Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
muhazire

Marksizm pedaqogikasının nümayəndələri (P.Lafarq,A.Bebel, Klara Setkin) tərbiyəni 
həddən artıq siyasiləşdirmiş, ona ideoloji mahiyyət vermişdilər.K.Marks kimi onlar da sinfi 
mübarizəni tərbiyə işinin mərkəzinə qoyurdular. 
XX əsrin 20-30-cu illərində Almaniya və İtaliyada faşist pedaqogikası geniş yayılmışdı. 
Faşist pedaqogikasının nümayəndələri (E.Krip, A.Boymler və b.) irqi-bioloji tərbiyə 
nəzəriyyəsini əsaslandırmağa çalışırdılar. 
XX əsrin əvvəllərində pedaqoji nəzəriyyə və məktəb təcrübəsində yeni istiqamətlər uğurla 
inkişaf etməyə başladı. Yeni tərbiyə nəzəriyyəsi olan islahatçı pedaqogika formalaşmağa 
başladı. Ənənəvi pedaqogikadan fərqli olaraq islahat pedaqogikası məktəb fəaliyyətinə 
daha çox nüfuz etdi. Uşaq şəxsiyyətinə dair maraq tərbiyə problemlərinin yeni istiqamətdə 
həlli ilə fərqlənirdi. İslahatçı pedaqogika şəxsiyyətin tərbiyəsində hər şeydən əvvəl irsi 
qabiliyyətlərinin mühüm əhəmiyyət kəsb etməsi ideyasını irəli sürürdü. 
İslahatçı pedaqogikanın nümayəndələrindən biri də G.Kerşenşteyner (1854-1932) 
olmuşdur. O, uşaqların əmək təlimi və tərbiyəsinə xüsusi diqqət verirdi. Kerşenşteyner 
vətəndaşlıq tərbiyəsi” və “əmək məktəbi” nəzəriyyələrinin müəllifidir. Onun fikrincə 
“vətəndaşlıq tərbiyəsi” uşaqları dövlətə sözsüz itaətə alışdırmalıdır. Bu da xalq məktəbləri 
vasitəsilə həyata keçirilməlidir. O, xalq məktəblərində ümumtəhsil fənnlərinə də az yer 
verərək şagirdləri gələcək peşələri üçün lazım olan məsələləri öyrənməyə səsləyirdi. Əmək 
məktəblərində rəsm və dil dərslərinə xüsusi diqqət vardı. Kerşenşteyner xalq 
məktəblərindən başqa 2-3 illik “əlavə məktəblər” də təşkil etmişdi. Bu məktəblərin əsas 
vəzifəsi müxtəlif məhdud ixtisaslı fəhlələr hazırlamaq idi. Buraya əsasən yeniyetmələr 
qəbul olunurdu. 
XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbi Avropa və ABŞ-da yayılmış pedaqoji 
cərəyalardan biri də eksperimental pedaqogika idi. Eksperimental pedaqogika öz qarşısına 
eksperiment əsasında uşağı öyrətmənin yeni üsullarını tapmaq vəzifəsini qoymuşdu. 
Eksperimental tədqiqatçılar (E.Merman, A.Bine, O.Dekrome və b.) uşağı və onun 
davranışını öyrənməyə səy göstəriridilər. Bu əsasən test üsulu vasitəsilə həyata keçirilirdi. 
Eksperimental pedaqogikanın tanınmış nümayəndələrindən biri də Vilhelm Avqust Lay 
(1862-1926) idi. Biologiyanı əsas elm hesab edən Lay pedaqogikanı da biolojiləşdirməyə 
çalışırdı. Onun fikrincə bütün orqanizmlər xaricdən olan qıcıqlanma - cavab hərəkəti, yaxud 
reaksiya əmələ gətirir. Lay bunu tərbiyə və təlim prosesinə də tətbiq edirdi. Ona görə 
şagirdlər əvvəlcə müşahidə vasitəsilə qavrayır, sonra onları analiz edir, nəhayət müxtləf 
hərəkətlər vasitəsilə qavranmış və işlənmişləri ifadə edir. 
Lay təsdiq edirdi ki, uşaqların maraqları öz-özünə əmələ gələn reflekslər əsasında
formalaşır. Buna görə də o, tərbiyə prosesini uşaqğın özünün fəaliyyəti ilə əlaqələndirirdi.
Layın bu nəzəriyyəsi “hərəkət pedaqogikası”, “hərəkət məktəbi” adlanırdı. 
Lay uşaqların tərbiyəsində dini və milli tərbiyəyə də xüsusi əhəmiyyət verərək , dini 
məktəbdən çıxarmağın ruhu bədəndən çıxarmaq olduğunu söyləyirdi. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin