Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

Mühazirə 14 
SOVET DÖVRÜNDƏ MƏKTƏB VƏPEDAQOGİKA. 
A.S.MAKARENKONUN VƏ S.T.ŞATSİNİN PEDAQOJİ İDEYALARI. 
 
Plan: 
1) Sovet dövründə məktəb və pedaqogika (1917-1992) 
2) Anton Semyonoviç Makarenkonun pedaqoji fəaliyyəti 
3) Stanislav Teofiloviç Şatskinin pedaqoji ideyaları. 
Ədəbiyyat:
Ə.Seyidov Pedaqogika tarixi. B., 1968 


110 
F.Rüstəmov Ən yeni dövrün pedaqogika tarixi.B., 2005 
F.Rüstəmov Pedaqogika tarixi. B., 2006 
1) 
1917-ci il oktyabr ayında Rusiyada Bolşeviklərin hakimiyyətə gəlməsi ilə bütün 
sahələrdə olduğu kimi təhsil sahəsində də bir çox dəyişikliklər baş verdi. Bol.eviklər 
məktəbdən öz hakimiyyətləri üçün alət kimi istifadə edirdilər. Məktəbin idarə olunması 
fəhlə-əsgər-kənd deputatları sovetinə həvalə olunurdu. 
Bir çox müəllimlər bolşeviklərin irəli sürdükləri siyasətlə razılaşmış, kommunistləri 
terrorda və demokratiyanı boğmaqda ittiham edirdilər. 1917-ci ilin dekabrından 1918-ci ilin 
martına kimi müəlliçlərin kütləvi tətili keçirildi. Tətil iştirakçıları təhsil problemlərinin
demokratik yolla həllini tələb edirdilər. Yeni hökümət onların tələblərinə məhəl 
qoymayaraq 
Ümumrusiya müəllimlər İttifaqını ləğv edərək Beynəlmiləlçi 
müəllimlərİttifaqını yaratdı. 
1918-ci il yanvarın 21-də kilsəni dövlətdın, məktəbi kilsədən ayıran dekret verildi.
Bununla da dinin tədrisinə qadağa qoyuldu. Məktəblərdə dini ideologiyanın yerinə komunist 
ideologiyası təbliğ olundu.
1920-ci ilin dekabrın 310dən 1921-ci ilin yanvarın 4-ə kimi Xalq Maarifi üzrə partiya 
müşavirəsi keçirildi. Müşavirənin qərarına uyğun olaraq sovet məktəbi 7 illik oldu. Bu 
məktəb təhsil müddəti 3-4 il olan texnikumlar və digər sənət məktəbləri üçün baza rolu 
oynamalı idi. 1921-ci ildən fabrik-zavod şagirdliyi (FZŞ) məktəbləri yarandı. Əvvəllər 
ibtidai məktəblər üzərində qurulan FZŞ məjtəbi, sonradan 7 illik ümumi təhsil məktəbinə 
çevrildi. 1923-cü ildən kəndlərdə təhsil müddəti 3 il olan yeni tipli məktəb – kəndli gənclər 
məktəbi (KGM) yarandı. 1930-ci ildən ölkədə icbari ibtidai 4 illik təhsil həyata keçirilməyə 
başladı. 
1920-ci il 28 aprel tarixində XI Qızıl Ordunun köməyi ilə Bolşeviklər Azərbaycanda 
milli höküməti devirdilər. Hakimiyyət komunistlərin əlinə keçdi. 
1920-ci il mayın 12-də “Köhnə və orta ibtidai məktəb tiplərinin pilitexnik məktəbləri ilə 
əvəz etmək haqqında” hökümət dekreti eln olundu. Mayın 26-da isə “Azərbaycan Sovet 
Sosialist Respublikası vahid əmək məktəblərinin əsasnaməsi” qəbul olundu. Bunun əsasında 
məktəblərdə təlim ana dilində və pulsuz aparılırdı. Məktəblərin qapıları zəhmətkeş və fəhlə 
uşaqlarının üzünə açıldı. 
Kütləvi məıktəblər 2 tipə ayrıldı: 
I dərəcəli məktəblər (5 illik) 8-13 yaş; 
II dərəcəli məktəblər (4 illik) 13-17 yaş. 
1922-ci ildən I və II dərəcəli məktəblər üçün yeni əsasnamə təsdiq olundu. əsasnaməyə 
görə kand yerlərində 3 illik ibtidai məktəblərin açılmasına icazə verildi. Sonraki illərdə 
Azərbaycanda yeni məktəb tipləri yarandı. 
I tip məktəblər. Ümumtəhsil məktəbləri: 
I dərəcəli məktəblər, II dədəcəli məkətəblər, 7 illik məktəblər, 9 illik məktəblər, fəhlə 
fakültələri. 


111 
II tip məktəblər: ümumtəhsillə bərabər əmək sahəsi üçün kadr hazırlayan
məkətəblər, fabrik-zavod şagirdliyi məktəbləri. 
III tip məktəblər: orta və ali ixtisas məktəbləri. Texnikumlar və ali məktəblər. 
1934-cü ildən “İbtidai və orta məktəblərin quruluşu haqqında” qəbul olunmuş qərara 
görə məktəb sistemi aşağıdakı kimi formalaşdırıldı: 
1) Ibtidai məktəb (1-4 siniflər)
2) Natamam orta məktəb (1-7 sinif) 
3) Tam orta məktəb (1-10 sinif) 
Bu dövrdə pedaqoji kadrların hazırlanması üçün bir çox pedaqoji institutlar da açıldı. 
1921-ci ildə Azərbaycan Pedaqoji İnstitutu açıldı. 
2) 
Sovet məktəb və pedaqogikasının inkişafında Anton Semyonoviç Makarenkonun 
(1888-1939) böyük rolu olmuşdur. O, uzun illər qanun pozan uşaqlar və yenuyetmələr 
kaloniyasında müdir vəzifəsində işləmişdir.
Makarenko pedaqoji aləmdə “Pedaqoji poema” (1933-1937), “Valideynlər üçün 
kitab” (1937), “Qüllələr üzərində bayraqlar” kimi əsəsrlərin müəllifidir.
Makarenkonun pedaqoji sisteminin əsas tələbi kollektivdə, kollektiv vasitəsilə
kollektiv üçün tərbiyə prinsipidir. O, deyirdi ki, bizim tərbiyənin əsas vəzifəsi kollektivi 
ilk öncə təşkil və tərbiyə etməkdir. Kollektiv adamların təsadüfi toplanışı deyil, ümumi 
məqsədə çatmaq üçün müəyyən səlahiyyət, məsuliyyət hiss edən adamların birliyidir.
Makarenkonun tərbiyə prinsipində “paralel təsir” prinsipi mühüm yer tutur. Bu 
prinsipinə görə, kollektiv üzvünə şəxsən təsir etməkdən başqa, bir də kollektiv vasitəsilə 
təsir edilməlidir. Onun tərbiyə sistemində əsas məsələlərən biri də hmanizmdir, insanlara 
qayğıdır.
Makarenko insanın tərbiyə və yenidən tərbiyə edilməsində əməyin rolunu yüksək 
qiymətləndirirdi. O, deyirdi ki, intizam tərbiyənin ancaq vasitəsi deuil, həmdə tərbiyənin 
nəticəsidir. Makarenko düşünürdü ki, günahkar və intizamsız insanları cəzasız buraxma 
qolmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza sistemsiz, mənəvi cəhətdən 
təhrikedici və tələsik olmamalıdır.
Makarenko intizam tərbiyəsində cəzalandırma ilə yanaşı rəğbətləndirmənin də böyük 
əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır. O, rəğbatləndirməyə müəllimin tərifini, 
yoldaşların ehtiramını, əmrlə təşəkkür verməyi, uşaqlara məsul işlər tapşırmağı aid edirdi. 
Makarenkonun fikrincə,prosesində insanlar möhkəm kollektivdə birləşir və yoldaş 
olurlar, kollektiv əmək zəminində həqiqi dostluq və insanpərvərlik hissi inkişaf edir. 
“Əməkdə tərbiyə” adlı mühazirəsində Makarenko deyirdi ki, düzgün tərbiyəni əmək 
tərbiyəsi olmadan təsəver etmək mümkün deyildir. 


112 
O, uşağın ailədəki əmək tərbiyəsi haqqında da bir sıra qiymətli göstərişlər 
vermişdir. Onun fikrincə, ailədə uşağın əmək fəaliyyəti oyundan başlamalıdır. Yaş artdıqca 
uşağa verilən əmək tapşırıqları mürəkkəbləşdirilməlidir. 
Insanın ailədəki əmək hazırlığı onun gələcək ixtisas alması üçün ciddi əhəmiyyətə 
malikdir. Makarenko məktəb əməyi ilə ailədəki əməə tapşırıqlarının uyğunlaşdırılmasını 
tələb edirdi.
Makarenko uşaqların ailə tərbiyəsi ilə ciddi maraqlanmış, onu hərtərəfli işıqlandırmış 
və bir çox yeni orijinal fikirlər söyləmişdir. 
O yazdığı “Valideynlər üçün kitab” adlı pedaqoji əsəri məhz ailədə uşaqların 
tərbiyəsinə həsr olunmuşdur. 
Makarenko uşaqların ailədə tərbiyəsini ətraflı işıqlandıran 4 cilddən ibarət yazmağı 
nəzərdə tutmuşdu. “Valideynlər üçün kitab” həmin əsərin I cildi idi. Bu kitabda ailə 
quruluşunun tərbiyəsi, təsiri, ata-ana arasındakı, həmçinin valideynlərlə uşaqlar arasındakı 
münasibət və s. kimi məsələlər izah edilir.
Makarenko uşağın ailə tərbiyəsi haqqında radio ilə 1937-ci ildə 7mühazirə 
oxumuşdu. Bunlar “Uşaqlarn ailədə tərbiyəsi haqqında mühazirələr” başlığı ilə sonradan 1 
kitab şəklində çap olunmuşdur.


113 
N.Gəncəvinin və M.Fizulinin əsərlərində tərbiyə və təlim məsələləri 
Nizaminin əsərlərində antik dövrün filosofu Aristotelin bölgüsü ilə səsləşən fikirlər 
də diqqəti cəlb edir. Bunu oğlu Məhəmmədə yazdığı nəsihətlərdən aydın görürük. Birinci 
nəsihət yazılanda oğlu Məhəmmədin 7 yaşı, ikinci nəsihət yazılanda 58 14 yaşı, üçüncü nəsihət 
yazılanda 21 yaşı vardı. Hər yaş bölgüsündə o, oğluna yaşa uyğun işlər görməyi məsləhət 
görürdü. Nizami təlimə 7 yaşdan başlamağı tövsiyə edir. Bu yaşda uşağa əslinə görə hörmət 
edirlər. 7 yaşına qədər uşaqların qayğısına qalmağı, onlarda gözəl keyfiyyətlər tərbiyə etməyi 
zəruri sayırdı. Erkən yaşdan uşağı elə böyütmək lazımdır ki, atasına layiq övlaq olsun: 
Uşaqkən əslini sorsalar bir az Ağac bar verəndə cinsi sorulmaz. 7 yaşlı balam, gözümün nuru, 
Ey dilim əzbəri, qəlbim qüruru. Bu Hilal dövründə gəl eyləmə qəm. Bədr olan zamanda gözəl 
Hilalın, Göyə nur saçacaq sənin kamalın. Biliyə raqib ol, dünyanı qazan. Vaxtı boş keçirmə, 
qələm al ələ, Elə namuslu ol, desin hər görən, Ağıllı oğluna Nizami əhsən. Deyən Nizami 
oğlunun gələcəyinə böyük ümid bəsləyir. Ikinci nəsihətində, insanın elmlə ucaldığına işarə 
edir: Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat. Üçüncü nəsihətində 
oğlunun əxlaqı məsələlərinə diqqət yetirir. Oğlundan xalqa fayda verməyi, əsl kişi olmağı, 
yaxşı dost tapmağı məsləhət görür: Bir dostun olsa da eyibli əgər, Yüzünün adına ləkə gətirər. 
Hünər ardınca qaç, xalqa hünər saç, Qapılar bağlama, ər ol, qapı aç. Hər kim öyrənməyi 
bilməyirsə ar, Sudan dürr, daşdan gövhər çıxarar. Artıq 5 yaş olanda uşaq hər şeyi dərk edir, 
yaxşını pisdən seçir. Gördüyü hər şeydən ibrət götürür. 6 yaşda ətrafı dərk edir. 7 yaşa çatanda 
ona müəllim tuturlar ki, ona dərs desin. Lakin 9 yaşa kimi oynamaq olar. Bundan sonra ciddi 
iş başlayır. 59 Nizami elmə, biliyə yüksək qiymət verir. Insan elmlə ucalır. Sən çalış yaxşıca 
öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı deyəndə, dünyəvi fənlərin öyrənilməsini nəzərdə 
tutur. O, insanı yer üzünün əşrəfi hesab edirmiş. Bu əşrəfin yetişməsində irsiyyətlə yanaşı 
ictimai mühitin, tərbiyənin rolunu yüksək qiymətləndirmişdi. Şahana tərbiyə, hünər, nəzakət, 
Ağıla nur verər, ürəyə qüvvət. Gəncləri ata şöhrətinə arxalanmamağa, zəhmət çəkməyə, elm 
öyrənməyə, əməklə məşğul olmağa çağırır. Ata müəyyən vaxta qədər övladına kömək edə 
bilər. 
Böyük Az
ərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yüksək əməllər, nəcib hisslər 
t
ərənnüm edən ölməz söz ustasıdır. O,elə bir sənət xəzinəsi yaratmışdır ki,bu 
x
əzinənin misilsiz söz inciləri əsrlərin imtahanlarından müvəffəqiyyətlə 
çıxmış,zəmanəmizə qədər gəlib çatmışdır. 
Bu nadir s
ənət nümunələri bütün yer üzünü dolaşır,milyonlarla insanlara mənəvi 
qüvv
ət verir,onların nəcib əməllər uğrunda mübarizəyə ruhlandırır. 
Nizami irsinin dövrümüz üçün böyük 
əhəmiyyəti vardır. Belə ki, şairin əsərləri təlim-
t
ərbiyəyə 
dair 
z
əngin 
f
ıkirlərlə 
doludur. 
Bu 
əsərlərdə 
v
ətənpərvərlik, 
insanp
ərvərlik,xalq mənafeyini hər şeydən üstün tutmaq, mərdlik, qəhramanlıq, 
dostluq, s
ədaqət kimi nəcib əxlaqı sifətləri qiymətləndirmişdir. Nizami böyük bir 
müt
əfəkkir kimi, öz əsərlərində tez-tez xalqa, hökmdarlara, yaşlı və gənc nəslə öz 
n
əsihətləri ilə müraciət etmiş, onlara düzgün yollar göstərməyə çalışmışdır. Nizami 
bütün bu müraci
ət və tələbləri ilə xalqın həyatını yaxşılaşdırmağa cəhd etmişdir. Xalq 


114 
h
əyatı, xalq yaradıcılığı Nizaminin ilham mənbəyi olmuşdur. Xalqın arzu və 
ist
əklərini tərənnüm edən Nizami təlim-tərbiyyə haqqında da bir sıra qiymətli fıkirlər 
ir
əli sürmüşdür. 
Nizami 
əqli təhsilə böyük əhəmiyyət vermişdi. Onun fıkrincə ağıl insanı heyvanlardan 
f
ərqləndirən əsas əlamətdir. O, ağılı var-dövlətdən üstün tutur və xalqa müraciətlə 
deyir; «Var yoxunu bel
ə, ağıla bəxş elə «Nizami ağılı yalnız şəxsi həyatda deyil, 
ictimai-siyasi h
əyatda da rəhbər tutmağı adamlara məsləhət görür. O, cəhalətin, 
nadanl
ığın barışmaz düşməni olmuş və yaşından asılı olmayaraq hamını bilik almağa, 
elm öyr
ənməyə çağırmışdır. Nizamiyə görə fitrən kəskin ağıla malik olmaq, təlim 
almaqdan yaxa qurtarmaq üçün adama 
əsas vermir. 
T
əlim almaq biliklərə yiyələnmək nəinki adamın ağlını zənginləşdirir, həm də əxlaqi 
c
əhətdən onu yüksəldir. Adətən Nizami əxlaqlı adamı kamil hesab edir; qəddar, 
şərəfsiz, vicdansız olanları isə cahil, mədəniyyətsiz adam hesab edir. 
Qeyd etm
ək lazımdır ki, Nizaminin tərafdar olduğu təhsilin məzmununda dünyəvilik 
çox qüvv
ətlidir. Nizaminin qəhramanları İsgəndər, Bəhram Gur, Xosrov birinci 
növb
ədə elmi, təbiət elmlərini, dilləri və ictimai elmləri öyrənmək işi ilə məşğul olurlar. 
Nizami t
əlim üsullarına da toxunmuş və bu sahədə bəzi qiymətli fıkirlər söyləmişdir. 
O, t
əlimin ciddi əmək tələb edən bir iş olduğunu göstərir və şagirdlərin elmləri səylə 
m
ənimsəməsini istəyirdi. Nizami hər bir işin yüksək keyfiyyətdə ıcra olunmasını, 
s
ənətə əsaslı yiyələnməyi tələb edirdi. O, deyirdi: 
Kamil bir palan
çı olsa da insan, 
Yax
şıdır yarımçıq papaqçılıqdan. 
Nizami dövrünün adamlar
ında müşahidə etdiyi yüksək, nəcib sifətləri tərif etmiş
alçaq, iyr
ənc mənəvi keyfıyyətləri isə pisləmişdir. 
Nizaminin 
əxlaqi görüşlərində xeyirxahlıq ideyası olduqca mühüm yer tutur. O, 
dünyada ya
şamağın əsas məqsədini xeyirxah işlər görməkdə, başqalarına yaxşılıq 
etm
əkdə görürdü. 
Nizaminin xeyirxahl
ıq haqqında söylədiyi fıkirlər onun vətənpərvərlik ideyaları ilə sıx 
əlaqədardır; o, öz xalqını seçmiş, onun adını ucaltmağa çalışmış və başqa xalqlara 
da hörm
ətlə yanaşmışdır. 
Nizami bütün 
əsərlərində ehtiras düşkünlərini, tamahkarları, acgözləri kəskin tənqid 
etmi
şdir. O, insan əməyinə böyük qiymət verir, onun tərbiyəedici qüvvəsinə möhkəm 
inam b
əsləyirdi. Həyatın mənasını yaradıcı əməkdə görən Nizami, hamının işləməsini 
laz
ım bilirdi. O,»bir insan da əliboş gəzməməlidir»-deyə xalqa xitab edir. O, insanın 
bütün 
çətinliklərə çarə tapmağa qadir olduğunu qeyd edir və gənc nəsli çətinliklərdən 
qorxmama
ğa çağırırdı. 
Nizaminin 
əxlaqi görüşlərində dostluq və yoldaşlıq məsələsi müəyyən yer tutur. 
Nizami öz 
əsərlərində dostun və yoldaşın mənfı və müsbət sifətlərindən bəhs edir və 


115 
dost secm
əkdə ehtiyatlı olmağı məsləhət görür. O, öz oğlunun şəxsində gənc nəslə 
müraci
ət edir və doğruçu, təvazökar, sadə, ədəbli olmağı ona məsləhət görürdü. 
Nizami f
ıkir mübadiləsində adamların təmkinli və mərifətli olmalarını tələb edirdi. 
Nizaminin əsərlərində nəcib əxlaqi xüsusiyyətlərin tərbiyəsinə dair bəzi göstərişlərə 
də təsadüf edilir. Onun fıkirinə görə əxlaq tərbiyəsində nümunə və nəsihətlərin böyük 
əhəmiyyəti vardır. Nizami, uşağın tərbiyəsində mühitin düzgün təşkilinə yüksək qiymət 
vermiş və bu sahədə məktəbin müəyyən rol oynadığını görmüşdür. O, çətinliklərlə 
mübarizədə səbrli olmağı, dönmədən məqsədə doğru getməyi məsləhət görür. Onun 
bu məsləhətlərində yüksək optimizm, insanın qüvvə və qüdrətinə böyük inam hiss 
edilir. 
Nizami, m
üəllim haqqında da bir sıra diqqətə layiq fıkirlər söyləmişdir. O, təlim və 
tərbiyəni həyata keçirən müəllim və tərbiyəçilərin roluna yüksək qiymət vermişdir. 
Onun fıkrinə görə müəllim zəngin biliyə və nəcib əxlaqi sifətlərə malik olmalıdır. Nizami 
deyir k
i, müəllimin əsas vəzifəsi şagirdlərə elm öyrətməkdən və bu yolda ciddi səy 
göstərməkdən ibarətdir. 
Böyük şairin təlim və tərbiyə haqqındakı müdrik fıkirləri, ondan sonra gələn 
Azərbaycan yazıçı və mütəfəkkirlərinə böyük təsir göstərmişdir. Onun ideyalarının 
parlaq şüaları əsrlərə işıq saçaraq, dövrümüzə qədər gəlib çatmışdır. 
Azərbaycan xalqının görkəmli oğlu Məhəmməd Füzulinin (1498-1556) də 
əsərlərində təlim-tərbiyə məsələləri öz ifadəsini geniş təzahür edir. Füzulinin zəngin və 
qiymətli əsərləri insanı yoldaşlığı, yaxşılıq və pisliyi, ədalət və ədalətsizliyi, haqq və haqsızlığı 
dərindən duymağa, hiss etməyə, düşünməyə yönəldir. Onları oxuduqca insan düşüncəsi və 
hissləri nəcib, yüksək bir istiqamət alır. M.Füzuli bildirir ki, elm, hikmət, şərəf, qüvvət – 
hamısı insana cəm halında verilmir. Bu keyfiyyətlər insana ardıcıl, sistemli və inadla 
aşılanmalıdır, yəni insan 67 tərbiyə olunmalıdır. O, tərbiyənin ecazkar qüvvəsini, onun böyük 
rolunu xüsusi olaraq göstərir. Insanın tərbiyəsində təlim, elm böyük rol oynayır. Tərbiyə 
düzgün verildikdə insanı kamil edir, onu həqiqi insan mövqeyinə qaldırır. Buna görə də insana 
təhsil vermək, onun əqlini inkişaf etdirmək lazımdır. Tərbiyəçi insan qəlbini dərindən hiss 
etməli, onun qəlbinin gizli sirlərini duymalı, bütün elmlərdən və sənətlərdən xəbərdar olmalıdır 
ki, onun dükanına gələn müştərilər orada hər şey tapsınlar, yəni onun təlim-tərbiyəsinə möhtac 
olanlar, ona müəyyən süallarla müraciət edənlər ondan razı qalsınlar (45, səh.45-50). Füzuli 
yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Humanizm, vətənpərvərlik, xəlqilik, 
nikbinlik, əməyə və əmək adamlarına dərin məhəbbət, Füzuli yaradıcılığının, eləcə də onun 
tərbiyə haqqında fikirlərinin metodoloji əsasını təşkil edir. Onun tərbiyənin məqsədi 
haqqındakı fikirlərini belə xülasə etmək olar: tərbiyənin məqsədi elmli, pak, əxlaqlı, zəngin 
mənəvi həyata malik, insan həyatını dərin hiss edən, şəxsi mənafeyini xalqın mənafeyi ilə, 
sözünü, fikrini işlə bağlamağı bacarmaq, sözündə, əhdində vəfalı, sədaqətli və səmimi bir insan 
yetişdirməkdir. Təbiət aləminə arası kəsilməyən yağışların köməyilə biyabanlar, çöllər bağ-
bostana çevrilir, ruzigarın uzun müddətli təsirləri nəticəsində daş rəngini dəyişdirib ləl olur, su 
qiymətli incilərə çevrilə bilir, zərrələrin günəşlə birləşməsi ona parlaqlıq verir, arası 


116 
kəsilməyən damcılardan dərya əmələ gəlir. Füzuli bununla da, insan da insana düzgün 
münasibət göstərərsə, onu lütf ilə, nəvaziş ilə tərbiyə etsə, ondan yüksək mənada insan 
olacağını göstərir. Füzuliyə görə yalnız gözəl insani rəftar nəticəsində insanı tərbiyə etmək 
mümkündür. Tərbiyəni mümkün qədər aşağı yaşlardan başlamalı, ağıl və zəka sahiblərinin 
söhbətlərindən elm və mərifətin bu yaşlarda kəsb edilməsinə çalışmaq lazımdır. Tərbiyə 
vaxtında, düzgün verilməsə insan ağlının ayinəsini pas basar və həmin şəxs sərt daşa, zərərli 
tikana çevrilər, hamı təlim-tərbiyə görməlidir. Yalnız gözəl əxlaqlı adamlar hörmətə, qayğıya, 
tərifə layiqdirlər. Cəmiyyətin faydalı üzvü olmaq üçün insanın üzərində zəhmət çəkməli, 
çətinlikdən qorxmamalı, arzu olunan məqsədə çatmaq üçün məhrumiyyətə dözməlidir. O, 
uşaqların tərbiyəsi ilə təcrübəli şəxslərin məşğul olmasını göstərir və tərbiyəçilərdən yüksək 
təcrübə tələb olunduğunu bildirir. Füzuli tərbiyədə mühitin, 68 şəraitin böyük təsir göstərdiyini 
qeyd etmişdir. Əxlaq tərbiyəsi ilə əlaqədar olaraq insan davranışı haqqında qiymətli fikirlər 
söyləmişdir. Övlad gözəl nemətdir, lakin onun həqiqi gözəlliyi öz ifadəsini onun gözəl 
əxlaqında tapmalıdır. Gənc nəslə tərbiyə məsələsinə aid oğlu “Fəzliyə nəsihət”də və “Rindü 
Zahid” əsərlərində öz fikrini aydın bildirmişdir. Füzuli insan əxlaqında olan riyakarlıq, 
paxıllıq, fitnəkarlıq, fəsad, yalançılıq, xudpəsəndlik, hərislik, tamahkarlıq, şöhrətpərəstlik və 
s. bu kimi nöqsanları tənqid edir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruçuluq, 
mərdlik, vəfa, sədaqət və s. müsbət əxlaqi keyfiyyətləri tərbiyə etməyi lazım bilir (47, səh.34-
58). Məhəmməd Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Onun tərbiyə 
haqqında fikirlərinin əsasını humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək 
adamına dərin məhəbbət təşkil edir. Füzuli tərbiyənin məqsədini pak əxlaqlı, zəngin mənəvi 
keyfiyyətlərə malik sədaqətli bir insanlar yetişdirməkdə görürdü. Ona görə tərbiyə nə qədər 
tez, kiçik yaşlarından verilərsə, onun faydası daha yaxşı olur. Füzuli yazırdı ki, tərbiyə 
vaxtında verilməzsə, insan əqlinin aynasını pas basar və o şəxs sərt daşa, zərərli tikana çevrilər. 
Əgər insan tərbiyə olmazsa o, nə qədər yüksəlib, əyan olsa belə, ən yüksək mövqe olan 
insanlığa yüksələ bilməz. Buna görə də tərbiyəyə məxsus olan əsas rola kiçik yaşlarından daha 
ciddi diqqət vermək lazımdır. O, bunu oğlu Fəzliyə nəsihətində belə izah edir: “Bağda qoca 
bir bağban gördüm. Bir ağacdan meyvə almaq üçün vaxtını sərf edib çalışırdı”. Bununla o 
demək istəyirdi ki, insandan meyvə almaq üçün onun üzərində də iş aparılmalı, onun tərbiyəsi 
ilə məşğul olmaq lazımdır. M.Füzuliyə görə insanın gələcəkdə cəmiyyətdə mövqeyi ondan 
ciddi hazırlıq tələb edir. Bu tələbi isə tərbiyə həll etməlidir. Füzuli tərbiyənin ecazkar 
qüvvəsini, böyük rolunu xüsusi ifadə edir. Feyz lütfilən əgər insana qılsa tərbiyət, Qədrilə 
insan-mələk nisbət əzimüşşan olur, Var mələk həm tapsa eyni iltifatından nəzər, Əql kamil 
kəsb edər, əlbəttə bir insan olur. Füzuliyə görə insan öz daxili aləminin zənginliyi ilə həmişə 
yüksəkdə durur, insana bunu nəsib edən isə onun tərbiyəsidir. Yeni nəslin tərbiyəsindən 
gələcək 69 cəmiyyətin asılılığını duyan Füzuli bu məsələyə “Fəzliyə nəsihət” və “Rindü 
Zahid” əsərlərində geniş toxunmuşdur. M.Füzuli tərbiyəsinin ən aktual bir sahəsi olan ailə 
tərbiyəsini də geniş işıqlandırmış, bu məsələyə bir sıra əsərlərində toxunmuşdur. Füzuli ata və 
ana olmağı şərəfli bir vəzifə sayır. Övladı isə heç bir ləl-cəvahirata bənzəməyən dünyanın ən 
böyük neməti sayır və onsuz ad-sanın heç bir qiyməti olmadığını qeyd edir. Füzuliyə görə ata 


117 
və ananın həyatının mənası övladdır. Övladın isə gələcəkdə təqdirə layiq olması üçün onun 
valideyn tərəfindən kiçik yaşlarından tərbiyəsi düzgün qurulmalıdır. Bu tərbiyə gələcəkdə öz 
səmərəsini göstərəcəkdir. Füzuli irsiyyət, mühit və tərbiyə məsələsinə də toxunmuşdur. O 
yazır: Hər kimin ki, zatında var şərafət nüfuzu, Istilahi ülum ilə müsəlman olmaz. Yəni kimin 
ki qəlbində yamanlıq, pislik etmək istəyi varsa, ondan müsəlmanlıq umma. Yaxud qara daşın 
qızıl qan ilə rəngin etsən, Təbə təğyir verib, ləli bədəxşan olmaz. Eyləsən tutiyə əzayi kəlamın, 
Nitqi insan olur, amma özü insan olmaz. Hər uzun boylu şücaət edə bilməz dəva Hər ağac kim 
boy ata, sərvi Xuraman olmaz. Füzuli insanda qabiliyyətin anadangəlmə olmasını, tərbiyədə 
imkan məsələsini irəli sürmüşdür. Çünki tuti danışar. Lakin onda insan olmaq qabiliyyəti 
yoxdur. Yaxud daşı rəngləməklə ondan yaqut almaq olmaz, deməli, tərbiyə imkanlarını nəzərə 
almaq lazımdır. Füzuli ana ağuşunu cənnətə bənzədir. Əgər ana qucağı körpə uşaq üçün 
cənnətdirsə, tərbiyəçinin ağzı bal arxıdır. Yəni ana qucağında uşaq rahatlıq tapır. Dayə isə şirin 
sözləri ilə, hərəkətləri ilə onu tərbiyələndirir. XIX əsrin əvvəllərindən başlamış, Azərbaycanın 
bir çox mütəfəkkir, yazıçı və pedaqoqlarının humanizmə, humanist tərbiyəyə baxışlarında və 
uşaqların bu ruhda tərbiyə olunmasının zəruriliyinə aid bir sıra yeni fikirlər və diqqət özünü 
göstərir. 


118 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin