Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə110/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   106   107   108   109   110   111   112   113   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

499 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

QRAMMATİK AMBİQİTİVLİKLƏ BAĞLI TƏRCÜMƏ PROBLEMLƏRİ 

 

Aydan MƏLİKZADƏ 

Azərbaycan Dillər Universiteti 



m.aydan@box.az 

Bakı/AZƏRBAYCAN 

 

Tərcümə xarici dilin öyrənilməsində başlıca vasitələrdən biridir. Tərcümə dedikdə, hər şeydən əvvəl iki amil nəzərdə 



tutulur: a) tərcümə olunacaq fikrin tam başa düşülməsi, b) başa düşülənin ana dilində adekvat şəkildə ifadə olunması. Bu iki 

məqamın vəhdətindən ibarət olan tərcümə prosesində özgə dildə söylənilmiş fikir semantik, üslubi, qrammatik nöqteyi-

nəzərdən təhlil olunur, hər bir sözün leksik mənası və üslubi xüsusiyyətləri ilə yanaşı, onun qrammatik məna və  vəzifəsi 

müəyyən edilir; bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə xarici dildə söylənilmiş fikrin ana dilindəki 

ifadə vasitələri müəyyənləşdirilir. Göründüyü kimi, bütün tərcümə prosesi tutuşdurma və müqayisə əsasında gedir ki, bu da 

xarici dilin öyrənilməsindəki prinsiplərdən biri olan şüurluluq prinsipinə cavab verir.  

Hər hansı bir dildən tərcümə edərkən, əlbəttə, müəyyən çətinliklərə də təsadüf olunur ki, bu çətinliklər xarici dil ilə ana 

dilinin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir. Xarici dildən tərcümədəki çətinliklər əsasən iki 

qismə ayrılır: leksik və qrammatik.  

Qrammatik çətinlik tərcümə prosesində  iştirak edən dillərin arasında olan qrammatik fərqliliklərdən irəli gəlir. Belə 

qrammatik çətinliklərdən biri də qrammatik binarlıqla bağlı tərcümə problemləridir. Qrammatik binarlıq dedikdə, cümlənin 

iki və ya daha çox formada tərcümə oluna bilməsinin mümkünlüyü nəzərdə tutulur. Lakin bu fakt cümləni əmələ gətirən 

ayrı-ayrı sözlərin çoxmənalılığı ilə yox, məhz onlar arasında olan qrammatik əlaqə  və münasibətlərin müxtəlifliliyi ilə 

bağlıdır. Məsələn, John saw the man on the mountain with binoculars cümləsini belə şərh etmək olar:  

  There was a man on the mountain and John saw him with binoculars; 

  John saw the man on the mountain and he had binoculars. 

Müvafiq olaraq cümləni iki üsulla tərcümə etmək olar:  

1. Con dağın üstündəki kişini binoklla gördü.  

2. Con dağın üstündə binoklu olan kişini gördü. 

Və ya;  Flying planes can be dangerous. Bu cümlədə isə problemə səbəb olan qrammatik məqam “ flying” sözüdür, 

çünki sözün cerund və ya feli sifət olduğu məlum deyil; “ təyyaraləri sürmək”  və ya “uçan təyyarələr”?! Deməli cümlə iki 

formada tərcümə oluna bilər: 

  Təyyarələri sürmək təhlükəli ola bilər. 

  Uçan təyyarələr təhlükəli ola bilər. 

Bəzi hallarda ilk baxışda cümlənin ikimənalı olduğu nəzərə çarpsa da cümləni yenidən oxuduqdan sonra mənası  və 

tərcüməsi aydınlaşır. Məsələn, The cat jumped over the fence stretched cümləsini oxuyan şəxs cümləni “jumped” sözünün 

xəbər olduğu düşüncəsi ilə emal edir. Lakin cümləni ikinci dəfə oxuduqdan sonra cümlənin mənası aydınlaşır,  cümlənin 

tərcüməsindəki qrammatik çətinlik aradan qaldırılır və müvafiq formada tərcümə olunur: Hasarın üstündən atlanan pişik 



gərnəşdi. 

Qrammatik binarlığa nəzm əsərlərində də rast gəlmək olar. Buna səbəb müəllifin söz sırasında nəzm əsərlərinin heca və 

vəzn tələblərindən irəli gələn dəyişiklikləri etmə faktıdır. 

Qəzet başlıqları da qrammatik binarlığın  ən zəngin mənbələrindən biri hesab olunur. Qəzet başlıqları  qısa olduğuna 

görə bəzi yardımçı sözlər ixtisar olunur və beləliklə də cümlənin şərh və tərcümə olunmasında “problemlər” meydana çıxır. 

Məsələn, Little Hope Given Brain-Damaged Man. 

Cümlə aşağıda göstərilən formada nəzərdən keçirilə bilər: 

  A brain-damaged man is unlikely to recover-  Beynindən zədə almış şəxsın sağalmasına ümid azdır. 

  A brain-damaged man is causing another situation to have little hope of resolution-  Beynindən zədə almış şəxs 

başqa bir situasiyaya ümid verir. 

   Someone gave a brain-damaged man to a small girl named Hope. 

“Hope” sözünün şəxs adı olduğunu düşünsək cümlənin “beynindən zədə almış balaca Houpa verildi” kimi tərcümə 

olunması da istisna deyil. 

      Nəticə olaraq onu qeyd etmək lazımdır ki, tərcümədə bu tip problemlər  əmələ  gətirən cümlələr ancaq onların 

strukturunu düzgün təhlil etməklə, konteksti nəzərə almaqla qismən həll oluna bilər. Bu da onu bir daha sübut edir ki, 

düzgün və qrammatik tərcümə üçün maşın tərcüməsi məqsədəuyğun deyil. 

 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

500 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

BƏDİİ ÜSLUBUN TƏRCÜMƏDƏ VERİLMƏSİ 

 

Cavid MƏMMƏDOV 

BSU 


mammadov_cavid@yahoo.com 

Bakı/AZƏRBAYCAN 

 

Tanınmış rus yazıçısı F.V.Qladkov bədii üslub haqqında yazırdı: “Bədii əsərin üslubu forma və məzmunun müəyyən 



harmonik vəhdəti, fikir və onun obrazlı ifadəsi arasında adekvatlıq və  ən nəhayət fikir və duyğuların ifadə edilmə  tərzi, 

xarakteri, üsulu kimi sənətkar qəlbinin həmişə  səslənən, gərilmiş simləri ilə  şərtlənir.  Əsərin məzmunu onun formasını 

müəyyən edir və forma ilə məzmun arasında mütləq bir dialektik bağlılıq olmalıdır”. 

Görkəmli dilçi alim Ə.Dəmirçizadə  bədii üslub üçün ekspressivlik, emosionallıq və  təsvir vasitələrindən fərdi 

istifadənin vacibliyini irəli sürmüşdür. O, yazır ki, bədii üslub və ya bədii dil obrazlı dildir: bu üslubda obrazı daha canlı 

təsvir etmək üçün əlverişli sözü və ya ifadəni tapıb işlətmək tələb olunur. 

Dildə müxtəlif səviyyələrdə obrazlılığın, eləcə də emosionallığın göstəriciləri, əsasən, aşağıdakılardan ibarətdir: 

  fonetik səviyyədə: alliterasiya “samit səslərin təkrarı, həmahəngləşməsi (Məs: qapqara qaralmaq), assonans “sait 

səslərin həmahəngləşməsi (məsələn, qupquru qurumaq), təkrar (bunlar ritm yaradan əsas vasitələrdir), intonasiya və s. 

  leksik səviyyədə: epitet, təşbeh, mübaliğə, istiarə, kinayə (bunlar məcazın müxtəlif növləridir), frazeologiya, 

amonimlik, sinonimlik, antonomiklik və s. 

  sintaktik səviyyədə: söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiylarının işlənməsi, ellipisis, paralel 

konstruksiyalar və s. 

Məlum olduğu kimi yazıçının hər bir əsəri üçün material bütün zənginliyi, varlığı ilə ümumxalq dilidir. Hər hansı bir 

əsərin dili yazıçınn ümumxalq dilindən istifadənin nəticəsidir. Bədii dil ədəbi dilin bütün üslublarından fərqli olaraq obrazlı 

dildir və bu obrazlılıq yalnız müxtəlif təşbehlər, istiarələr, mübaliğələr və s. məcazlarla məhdudlaşmayan ayrı-ayrı səslərdən 

tutmuş mürəkkəb cümlələrə qədər bədii təfəkkür qanunlarının vəhdəti olan bir obrazlılıqdır. Obrazlılıq hər bir sahədə bədii 

üslubun əsas göstərici olsa da, bütöv bir hadisədir, bu və ya digər mətni ümumilikdə xarakterizə edir. Emosionallıq (yaxud 

ekspressivlik), hər  şeydən  əvvəl obrazlılıqdan irəli gəlir. Obrazlı nitq eyni zamanda emosional və ya ekspressiv nitqdir. 

Bədii üslub adətən ümumxalq dilinə  əsaslanır. Bədii  əsərlərin dilində istifadə olunan üslubu vasitələr arasında sintaktik 

fiqurlar xüsusi əhəmiyyətə malikdir. Bədii dildə üsubi fiqurlar araşdıran Bəylərova  Aygün eyni adlı monoqrafiyasında V. 

Nikorovun üslubi fiqurlar haqqında fikrini qeyd edərək yazmışdır: “ Sintaktik fiqurlar və ya üslubi fiqurlar (latın sözü 

fiqura-obraz, şəkil)-antik ritorikada rəqs sənətindəın götürülmüş “fiqura” termini nitqə bəzək verən qeyri adi sintaktik nitq 

ifadələrini bildirmişdir. Sintaktik fiqurun həqiqi mənası odur ki, o nitqi fərdiləşdirir, ona yüksək emosional çalar verir, 

bununla da nitqin ümumi sintaktik quruluşundan asılı olaraq, konkret ifadəli məna qazanır”. 

Bədii üslub üçün səciyyəvi xüsusiyyət: kompozisiyanın orijinallığı və eləcə də gerçəkliyin dərk edilməsində müəllifin 

xüsusi bacarığının olması, yəni fərdi müəllif üslubunun ön plana çəkilməsi. 

Dil materialı cəhətdən bədii nitqin hüdudsuzluğu, onun ədəbi dil normalarından kənara çıxması səciyyəvi sabit dilin və 

ya dil elementlərinin olmaması, nəhayət, kommunikativ funksiyadan başqa  əlavə estetik funksiya daşıması, onun digər 

funksional üslublarla bir cərgəyə qoyulması faktını istisna edir. Aydındır ki, mətnlər funksiyalarına görə üslublara bölünür 

və hər üslubun özünəməxsus cəhətləri var. Bundan əlavə hər bir müəllifin mətn və melodikası, sintaksisi, leksikası, işlətdiyi 

obrazlar sistemi, üstünlük verdiyi üslubu priyomlar, ədəbi dillə danışıq dilindən hansı nisbətdə istifadəsi kimi xüsusiyyətləri 

var. Üslub tərcümə üçün çox vacibdir. Bu səbəbdən də tərcüməçi müəllifin üslubunu saxlamalıdır, tərcüməçinin öz üslubu 

olmalıdır.  Əlbəttə, müəllifin üslubunu fərqləndirmək üçün, İ.R.Qalperin tərəfindən irəli sürülən amillərdən çıxış etməklə 

mütərcim orijinalın üslubuna adekvat üslub yarada bilməz, çünki hər bir yazıçı öz dilinin üslubi imkanlarından çıxış edir. 

Üslubi kateqoriyalar təxminən bütün dillərdə eyni mahiyyət daşısa da, həmin kateqoriyalar konkret hallarda məxəz və hədəf 

mətnlərdə  həmişə üst-üstə düşmür. Ümumiyətlə, mətnin dərki üçün onun dərki lazımdır.  İ.R.Qalperin belə  təhlili üslubi 

təhlil adlandırır və o beş  mərhələdə aparılır: 1) taksonomik mərhələ-mətnin funksiyası, üslubu müəyyənləşdirilir; 2) 

məzmunun dərki məsələsi-mətn diqqətlə oxunulur; 3) semantik mərhələ  mətnin leksikası  məna baxımından nəzərdən 

keçirilir; 4) üslubi mərhələ-mətndəki bütün üslubi elementlər araşdırılır; 5) funksional mərhələ-  əvvəlki mərhələlərdəki 

fikirlər sintez edilir və mətn dəyərləndirilir. 

Bəzi dilşünaslar tərcümə üçün mətni mətnxarici və mətndaxili amillər baxımından təhlil edir. Bəzən mətnin üslubunu 

onun forması ilə eyniləşdirirlər. Burada müəyyən həqiqət var, çünki hər bir mətnin funksiyasından asılı olaraq ayrı-ayrı 

dillərdə onun özünəməxsus formaları olur. Məsələn, Azərbaycan dilində arayışın öz forması, diplomun öz forması, qəzəlin 

öz forması, qoşmanın öz forması var. Bu cür mətnlər tərcümə edildikdə  hədəf dildə ona müvafiq standart forma 

seçilməlidir. Mətndə, xüsusilə  də  bədii mətndə üslubi elementlər daha çoxdur və onlar  mətnin səslənməsinə, sözün 

mənasına, cümlənin  anlamına, mətnin məzmununa çox böyük təsir göstərir. Məxəz mətndə işlənmiş bütün üslubi priyomlar 

hədəf mətndə transformasiyasından danışmaq mümkün deyil. Ümumiyyətlə, müqayisəli üslubiyyat bütün bunlara aydınlıq 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

501 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

gətirmiş olar. Bəzən formanı üslub kimi qəbul edirlər. Alman filosofu İohann Vinkelmann göstərir ki, forma ancaq məna, 

məzmun kəsb etdikdə üsluba çevrilə bilər. Forma seçimi təsadüfi xarakter daşımır. Stilistik fiqurlar və onların səciyyəvi 

xüsusiyyətləri, o cümlədən, fərdi müəllif üslubu bədii üslubun əsas tərkib hissəsidir. 

 

 

ПРОБЛЕМА ПЕРЕДАЧИ ФРАЗЕОЛОГИЗМОВ В ПЕРЕВОДЕ КАК КОМПОНЕНТА 



НАЦИОНАЛЬНОГО СВОЕОБРАЗИЯ ПОДЛИННИКА 

 

Дж. А. АСАДОВ 

Бакинский Славянский Университет 



javid.ali.asad@gmail.com 

Bakı/AZƏRBAYCAN 

 

Среди  многих  проблем  теории  и  практики  художественного  перевода  одной  из  центральных  является 



многоаспектная проблема воссоздания в переводе национальной специфики подлинника.  

Для исследования названной проблемы мы обратились к творчеству русского писателя М.А.Шолохова,  к его 

роману «Тихий Дон», который перевел на азербайджанский язык Джаханбахш Джавадзаде.   

Национальное  своеобразие,  специфика  языка,  его  народность,  самобытность  наиболее  ярко  отражаются  в 

фразеологизмах.  Каждый  развитый  язык  богат  фразеологизмами,  тесно  связанными  с  историей  народа,  его 

обычаями, национальным складом мышления.  

Фразеологические  единицы  рассыпаны  по  всему  тексту  шолоховского  шедевра.  Переводчик  должен  был 

максимально  бережно  и  творчески  отнестись  к  переводу  этих  выражений.  Однако  должны  констатировать,  что 

удача  не  всегда  сопутствует  Д.Джаханбахшу – успехи  чередуются  с  неудачами,  причем    чаще  переводчик  не 

справляется  с  задачей:  или  просто  «не  узнает»  фразеологизм,  или  же  сползает  до  уровня  буквального  переводв. 

Сошлемся на характерный пример.  

Так, описывая беспорядок и сутолоку в многолюдных местах, Шолохов использует выражение «Народу … рог 

с рогом». Правильно уловив смысловую семантику идиоматического выражения переводчик отражает ее на родном 

языке: « ... oqədəradamvaridiki, iynə atsanyerə düşməzdi». Но можно ли отнести данный перевод к творческим удачам 

Джаханбахша? Вряд ли.  У Шолохова лаконичная, предельно сжатая структура изложения, окрашенная колоритом 

фразы,  у  Д.Джаханбахша - широта  простор.  Беда  в  том,  что  этой  широты  и  простора  нет  в  оригинале,  там 

экспрессия,  напор.  А  ведь  сохранение  в  переводе  авторского  стиля – задача  не  менее  важная  для  переводчика, 

которому, разумеется, было известно, что используемый им азербайджанский фразеологизм имеет в русском свой 

устойчивый  смысловой  эквивалент: «иголку  негде  воткнуть»  или  «яблоку  негде  упасть».  Было  бы  куда  лучше 

использовать в переводе метод калькирования, тем самым обогатив азербайджанский язык образным выражением.   

Некоторые  идиоматические  выражения,  упрощенно  переведенные,  и  вовсе  создают  путаницу  и  искажают 

оригинал до невероятности. Например, рассерженный Панталей Прокофьевич угражает Григорию женитьбой: «На 

Марфушке-дурочке  женю!..»  В  переводе  это  звучало  так:   «SəniaxmaqMarfuşkailə evləndirəcəm».  В  результате 

непонятно  о  какой  «Марфушке»  идет  речь,  и  почему  для  молодого  Мелехова  это  звучит  как  угроза?  В  переводе 

просто  непонятно,  что  речь  идет  об  имени  нарицательном,  что  это  идиома.  Тут  бы  поискать  эквивалент  на 

азербайджанском. Но для этого требуется глубокое знание обоих языков.   

Анализ  большого  количества  перевода    фразеологических  единиц  позволяет  сделать  вывод,  что  при 

воссоздании  фразеологических  словосочетаний  Джаханбахш  достигает  успеха  в  том  случае,  когда  творчески  и 

всесторонне  осмыслив  оригинал  находит  на  родном  языке  их  полноценный  эквивалент,  не  затемняющий  и  не 

упрощающий национальное своеобразия подлинника. 

 

 

SABİR MUSTAFANIN ŞEKSPIRDƏN SONET TƏRCÜMƏLƏRİNİN                                   

ORİJİNAL XÜSUSİYYƏTLƏRİ 

 

Dürnisə SƏFƏRƏOVA 

Qafqaz Universiteti 



dseferova@qu.edu.az 

Bakı/AZƏRBAYCAN 

 

 “Böyük qəlb ustası” olan Şekspir dühası bəşəriyyətin sənət dünyasının əsrarəngiz göylərində dörd yüz əlli ilə yaxındır 



ki, ən parlaq bir ulduz kimi işıq saçmaqdadır. İllər keçir, zaman dəyişir, tarix yaşa dolur, ancaq bu sölməz işıq dəyişmədən 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

502 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qalır. Heçnə ona təsir etmir, əksinə daha gur yanır, daha çox şəfəq saçır, beyinləri, zəkaları, duyğuları öz nuruna daha çox 

qərq edir. Şekspir sənəti  şirin  əfsanə, gözəl fantaziya, əl yetməz, ün çatmaz xəyal deyil, həyat həqiqətidir, zaman 

gerçəkliyidir. Şekspir sənəti insan talelərinin güzgüsüdür.  

Şekspir poeziyasının heyrətamiz füsunkarlığından danışmaqla qurtarmaq olmaz. Onun poeziyası  dənizlər qədər 

tükənməz, günəş  qədər alovlu, təbiət qədər nəhayətsizdir. Onun sonetləri qayalardan süzülən bulaqlar kimi saf, 

çəmənlikdəki çiçək kimi təbiidir.   

Şekspir ümumən 154 sonet yazmışdır. Sonetlər “Hamlet” faciəsindən sonra onun ikinci böyük uğurudur. Sonetlər isə 

gənclik illərində Şekspirin könlündə alovlanan ehtiras və məhəbbət çırpıntıları kimi sonralar dünyanın bir çox xalqlarının 

dilinə tərcümə olunmuşdur.  

Şekspirin sonetlərini birbaşa ingilis dilindən  şair Sabir Mustafa tərcümə etmişdir. Sabir Mustafa həm rus, həm 

Azərbaycan dillərindəki  əvvəlki tərcümələrə münasibət bəsləmiş, daha mükəmməl poetik nümunələr yarada bilmişdir. 

İndiyə qədər Sabir Mustafanın tərcüməsində sonetlər ilk dəfə çapdan çıxmış, rəğbətlə qarşılanmışdır. Sabir Mustafa “Türk 

sonetləri” adlı ayrıca kitabını da çap etdirmişdir.  Sonetlərin tərcüməsinə qiymət verərkən  əsas dörd xüsusiyyəti nəzərdə 

saxlamaq lazımdır:  

  Məlumdur ki, sonetlər sarışın cavan və  oğlana və qarayanız gözələ  həsr edilsədə, hər birinin konkret mövzusu 

vardır. Bu mövzunu bütün aydınlığı ilə hiss etmədən yaxşı tərcümə əsəri yaratmaq mümkün deyil.  

  Şərq ədəbiyyatında qəzəldə, rübaidə olduğu kimi, Qərb ədəbiyyatında da sonetin öz forması, bənd biçimi vardır ki, 

bunları saxlamadan sonetləri tərcümə etmək çətindir. 

  Şekspirin sonetlərini tərcümə edən zaman tərcümədə məxsusi, fərqi xüsusiyyətlər qorunmalıdır.  

  Nəhayət, sonetlərin orijinalında olan bədii səviyyəni saxlamaq məqsədi ilə  hədəf dilin bütün imkanlarından 

məharətlə istifadə olunmalıdır.  

Sabir Mustafanın  Şekspir sonetlərinin  əslindən tərcümə kitabının “Sonet sevgisi” adlı ön sözündə verilmiş bir fikri 

xatıralamaq yerinə düşər : “İngilis intibahının nəhəngi Vilyam Şekspirin “Hamlet” faciəsindəki “Olum, ya ölüm?” 

monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyinə” qarşı son misrada şairin (lirik qəhrəmanın) 

“qələbə hökmü” onu yaşatmaq yanğılı ürəyinin odundan, ehtirasından xəbər verir: 



Ölüm istəyirəm, çarə budur, bax, 

Səni tək qoymağa qıymıram ancaq! 

deyən Şekspirin işıqlı qəlbinin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən”. 

 

S. Mustafa milli poeziyanın, uşaq şeirinin, xüsusilə orijinaldan tərcümə  ədəbiyyatının tanınımış nümayəndəsidir. 



Lakin onun tərcümə yaradıcılığı, birbaşa Şekspirdən etdiyi tərcümələri haqqında ədəbi tənqid çox böyük qısqanclıqla fikir 

söylənmiş, çox hallarda isə susmağı üstün tutmuşdur. Bunun səbəbi xarici dilləri, o cümlədən ingilis dilini bilən 

mütəxəssislər arasında ədəbi tənqidlə  məşğul olan tədiqatçılar çox azdır. Şekspir sonetlərindəki çarpaz qafiyə quruluşu S. 

Mustafa tərcümələrində saxlanmış, qafiyə sisteminin zəruriliyi prinsipinə  əməl edilmişdir.  Şekspir sonetlərindəki qafiyə 

sistemində ən çox işlənən “love” (sevmək, eşqə düşmək) və “prove” (sübut etmək, təsdiq etmək) qafiyələridir.  

 

Şekspir sonetlərini hər dəfə oxuduqca son yekun beytində gizlənmiş fikri, mənanı anlamaq mümkündür. 29-cu 



sonetin son beyti T.Əyyubovun tərcüməsində aşağıdakı kimidir:  

Mən sənin eşqinlə güclüyəm, inan  

Bütün yer üzünün krallarından.  

S. Mustafa isə həmin beyti belə ifadə etmişdir: 



Sənin saf eşqinlə yüksəyəm, inan,  

Dünyanın ən güclü krallarından. 

Sonetin orijinalına diqqət yetirək:  

 

 

For thy sweet love rememeber’d suach wealth brings  



 

 

That the I scorn to change my state with kings.  

Sonet tərcüməsində sonetin tərcüməsinin orijinal ifadəsini axtarıb tapmaq daha düzgün olardı. 

19-cu sonetin birinci katrenində:  

 

 

Devouring Time, blunt thou the lion’s paws,  

 

 

And make the earth devour her own sweet brood; 

 

 

Pluck the keen teeth from the fierce tiger’s jaws,  

 

 

And burn the long-lived phoenix in her blood;-  

yazanŞekspirin fikir, ideya poetikası S.Mustafa tərcüməsində aşağıdakı kimidir:  

 

 

Şirin caynağını korşalt, ey zaman, 

 

 

Hər şey  ölüm nədir bilsin həyatda. 

 

 

Pələngin dişini qopart ağzından, 

  

Yandır diri-diri simurğu odda. 

Eyni bəndin poetik ifadəsi T.Əyyubovun tərcüməsində aşağıdakı kimidir:  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

503 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 



Sən aslanın caynağını, ey dövran, sal kəsərdən, 

 

 

Sən pələngin dişlərini qopardıb at bir anda. 

 

 

Durma, bütün canlıları külə döndər sən, külə  

 

 

Səməndəri, durma, yandır sən onun öz qanında. 

Bu sonetin tərcüməsində S.Mustafanın adekvat, lakonik olduğu ortaya çıxır.  

Nəticədə S.Mustafa sonetlərin Azərbaycanca yaxşı  səslənməsi üçün dilin bütün imkanlarından, poetik gözəlliyindən, 

zərifliyindən mümkün qədər istifadə etmişdir.  

 

 

 



TƏRCÜMƏDƏ TƏŞKİLATLANMA 

 

Elvin NURƏDDİNLİ 

Qafqaz Universiteti 



enureddinli-1@std.qu.edu.az 

Bakı/AZƏRBAYCAN 

 

Hal-hazırki mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara 



əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu say günü–gündən artdığı heç kimdə şubhə yaratmır. Bəs bu 

qədər tərcüməçi harda ? və ya necə ? təşkilatlanır. Topladığım məlumatlara istinadən deyə bilərəmki , dünya üzərində 

yüzlərlə tərcümə təşkilatları , assosiyasiyaları mövcuddur.  

Beynəlxalq Tərcüməçilər Federasiyası  (International Federation of Translators) dünyada üzvlərinin sayına , heyata 

keçirdiyi tədbirlərə  və reytinginə görə  tərcüməçilərin  ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə 

təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir . Federasıyanın üzvü olan tərcüməçilərin  sayı isə 

80.000-dən artıqdır. Federasıyanın əsas məqsədi arasında tərcüməçiləri bir araya toplamaq , onların hüquqlarını təmin etmək 

, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır .Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 

2014-cü ildə Aalmanyada baş tutacaq. Onu da qeyd etmək istəyirəmki , bu yaxınlarda 60 illik yubileyinin qeyd edən 

federasiyanın üzvü olan təşkilatlar arasında Azərbaycanı “ Azərbaycan Gənc Tərcüməçilər Assosiyasiyası ” təmsil edir . 

Qardaş Turkiyədə fəaliyyət göstərən “ Türk Çevirmenleri Dərnəyi ”  (Turkish   Translator’s Association)  1992 –ci ildə 

yaranıb və    İstanbul  şəhərində yerləşir . Təşkilatın fealiyyətləri arasında Türkiyə  tərcüməçilərini vahid mərkəzdə 

toplamaq,tələbə  tərçüməçilərə müxtəlif tərcümə sahələrində seminarlar vermək,beynəlxalq arenada türk tərcüməçilərini 

təmsil etməkdir . Təşkilat həmçinin tərcümə bazarında qiymətləri müəyyən edir , müxtəlif dillərdə tərcümə imkanı verir. 

Təşkilatın Türkiyənin müxtəlif bölgələrində nümayəndəlikləri vardır. 

Amerikada fəaliyyət göstərən  ən böyük tərcümə  təşkilatı Amerika Tərcüməçilər  Assosiyasiyasıdır ( American 

Translators Association). Assosiyasiya 1959 –cu ildə yaradılmışdır. Dünyanın 90 ölkəsində  fəaliyyət göstərən 

assosiyasiyanın 11.000 dən artıq üzvü vardır.  Əsas məqsəd  tərcüməçilərin profesional inkişafı    və peşə qabliyyətlərinin 

artırılması olan assosiyasiya Beynəlxalq Tərcümə Federasiyasının daimi üzvüdür. 

Azərbaycanda tərcüməçilərin təşkilatlanması sahəsində işlər son bir neçə ildirki daha aktif şəkildə görülür. Buna səbəb 

kimi isə  tərcümənin və  tərcüməçiliyin son illərdə daha da ön plana cıxmasını göstərmək olar . Müstəqillik qazandığımız 

illərdən günümüzə qədər bir neçə dəfə tərcümə təşkilatları yaratmağa cəhd olunsada buna yalnız 2011-ci ildə nail olunmuşdur. 

Məhz bu ildə bir neçə gənc tərcüməçi tərəfindən Azərbaycan Gənc Tərcüməçilər Assosiyasiyası yaradılmışdır. Assosiyasiya 

Azərbaycan Respublikası  ərazisində  fəaliyyət göstərən, azərbaycanlı  tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk 

peşəkar təşkilatıdır.Assosiyasiya 2012 – ci ildə dövlət qeydiyatına alınmış və fəaliyyətini davam etdirmişdir. Assosiyasiya 

iki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə  təhsili almaqda olan tələbələri bir araya gətirir. Tərcüməçilərin 

hüquqlarının, sosial, iqtisadi və hüquqi maraqlarının müdafiə etmək , azərbaycanda, eləcə  də xaricdə  fəaliyyət göstərən 

azərbaycanlı  tərcüməçilər arasında kommunikasiya qurmaq , tərcümə sahəsində  təhsil alan gənclərə  hərtərəfli dəstəyin 

təmin olunması Assosiyasiyanın əsas hədəf və məqsədləri arasında yer alır . 30 Sentyabr Beynəlxalq Tərcüməçilər günündə 

təşkil olunan Milli Tərcümə Forumu Azərbaycanda tərcümə sahəsində görülən uğurlu işlərdən biri idi. 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin