Мцщазиря №1 (2 саат)


M. V. Lomonosovun fəaliyyəti və pedaqoji görüşləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

M. V. Lomonosovun fəaliyyəti və pedaqoji görüşləri. 
Lomonosov (1711-1766) rus xalqının ən görkəmli maarifpərvəri və vətən elminin 
korifeylərindən biri olmuşdur. O, elmlərin və insan biliklərinin bütün sahələrinə toxunmuşdur. 
Rus maarifi inkişafının tam bir dövrü onun adı ilə bağlıdır. A. S. Puşkin deyirdi ki, Lomonosov 
Rusiyada universitet təşkil etməklə özü də canlı bir universitet idi. O universal bir zəka kimi 
bütün elm sahələrinə toxunmuşdur. Alim Vavilov Lomonosovun fəaliyyətini bir 
akademiyasının fəaliyyətinə bənzətmişdir. O, 1711-ci ildə balıqçı ailəsində anadan olmuşdur. 
O atasının yanında dəniz şəraitinə öyrəşmiş, 19 yaşında Moskvaya gəlmiş, ictimai mənşəyini 
gizlədərək məktəbə daxil olmuşdur. Maddi çətinliyə baxmayaraq inadla oxumuş və məktəbi 
uğurla bitirmişdir. O, 1736-cı ildə elmə həvəskar gənc kimi xaticə göndərilmişdi. Orada 
kimyanı, fizikanı, riyaziyyatı, mexanikanı öyrınmiş, dağ-mədən işləri ilə tanış olmuşdur. 1741-
ci ildə Peterburqa qayıtmış, Elmlər Akademiyasında elmi işçi vəzifəsini tutmuşdur. 1745-ci 
ildə kimya üzrə professor təyin edilməklə akademiyaya üzv seçilmişdir. 1757-ci ildən 
akademiya yanındakı gimnaziyaya və universitetə rəhbərlik etməyə başlamışdır. 1765-ci ildə 
aprelin 1-də vəfat etmişdir. 
Lomonosovun elmi-maarifpərvər fəaliyyəti Engelsin dediyi kimi “böyük rus xalqının 
yüksəlməsi” dövrünə təsadüf edir. Lomonosova qədər rus elmi böyük təhlükə altında idi. Arici 
mütəxəssislər hər şeyi öz təsirləri altına almağa çalışırdı. 
Lomonosov fəlsəfi görüşü etibarı ilə materislist olmuşdur. Maddi aləm birinci, insan 
şüurundan asılı olmayaraq mövcuddur. Maddi aləmdəki cisim və hadisələr bir-birilə qarşılıqlı 
əlaqədardır. 
Lomonosov insan idrakının qüvvət və qüdrətinə böyük inam bəsləyirdi. Marksa qədərki 
bütün mütəfəkkirlər kimi Lomonosov ictimai həyatı idealistcəsinə idarə edirdi. O, xalqın və 
dövlətin inkişafında ideyaların rolunu yüksəldirdi. Guya tarixi xalq kütlələri deyil, görkəmli 
şəxsiyyətlər yaradır. Lomonosov I Pyotru həddən artıq idealizə edirdi. O deyirdi ki, əgər Allaha 
bənzər bir adamı axtarmaq istəsəm, I Pyotrdan başqa heç kəsi tapa bilmərəm. Lakin o 
şəxsiyyəti xalqa qarşı qoymamışdı.
Vavilov göstərir ki, “əgər dönüb geriyə baxsaq, bizim elmdə müvəffəqiyyətimizin güşə 
daşı hələ keçmişdə Lomonosov tərəfindən qoyulduğu aydın olacaqdır”. 


119 
Lomonosov hər cür mövhumata qarşı mübarizə aparmışdır. O dini və kilsəni elmin, 
tərəqqinin düşməni hesab etmişdir. O, təhsil və tərbiyəni xalqa xidmət etmək kimi 
vətənpərvərlik ideyasına tabe etmişdir. O, dünyəvi təhsili irəli sürmüşdür. 
Lomonosov müəllimin nitq mədəniyyətinə ciddi tələbkarlıqla yanaşmışdır. Onun 
fikrincə danışıq nə yeksənək, insanı yatıran, nə insan beynini deşən qışqırıq kimi olmamalıdır. 
Lazım olduqda səsi ya yüksəltməli, ya da əlçatmalı, ona müvafiq hərəkətlər, mimikalar və s. 
göstərilməlidir. 
Lomonosov təlimdə əyani vəsaitlərin tətbiqinə və laborator məşğələlərə geniş yer 
verməyi irəli sürürdü. O ana dilinə xüsusi əhəmiyyət vermiş, öz mühazirələrini ana dilində 
oxumuşdur. Bu o zaman üçün böyük novatorluq idi. O zamankı mühafizəkarlıq rus dilini elmi 
məlumat vermək üçün qeyri-müvafiq və ləyaqətsiz dil hesab edirdi. Mədəni adamlar rus dilini 
nökərlər dili hesab edirdilər. Odur ki, Lomonosov akademik olduqdan sonra mühazirələrini 
ana dilində oxuya bilmişdir. Lomonosov müxtəlif elmlər sahəsində “Ritorikadan qısa 
rəhbərlik”, “Həqiqi fiziki kimyanın kursu”, “Rus qrammatikası” kimi dərs kitabları yazmışdır. 
Akademiyanın təşkilindən keçən 20 il ərzində (1725-1745) onun tərkibinə bir nəfər də 
olsunrus alimi daxil olmamışdı. 
Akademiya 1757-ci ildə universitet və gimnaziyaya rəhbərlik işini Lomonosova tapşırdı. 
Onun birinci təşəbbüsü akademiyanı orada kök salmış xaricilərin, mürtəcelərin bataqlığından 
təmizləmək, həqiqi milli kadrların yaranması üçün zəmin hazırlamaq olmuşdur. Lomonosov 
burada yeni qaydalar tətbiq etmişdir. Müəllimlrə maaş işlədikləri saat hesabına verilməli idi. 
O deyirdi ki, vətən oğulları öz vətənlərinin faydası üçün təkcə müharibədə qəhrəmanlıq 
göstərməklə qalmayıb, həm də elmdə qəhrəmanlıq göstərsinlər. 
Lomonosov başa düşürdü ki, yalnız elmin və maarifin genişlənməsi sayəsindəölkənin 
qarşısında duran böyük vəzifələri həll etmək mümkündür. O gimnaziyaya və universitetə 
təhkimçilikdən azad olmuş kəndli uşaqlarını da qəbul etməyi irəli sürürdü.
Lomonosov yüksək milli iftixar hissi ilə rus dilini tərənnüm etmişdir. “Rus 
qrammatikası” adlı əsərinin girişində göstərirdi ki, bir çox dillərin hökmdarı olan rus dili 
hökmran olduğu torpağın genişliyi ilə deyil, həm də özünün genişliyi vəzənginliyi etibarı ilə 
bütün Avropadakı dillərdən böyükdür. Roma imperatoru U. Karl deyirdi ki, ispan dilində 
Allahla, fransız dilində dostlarla, alman dilində düşmənlə, italyan dilində qadınla danışmaq 


120 
olar. Əgər o rus dilinə bələd olsaydı, bu dildə onların hamısı ilə danışmağın mümkün 
olduğunu əlavə edirdi. 
Moskva Universitetinin təşkili üçün 1754-cü ildə qraf Şüvalovun sədrliyi ilə xüsusi komissiya 
yaradıldı. Layihənin hazırlanması bu komissiyaya tapşırıldı. Əslində layihəni Lomonosov 
hazırladı. O, universiteti və gimnaziyanı həm zadəganlar və meşşanlar, həm də kəndlilər üçün 
lazım bilirdi. 1755-ci ildəyanvarın 12-də Moskvada açıldı. Universitet hüquq, fəlsəfə və tibb 
fakültələrindən ibarət idi. Burada ilahiyyat fakultəsi yox idi. Bu isə ona dünyəvi xarakter verir 
və onu Avropada olan bütün universitetlərdən fərqləndirirdi. Moskva Universitetində 1760-cı 
ildən sonra tədris rus dilində aparılırdı. 1779-cu ildə universitet yanında dvoryaş uşaqlarına 
məxsus əyanlar pansionu yaranmışdır. Həmin pansion XIX əsrin I yarısına qədər davam 
etmişdir. Əyanlar pansionu rus mədəniyyətinə Jukovski, Turgenyev, Lermontov və b. kimi 
ədəbiyyat nümayəndələrinivermişdir. Dekabristlərin çoxu öz təhsilini burada almışdır. 
Moskva Universitetinin təsiri ilə Moskvada 17 məktəb açılmışdır. Universitet yanında 
“Tipoqrafiya şirkəti” cəmiyyəti yaradılmışdı. Universitet elmi kadrlar hazırlamaq sahəsində də 
az iş görməmişdir. Alimlər ayrı-ayrı elmlərin təlim metodikası sahəsinə dair bir sıra əsərlər 
yazmışdır. 
II Yekaterina Moskva Universitetinin fəaliyyətinə mənfi münasibət bıəsləmişdir. O, 
hakimiyyətinin ilk dövründən Lomonosovu universitetdən uzaqlaşdırmağa çalışırdı. Lakin bu 
çətin şəraitdə belə Moskva Universiteti fəaliyyətini dayandırmadı. Rusiyanın mədəni həyatına 
öz güclü təsirini göstərməkdə davam etmişdir. Ona görə də 
Yertsen 
Moskva Universitetini rus 
mədəniyyətinin Sevastopolu adlandırmışdı. 


121 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin