10.6.3. Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemi
Bu bölmə əsasən R.M.Məmmədovun (2001) tədqiqatına əsaslanaraq yazılmışdır. Müəllifə görə (Məmmədov
2001) Xəzər dənizinin zamana görə dəyişməsi geoloji, tarixi, əsrlik, çoxillik, illik və ildaxili baş verə bilər.
İlkin geoloji epoxada Xəzər dənizi müasir Qara və Aralıq dənizi ilə birləşik olmuşdur. Teziz Dünya okeanı-
nın bir hissəsi idi.
Şəkil 10.1. Son 3,5 min il ərzində Xəzər dənizi səviyyəsinin tərəddüdü
(Əliyev Ə.S, 2004)
Mövcud tədqiqat materiallarına əsasən yuxarı pliotsen – pleystotsen dövrlərində Xəzər göl-dənizinin səviy-
yəsi bir neçə dəfə transqressiya və reqressiyaya məruz qalmışdır. Pleystotsen tarixində (axırıncı 700-500 min il)
Xəzərin reqressiv dövrlərə bölünmüş dörd iri transqressiv epoxaları (bakı, xəzər, xvalin və axırıncı yeni xəzər)
olmuşdur.
Eramızın I əsrində, yəni 2000 il əvvəl, səviyyə 14 m-dən yuxarıda yerləşmişdir. Azərbaycan coğrafiyaşünası
Əbdür Rəşid Bakuvinin məlumatlarına görə X-XIV əsrlərdə, Qədim Qız Qalasının divarları su altında qalmış və
müasir səviyyədən 3,5 m yuxarıda olmuşdur.
1830-1930-cu illərdə səviyyə – 26 m mütləq hündürlük ətrafında 1 m diapazonunda dəyişmiş, çoxillik orta
qiymət – 25,83 m olmuşdur. Keçən əsrin axırları və əsrimizin əvvəllərində dənizin səviyyəsinin 1,8 m enməsi
müşahidə olunmuşdur. 1940-cı illərin sonunda səviyyə yenidən aşağı düşməyə başlamış, 1956-cı ildə 1929-cu il
səviyyəsinə nisbətən 2,5 m aşağı düşmüşdür. 1960-cı illərdə dənizin səviyyəsi – 28,4 m ətrafında sabit qalmış-
dır. 1970-ci illərin əvvəlində Xəzərin səviyyəsində yenidən enmə baş verdi və – 29 m minimum səviyyəyə çatdı.
Bu, son 170 ildə aparılan müşahidələr nəticəsində ən aşağı səviyyə olub həmin dövrdə səviyyənin ümumi enmə-
si 3,8 m təşkil etmişdir.
1978-ci ildən etibarən Xəzərin səviyyəsi kəsgin qalxmağa başlayaraq 1995-ci ildə onun illik orta qiyməti –
29,2 m-ə çatmışdır. Bu müddət ərzində dənizin qalxma intensivliyi ildə 14 sm olmuş, ayrı-ayrı illərdə bu rəqəm
hətta 30 sm-ə çatmışdır. 1996-cı ildən etibarən səviyyə yenidən qalxmaqla davam etmiş və 2001-ci ildə dənizin
hündürlüyü – 27,3 m –ə çatmışdır.
|