Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
muhazire

Praqmatik pedaqogika praqmatzmə əsaslanan pedaqoji cərəyandır (praqmatizm yunanca 
praqma – “”, “hərəkət” deməkdir). Praqmatizm pedaqogikasına görə, elmin və tərbiyənin 


98 
əsasını uşağın daxili səbəblərdən törəyən , öz-özünə əmələ gələn maraq və tələbatları 
təşkil edir. Uşaqlar yaradıcılıqlarını özləri planlaşdırmalı, müəllim isə onlara yalnız 
köməkçi olmalıdır (Dyu və Kilpatrik). 
Amerikada yeni pedaqoji nəzəriyəni inkişaf etdirən pedaqoqlardan biri də Jon Dyuidir 
(1859-1952). O, Amerikada orijinal pedaqogikanın banisi sayılır. Tərbiyənin fəlsəfəsini 
yaratmaqla o, nəinki Amerikada, ümumiyyətlə, Avropada pedaqoji yaradıcılığın inkişafına 
böyük təsir göstərir. Dyui pedaqogika, psixologiya, məntiq, etika və qneseologiyaya dair 
sanballı əsərlərin də müəllifidir. 
Dyuiyə görə, tərbiyə irsiyyətlə əsaslanmalı, uşağın marağını və əməli təcrübəsini çıxış 
nöqtəsi kimi götürməlidir. Hər şey günəş ətrafında hərəkət etdiyi kimi, bütün pedaqoji 
proses də uşağın ətrafında inkişaf edir. O, tərbiyə prosesində uşağın təbii inkişafını nəzərə 
almağı təklif edirdi. Dyuinin fikrincə məktəb mütəşəkkil mühitdir, həyatın özüdür. O, 
məktəblə həyat arasındakı sərhəddi tamam silirdi.Dyuinin fikrincə məntiqli, sabit dərs 
cədvəli, sinif otaqları olmamalıdır. Şagirdlərə yalnız həyatda tətbiqi mümkün olan bilik və 
bacaqrıqlar öyrədilməlidir. 
K.Marks və F.Engels şəxsiyyətin hərtərəfli və harmonik inikşafı haqqında. 
Karl Marks (1919-1883) və Fridrix Engelsin (1820-1885) ideyaları almaniyada XIX əsrin 40-
cı illərinin II yarısında yayılmağa başlamışdır. Onlar yeni fəlsəfi təlim – sinfi mübarizə və 
yeni cəmiyyətin yaradıcıları kimi proletariatın ümumdünya tarixi rolukonsepsiy asını irəli 
sürmüşdür.
Hər şeyə sinfi mübarizə nöqteyi-nəzərindən yanaşan K.Marks və F.Engels XIX əsrin sosial 
utopik ideyalarına yeni prizmadan baxmağa başlayaraq şəxsiyyətin formalaşmasında və 
ümumiyyətlə, insanın inkişafında tərbiyənin roluna dair öz baxışlarını əsaslandırırlar.
Marksistlər insan şəxsiyyətinin təşəkkülü və onun inkişafında t ərbiyənin rolu məsələsini
prinsip etibarı ilə yeni bir şəkildə həll etdilər.maarifçilərin və sosial utopistlərin «insan 
tərbiynəin, mühitin, şəraitin məhsuludur» - tezisini inkar etdilər. Onların fikrincə, şəraitin və 
insan qabiliyyətlərinin dəyişməsinin üst-üstə düşməsi yalnız inqilabi praktika kimi düzgün 
şəkildə başa düşülməlidir. Onlar deyirdilər ki, tərbiyəni müəyyən dövrdə hakim olan ictimai 
münasibətlər şərtləndirir, tərbiyə cəmiyyətin maddi həyat şəraitindən asılıdır. Onlar tərbiynəin 
ictiimai münasibətinə daha çox diqqət yetirdiklərindən, t ərbiyəni əbədi və dəyişməz 
kateqoriya hesab edənləri əsassız olaraq tənqid edirdilər.
K. Marks bəşəriyyətin gələcəyinin bütünlüklə gənc fəhlə nəslinin tərbiyəsindən asılı 
olduğunu bildirərək, onların inqilabi nəzəriyyə ilə silahlandırılmasına böyük əhəmiyyət 
verirdi. Tərbiyənin ümuminsani vəzifələrinə, mütləq dəyərlərinə əhəmiyyət vperməyən 
k.Marks və F.Engels tərbiyənin sinfi xarakterini irəli sürdülər, ona sinfi hökmranlığın 
möhkəmlənməsi kimi baxdılar. Proletariat qarşısında tərbiyəni hakim sinfin əlindən almaq 
vəzifəsini qoydular.


99 
K.Marks və F.Engels XIX əsrin sosiald utopistlərinin şəxsiyyətin harmonik inkişafı, fərdi 
qabiliyyətlərinin hərtərəfli inkişafı aşkara çıarılması ilə bağlı humanist ideyalarını inkar 
etmirdilər. Sadəcə onlar bu insani vəzifəni həyata keçirmək üçün inqilabi sinfi mübarizənin 
əsas vasitə hesab edirdilər. Onlar deyirdilər ki, zor (inqilab) təkcə hakim sinfi devirmə aləti 
deyil, həm də köhnə eybəcərlikləri atmaq və yeni cəmiyyət qurmaq üçün lazımdır.
K.Marks və F.Engels şəxsiyyətin hərtərəfli inkişafında tərbiyəni əsas vasitə sayırdılar. Bu da 
onların elmə münasibətlərindən irəli gəlirdi. Həmin dövrdə elm məhsuldar qüvvəyə 
çevrilməkdə idi. Ona gbrə də məktəb həyata hazırladığı yeniyetmələrə zəruri bilik və bacarıq 
verməli idi. Onlar real biliklərin öyrənilməsini vacib hesab edirdilər. F.engels deyirdi ki, yeni 
dünyagörüşü məhz real elmdə özünün təsdiqini tapmalıdır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin