II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
504
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AŞIQ ƏLƏSGƏR YARADICILIĞININ TƏRCÜMƏDƏ VERIİLMƏSİ
Əsmər HƏBİBOVA
BSU
Esmer_hebibova@hotmail.com
Bakı/AZƏRBAYCAN
Azərbaycan aşıqları içərisində qoşmaları ingilis dilinə ən çox tərcümə olunmuş sənətkarlardan biri aşıq Ələsgərdir. Belə
ki, 1972-ci ildə Aşıq Ələsgərin 25 qoşması İrina Jeleznova tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.Aşıq Ələsgərin
"She is killing me"("Öldürür"), "İn trouble you vill get" ("Düşərsən"),"You must have"("Gərəkdi"), "The vicked vorld" ("
Çıxıbdı") şeirləri isə Dorian Rottenberq tərəfindən tərcümə olunmuşdur.
Aşıq Ələsgərin ingilis dilinə tərcümə olunmuş qoşmalarından "Öldürür" qoşmasının birinci bəndinin birinci misrasında
Aşıq Ələsgər "həzərat" sözü işlədib, tərcüməçi bu sözü "mənim dostlarım"(my friends) kimi, "dindirməyin"sözünü isə (and
question not) sual olmasın kimi tərcümə etmişdir.
Bu bəndin ikinci misrasındakı "ceyran" sözünü tərcümə edərkən Dorian Rottenberq ceyranı dişi maral (doe) sözü ilə
əvəz etmiş, alagöz sözünü isə gözəl (beautious) kimi çevirmişdir. Tərcüməçi bu bəndin üçüncü və dördüncü misralarının
məzmununu bir yerdə tərcümə etməyə çalışıb. O, bu zaman "can almaq", "pünhan-pünhan öldürmək" birləşmələrini çıxarıb,
həmin anlayışları birləşdirərək "öldürmək" kimi verib. Bu iki misranın ingilis dilinə tərcüməsi belə səslənir: "Heç kim
bilmir ki, o məni qılıncsız, tüfəngsiz öldürür."
Qoşmanın ikinci bəndinin tərcüməsində müəyyən qüsurlar var. Belə ki, bu bəndin birinci misrasında aşıq keçmişdə nə
etdiyini, indi nə etmək lazım olduğunu özündən soruşur, tərcüməçi isə bu misranı aşığın, ümumiyyətlə, nə etmiş olduğunu
bilmək istəməsi kimi təqdim edir. Tərcüməçi bu bəndin ikinci misrasını demək olar ki, mətndən çıxarmışdır. Belə ki,
qoşmanın ikinci bəndinin bu misrası "xəncər alım, qara bağrım teyləyim"dir. Tərcüməçi isə bu misranı birinci misra ilə
əlaqələndirərək "that she my very company should shun" kimi tərcümə etmişdir. Bu misra ingilis dilində belə səslənir: Mən
nə etmişəm ki, mənim çox yaxın dostum məndən qaçır". Tərcüməçi bu bəndin üçüncü və dördüncü misralarını birləşdirərək
ümumi məzmunu verməyə çalışıb. Ancaq bu misraların tərcüməsində də qüsurlar var. Belə ki, Aşıq Ələsgər canını yara
qurban etmək istədiyini bildirir və bu istəyini "qurban kəsmək" anlayışı ilə əlaqələndirir. Tərcüməçi isə aşığın bu sədaqətini
göstərən misralardakı məzmununu yanlış təqdim edir. Tərcüməyə görə, aşıq canını sevgilisinə qurban verməyə hazırdır,
ancaq bundan öncə bilmək istəyir ki, niyə sevgilisi onu öldürür.
Qoşmanın sonuncu bəndinin tərcüməsində Dorian Rottenberq bu bənddə ifadə olunmuş ümumi məzmunu çatdırmağa
səy göstərib. Bəndin birinci misrasında tərcüməçi "bir gözəl" birləşməsinin tərcüməsindən imtina edərək, bu mənanı mətnin
içərisində çatdırmağa çalışıb. Bunun üçün Dorian Rottenberq həmin misranın tərcüməsini aşağıdakı kimi təqdim edib: "I
Alesker, have visited the same" (Mən Ələsgər həmin gözəli ziyarət etmişəm)
Bəndin ikinci misrasında Aşıq Ələsgər ölənədək sevgisindən dönməyəcəyini, usanmayacağını bildirir. Tərcüməçi bu
misradakı "çətin dönmək" ifadəsini və "usanmaq" sözünü "I hardly can refrain" (çətin ki mən özümü saxlayım) kimi
tərcümə etmişdir. Bu tərcümə isə nə məzmun nə də bədiilik cəhətdən uğurlu deyil.
Bəndin üçüncü misrasında tərcüməçi "əzrail" anlayışını "Death`s bright angel" (ölümün parlaq mələyi) kimi vermişdir.
Bu misrada işlənən "qanlı tutmaq" anlayışını isə müəllif fərqli biçimdə tərcümə etmişdir. Belə ki, Azərbaycan dilində "qanlı
tutmaq" ifadəsi bir qayda olaraq günahkar bilmək anlamında işlədilir. Aşıq Ələsgər bu birləşməni işlətməklə onun
ölümündə əzrailin günahkar olmadığını anasına çatdırmaq istəyir. Dorian Rottenberq bu mənanı "don`t blame (ittiham
etmə) kimi təqdim etmişdir. Bəndin sonuncu misrasında Aşıq Ələsgər sevgilisini "bir kipriyi peykan" adlandırır və
ölümünün səbəbi olaraq onu göstərir. Dorian Rottenberq misranın məzmununu saxlayaraq "kipriyi peykan"anlayışını "her
piercing glance" (onun iti baxışı) kimi tərcümə etmişdir.
Aşıq Ələsgərin ingilis dilinə tərcümə olunmuş şeirlərindən biri də"Sənə qurban" adlanır. Bu qoşmanı ingilis dilinə İrina
Jeleznova tərcümə edib.Aşığın bu şeiri lirik məzmunludur. Aşıq bu qoşmada sevgilisinə olan incə duyğularını bədii təsvir
və ifadə vasitələri vasitəsilə zəngin bir dillə ifadə edib.Aşıq Ələsgər bu qoşmada xalq ədəbiyyatının üslubuna uyğun söz və
ifadələr işlətdiyi kimi, klassik ədəbiyyatın ənənəvi obrazlarından da yararlanmışdır.Tərcüməçi İrina Jeleznova qoşmanın
birinci bəndinin birinci misrasını (Bir sözüm var, sənə pünhan deməli) tərcümədə qoşmanın adı kimi verib (A word must in
secret to you I impart).Tərcümədə diqqəti çəkən başqa bir əlamət odur ki, İrina Jeleznova bütün qoşma boyu "sənə qurban"
birləşməsini "beloved" (sevimli, əzizim) kimi tərcümə edib. Azərbaycan şifahi xalq ədəbiyyatında "sənə qurban", "qurban
olum", "canını qurban vermək" kimi deyimlər çox işlənir.Tərcüməçi bu incəliyə xüsusi diqqət verməlidir. İngilis dilində
olan "beloved" (sevgilim, əzizim) sözü də "qurban olmaq"anlayışını tam olmasa da, dolayısı ilə ifadə etmək gücündədir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
505
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ ƏRƏB DİLINƏ
TƏRCÜMƏSİ VƏ ƏRƏB HƏRFLƏRİNİN ÇƏTİNLİKLƏRİ
Fekri ALSHAWERİ
QafqazUniversity
alshawerifekri@gmail.com
Ibb/YEMEN
Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir.
Zəngin samit sisteminə malikdir. Sadə sait sistemi mövcuddur. Söz sırası adəti üzrə belədir: XMT (xəbər-mübtəda-
tamamlıq).
Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan
kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: kataba)
İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə
iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır.
Bildiyiniz kimi “Kitabi-Dədəm Qorqud” dastanının orfoqrafiyası da “ərəb imla üsulu”nun normalarına uyğun
yazılmışdır. Çünki ərəb əlifbası VII əsrdən etibarən artıq türk xalqları arasında yayılmağa başlamışdır və bu
Azərbaycan dilinin yazı sisteminə də öz təsirini göstərmişdir. Lakin ərəb əlifbasının türk xalqları arasında geniş
yayılmasına baxmayaraq, həmin əlifba türk dillərinin “fonetik quruluş”unu tam olaraq əks etdirə bilmirdi. Çünki
Azərbaycan türkcəsi ümumxalq dilinin yazı vasitəsində sait səsləri ifadə etmək üçün ərəb əlifbasında olduğu kimi, əsasən
üç hərfdən, yəni “əlif” “أ”, “vav” “و” və “yə” “ى” hərflərindən və şərti əlamətlərdən-“hərəkələrdən” istifadə olunurdu.
Həmin üç hərf və şərti əlamətlər Azərbaycan dilində hər hansı bir fikri sərbəst ifadə etmək üçün yetərli qəbul edilmir. Bu
səbəbdən dastanın dilindəki “fonetik uyuşmalar” yazıda tam şəkildə əks etdirilmirdi. Ona görə də, əski əlifba ilə
yazılmış orta əsrlər dövrü abidələrini nəinki başqa dilə çevirəndə, hətta Azərbaycan dilinədə oxuduğumuz zaman bir sıra
çətinliklərlə səbəb olur.
Araşdırmalar dastanda cəmi 350 ərəb və 136 fars mənşəli sözün olduğunu göstərir. Qalan sözlər isə türk dillərinə
məxsusdur.
Aparılan təxmini hesablamalara görə, dastandakı insan adlarının 85 faizi Azərbaycan dilində, 9 faizi fars, 6 faizi isə
ərəbcədir. Bəzi statisik hesablamalara görə isə, dastandakı insan adlarından 50-si türk, 24-ü ərəb, və 2-si fars mənşəlidir.
Bu əsər ərəb dilinə tərcümə edilərək "Hekayət Dədə Qorqut" adı altında İraqda çap edilmişdir. (Bağdad, 2007, 264
s.). Kitaba ön sözü Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı,
eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmışdır.
Biz inanırıq ki, Kitabi Dədə Qorqud dastanı dünyanın bütün dillərinə tərcümə ediləcək və digər millətlər tərəfindən
də oxunacaqdır.
TƏSİSAT ADLARININ TƏRCÜMƏSİNƏ ÜMUMİ BAXIŞ
Günel QASIMOVA
Azərbaycan Dillər Universiteti
gunel-aysun@hotmail.com
Bakı/AZƏRBAYCAN
Hər bir elm sahəsində olduğu kimi tərcümə elmində də, hələ də konkret şəkildə həllini tapa bilməyən sahələr
mövcuddur. Bunlar bir çox dissertasiya, tezis və məqalələrin araşdırma mövzusu olduğu halda yenə də tərcümə zamanı
tərcüməçilər müəyyən çətinliklərlə üzləşirlər. Müasir dövr tərcümənin problematik mövzusu mədəniyyətlərdən yaranan
məsələlərdir ki, bunlarında düzgün verilməməsinin nəticəsində nələrin baş verdiyi bütün tərcüməçilərə bəllidir.
Insan cəmiyyətinin təməlini təşkil edənvə milliyi özündə əks etdirdiyinə görə təsisatların təcüməsi zamanı bir çox
çətinliklərlə üzləşməli oluruq. Təsisat anlayışın bir çox insanlar arasında hələ də yalnış anlaşıldığı bir cəmiyyətdə bu
mövzuya toxunmaq və bunu tərcümədə əks etdirmək çox məsuliyyətli məsələdir. Çoxlarının hər hansı bir qurum, təşkilat
hesab etdiyi təsisat anlayışının əslində tamam fərqli bir anlayış olduğunu və bu cür qurum və təşkilatların təsisatın tərkib
hissəsi olduğunu qeyd etmək istəyirəm. Heç bir qurum, təşkilat hesab edilməyən dil, ölçü, çəki və pul vahidlərinin də,
təsisat hesab edildiyini nəzərə alsaq əslində təsisatların hər hansı bir insan cəmiyyətinin var olma və inkişaf etmə təməli
hesab etmiş olarıq. Çox geniş bir anlam olan təsisatların mövcud olmadığı cəmiyyətin məhvə məhkum olunduğunu qeyd
etməklə onların nə dərəcədə mühüm olduğunu vurğulamaq yerinə düşərdi. Əsasən beş təməl təsisat üzərində qurulan insan
cəmiyyəti onları qoruyur və nəsildən nəsilə ötürürlər. Bunlar ailə, təhsil, din, siyasət və iqtisadiyyatdır. Yerinə yetirdiyi
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
506
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
funksiyalara, norma, dəyər və rollarına, məxsus olduğu simvolik əlamətlərə, qurum və təşkilatlarına görə məkan və zaman
baxımından dəyişkən olan təsisatlar özündə kulturallığı əks etdirdiyinə görə təcümə zamanı tərcüməçilər onların hədəf dildə
ekvivalentlərini tapmaqda və hətta izah etmək də belə çətinliklə üzləşir.
Ifadə etmək istədyimiz fikri Azərbaycanın yaxın keçmişinə nəzər salmaqla və üç ayrı-ayrı dövrlərdən götürülmüş bir
neçə nümunə ilə izah etməyə çalışacağıq. Azərbaycan tarix boyu bir çox dövlətlərin tərkibində mövcudluğunu davam
etdirmiş və bu ölkənin ayrı-ayrı dövrlərdə tədbiq edilən müxtəlif təsisatlar əsasında idarə olunmuşdur. XIX əsrin sonlarında
və XX əsrin əvvəllərində İran istilasında yaşayan ölkəmiz fars rejiminin, XXəsrin sonlarına qədər Sovet rejiminin yaratdığı
və tədbiq etdiyi təsisatlar hal-hazırda tarixə çevirilib. Müstəqillik dövründə isə Azərbaycan cəmiyyəti tamamilə fərqli
təsisatlar yaratmış və dünya ölkələrindən mənimsəmişdir. Bütün bu təsisatları iki yerə bölmək olar milli və digər ölkələrdən
götürülən və ya məcburi şəkildə tədbiq edilən və bəzən də, milliləşdirilən alınma təsisatlar.
XIX sonu və XX əsrin əvvəllərində müstəqilliyi olmayan Azərbaycanda milli təsisatlardan söhbət açmaq yersiz olardı,
İran mənşəli bu təsisatlar müasir dövrdə bəzən hətta əsas dilin oxucusu üçün də qaranlıq qalır. Bu səbəbdən tarix
kitablarında rast gəldiyimiz təsisatların mənasının başa düşülməsi üçün verilən izahatlar tərcüməçilərin işini çox
yüngülləşdirir. Əsas dilin daşıyıcısı olan tərcüməçi məxsus olduğu dildə rast gəldiyi alınma, milli koloritə mənsub olmayan
kəlmə və anlayışları dərhal tanımalıdır. Bu cür kəlmələrlə rastlaşan tərcüməçi onu hədəf dildə əks etdirməmişdən əvvəl ilk
öncə onun mənşəyini araşdırmalıdır, çünki bəzən bu edilmədiyi halda milli anlayış kimi verilərsə tərcümədə və
mədəniyyətlərdə yalnış anlşılmalara səbəb ola bilər.
Xüsusilə sovet dövründə müstəqil şəkildə mövcud olmayan Azərbaycan cəmiyyətində demək olar bütün təsisatlar rus
mənşəli idi və kitab və dərsliklərdə də, rus dilində də verilmişdir. Bu kimi terminləri üçüncü dilə tərcümə edərkən ikinci
dildəki görünüşünə əsasən deyil, çünki, bəzən tərcüməçi müasir cəmiyyət üçün belə naməlum olan anlayışı araşdırmadan
mənasına varmadan köçürmə üsullarından istifadə etməklə üçüncü dildə əks etdirərək işini rahatlaşdırır, mütləq şəkildə
onun mənbəyini ifadə etdiyi mənanı, sözün orijinaldakı yazılış və deyiliş formlarını müəyyənləşdirməlidir. Bu da, ondan
irəli gəlir ki, dilə gələn söz və anlayış həmin dilin fonetik və leksik quruluşuna uyğunlaşır bir sözlə həmin söz milliləşir və
əgər bu milliləşmiş alınma sözü tərcüməçi orijinaldakı formasında yox millişləşmiş formaya uyğun olaraq məxəz dilə
köçürərsə bu qeyri professional və səhv tərcümə hesab edilər. Ikinci dildə qarşılığı olmayan bəzən analoq və bəzən də
köçürmə üsulları ilə qəbul edilən kəlmələrin digər üçüncü bir dildə qarşılığı olma mümkünlüyü araşdırılmalı və düzgün
ekvivalenti verilməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, ölçü vahidləri də təsisat hesab edilir; dilimizdə zamanla üç ayrı
dövrlərdə mövcud olan ölçü vahidlərinə və onların məxəz dildəki qarşılıqlarına nəzər salaq. Əsasən fars rejimindən miras
qalan arşın təsisatının mənşəyini və üçüncü məxəz dildə analoqunun olduğunu lakin, ekvivalentinin olmadığını müəyyən
etdikdən sonra məxəz dilə transkripsiya edilməklə və analoqu eyni zamanda izahı verilməklə one arshin=28 inches kimi
köçürülür. Sover dövründə cəmiyyətimizdə istifadə edilən və milliləşdirilən ölçü vahidi desyatin də eyni qayda tətbiq
edilməklə üçüncü məxəz dildə verilir və buzaman ikinci dildəki görüntüsü ilə deyil əsas dildəki yazılış formasına uyğun
olaraq məxəz dildə one desyatina=2,7acre kimi verilir. Nəhayət müstəqillik dövründə istifadə edilən ölçü vahidləri
beynəlxalq standartlara uyğun olaraq əksər dünya dillərində eynilik təşkil edir və həmin dillərin quruluşu ilə uyğunlaşır.
Müvafiq olaraq ingilis və amerikan ingiliscəsində metre, meter kimi əks olunan ölçü vahidi azərbaycan türkcəsinin
qanunauyğunluqlarına uyğun olaraq metr kimi verilir.
Bu cür mühüm termin və adların tərcüməsində vaxt aparan prosedurladan və araşdırmalarda məqsəd milliyi qorumaq
və onu düzgün ötürməkdir. Bu cür mühüm elementlərin tərcümədə ixtisarı və ya izah edilmədən analoqu verilməsi
yolverilməzdir,çünki bəzən oxşar görünən iki qurum və ya hər hansı bir təsisat tamamilə ayrı-ayrı funksiya və vəzifələri
yerinə yetirir. Xüsusilə təsisatlar əksər insan cəmiyyətlərində bu və ya digər şəkildə mövcuddur və tərcümə zamanı ən asan
yol analoqu yəni tamamilə eyni məzmunu daşımyan sözlərlə qarşılığın vermək hesab olunardı, lakin bəzən bundansa hər
hansı təsisatın yerinə yetrdiyi funksiyaya uyğun olaraq məxəz dilə tərcümə etmək daha münasib yol hesab edilir. İngilis
dilində magistrate, advocate, barrister və s. bu kimi təsisat hesab edilən və vəkillik etdikləri sahələrə uyğun olaraq müxtəlif
adlar götürən vəzifə azərbaycan dilinə sadəcə vəkil kimi tərcümə edilir; bir dildə bir kəlməylə ifadə edilən bir təsisatın digər
dildə niyə bu qədər çox kəlmələrlə ifadə edilir. Və ya digər bir nümunə azərbaycan cəmiyyətində molla adlandırılan
müəyyən ayin və funksiyaları yerinə yetirən və özlüyündə təsisat hesab edilən anlayışı məxəz dilin dinində oxşar vəzifə
tutan keşiş, rahib kimi digər bir təsisatla vermək heç də düzgün hesab edilmir. Ilk öncə ona görə ki, onların ümumi
məqsədləri bir olsa da, itaət və ibadət formaları, yerinə yetirdikləri funksiya və ayinlər tamamilə fərqlidir, digər səbəb isə
odur ki, tərcümənin sadiqlik prinsipinə əsasən tərcüməçi milli hesab etdiyi hər bir kəlmə, ad və terminləri məxəz dildə
mütləq şəkildə qorumalıdır.
Burdan da belə qənaətə gəlirik ki, tərcümə prosesində əsas məsələ tərcümə deyil bu cür milli kaloritli mühüm anlayış
və ifadələrin müxtəlif yollarla mənasını çatdırmaq və digər dildə müvafiq variantıdını tapmaqdır. Tərcümənin məqsədi
mədəniyyətləri birləşdirmək, ümumiləşdirmək yox, hər bir cəmiyyətin özünəməxsusluğunu ötürməkdir. Bunun üçün də
tərcüməçi kifayət qədər çox əmək və bilik nümayiş etdirməlidir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
507
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏRİN TƏRCÜMƏSI ZAMANI
ORTAYA ÇIXAN ÇƏTİNLİKLƏR
Gulnar AGASIYEVA
QafqazUniversity
gulnaragasiyeva@yahoo.com
Bakı/AZƏRBAYCAN
Tərcümə bir xalqın mədəniyyəti haqqında məlumatları başqa bir xalqa ötürmə vasitəsidir. Tərcümədə ortaya çıxan bəzi
çətinliklər olduğu məlumdur. Mənim mövzum isə atalar sözü və məsəllərin tərcüməsi zamanı ortaya çıxan çətinliklər
haqqındadır.Qohum dillərdə atalar sözləri və məsəllərin əksəriyyəti eyni və ya məzmununa görə bənzər olur.Lakin bəzi
fərqliliklər də mümkündür.Qohum olmayan dillərdə isə dünya görüşü,Mədəniyyət fərqli olduğu üçün atalar və məsəllər
arasında fərqliliklər çoxdur. Bu da tərcümə zamanı problemlərə gətirib çıxardır.Məsələn:alman-azərbaycanç,ingilis-
azərbaycanca kimi qohum olmayan dillərdə qarşılıqlı tərcümə zamanı. Sözbəsöz ,hərfi tərcümə etmək,atalar sözüvə
məsəllərdə özünü doğrultmur. Atalar sözünü ən uyğun şəkildə tərcümə etmək tərcüməçidən bir neçə şey
tələbedir.Tərcüməçi idiomatik tərcüməni təyin edə bilmək üçün hədəf və mənbə dilin mədəniyyətinə dərindən bələd
olmalıdır. Atalar sözlərinin adətən hədəf dilı də ekvivalenti mövcut olur.Buna baxmayaraq dil ekvivalenti mövcud
olmasından aslı olaraq fərqlənir. Bu amil atalar sözünün mənşəyinin müəyyən olunmasına çox kömək edir. Xüsusilədə bu
məsəl və ya atalar sözü ortaq deyilsə. Bəzi atalar sözü ilə çatdırılmaq istənilən fikri izah etmək daha doğrudur.
Atalar sözləri özündə müdrik məsləhətləri ehtiva edən və ümumillikdə qəbul olunmuş həqiqəti ifadə edən məşhur
fikirlərdir. Əksər atalar sözləri mənşəyini şifahi ənənələrdən gotürdüğünə görə onlar adətən asanlıqla yadda saxlanılır və
nəsildən-nəsilə keçərkən çox cüzi dəyişikliyı uğrayır.Onların yaranmasına səbəb olan əhvalat yox sadəcə nəsildən-nəsilə
ötürülmüşdür. Bütün bu faktlar bizi atalar sözlərinin tərcüməsi prosesinin kompleks olduğunu deməyə əsas verir.
Xristianların müqəddəs kitabı olan İncildə də atalar sözlərinə geniş yer verilmişdir.Onlardan biri belədir“A stitch in time
saves nine”hərfi tərcümə etsək,”Vaxtinda atılan bir tikiş gələcək doqquz tikişin qarşısını alır”bu atalar sözü həqiqi mənası
ilə də doğrudur. Lakin onun mənası bununla məhdudlaşır? Xeyr.Bir gədər dərinə getsək,bunu belə tərcümə edə
bilərik“Kiçik problemi vaxtında həll etmək böyük problemlərin yaranmasının qarşısını alar” və ya“Kiçik günahlar vaxt
keçdikcə böyük günahlara aparır”
Tərcümə etdiyimiz mətndə atalar sözü ilə qarşılaşdıqda ilk öncə onun haqqında düşünməli,sonra beynimizdə təhlil etməli
və ən uyğun şəkildə tərcümə etməliyik. Atalar sözü və məsəllərin tərcüməsi idiomatik və axıcı olmalıdır tədqiqatlar
göstərirki,atalar sözləri və məsəllərin tərcüməsi 86% parafraz üsulu ilə,66,66% isə yerli ekvivalenti ilə əvəz etməklə həyata
keçirilir.
Dil ictimai hadisədir və hər bir dilin öz mədəniyyəti vardır.Müəyyən dərəcədə dil mədəniyyət cəmiyyətdə eyni
vaxtda inkişaf edir,təşəkkül tapır.Ona görədə bəzən elə olur ki,bir dildə təşəkkül tapmış bəzi mədəni elementlər başqa bir
dildə mövcut olmur. Atalar sözü və məsəllərdə dilin mədəniyyətinə daxildir.Onların kökləri adət-ənənə,tarix,din,yerli şərait
,mədəni səviyyə və hətta ölkənin coğrafiyası ilə bağlıdır. Beykerə görə atalar sözü və məsəllər dilin formaca az dəyişən və
ya da heç dəyişməyən donmuş naxışlarıdır. Məsəllər isə tərkibindəki sözlərdən anlaşılmayan bir məna
daşıyırlar.Məsəllərdən fərqli olaraq atalar sözlərinin mənaları aydın olur.Beyker 1992-ci ildəki araşdırmasına əsasən atalar
sözü və məsəllərin tərcüməsi zamanı 4 strategiya olduğunu qeyd etmişdir:
Mənaca ve formaca eyni məsəldən istifadə etmək
Mənaca eyni formaca müxtəlif məsəldən istifadə etmək
Ifadənin mənası zeifleyirsə və tərcümədə itki baş verirsə parafraz etmək
Ifadənin heç bir yaxın mənalı qarşılığı yoxdursa,parafraz etmək çətindirsə yaxud parafrazdan heç bir nəticə
alınmırsa tərcümədə həmin ifadəni buraxmaq
Bekmen və Kallovun 1974-cü ildə irəli sürdükləri fikirlərdə atalar sözlərinin tərcüməsi zamanı tədbiq edilə biləcək 3
təklif vardır:
Atalar sözünü təşkil edən sözlər onun mənası olaraq olduğu kimi tərcümə edilə bilər
O yerli ekvivalenti ile əvəz oluna bilər
Onun məcazi mənasi bir başa tərcümə olunabilər
Tərcüməçilər mənbə və hədəf dilin mədəniyyəti haqqında dərin biliyə malik olmalıdırlar.
Bir neçə nümunəyə baxaq:
The tail wagging the dog. Bu atalar sözü dilimizdə cücə toyuğa cik-cik öyrədir və ya bağa çanağından çıxdı amma
çanağını bəyənmədi kimi tərcümə olunur.
Strike the iron while it is hot. Bu atalar sözü isə dilimizdəki ekvivalenti ilə eynidir- Dəmiri isti-istid öyərlər.
Speak of the devil and he is sure to appear. Dilimizdək iqarşılığı-Adını çək qulağını bur.
There is no use crying over the spilt milk. Sonraki peşmançılıq faydaverməz və ya Olanla ölənə çarə yoxdur.
Every cloud a silver lining. Şər deməsən xeyir gəlməz.
You cannot run with the hare and hunt with the hounds. Bir əldə iki qarpız tutmaq olmaz.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
508
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Dostları ilə paylaş: |