Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜHAZİRƏ 12 
XIX ƏSRİN II YARISINDA RUSİYADA MƏKTƏB VƏ PEDAQOJİ FİKİR 
 
PLAN: 
1) XIX əsrin 60-cı illərində Rusiyada ictimai-pedaqoji hərəkat və məktəb 
islahatları 
2) N.İ.Piroqovun pedaqoji görüşləri 


107 
3) L.N.Tolstoyun pedaqoji fəaliyyəti və ideyaları 
Ədəbiyyat:
Ə.Seyidov Pedaqogika tarixi. B., 1968 
F.Rüstəmov Ən yeni dövrün pedaqogika tarixi.B., 2005 
F.Rüstəmov Pedaqogika tarixi. B., 2006 
1) XIX əsrin II yarısında Rusiyada kapitalizmin inkişafı, iri şəhərlərin artması və s. texniki və 
mədəni sahədə savadlı işçilərin olmasını tələb edirdi. XIX əsrin 60-cı illərində ictimai həyatın 
təzyiqi nəticəsində II Aleksandr təhsil sistemində islahatlar pöarmaq məcburiyyətində qaldı. 
1864-cü ildə “İbtidai xalq məktəbləri haqqında əsasnamə” və “Gimnaziyaların və 
progimnaziyaların nizamnaməsi” hökümət tərəfindən təsdiq olundu. Ibtidai xalq məktəbləri 
qarşısında xalq içərisində dini və əxlaqi anlayışları möhkəmlətmək və elementar bilikləri 
yaymaq məqsədi qoyuldu. Bütün xalq məktəbləri üçün vahid tədris planı təsdiq olundu. Tədris 
müddəti zemstvo və şəhər məktəblərində 3 il (bəzən 4 il), qalanlarında isə 2 il idi. Ibtidai 
məktəblərdə bütün sosial təbəqənin uşaqları oxuya bilərdi. Bu məktəblərdə ilahiyyat, oxu və 
yazı, hesab, kilsə nəğməsi tədris olunurdu. 
Gimnaziyaların və progimnaziyaların 1864-cü il nizamnaməsi demokratik idi. Bu 
nizamnaməyə görə, orta təhsil verən gimnaziyalara qəbulda silki, milli və dini etiqadla bağlı
məhdudiyyat aradan qaldırıldı.gimnaziyalarda tədris 7 illik idi. 
Klassik gimnaziyalarda tədris 3 il olurdu. Klassik gimnaziyalarla real gimnaziyaların tədris 
planı fərqlənirdi. Real gimnaziyalarda riyaziyyat, fizika, təbiət elmləri , alman və farnsız 
dilləri, ilahiyyat, tarix, coğrafiya və s. tədris olunurdu. 
18630ğü ildə universitetlərin nizamnaməsi təsdiq olundu. Universitetlərə muxtariyyat verildi. 
Ona elmi soveti, rektor, prorektor seçmək, kafedraların sayını artırmaq, professor təyin
etmək və s. hüququ verildi. 
Universitetlərdə 4 fakültə vardı: 1. Tarix-filologiya; 2. Fizika – riyaziyyat; 3. Hüquq; 4. Tibb. 
1866-cı ildə maarif naziri Karakozov öldükdən sonra II Aleksandr onun yerinə qraf 
D.A.Tolstoyu təyin etdi. Yeni nazir təhsil sahəsindəki demokratik-hüquqi normativ aktların 
əksəriyyəti ləğv etdi. “İbtidai xalq məktəbləri haqqında 18740cü il əsasnaməsi” qəbul olundu. 
Ümumi təhsil səviyyəsi çox aşağıvə təhsil müddəti qısa olan kilsə-məhəllə məktəbləri artmağa 
başladı. 
2) Nikolay İvanoviç Piroqov (1810-1881) məşhur rus alimi, cərrah, görkəmli maarif 
xadimi, pedaqoq idi. O hırbi cərrahiyənin əsasını qoyanlardan qoyanlardan idi. 
Piroqovun pedaqoji aləmdə tanınmasında “Морской сборник” jurnalında nəşr etdiyi 
“Həyat məsələləri” adlı məqaləsi mühüm rol oynamışdır. Bu məqalə digər mətbuat 
orqanlarında dəfələrlə çap olunmuşdur. Uşinski söyləyirdi ki, bu məqalə mürgüləməkdəolan 
edaqoji fikri oyatdı. O, bu məqalədə dövrünün tərbiyə məsələlərinə, onun vəzifəsinə, 


108 
xarakterinə, roluna əhəmiyyətinə öz münasibətini daha aydın ifadə etmişdir. Onun fikrincə 
tərbiyənin düzgün qurulması üçün cəmiyyət bütün səylərini birləşdirməlidir. 
Piroqov ixtisas təhsilinin əhəmiyyətini inkar etməyərək ümumi təhsili ön plana 
çəkirdi. O, uşaqlarda səmimilik və doğruçuluq tərbiyə etməyi lazım bilmiş, təlim fənnlərini 
bunun üçün ən gözəl vasitə hesab etmişdir. O, erkən ixtisaslaşmanın əleyhinə çıxaraq ibtidai 
təhsilin ümumi, icbari və pulsuz olmasının tərəfdarı idi. O, məktəb sisteminin də lahiyyəsini 
işləyib hazırlamışdır. Din, oxu, yazı, hesab öyradilən 2 illik bitidai məktəb ümumi xarakterli 
olmalı idi. Ibtidai məktəbin bazası əsasında orta təhsil (klassik və real gimnaziyalar) nəzərdə 
tutulurdu. Onların hər biri tədris müddəti 4 il olan klassik və real gimnaziyalara bölünürdü. 
Piroqovun fikrincə, klassik gimnaziyalar gəncləri universitetə hazırlamalı idi. 
Piroqovun pedaqoju fukurləri içərisində təlim metodları mühüm yer tutur. O, deyirdi 
ki, uşaqların təlimində mühüm məsələ nəyi öyrətmək deyil, verilən biliyi necə öyrətməkdir. 
Piroqov uşaqlara fiziki cəzanın tətbiq olunmasının əleyhinə idi. Onun “Uşaqları 
döymək və həm də başqa uşaqların qarşısında döymık olarmı?” adlı məqaləsi bu problemə həsr 
olunub. O, yazırdı ki, fiziki cəza lüzumsuz, zərərli və əxlaqa zidd olan bir tədbirdir. Onun 
fikrincə cəza insanı tərbiyə etmir, o daxili eyiblərin üstünü örtərək, eyibləri daha da 
dərinləşdirir. 
Piroqov əzlaq tərbiyasində də töhmət, məzəmmət, tərif, mükafat, inandırma və 
nümunədən düzgün istifadə etməyi tələb edirdi. O, məktəblərdə imtahanları və 
qiymətləndirməni də ləğv etməyi tələb edirdi. Düşünürdü ki, imtahan şagirdlərdə elm üçün 
deyil, qiymət almaq üçün olan zararli meyllər yaradır. 
Piroqovu fikirlərində ali məktəb xüsusi yer tuturdu. O, bu məsələyə “Biz nə arzu 
edirik”, “Universitetlərin ümumi nizamnaməsinə baxış”, “Universitet məqalələri” və s. aklı 
məqalələrini həsr etmişdi. Piroqov ali məktiblərdə təlim metodlarını təkmilləşdirməyi və 
universitetə qəbul imtahanalrını ləğv etməyi tələb edirdi. O, təklif edirdi ki, məktəblərin 
buraxılış imtahanları ilə unversitetlərə qəbul imtahanları birləşdirilməlidir. 
3)XIX əsrin II yarısında Rusiyada pedaqoji fikrin inkişafında mühüm rol 
oynayanlardan biri də qraf Lev Nikolayeviç Tolstoy (1828-1910) olmuşdur. O, qərbi Avropa 
ölkələrindəki məktəblərdə olarkən onların iş sistemi ilə yaxından tanış olmuşdur. Bu 
məktəblərin tədris planı onu qane etməmişdir.
Tolstoyun pedaqoji elmin vəzifəsi və onun əsas istiqamətləri ilə bağlı fikirləri çox 
mraqlıdır. Ona görə, pedaqogika elmi insanın inkişafında mühüm rol oynayan təsirləri 0 ətraf 
mühit, insanların şüurlu və şüursuz təsirini hərtərəfli öyrənməlidir. O dövrdə pedaqogika 
yalnız mütəşəkkil tərbiyə prossini – məktəbdə həyata keçirilən məqsədyönlü təsiri öyrənməklə 
kfayətlənirdi. L.N.Tolstoy isə şəxsiyyətin inkişafı ilə bağlı tam təsəvvür əldə etmək üçün ona 
təsir göstərən bütün amilləri öyrənməyi vacib sayırdı. Çünki insanın inkişafı yalnız məktəbdə 
deyil, o, həm də ətraf mühit, ictimai quruluş, əmək və s. ilə də şərtlənir. Insanı tərbiyə edərkən 
bütün bu şərtlər nəzərə alınmalıdır. 


109 
Tolstoy pedaqogika tarixi ilə bağlı dəyərli fikirlərin müəllifidir. O, deyirdi ki, 
pedaqogika tarixi yalnız pedaqoji fikirləri öyranmaklə kifayətlənməməmlidir.pedaqogika 
tarixi həm də gənc nəslin təşəkkül tapdığı təlim-tərbiyə müəssisələrinin tiplərini 
öyrənməlidir.pedaqoji və metodik məsələlərin öyrənilməsi üçün Tolstoy pedaqoji 
eksperimentlərə xüsusi əhəmiyyət vermişdir. Yenilikçi pedaqoq kimi o, Yasnaya Polyana 
məktəbində təlim-tərbiyə ilə bağlı müxtəlif təcrüblələr və tədqiqatlər aparmışdır. 
Yasnaya Pilyana məktəbinin təcrübəsinə əsaslanaraq Tolstoy hesab edirdi ki, 
pedaqoji prosesin əsasında şagirdlərin tam azadlığı durur.o, məktəbin zorla açılmasını 
qanunsuzluq, ədalətszilik hesab edirdi. Onun fikrincə xalq özü üçün əhəmiyytəli hesab etdiyi 
məktəb tipini seçməlidir. Tolstoyun Yasnaya Pilyanada (1859-1862) təşkil etdiyi məktəbdə 
şagirdlərə ibtidai təhsillə yanaşı həm də təbiətşünaslıq, coğrafiya və tarixdən də məlumat 
verilirdi. O, şagirdlərin azadlığını pedaqoji prosesin əsasına qoyurdu. Bu məktəbdə şagirdlərə 
heç bir güc tətbiq olunmurdu, ev tapşırığı verilmirdi, dərs cədvəlinə riayət olunmurdu,şagirdlər 
dərsə gəlməkdə sərbəst idilər, tədris planı şagirdlərin istəyinə görə tərtib olunurdu.dərslər səhər 
və axşam keçirilirdi, 7-8 saat davam edirdi. Bütün bunlara baxmayaraq bu maktəbdə gözəl 
nəticələr əldə olunurdu. Şagəirdlər 3 aya oxumağı öyrənirdilər. 
Tolstoyun dünyagörüşündə din mühüm yer tuturdu. O, dini təlim-tərbiyənin əsasına 
qoymaqla , şagirdlərdə möhkəm iradə və xarakterin yaranmasında, zxlaqi keyfiyyətlərin 
formalaşmasında ona xüsusi yer ayirırdı. 
Tolstoyun pedaqoji irsində təlim məsələləri də mühüm yer tutur.onun fikrincə, təlim 
uşaqların bütün qabiliyyətlərini üzə çəxarmalı, verilən bilik və vərdişləri fəal, şüurlu və 
yaradıcı surətdə mənimsənilməsini təmin etməlidir. 
Tolstoyun əsərləri içərisində “Əlifba” (1872) kitabını özü üçün böyük abidə hesab 
etmişdir. Bu kitab uşaqların yaş və bilik səviyyəsinə uyğun idi. Kitabdakı səmimilik, bədiilik, 
dil gözəlliyi uşaqları özünə cəlb edir və onlarda qiraətə böyük həvəs oyadırdı. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin