Мцщазиря №1 (2 саат)


Jan Jak Russonun pedaqoji ideyaları



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
muhazire

Jan Jak Russonun pedaqoji ideyaları. 
XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1773). O, 1712-ci ildə 
Cenevrədə anadan olmuşdur. Anası erkən öldüyündən onun tərbiyəsi ilə atası və bibisi məşğul 
olmuşdur. O, bir müddıt dayısının yanında qalmış, usta yanında sənət öyrənməyə cəhd 
göstərmişdir. Lakin buna baxmayaraq, o şəxsi təhsili üzərində inadla işləyir, katolikliyi qəbul 
edir. Volterin “Fəlsəfi məktublar”ı haqqında eşidən Russo elmlə məşğul olmaq istəyir. Həkim 
Solomonla tanışlığı ona güclü təsir edir və o, Por-Royalın əsərləri ilə maraqlanır. Por-Royalın 
əsərlərində xeyirxahlıq elmlə birləşdirilmişdi. O, Por-Royalın “Məntiq”, C.Lokkun 
“Təcrübələr”, Dekart və Leybnisin fəlsəfi əsərlərini öyrənməklə yanaşı həndəsəni, latın dilini, 
tarix və coğrafiyanı, sonralar isə fiziologiyanı və anatomiyanı öyrənir.Russo 1743-cü ildə 
“Korların məktubu” əsərinə görə həbsxanaya salınan D.Didronun görüşünə gedərkən 
“Elmlərin və incəsənətin inkişafı əxlaqa müsbət,yoxsa mənfi təsir etmişdir” mövzusunda 
Con akademiyasının müsabiqə elanına rast gəlir. O, Didronun məsləhəti ilə həmin müsabiqədə 
iştirak edir. Con akademiyasının elanı qığılcım olub onun yanmasına, şölələnməsinə səbəb 
olur. Birinci müsabiqədə qalib gələn J.J.Russoakademiyanın elan etdiyi yeni müsabiqəyə 
əsasən “İnsanlar arasında bərabərsizliyin mənşəyi” adlı ikinci əsərini yazır. Bununla da bütün 
varlığı ilə yaradıcılığa başlayır. On ildən az bir dövrdə (1753-1762) Russo “İctimai müqavilə”, 
“Yeni Eloiza”, “Dalamberə məktub”, “Emil və ya tərbiyə haqqında” əsərlərini yazır. Sonuncu 
əsəri səs-küyə səbəb olur. Fransa parlamenti əsərin yandırılması və müəllifin habs olunması 
haqqında qərar qəbul edir. Russo Fransadan qaçır, filosof Yumun dəvəti ilə İngiltərəyə gedir. 
1767-ci ildə Ren adı ilə vətənə qayıdır. Bu vaxt o, məşhur “Tövbə” (1765) əsərini yazırdı. 
Fiziki cəhətdən çox zəifləmiş, mənəvi cəhətdən sarsılmış J.J.Russo çox yaşaya bilmədi, 1778-
ci il, iyun ayının 2-də vaxtsız vəfat edir. 
Russo təbii hüquq, təbbi tərbiyə və təbii din nəzəriyyəsini irəli sürmüşdür. 
1. Təbii hüquq nəzəriyyəsi. Russoya görə insan azad doğulmuşdur, lakin o, hər yerdə 
buxovlanmışdır. Russo deyirdi ki, əmək insanlarını, onların uşaqlarını tərbiyə etməyə ehtiyac 
yoxdur. Onlar onsuz da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır. 
2. Təbii tərbiyə nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi təbiətə uyğun olmalıdır. Uşaq zəif 
doğulur və o, ağlayır, ona görə ki, özünü azad hiss etmək istəyir. Uşağın ilk səsi ağlamaqdırsa, 
onun ilk xahişi göz yaşlarıdır. Ona görə də uşaqları sevmək, onların göz yaşlarına hörmət 
etmək, ilk xahişlərini nəzərə almaq lazımdır. Valideynlər uşağın ilk tərbiyəçiləridir. Ana 
yoxdursa, uşaq da yoxdur. O, yazırdı: “Ey adamlar, insan olun, bu, sizin birinci vəzifənizdir”. 


93 
Russo azad tərbiyə tərəfdarı idi. O, uşağın təbiətəmüvafiq təbii tərbiyəsini irəli sürmüşdür. 
Bu o deməkdir ki, tərbiyə uşağın təbiətini və yaş xüsusiyyətlərini nəzərə almalıdır. Russo 
yazırdı: “Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan əvvəl, uşaq olmalıdırlar”. Russo deyirdi 
ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır. Təbiət vasitəsi ilə tərbiyə 
insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir. Əşya və hadisələrlə 
tərbiyə uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir. Məsələn, uşaq əlini 
oda vurur, əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və buradan da təbii 
olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur.İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən 
məqsədlə edilən pedaqoji təsirlərdir. Russoya görə, alınan bilik və vərdişlər insanlar tərəfindən 
verilən tərbiyəyə daxildir. Bu üç təsir eyni istiqamətdə, vəhdətdə həyata keçirilirsə, tərbiyə 
düzgün gedər, qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Tərbiyədə ən böyük səhv həddindən 
artöq tələsməkdir. Russo deyirdi ki, onun tərbiyə etdiyi Emil nə hakim, nə əsgər, nə keşiş, nə 
də həkim olacaq, o hər şeydən əvvəl insan olacaqdır. 
J.J.Russo uşağın təsrübəsini həddindən artıq yüksək qiymətləndirirdi. Ona görə də deyirdi ki, 
uşaq hər şeyi öz təcrübəsi ilə öyrənməlidir. Təbiətin verdiyi tərbiyə bizdən asılı deyildir. 
Russonun təbii tərbiyə nəzəriyyəsi onu azad tərbiyəyə gətirib çıxarırdı. Russo azadlığı, uşaqları 
tərbiyə edənlərin özbaşınalığından, mənasız, yersiz və həddindən artıq müdaxiləsindən 
çəkinmək kimi düşülürdü. O, deyirdi ki, yerimək istəyən zaman uşağı yerində durmağa və ya 
yerində durmaq istərkən yeriməyə məcbur etmək lazım deyildir. Tərbiyənin vəzifələrinə Russo 
xoşbəxtliyi, həm də ləyaqəti inkişaf etdirməyi, arzuları məhdudlaşdırmağı, qüvvələri inkişaf 
etdirməyi daxil edirdi. Belə tərbiyə olunan şəxsiyyət ləyaqətli, xoşbəxt, rəhmdil olmaqla sözün 
əsl mənasında insan kimi yetişirşJ.J.Russonun fikrincə, xoşbəxtliyə yol arzular bolluğunu 
məhdudlaşdırmaqdan və qüvvələr nisbətini tam tarazlamaqdan ibarətdir. Russonun fikrincə, 
kamil tərbiyə olunanın təbiətinə tamamilə cavab verməlidir. Tərbiəy zamanı heç bir zor, təzyiq 
işlədilməməlidir. 
J.J.Russonun təbii hüquq nəzəriyyəsi silkləri rədd etdiyi kimi, təbii din nəzəriyyəsi də 
insanların, ayrı-ayrı dinlərə bölünməsini inkar edir. O, Allahın varlığını dərk və qəbul edirdi. 
Əsl din Russoya görə, ürək dinidir. O, deyirdi ki, uşaq dünyanın hikmətli quruluşu haqqında 
düşünərkən onun yaradıcısı haqqında da düşünəcəkdir. O deyirdi ki, dünyanın əsasında onu 
idarə edən ali ağıl və ali iradə durur, onların qarşısında bütün adətlər, dualar, qaydalar və 
ruhaniliyin hamısı yalandır. “Millətin problemlərini həll edə biləcək ən yaxşı qanunları kəşf 
etmək üşün kamil bil ağıl lazımdır ki, o, insanın bütün istəklərini, həvəslərini, meyllərini 
görsün, amma bunlar ona heç bir təsir etməsin. Təbiəti kamil şəkildə tanısın, lakin təbiətdən 
asılı olmasın. Onun səadəti bizimlə bağlı olmasın, amma bizim xoşbəxtliyə çatmağımıza 
kömək etməyə hazır olsun”. J.J.Russonun axtardığı bu kamil ağıl Allahdır ki, o da bizim 
xoşbəxtliyə çatmağımız üçün öz məktəbini yaratmışdır. Buradan da Russo təbii din 
nəzəriyyəsini irəli sürürdü. Tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələbinə 
müvafiq olaraq Russo insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail olmuşdur. O, “Emil 
və ya tərbiəy haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü 
beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın 
tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir. Russo uşağın yaş dövrlərini aşağıdakı 
kimi müəyyənləşdirmişdir: 
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin