Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

 
 
 
 
 
 
 
 
 
 
 
Mühazirə 11. 
Ukrayna və Belorusiyada məktəb və pedaqoji fikir 
1. Kiyev Rusunda maarifin və tərbiyənin ümumi xarakteristikası (X-XIII əsr) 
2. Ukrayna və Belorusiyada qardaşlıq məktəbləri 
3. Mərkəzləşdirilmiş rus dövlətində maarif və məktəb 
 
1. Şərqi slavyanların tarixində Kiyev mərhələsi (X-XIII əsrlər) xüsusi yer tutur. Bu dövrdə 
qədim rus xalqının təşəkkülü baş tutdu. Bu da təlim və tərbiyəyə ciddi təsir göstərdi. 
Slavyanların yazısı xristianlığın qəbulundan əvvəl meydana çıxmışdır. Bir sıra sənədlər 
göstərir ki, hələ VIII əsrdə Şərqi slavyanlar ana dilində yazıdan istifadə etmişlər. knyaz 
Vladimir (1988-ci il) dövründə xristianlığın qəbulu ilə əlaqədar olaraq Kiyev Rusunda əlifba 
yayılır. Bu əlifba yunan əlifbası əsasında düzəldilmişdi. Xristianlıqla birlikdə Kiyev Rusunda 
o zaman yüksək səviyyədə olan Vizantiya mədəniyyətinin də bəzi ünsürləri daxil olmuşdur. 
Xristian dini dövlət dini sayılırdı. 


100 
Rusiyada ruhanilər yunanlar olmuşdur. Bu hal rus kilsəsini Vizantiya kilsəsindən asılı 
qoyurdu. Ona görə Rusiyaya xristianlığı gətirən Vladimirdən başlayaraq rus knyazları da rus 
kilsəsini Vizantiya kilsəsinin asılılığından qurtarmağa çalışırdılar. Bu isə o dövr üçün böyük 
hadisə idi. Belə ki, rus ruhaniləri hazırlamaq üçün məktəblər açmaq lazım idi. Həmin dövrdə 
yunan dilində olan nəsihətnamələr və başqa kitablar rus dilinə tərcümə olunurdu. Bunlardan: 
“Svyatoslav küllüyatı”, “Zlatousti”, “Zümrüd”, “Pateriklər”, “Fizioloq” kimi yarı əfsanəvi, 
yarı elmi əsərləri göstərmək olar. 
O zaman pedaqoji ədəbiyyat dini-əxlaqi səciyyə daşıyırdı. Uşağa məhəbbət sərt intizam 
və fiziki cəza ilə birləşirdi. Uşaqlarda dini etiqad tərbiyə olunurdu. 
Dünyəvi səciyyəli və ilk orijinal rus pedaqoji əsəri olan “Vladimir Monomaxın uşaqlara 
nəsihəti” yunan dilindən tərcümə edilən dini-əxlaqi səciyyəli pedaqoji ədəbiyyatdan 
fərqlənirdi. Həmin əsərdə V. Monomax dövlət xadimi kimi ölkənin mənafeyini düzgün hesaba 
alır, necə yaşamaq lazım olduğu haqqında öz uşaqlarına məsləhətlər verirdi. O uşaqlarını 
ölkənin bütövlüyünü qorumağa, öz torpaqlarını müdafiə etməyə, igid olmağa çağırır, ədalətli 
iş uğrunda ölümdən qorxmamağı məsləhət görürdü. 
Monomax Allaha xidməti yalnız rahiblikdə , dünyanı tərk etməkdə deyil, az da olsa 
xeyirli, doğru işlərdə görür, yetimlərə, dul qadınlara kömək etməyi lazım bilirdi. Monomax 
böyüklərə ehtiram, həmyaşıdlarına qarı nəzakətli olmağı tələb edir və oxumağı onlara məsləhət 
görürdü. 
Monomax oxumaq anlayışına yalnız o zamankı dini kitabların öyrənilməsini deyil, 
dünyəvi biliklər almağı da daxil edirdi. O, öz atası Vsevolodı misal gətirir. Onun beş xarici 
dil bildiyini qeyd edirdi. Orta nəslin kilsə nsihətlərindən fərqliolaraq Monomaxın əsəri 
siyasıtçi knyazın, dövlət adamlarının, mədəni insanın, qayğıkeş atanın həyat idealını göstərir 
və rus həyatının o zamankı tələbinə bilavasitə cavab verirdi.
Uşağın təliminin təşkili haqqında ilk məılumata 988-ci ilin letopisində təsadüf edilir. 
Həmən salnamədə adlı-sanlı ailələrdən olan uş.aqların knyazları tərəfindən kitab oxumağa 
göndərildiyi qeyd edilir. Bu dövrdə ilk məktəblər ysaradılmış, oxu , yazı, hesab, nəğmə və 
dindən ik məlumat verilmişdir. XI əsrin ortalarında Kiyevdə Andreyev monastrı yanında qızlar 
üçün də məktəb təşkil edildiyi göstərilir. Volın-Qaliç, Polotski və s. knyazlıqlarda və böyük 
şəhərlərdə də məkltəblər olmuşdur. Knyazlar məktəbləri geniş xalq kütləsi üçün açmırdılar. 
Onlar məktəblər açmaqla ruhanilər, başqa dövlətlərlə əlaqə saxlamaq üçün təhsdilli dövlət 


101 
xadimçi hazırlamaq məqsədi güdsələr də, məktəblər bir o qədər də qapalı səciyyə daşımırdı. 
O dövrdə məktəblə yanaşı olaraq fərdi ev təlimi də vardı. Uşaqlar oxumaq üçün müəllimin 
evinə göndərilirdi, yaxud varlı ailələr müəllimi evlərinə çağırırdılar. 
Kiyev Rusunda bütün təbəqələr üçün tərbiyə və təlimin başlıca mənbəyi ailə hesab 
olunurdu. Varlıların və əhərlilərin uşaqlari ailədə elementar təhsil ala bilirdilər. Kilsə ailə 
tərbiyəsinə də nəzarət editrdi. Boyarların evinə dindar ev mnüllimləri dəvət edilirdi. Dini 
biliklərin və ayinlərin öyrədilməsi ailə tərbiyəsinin əsası hesab olnurdu.
Kiyev Rusunda ilk məktəblərin yaranmasına səbəb ruhanilərin tələbatı və savadlı 
adamlara ehtiyac olmuşdur. Şəhər və kənd kilsələrində çoxlu kitablar toplanmışdı. Lakin bu 
kitabları oxumağı bacaranlar yox idi.
İlk kitab məkətəbi 988 –ci ildə Kiyevdə açıldı. Bu hadisə dini səciyyəli pedaqoji 
fikrin inkişafına təkan verdi. Bu məkətəbi bitirənlər oxumaq və yazmağı bacarır, ibtidai təhsil 
almış hesab olunurdular. 
X-XIII əsrdlərdə Kiyev və Novqoroddan başqa digər .əhərlərdə də məktəblər açıldı. 
Bu məktəblər sarayın nəzdində fəaliyyət göstərirdilər. Burada kilsə mətnlərinin yazmağı, 
oxumağı öyrədir və şagirdlərin mənəvi tərbiyə ilə məşğul olurdular. Təlim fərdi formada 
aparılırdı.uşaqlar təlimə 7 yaşından başlayırdılar. Təlim ödənişli idi. 
O dövrdə məktəblə yanaşı fərdi ev təlimi də vardı. Şagirdlərə oxumaq, yazmaq və 
hesabla yanaşı, riyaziyyat, müxtəlif ölkələrin tarixi, həmçinin təbiət haqqında elmi məlumatlar 
da verilirdi. 
2.Orta əsrlərdə Rus dövlətinin tərbiyə və təlim tarixində 2 mərhələ xüsusilə seçilirdi: 
1) XIV-XVI əsr; 2) XVII əsr. 
I mərhələ əsasən rus xalqının mlli müstəqilliyini qoruması uğrunda aparılan 
mübarizəni xarakterizə edir. 
XIV-XVI əsrdə rus pedaqoji fikrində əsas diqqət tərbiyə probleminə yönəlmişdi. Bir sıra yazılı 
abidələrdə “Pçela” (XIV-XV ), “Domostroy” (XV-XVI), “Poslaniye Gennadiya” (1550) 
tərbiyənin ideyaları, məqsədləri, formaları, vəzifələri haqqında çox qiymətli məlumatlar 
vardır. 
Bu dövrdə uşaqlardan mərdlik, əməmksevərlik, işgüzarlıq, nəzakətli olmaq kimi yüksək əxlaqi 
keyfiyyətlər tələb olnur, sərt nizam-intizam, sistematik cəza, həmçinin fiziki cəza tərbiyənin 
əsas üsulları hesab edilirdi. 
XVII əsrə kimi Rusiyada praktiki olaraq yüksək ali təhsil olmamışdır. Dövlət xidmətində 
işləyən, xüsusi bilik tələb edilən məhdud saylı adamlar (həkimlər, tərcüməçilər, memarlar) 
əsasən Novqorod və Pskovdan olanlar idilər ki, onlar da təhsillərini xaricdə almışdılar. 
XVI əsrin sonunda Moskvada alman qəsəbəsinin Lyuteran kilsəsinin nəızdində Qərbi Avropa 
məktəbinin proqamları əsasında fəaliyyət göstərən ilk məktəb açıldı. Burada latın və yunan 
dilləri öyrədilirdi.


102 
XVI əsrdə təlim əsasən ailədə həyata keçirilirdi. Çünki məktəblər qeyri-icbari vəziyyətə 
düşmüşdü. təhsilin səviyyəsi çox aşağı idi. 1551-ci ildə 100 kilsə başçısının müşavirəsi əalinin 
başdan-başa savadsızolması faktını təsdiq etdi. Kilsələrin yanında və ruhanilərin evlərində 
məktəblərin açılması lazım bilindi.
Moskvada və digər rus şəhərlərində monastrların nəzdində savad məktəbləri açıldı. 
Məktəblərdə yalnız oğlanlar oxuyurdu. əvvəlcə hərflər, sonra hecalar, daha sonra əlifbadan 
ayrı-ayrı sözlər və cümlələr oxudulurdu. Bundan sonra dini kitabları oxumağa başlayırdılar. 
XVI əsrin əvvəllərində Moskva dövlətinin başçılığı ilə rus torpağının birləşməsi tamamlanır. 
Sənətkarlıq və ticarət də xeyli inkişaf edir. Rus dövləti mərkəzləşmiş feodal monarxiyasına 
çevrilir. Moskva dövlətinin iqtisadi və siyasi inkişafını da şərtləndirir. Tarix və dövlət 
məsələlərinə aid bir sıra əsərlər çıxır, kitab çapına başlanır. İzahlı lüğətlər, qrammatika 
meydana çıxır. XVI əsrdə Rusiyada IV İvan kimi yüksək təhsilli adamlara da rast gəlmək olur. 
Lakin XVI əsrin mədəniuyyəti yalnız yüksək təbəqəni əhatə edirdi. Bu zaman rus dövləti 
iqtisadi və siyasi cəhətdən möhkəmlənmək üçün çoxlu məktəblərin açılmasına və 
mədəniyyətin yüksəlməsinə ehtiyac hiss edilir.
1551-ci ildə yüz kilsə başçısının müşa virəsi olur. Onlar kilsələr yanında və ruhanilərin 
evlərində məktəblər açılmasını lazım bilirlər. Sənət və ticarətin inkişafı, şəhərlərin artması, 
başqa ölkələrlə əlaqə məktəblərin artmasını ciddi məsələ edir. Bu dövrdə tərbiyənin istiqaməti 
və onun qarşısında qoyulan vəzifələr haqqında “Domostroy” küllüyyatda çoxlu məlumat 
verilir. Burada ailə tərbiyəsindən geniş danışılır. “Demostroy” oğurluqdan, yalandan, 
böhtandan, paxıllıqdan, avaraçılıqdan, qəzəbdən çəkinməyi, mehriban, xoşrəftar olmağı 
məsləhət görür. Həmin kitab uşaqlardan mərdlik, mətanət, zəhmətə sevgi, qənaətçilik, 
nəzakətlilik və s. tələb edir.
Kitabda feodal dövrünün dini təsvirləri də, ailə başçısının nüfuzu da qeyd oluhmuşdur.
XVII əsrdə rus dövləti qüvvətlənir, manufaktura meydana gəlir, sənət və ticarət inkişaf 
edir. Rus dövləti ümumrusiya bazarına çevrilir. Qərbi Avropa ilə ticarət əlaqəsi güclənir.1654-
cü ildə Ukrayna rusiya ilə birləşir. Rus dövlətinin ictimai həyatında olan bu dəyişikliklər 
maarifin, məktəbin, pedaqoji fikrin inkişafına səbəb olur bir çox yeni səviyyəli əsərlər 
meydana çıxır ki, bunların bəzilərində ruhanilər tənqid olunur. Yeni əlifba kitabları yaranır, 
kitab inkişaf edir, saray teatrları yaradılır. Rus dənizçiləri şimalda və Şərqdə bir sıra coğrafi 
kəşflər edirlər. Slavyan rəqəmlərindən ərəb rəqəmlərinə keçilir. Bu isə riyazi biliklərin 
inkişafına təsir edir. İbtidai savad məktəblərinin sayı xeyli çoxalır. 


103 
XVII əsrin II yarısında Moskvada bir neçə yunan-latın məktəbləri təşkil olunur. 
1686-cı ildə slavyan-yunan-latın akademiyası təsis edilir. Bu dövrdə latın dili beynəlxalq 
ticarət, elm, diplomatik münasibət dili idi. XVII əsrin II yarısı Rusiyada I Pyotrun maarif 
islahatına hazırlıq dövrü olur. Moskva akademiyasında qrammatika, poetika, ritorika, fəlsəfə, 
ilahiyyat, hesab, hüquq və b. elmlər tədris olunurdu. Həm də slavyan, yunan, latın dilləri 
öyrədilirdi. Sonralar isə fransız, alman dilləri və tibb elmi əlavə olunmuşdu. Açılışa yüz tələbə 
ilə başlanan akademiya XIII əsrin axırlarında 1600 tələbəni əhatə edirdi. Akademiyanın 
açılışında Yunanıstandan gəlmiş dixuda qardaşları fəaliyyət göstərmişlər. Onlar universitet 
bitirmiş, təhsilli adam olmuşlar. 1694-cü ildə rus ruhaniləri dixuda qardaşlarını akademiyadan 
uzaqlaşdırmışdılar. 1701-ci ildə onları Moskva dan çıxarmış və həbs etmişlər. 5 il ərzində 
həbsxanadan çıxdıqdan sonra Pyotrun əmri ilə azad olunmuşlar. Akademiyanın qarşısında iki 
vəzifə dururdu: 1) Qərblə əlaqə yaradan mütəxəssislər hazırlamaq; 2) Qərbdən gələn 
əcnəbilərin asiliyinə qarşı mübarizə edib provaslaviyanı qorumaq idi. Həbsdən sonra dixuda 
qardaşları Moskva akademiyasının nümunəsində Novqorodda slavyan-yunan-latın məktəbi 
təşkil etmişlər. Lomonosonov, Kantemir, Pakouski və b. həmin akademiyanın tələbələri 
olmuşlar. Rusiyada Elmlər akademiyası, Moskva Universiteti və b. ali məktəblər təşkil 
edildikdən sonra slavyan-yunan-latın akademiyası öz əhəmiyətini itirmişdir. 
XVI əsrin II yarısına qədər Moskva dövlətində çap olunan kitablar əsasən dini kitablar 
idi. İbtidai məktəbdə və ev təlimində əl ilə yazılmış dərs kitablarından istifadə edilirdi. XVI 
əsrin axırlarında Ukrayna və Belarusda , XVII əsrin əvvəllərində Moskvada çap olunmuş 
dərsliklər meydana çıxır. İlk slavyan əlifba kitabı 1596-cı ildə Vilnada, sonralar isə Lvovda, 
Kiyevdə və b. şəhərlərdə çap olunmuşdur. 1634-cü ildəMoskvada Vasili Burtsevin əlifbası çap 
olunmuşdur. XVII əsrin çox orijinal tərbiyə vəsaitlərindən olan “Uşaqların davranış qaydaları” 
kitabını göstərmək olar. Bu kitab yaxşı davranıç qaydalarının külliyyatı olan “pedaqogika”m 
dərsliyidir. Kitab sual-cavab şəklində yazılmış 164 qaydadan ibarətdir. Şagird məktəbdə 
müəllimi diqqətlə dinləməli, səylə oxumalı, müsahibədə fəal iştirak etməlidir.məktəb 
məşğələləri qurtardıqdan sonra nizamla oradan çıxıb evə tələsməli, qaçmamalı, ona-buna 
toxunmamalı, evdə sakit oturub tapşırıqları icra etməlidir. Bu əsəsrin meydana çıxması göstırir 
ki, I pyotra qədər Rusiyanın mədəni səviyyəsinin aşağı olması haqqındakı fikir doğru sayıla 
bilməz. Qədim rus tərbiyəsi dini tərbiyə sayıla bilməz. 


104 
3. XVI- XVII əsrlərdə Qərbi və cənun-qərbi Rusiyada qardaşlıq deyilən təşkilatlar 
meydana gəlmişdir. Bunlar Ukraynanın və Belarysiyanın dini və milli təşkilatları olmuşlar. 
Ukrayna və Belarusiya qardaşlıq təşkilatı zamanpolyakların təzyiqi altında olan həmin 
xalqların, polyaklaşdırma və katolikləşdirməyə qarşı mübarizəsindən doğmuşdur. Qardaşlıq 
məktəbləri bu mübarizənin ideoloji silahı olmuşdur. Qardaşlıq, əsasən demokratik təşkilat idi, 
buraya hər kəs daxil ola bilərdi. Təşkilat hansı şəhərdə təsis edilirdisə, onun adı ilə adlanırdı. 
Məs., Kiyev qardaşları, Lvov qardaşları və s. 
I qardaşlıq təşkilatı 1439-cu ildə Lvovda, II isə 1458-ci ildə Vilnada yaradılmışdır. Bu 
yerlər o zaman Polşa tərəfindən işğal olunmuşdu. Qardaşlıq təşkilatları polyaklara qarşı 
mübarizəyə qalxmış, nəşriyyatlar və məktəblər açmışlar. I qardaşlıq məktəbləri 1586-cı ildə 
Lvovda və Vilnada açılmışdır. Kiyev qardaşlıq məktəbləri açılana qədər bu məktəblər böyük 
rol oynamışlar. Bunlarda da təlim işi yüksək səviyyədə olmuşdur.
1586-cı ildə Lvov qardaşlıq məktəbinin nizamnaməsi tərtib edilmiş, 1592-ci ildə 
Konstantinopol patriarxı təsdiq edilmişdir. Nizamnamə demokratik ruhda olmuşdur. 
Nizamnamədə müəllimə verilən tələblər müəllimin şagirdlərə münasibəti, şagirdin intizam 
məsələləri, daxili iş qaydaları öz əksini tapmışdır. Lvov məktəbinin demokratik səciyyəsi öz 
təsirini Ukrayna və Belorusiya qardaşlıq məktəblərinə də böyük təsir göstərmişdir. Sonralar 
təşkil olunan qardaşlıq məktəbləri Lvov məktəbinin nizamnaməsini özləri üçün nümunə kimi 
qəbul etmişlər. 
1615-ci ildə Kiyevdə də qardaşlıq məktəbi təşkil olunmuşdu. Bu məktəb sonralar Kiyev 
Akademiyasına çevrilmişdilər. Kiyev qardaşlıq məktəbi mədəni-maarif işləri və tədris 
məsələlərini təşkil etmək sahəsindəmüstəsna rol oynamışdır.
Beləliklə, qardaşlıq məktəbləri Ukrayna və Belorusiyanın yerli əhalisi arasında savadın 
yayılması işinə xidmət göstərmişdir. 
Bu məktəblərdə uşaqlar slavyan və yunan dillərində təlim alırdılar. Mühazirələr slavyan 
dilində nəşr olunurdu. XVII əsrin əvvəllərində qardaşlıq məktəblərində sinif-dərs sistemi 
müəyyənləşir. Tədris işinin başlanması və qurtarması, təhsil müddətləri müəyyən olunur. 
Məktəbin idarə olunması demokratik qaydada gedir, yəni məktəb müdiri və müəllimlər 
qardaşlığın ümumi iclasında seçilirlər. 
Rusiyada I ali məktəb 1632-ci ildə təsis edilmiş Kiyev qardaşlıq Akademiyasıdır. 
Burada da slavyan dili hakim yer tuturdu. 1701-ci ildən sonra isə Kiyev-Mogila Akademiyası 


105 
adlandı. Bu akademiya 8 sinifdən ibarət idi. Akademiya rektor, tədris və təsərrüfat üzrə 
müavinləri tərəfindən idarə olunurdu. Aşağı və orta siniflərdə dərs deyən şəxslər – müəllim; 
yuxarı siniflərdə dərs deyənlər – professor; yuxarı siniflərdə oxuyanlar – tələbə; aşağı 
siniflərdə oxuyanlar isə - tələbəliyə hazırlaşanlar adlanırdı. Kiyev qardaşlıq Akademiyasının 
təsiri ilə 1686-cı ildə Moskvada slavyan-yunan-latın akademiyası təşkil edilmişdir.
XVIII əsrdə həmin akademiyanın təhsil kursları bir sıra yeni fənlrlə zəginləşmişdir. 
Rusiyanın Moskva, Xarkov və s. şəhərlərində universitetlərin təşkil edilməsiilə əlaqədar 
olaraq, Kiyev akademiyanın rolu azalır və 1819-cu ildə Kiyev ruhani akademiyasına çevrilir. 
İnqilaba qədərki pedaqogika tarixinə aid ədəbiyyatda belə bir fikir yürüdülürdü ki, guya 
qardaşlıq məktəbi öz təcrübələrini mexaniki surətdə Qərbi Avropa məktəblərindən 
götürmüşdür. Düzdür qardaşlıq məktəbləri Qərb və Şərq məktəbləri ndən bir sıra ünsürləri 
tənqidi olaraq qəbul etmişdi. Qardaşlıq məktəbləri Qərbi Avropanın pedaqoji fikrinə təsir 
etmişdir. Y. A. Komenskinin “Yaxşı təşkil olunmuş məktəbin qanunları” adlı əsəsrində irəli 
sürülən məsələlər hələ 70 il əvvəl təşkil edilmiş, Lvov qardaşlıq məktəbinin nizamnaməsindəki 
məsələlərə uyğun gəlirdi. Alimlərin tədqiqatlarında göstərilir ki, komenski qardaşlıq 
məktəblərinin xadimləri ilə görüşmüş Vilna protestant məktəbləri ikə yazılı əlaqə saxlamışdır. 
Bunlar sübut edir ki, Komenski Ukrayna və Belorusiya qardaşlıq məktəblərinin 
təcrübəsindən xəbərdəar imiş və onlardan geniş istifadə etmişdir. 
XVI-XVII əsrlərdə Qərbi və Cənub qərbi Rusiyada qardaşlıq təşkilatları əmələ 
gəlmişdi. Bunlar Ukrayna və Belirusun polyakalrın polyaklaşdırma və katolikl.dirmə 
siyasətinə qarşı çıxan Ukrayna və Belorusiyanın dini və milli təşkilatları idi. 
Ukrayna və Belorusiyada qardaşlıq məktəbləri XVI əsrin sonu XVII əsrin I yarısında 
yaranmışdı.birinci qardaşlıq məktəbi 1586-cı ildə Lvovda, daha sonra isə Vilanada açılmışdı. 
Lvov qardaşlıq məktəbində 7 sərbəst elm (qramatika, dialektika, ritorika, hesab, həndəsə, 
astronomiya və musiqi) tədris olunurdu. əvvəllər bu məktəblərdə həmin elmlər slavyan və 
yunan dillərində keçirilirdi. Sonradan latın dilinin də tədrisinə icazə verildi. 
1615-ci ildə Kiyevdə qardaşlıq məktəbləri təmkil edilmişdi. Bu məktəb sonra 
kollegiyaya, daha sonra isə Kiyev Akademiyasına çevrildi. 1632-ci ildə təsis edilən Kiyev 
qardaşlıq Akademiyası Rusiyada ilk ali məktəb hesab edilirdi. Bu akademiya 8 sinifdən ibarət 
idi. Bu siniflər 3 dərəcəyə bölünürdü: 1) aşağı – 4 sinif; 2) orta – 2 sinif; 3) yuxarı – 2 sinif. 
Ümumilikdə təlim 12 ilə qədər davam edirdi.


106 
Aşağı (ibtidsi) siniflərdə təlim slavyan, yunan, latın, polyak dillərində aparılır, 
oxu, yazı, qramatika öyrədilir, hesab, musiqi, nəğmə keçirilirdi. Orta siniflərdə poeziya və 
ritorika, yuxarı siniflərdə fəlsəfə və ilahiyyat öyrədilirdi. 
Aşağı və orta siniflərdə dərs deyənlər “müəllim”, yuxarı siniflərdə isə “Professor” 
adlandırılırdılar. Yuxarı siniflərdə oxuyanlara “tələbə”, orta və aşağı siniflərdəkinə isə 
“tələbəliyə hazırlaşanlar” deyirdilər.
Akademiyaya bütün təbəqələrdən olan uşaqlar qəbul olunurdu. Ruhanilər az idi. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin