmalıdır. Uşağın ilk tərbiyəçıləri olan ata və ana onu vaxtından əvvəl yeriməyə, bütün 
arzularını həyata keçirməyə imkan verməməlidir. O, uşağın nitqini süni yollarla inkişaf 
etdirməyin əleyhinə çıxaraq deyirdi ki, uşağın nitqini süni yolla inkişaf etdirmək onun nitqini 
pozmaq demekdir. Çünki uşaq təsəvvürü olmadığı şeylər haqqında da danışmalı olur. 2 
yaşından 12 yaşa kimi olan dövrü hiss üzvlərinin inkişafı kimi səciyyələndirən Russo bu 
mərhələni “əqlin yuxu” dövrü adlandırır. Russo bu dövrdə fiziki tərbiyəyə üstünlük verir, 
duyğuları inkişaf etdirməyi lazım bilir. Onun fikrincə, bu dövrdə fiziki tərbiyə uşaq 
şəxsiyyətinin ən mühüm cəhətlərini inkişaf etdirməkdə mühüm rol oynayır. O, göstərir ki, 
uşaqbu dövrdə konkret şəkildə düşünsə də, mühakimə edə bilmir. Ona görə də əqli tərbiyədən 
qabaq uşağın hiss üzvləri inkişaf etdirilməlidir. Bunun üçün də lamisə duyğusunun inkişaf 
etdirilməsi zəruridir. Russoya görə, toxunmaqla əldə edilən məlumat digər hiss üzvlərinin 
verdikləri məlumatdan daha dəqiq və düzgündür. Lamisə orqanlarının köməyi ilə biz şeylərin 
temperaturunu, formasını, onun bərk və boş olmasını yoxlayırıq. Russonun fikrincə, görmə 
bütün başqa üzvlərin içərisində aldadıcıdır. Ona görə də görmə ilə alınan məlumatı toxunmaqla 
yoxlamaq lazımdır. Görmə üzvlərini inkişaf etdirmək üçün Russo, haqlı olaraq, naturadan şəkil 
çəkməyi, rəsmxəti və bəzi hərəki oyunları, eşitmə üzvlərinin inkişafı üçün isə musiqi və 
nəğməni məsləhət görürdü. Russo dad və başqa duyğu üzvlərinin inkişafına da diqqət 
yetirməyi vacib sayırdı. Russoya görə, “bizim ilkfəlsəfə müəllimimiz ayaqlarımız, əllərimiz 
və gözlərimizdir”.Russo bu dövrdə əxlaq tərbiyəsindən danişarkən nümunəyə böyük diqqət 
yetirirdi. O, deyirdi ki, uşağa heç bir töhmət vermək lazım deyil, səhv iş gördüyünü təbii yolla 
ona başa salmaq lazımdır. Emil mebeli sındırır, lakin o, ona yenisini verməyə tələsmir.bununla 
uşağa hiss etdirmək istəyir ki, mebel sındırdığı üçün ondan məhrum olmuşdur. Azad tərbiyə 
nəzəriyyəsi Russonun adı ilə bağlıdır. 
Russo didaktik prinsiplərə də xüsusi diqqət yetirirdi. O, didaktik prinsiplərdən danışarkən 
uşağın müstəqilliyinə, müşahidə bacarığına, ağlının iti olmasına, araşdırma qabiliyyətinə və s. 
böyük yer verir və onların inkişaf etdirilməsini irəli sürüdü. Russo əyanilikdən danışarkən qeyd 
edirdi ki, şəkilləri, modelləri, rəsmləri göstərmək hələ əyanilik demək deyildir. Əsl əyanilik 
faktları, təbiəti və həyatın özünü göstərməkdir. Russo təlim metodlarından danışarkən 
müəllimin şagirdlərlə əyani materiallar üzərində müsahibə aparmasına böyük əhəmiyyət 
verirdi. O, öz dövründəki köhnə təlim sisteminə qarşı uşağın şəxsi yaradıcılığını artıran yeni 
təlim metodlarını irəli sürürdü. Russo uşağın bilik almasında onun müstəqilliyinə həddən artıq 
yer ayırırdı. O, deyirdi: “Qoy Emil əzbərləməsin, əksinə, fikirləşərək tapsın”. Buna görə də hər 
şeyi həyatdan öyrənməyi lazım bilirdi. Bu dövrdə Russo əmək tərbiyəsinə böyük yer verirdi. 
Russoya görə əmək insanı azad, xoşbəxt və heç kəsdən asılı olmayan vətəndaş edir. O, əmək 
tərbiyəsini yalnız istehsal əməyi kimi deyil, eyni zamanda təhsil əməyi kimi qiymətləndirirdi. 
Russo deyirdi: “Emil kəndli kimi işləməli, filosof kimi düşünməlidir”.
Russoya görə yaxşı hisslər tərbiyə etmək-yaxşı ürək tərbiyə etmək deməkdir. Emil əxlaqi 
mühakimələr əvəzinə yaxşı nümunələr görməlidir. Böyük şəxsiyyətin tərcümeyi-halını, tarix 


95 
və ədəbiyyatı öyrənmək Emildə yaxşı mühakimə tərbiyə edə bilər. Emilin 15-25 yaşlar 
arasındakıhəyatı bədii ədəbiyyatı və tarixi öyrənməklə, dülgərlik sənətinə yiyələnməklə, digər 
şəhər və ölkələrə səyahət etməklə, kəndlilərə yardım göstərməklə, gəlin seçmək və s. ilə keçir. 
Russoya görə Emilin inkişafının bu dövrdə bütün iş, əxlaq tərbiyəsinin vəzifələrinə uyğun 
olmalıdır. Russonun yaradıcılığında qadın tərbiyəsi mühüm yer tutur. Onun fikrincə, qadının 
əqli qabiliyyəti kişilərinkindən aşağıdır, müstəqil mühakiməsi yoxdur, o həmişə başqalarının 
əmrlərinə kor-koranə tabe olur, itaət edir. Russoya görə, qadının vəzifəsi uşaq saxlamaq, ev 
təsərrüfatı ilə məşğul olmaq, kişinin zövqünü oxşamaqdan ibarət olmalıdır. Qadının kişi ilə 
bərabər təhsil almaq hüququ yoxdur. Onun əqlini deyil, hisslərini inkişaf etdirən məşğələlər 
lazımdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin