Мцщазиря №1 (2 саат)


İ. İ. Betskoy, F. İ. Yankoviç, N. İ. Novinov və A. N. Radişevin pedaqoji görüşləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

İ. İ. Betskoy, F. İ. Yankoviç, N. İ. Novinov və A. N. Radişevin pedaqoji görüşləri 
Jurnalist, publisist və naşir Nikolay İvanoviç Novikovun (1744-1818) maariçilik fəaliyyəti 
Moskva Universiteti ilə bağlı olmuşdur. O, öz vəsaiti hesabına 2 məktəb açmış, başqa 
məktəblərə maddi yardım göstərmiş, xaricdə təhsil alan tələbələrə və evlərdə təlim işləri ilə 
məşğul olan müəllimlərə kömək etmişdir. Novikovun fikrincə, insanın bütün azadlıqlarının 
səbəbi-cəhalət, mənəvi təmizliyini, əxlaqi saflığının səbəbi isə bilikdir. O, tərbiyənin aşağıdakı 
istiqamətlərini müəyyənləşdirmişdir: 
1)fiziki tərbiyə; 2) əxlaq tərbiyəsi; 3) əqli tərbiyə 
O azad fikirlikdə təqsirləndirilir, 16 il həbs olunur. Yalnız Pavelin dövründə -1796-cı 
ildə həbsdən buraxılmışdır. 
İvan İvanoviç Betskoy (1704-1795) 
1763-cü ildə II Yekaterina Betskoyu təhsil məsələləri üzrə baş məsləhətçi təyin etdi. 
Betskoy müəllifi olduğu “Tərbiyə evinin baş planı”, “Uşaqların tərbiyəsi haqında qısa 
nəsihətnamə” əsərlərində uşaqların fiziki, əqli, əxlaqi tərbiyə məsələlərini Russonun, Lokkun 
ideyaları əsasında qoymuşdur. 1764-cü ildə Betskoy Peterburqda akademiya yanında məktəb 
açır. Moskvada (1772) ticarət məktəbi təsis edir, kadet korpusunda bir sıra dəyişikliklər edir. 
O, Rusiyada ilk dəfə olaraq qadınlar üçün orta təhsil məktəbi açır. Smolnıda 200 zadəgan qızını 
əhatə edən nəcib qızlar institutu çmışdır. İnstitutun 4 sinfi vardı. Hər sinfin təhsil müddəti 3 il 
idi. Tədris planına: rus dili, hesab, tarix, coğrafiya, xarici dil, din, rəsm, musiqi, rəqs, əl işləri 
və evdarlıq daxil idi. 1765-ci ildə həmin institutun yanında zadəgan olmayan qızlar üçün şöbə 
açıldı. Bu institutlar Rusiyada qadın təhsili sahəsində irəliyə doğru addım idi. 
III Fyodr İvanoviç Yankoviç de Marievo (1741-1814) 
Milliyyətcə serbdir,amma onun pedaqoji fikirləri Rusiyada təlim-tərbiyənin inkişafına 
böyük təsir göstərmişdir. Onun “Rus əlifbası”, “Rus hüsnxəttinə rəhbərlik”, “Hesaba 
rəhbərlik”, “Xalq məktəbləri müəllimlərinə rəhbərlik” adlı kitabları nəşr olunur. Yankoviç 
“Xalq məktəblərində şagirdlər üçün ədəb qaydaları” adlı kitablarda uşaqların dini və əxlaqi 
vəzifələrini əhatəli şəkildə şərh etmiş, onların məktəbə səliqəli gəlmələrini tələb etmişdir. 
Onun pedaqoji ideyaları müasirləri tərəfinfən yüksək qiymətləndirilmişdir. Çünki onun təklif 
etdiyi təlim metodları pedaqoji praktikada idtifsdə olunn təlim metodlarından çox üstün və 
zəngin idi. 


122 
Yankoviçin pedaqoji fəaliyyətirus pedaqogikasının inkişafında müəyyən bir mərhələ 
təşkil edir. Məktəb sistemi, rus dilinin tədrisinin birinci yerə qoyulması , məktəbdə oğlan və 
qızların birgə oxuması, müəlim hazırlığının əsasının qoyulması, rusd didaktikasının nəzəri 
şəkildə formalaşması və s. kimi məsələlər onun adı ilə bağlıdır. 
Aleksandr Nikolayeviç Radişşev (1799-1802) 
O, peşəkar pedaqoq deyildi. O, inqilabçı-maarifçi olmuşdur. O öz yaradıcılığında vətən 
oğullarının tərbiyəsinə, rus vətənpərvərlərinin yetişməsinə, rus vətəndaşlarının 
formalaşmasına diqqət yetirmişdir. Radişşev “Ey böyüklük və şərəf üçün doğulmuş xalq” –
deyə rus xalqına müraciət etmişdir. Onun “Peterburqdan Moskvaya səyahət” əsərində həyatın 
əsas qayəsini belə izah edirdi: “Mən ətrafıma baxdım, mənim qəlbim insan əzabları ilə od tutub 
yandı. Mən öz daxilimə müraciət etdikdə gördüm ki, insanın fəlakətinə səbəb ancaq insanlardır 
”. Radişşev özünün “İnsan, onun ölməsi və ölməzliyi” əsərində ruhun ölməzliyi məsələsini 
irəli sürmüş və onu qətiyyətlə müdafiə etmişdir. O, “Vətən oğlu necə olmalıdır haqqında 
müsahibə” əsərində tərbiyənin məqsəd və vəzifələrini belə şərh etmişdir: “Tərbiyənin əsas 
vəzifəsi həqiqi vətəndaş, vətən oğlu hazırlamaqdır”. Vətən oğlu necə olmalıdır? O, yazır: 
“Vətən oğlu yüksək əxlaqlı, namuslu, zəhmətsevər, xeyirxah, nəcib, möhkəm bədənli, mübariz 
olmalı, vətəninin, xalqının və azadlığının müdafiəsi üçün canını əsirgəməməlidir”. O, tərbiyəni 
belə xarakterizə etmişdir. Onun fikrincə insan nə rəhmli, nə də rəhmsiz doğulur. Onlar 
yaşadıqları şəraitdən asılı olaraq bu və ya başqa cür olurlar. Tərbiyə insanın tədrici inkişafı ilə 
müəyyənləşir. Radişşev təlimi əxlaq tərbiyəsi üçün əsas vasitə hesab edirdi. O,əxlaq tərbiyəsi 
üçün təmrinləri, çalışmaları və nümunəni lazım bilirdi. Radişşev təlimin ana dilində 
aparılmasının tərəfdarı idi. XVII əsrin sonlarında rue pedaqogikasının özünəməxsus manifesti 
“Təlim üsulu” (1771) adlı traktatı oldu. Traktatda fəal və şüurlu təlim haqqında vacib didaktik 
ideyalar öz əksini tapırdı. Onun pedaqoji ideyaları rus pedaqogikasının inkişafında böyük rol 
oynamışdır. 


123 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin