287. Hansı qanunlar Azərbaycan Respublikasının Prezi-
denti tərəfindən imzalanmazsa, onlar qüvvəyə minmir?
- Konstitusiya qanunları.
288. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs
çoxluğu ilə qəbul edilən qanunları neçə səs çoxluğu ilə
yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən
sonra qüvvəyə minir?
- 95 səs çoxluğu ilə.
289. Azərbaycan Respublikasının Milli Məclisi neçə səs
çoxluğu ilə qəbul edilən qanunları 83 səs çoxluğu ilə yenidən
qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra
qüvvəyə minir?
- 63 səs çoxluğu ilə.
290. Azərbaycan Respublikasının Prezidenti hansı
hallarda Azərbaycan Respublikasının ərazisində hərbi
vəziyyət elan edir?
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,
xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına
müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real
silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının
ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real
təhlükə olduqda Azərbaycan Respublikasının ərazisində hərbi
vəziyyət elan edir.
|