Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


Teorem 1: 0 olduqda  , ,  məsələsinin məxsusi ədədləri həqiqidir.  Teorem 2



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə26/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   22   23   24   25   26   27   28   29   ...   144

Teorem 1:

0 olduqda 

, ,

 məsələsinin məxsusi ədədləri həqiqidir. 



Teorem 2:   ədədinin 

, ,


 təkrarlanan məxsusi ədədi olması üçün zəruri və kafi şərt ω-nın həqiqi ədəd olması və 

, λ


αλ

β

, λ



, λ

0 bərabərliklərinin ödənilməsidir. 



Teorem 3:

, ,


 sərhəd məsələsi hesabi sayda 

  n


0, 1, 2, …  məxsusi ədədinə malikdir. Bu məxsusi ədədlər 

üçün | |


 olduqda aşağıdaki asimptotik düstur doğrudur: 

n

B



Burada     

B

R

| |



,  

γ



 

 

 



 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

104 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

RİYAZİYYATDA HESAB MƏSƏLƏLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI 

 

 Xalidə HƏSENOVA, Günay QASIMOVA, Könül BƏDƏLOVA, Növrəstə ABDULLAYEVA 

Sumqayıt Dövlət Universiteti 



xalide@rambler.ru



gunayqasimova@yahoo.com



bedelova-konul@rambler.ru



novreste1982@box.az

 

 

Verilmiş  ədədlər və bunlarla məchullar arasında verilmiş münasibətlərə görə bir və ya bir neçə  məchulu tapmaq 



tələbinə hesab məsələsi deyilir. Hesab məsələsi  ədədlər üzərində  bəzi  əməlləri icra etməkdən ibarət deyil. O, birinci 

növbədə məntiqi bir işdən: məsələnin tələb etdiyi mürəkkəb bir sualı daha sadə suallara ayırmaq, verilənlərlə axtarılanlar 

arasındakı əlaqəni tapmaqdan ibarətdir ki, bu da insanda mürəkkəb məsələlərdən baş çıxarmaq, onları daha sadə məsələlərə 

ayırmaq qabiliyyətini inkişaf etdirir. Məsələ həll etməyi bacarmadan riyaziyyatı əməli məsələlərə tətbiq etmək olmaz. Bu 

isə riyaziyyatın həyatla əlaqəsini təşkil edir. [2, s. 89] 

Hesab tədrisinə aid olan metodik ədəbiyyatlarda hesab məsələlərini müxtəlif əsaslara görə növlərə bölürlər. Müəllimin 

bu növlərlə yaxşı tanış olması, onun şagirdlərə məsələ həll etməyi öyrətmək işində müvəffəqiyyətlər  əldə etməsi üçün çox 

mühümdür. Bunu nəzərə alaraq hesab məsələlərinin növləri üzərində dayanaq.  

Hesab məsələlərinin yuxarıdakı  tərifinə görə  məsələnin  şərtindəki  ədədlər və bunlarla məchullar arasındakı 

münasibətlər sözlə deyil, əməl işarələri və onların ardıcıllığı ilə göstərilmiş olduqda belə məsələlərə ədədi məsələlər və ya 

misallar deyilir. Misalların təfəkkürün inkişafında  rolu azdır. Buna baxmayaraq hesablama vərdişlərini 

möhkəmləndirdiyinə görə əhəmiyyətlidir. Bunda əlavə, getdikcə çətinliyi artan misalların həllində şagird suallara ayırmaqla 

böyük bir işi yerinə yetirir ki, bu da onlarda diqqət, məsuliyyət hissi, səliqə  və özünü yoxlama kimi keyfiyyətlər inkişaf 

etdirir. Misallar yeni keçilmiş qaydalara aid olmaqla bərabər, keçilmiş qaydalara da aid olmalıdır. Müxtəlif çətinlikdə olan 

misallarla yanaşı, şifahi həll oluna bilən misallarda verilməlidir. [1, s. 103] 

Məsələnin şərtindəki ədədlər və bunlarla məchul arasındakı münasibət sözlərlə ifadə olunduqda belə məsələlərə mətnli 

məsələlər deyilir. Tədricən çətinlik dərəcəsi artırılmaqla, məqsədli surətdə seçilmiş  mətnli məsələlərin həlloi  şagirdlərin 

məntiqi mühakiməsinin inkişafı üçün çox gözəl vasitədir. Buna görə də mətnli məsələlərin həllinə misallara nisbətən daha 

çox vaxt ayırmaq lazımdır. [1, s. 104] 

Hesab məsələləri onların həllindəki   əməllərin sayından asılı olaraq iki növə bölünür. Yalnız bir əməllə həll olunan 

məsələr sadə məsələlər, birdən artıq əməllə həll olunan məsələlərə isə mürəkkəb məsələ deyilir. Aydındır ki, çox asan həll 

olunan mürəkkəb məsələlər olduğu kimi, nisbətən çətinliklə  həll olunan sadə  məsələlər də ola bilər.  Sadə  məsələlər 

şagirdlərin məntiqi mühakiməsinin inkişafında ilk pillə olduğundan bunlara böyük əhəmiyyət vermək lazımdır. Belə 

məsələlərin həllində  şagirdlər bu və ya başqa  əməlin mənasını  dərk edirlər,  əməllərin müxtəlif hallardakı  tətbiqi ilə tanış 

olurlar. [2, s. 91] 

Məsələ  şərtində verilmiş ədədlərin düzülüş sırası onun həllindəki əməllərin ardıcıllığı sırası arasında uyğunluq olub, 

olmamasından asılı olaraq mürəkkəb məsələləri iki yerə bölmək olar.  

Məsələdəki verilənlərin düzülüş  sırası onun həllindəki  əməllərin ardıcıllığı  sırasına uyğun olduqda məsələ çevrilmiş 

məsələ adlanır.  Belə məsələlərin quruluşundan onların həllinin gedişi aydın görünür.  

Məsələdəki verilənlər və onları bağlayan asılılıqlar  şərtdə bir sırada olmayıb biri-birindən bir və ya bir neçə  şərtlə 

ayrılmış olduqda belə məsələlər çevrilməmiş məsələlər adlanır. Belə məsələlərin quruluşu onların həllin gedişini göstərmir. 

Çevrilmiş  məsələlərin həlli  şagirdlər üçün xüsusi bir çətinlik törətmir. Çevrilməmiş  məsələlər isə  əksinə, gərgin 

mühakimə aparmaq tələb edir. Buna görə də çevrilmiş məsələlərə nisbətən daha əhəmiyyətli hesab olunur.  

Məsələləri bir də onların həll üsuluna görə iki yerə bölürlər. Bunlardan biri məxsusi həll üsulları olan məsələlərdir ki, 

bunlara çox zaman tip və ya qrup məsələlər deyilir.  Bu halda hər tipin özünəməxsus adı olur. Məxsusi həll üsulu olmayan 

məsələlərə isə tip olmayan və ya qrup təşkil etməyən məsələlərdir. Çevrilməmiş məsələlər əsasən bu növə aid olur. [1, s. 

106] 

Orta məktəb riyaziyyat kursunda istifadə olunan tip məsələlərin  əsas növləri aşağıdakılardır: [1, s. 107] 



1.  cəminə və nisbətinə görə məchul ədədlərin tapılmasına aid məsələlər; 

2.  fərqinə və nisbətinə görə məchul tapılmasına aid məsələlər; 

3.  cəminə və fərqinə görə məchulun tapılmasına aid məsələlər; 

4.  ədədi orta qiyməti tapmağa aid məsələlər; 

5.  qarşı-qarşıya hərəkətə aid məsələlər; 

6.  bir istiqamətdə hərəkətə aid məsələlər; 

7.  birlikdə işə aid məsələlər; 

8.  əməllərin komponentləri arasındakı asılığa aid məsələlər; 

9.  əvəzetmə yolu ilə məchullardan birini kənar etməklə həll olunan məsələlər; 

10.  faizə aid məsələlər; 

11.  üçlük qaydasına aid məsələlər; 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

105 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

12.  mütənasib bölməyə aid məsələlər; 

13.  həndəsi məzmunlu məsələlər

14.  əvəzetmə yolu ilə məchullardan birini kənar etməklə həll olunan məsələlər; 

Yuxarıda  göstərdiyimiz məsələ növlərindən başqa, məntiqi xarakterli məsələlər də vardır. 

Məntiqi xarakterli məsələlər riyazi təfəkkürün inkişafında və riyaziyyata olan həvəsin canlanmasında mühüm rol 

oynayır. 

Digər bir məsələ növü isə təcrübi məzmunlu məsələlərdir. Biz riyaziyyatda təlimin həyatla bağlanması dedikdə bu elmin 

əməli və  tətbiqi məzmununun açılması  və aydınlaşması başa düşürük.  Riyaziyyat təliminin həyatla  əlaqələndirilməsində 

təcrübi məzmunlu məsələlər mühüm yer tutur. Buna görə  də istər dərslik, istərsə  də  məsələ kitablarında belə  məsələlərə 

geniş yer verilir. Təcrübi məzmunlu məsələlərin həlli zamanı  şagirdlər hesablama ilə yanaşı, qurma,  ölçmə, cədvəl 

hazırlama və s. işlərlə  də  məşğul olurlar. Bundan əlavə  təcrübi məzmunlu məsələlər  şagirdlərə  həyatın müxtəlif  

sahələrindən maraqlı məlumat verməyə də geniş şərait yaradır. [4, s. 164] 

Müəllim bəzən təcrübi məzmunlu məsələlərin düzgün seçilməsində çətinlik çəkir. Çalışmaq lazımdır ki, həll edilən belə 

məsələlər real, riyazi cəhətdən məzmunlu, şagirdlərinsəviyyəsinə uyğun və maraqlı olsun.  

Hesab məsələlərinin həlli metodikası haqqında məlumat vermək üçün əsasən mürəkkəb məsələləriun həllinə baxaq. 

Mürəkkəb məsələlərin həllində əsasən dörd mərhələ vardır: 

1.  məsələnin məzmununun mənumsənilməsi; 

2.  məsələnin təhlili və həll planının qurulması; 

3.  məsələnin həlli; 

4.  həllin düzgünlüyünün yoxlanması. 

Birinci mərhələdə  məsələ bir və ya bir neçə  dəfə müəllim yaxud şagird tərəfindən diqqətlə oxunur. Ola bilər ki, 

məsələni hər  şagird öz kitabından müstəqil surətdə oxusun. Nəticədə  şagirdlər məsələnin  əsas məzmununu başa düşməli, 

yəni məsələdə verilənləri və axtarılanları aydın təsəvvür etməlidirlər. Bəzi məsələdəki bu və ya digər istilahın  şagirdlərə 

tanış olmaması məsələ məzmununun başa düşülməsinə mane olur. Belə anlayışları izah etmək və lazım gəldikdə hətta əyani 

vəsaitin köməyi ilə göstərmək lazımdır. Məsələnin  şərti mənimsənildikdən sonra onun şərtini qısa olaraq lövhədə  və 

dəftərlərdə yazmaq lazımdır. Bu məsələnin məzmunun yadda qalmasına kömək etməklə  bərabər, məsələnin həll planının 

qurulmasını da asanlaşdırır.Qeyd etmək lazımdır ki, məsələnin şərtini qısa yazmaq həmişə asan olmur. Bəzi məsələlər üçün 

çertyoj, sxem və ya şəkil çəkilməsi  həllin asan başa düşülməsinə kömək edir.  

İkinci mərhələdə  məsələ sadə  məsələlərə ayrılır və bunların həll ardıcıllığı müəyyən olunur. Başqa sözlə  məsələnin 

həll planı tərtib olunur. Bu mərhələdə iki üsuldan istifadə etmək olar: 

1.  sintez üsulu; 

 

2.  analiz üsulu. 



Bu iki üsulun vəhdət təşkil etdiyi məsələ həllində də aşkar görünür. Beləki, məsələnin sintez üsulu ilə həlli kor-koranə 

olmur və biz bu halda axtarılan kəmiyyəti nəzərdə tutaraq fikrimizdə analiz üsulundan istifadə edirik. Məsələni analiz üsulu 

ilə həll etdikdə isə biz məsələnin həll yolunu müəyyən edir, sonra sintez üsulundan istifadə edərək tələb olunan kəmiyyəti 

tapırıq. Ona görə  də demək olar ki, məsələ  həlli zamanı  əslində  həmişə anali-sintez üsulundan istifadə edirik. Məsələnin 

sintez üsulu ilə həlli şagirdlər üçün daha asandır (xüsusən çevrilmiş məsələlərdə), lakin bu halda, xüsusilə şagird məsələni 

sərbəst həll etdikdə, müxtəlif səhv və nöqsanlar ola bilər. Məsələ analiz üsulu ilə həll edildikdə mühakimə uzun və bəzən 

yorucu  (lakin etibarlı) olur. Buna görə də şagirdlər həlli mənimsəməkdə çətinlik çəkirlər. Çalışmaq lazımdır ki, şagirdlər 

hər  iki üsuldan  istifadə etsinlər.  

Aydındır ki,  şagirdləri analiz üsulundan istifadə etməyə  tədricən hazırlamaq lazımdır. Bu halda əvvəlcə iki sadə 

məsələyə ayrılan məsələlərdən başlamaq, həm də bu məsələləri sintez üsulu ilə həll etdikdən sonra onların analiz üsulu ilə 

həllinə keçmək lazımdır. Qeyd edək ki, bu işlə təsadüfdən-təsadüfə deyil, müntəzəm məşğul olmq lazımdır.  Aşkardır ki, bu  

mərhələlərdən sonra məsələnin həll edilməsi və həllin düzgünlüyünün yoxlanılması böyük çətinlik törətmir.  

Yuxarıda biz hesab məsələlərindən başqa, qurma və isbat məsələlərinin də adını  çəkmişdik.  Qurma məsələsi dedikdə 

tələb olunan fiquru yalnız xətkeş və pərgardan istifadə etməklə qurmaq tələb olunan məsələlər başa düşülür. Aydındır ki, bu 

növ məsələlərə daha çox həndəsədə rast gəlinir.  Qurma məsələlərinin həll prosesini aşağıdakı mərhələlərə bölmək olar: [4, 

s. 165] 


1.  həllin axtarılması; 

2.  həllin əsaslandırılması; 

3.  qurmanın yerinə yetirilməsi; 

4.  həllin tətbiqi. 

Bu mərhələlər içərisində ikinci mərhələ -həllin əsaslandırılması xüsusi əhəmiyyətə malikdir.  

İsbat məsələlərindən  həm cəbr, həm də  həndəsə kursunda geniş istifadə olunur. Bu məsələlin həllində  də  əsasən 

analiz-sintez üsulu tətbiq olunur.   


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

106 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Qeyd edək ki, pedaqoji cəhətdən müxtəlif üsullarla həll olunan məsələlər daha da səmərəlidir. Bu zaman şagirdin zehni 

fəaliyyəti artır, təlimin keyfiyyəti fəndaxili və fənlərarası yeni əlaqəlin aşkar edilməsi sayəsində yüksəlir.  

Təlim  prosesində  şagirdin məsələ  tərtib etməsinə  və sonra onu həll etməsinə xüsusi diqqət yetirilməlidir. Bu işə 

müəllim şagirdləri hazırlamaq üçün məqsədyönlü iş aparmalıdır.  

Riyazi məsələləri standart və qeyri-standart növlərə  də ayırırlar. Aydındır ki, belə bölgü də  şərtidir. Çünki eyni bir 

məsələ bir şagird üçün standart, başqa bir bir şagird üçün qeyri-standart ola bilər. Bu əsasən  şagirdin qavrama 

qabiliyyətindən, təfəkkürünün inkişafından, bilik səviyyəsindən asılıdır. [1, s. 108] 

Konkret dərs üçün məsələ seçərkən aşağıdakı suallara cavab axtarılmalıdır:  

1.  seçilən məsələ dərsin əsas didaktik məqsədinə uyğundurmu? 

2.  seçilən məsələ əvvəlki dərsdə həll olunan məsələ ilə əlaqəlidirmi? 

3.  seçilən məsələni ümumiləşdirmək olarmı? 

4.  məsələnin verilənləri məqsədəuyğundurmu? 

 

Dərsin  əsas didaktik məqsədinə uyğun olaraq məsələlər sistem şəklində seçilir. Məsələ sistemləri aşağıdakı 



tələbləri ödəməlidir: 

1.  məsələlər dərsin əsas didaktik məqsədlərinə uyğun olmalıdır; 

2.  sitemdəki məsələlər həm öz aralarında, həm də keçmiş və gələcək mövzularla əlaqəli olmalıdır; 

3.  sitemdəki məsələlər bütün mühüm və xarakterik situasiyaları əhatə etməlidir; 

4.  sitemdə məsələlər sadədən mürəkkəbə doğru yerləşdirilməlidir. 

Riyazi məsələləri standart və qeyri-standart növlərə  də ayırırlar. Aydındır ki, belə bölgü də  şərtidir. Çünki eyni bir 

məsələ bir şagird üçün standart, başqa bir bir şagird üçün qeyri-standart ola bilər. Bu əsasən  şagirdin qavrama 

qabiliyyətindən, təfəkkürünün inkişafından, bilik səviyyəsindən asılıdır.  

 

 

Nəticə və təkliflər 



Təlim  prosesində  şagirdin məsələ  tərtib etməsinə  və sonra onu həll etməsinə xüsusi diqqət yetirilməlidir. Bu işə 

müəllim şagirdləri hazırlamaq üçün məqsədyönlü iş aparmalıdır.  

Konkret dərs üçün məsələ seçərkən aşağıdakı suallara cavab axtarılmalıdır:  

1.  seçilən məsələ dərsin əsas didaktik məqsədinə uyğundurmu? 

2.  seçilən məsələ əvvəlki dərsdə həll olunan məsələ ilə əlaqəlidirmi? 

3.  seçilən məsələni ümumiləşdirmək olarmı? 

4.  məsələnin verilənləri məqsədəuyğundurmu? 

Dərsin əsas didaktik məqsədinə uyğun olaraq məsələlər sistem şəklində seçilir. Məsələ sistemləri aşağıdakı tələbləri 

ödəməlidir: 

1.  məsələlər dərsin əsas didaktik məqsədlərinə uyğun olmalıdır; 

2.  sitemdəki məsələlər həm öz aralarında, həm də keçmiş və gələcək mövzularla əlaqəli olmalıdır; 

3.  sitemdəki məsələlər bütün mühüm və xarakterik situasiyaları əhatə etməlidir; 

4.  sitemdə məsələlərsadədən mürəkkəbə doğru yerləşdirilməlidir. 

Şagirdləri zehni fəaliyyətə  cəlb etmək və onların müstəqilliyinə nail olmaq üçün müxtəlif üsullarla həll oluna bilən  

məsələlər çox mühüm vasitədir. 

Təlimdə  məsələlərin ümumi həll üsullarının öyrənilməsinə nail olmaq vacibdir. Eyni tipli məsələlərin həllinə aludə 

olmaq lazım deyil. Məsələlərin həllinin səmərəli öyrənilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir: 

1.  sistemli şəkildə qeyri –standart məsələlər həll etmək

2.  məsələləri müxtəlif  üsullarla həll etmək; 

3.  oxşar məsələlər tərtib etmək və həll etmək; 

4.  həll olunan məsələni ümumiləşdirmək; 

5.  həll olunan məsələnin xüsusi hallarını tədqiq etmək; 

6.  çatışmayan şərtli və artıq şərtli məsələləri həll etmək; 

7.  məsələni başqa dillərə tərcümə etmək və s. 

Məsələ həllinin  riyaziyyat təlimi qarşısında qoyulmuş məqsədlərə çatmaqda rolu əvəzsizdir. Məsələ həllinin düzgün 

metodikası şagirdlərdə bilik, bacarıq və vərdişlərin yuksək səviyyədə formalaşmasında  əsas amildir. 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

107 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

18-19, April 2014, Baku, Azerbaijan 

 

 

PROCEEDINGS 

SECTION I 

NATURAL SCIENCES 

 

 

CHEMISTRY 

 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

108 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ПОЛУЧЕНИЕ ПАВ И ИХ ПРИМЕНЕНИЕ В КАЧЕСТВЕ 

РЕАГЕНТОВ ДЛЯ УДАЛЕНИЯ НЕФТЯНЫХ ПЛЕНОК 

 

Г.Н. БАДАЛОВА,  Р.М. ,АЛОСМАНОВ, А.А. АЗИЗОВ, И.А. БУНИЯТ-ЗАДЕ, Е.И. АЗИЗБЕЙЛИ 

Бакинский Государственный Университет 



gunel4ik@mail.ru,r_alosmanov@rambler.ru,ааzizov@land.ru,i_buniatzade@mail.ru, 

emin.azizbeyli@mail.ru 

 

Очистка  водных  поверхностей  от  нефтяных  загрязнений  в  последние  десятилетия  актуальная  проблема, 

которую  пытаются  решить  многие  ученые.  Главным  условием  в  решении  этой  проблемы  является  получение 

экологически  безвредного  продукта.  В  настоящее  время    для  удаления  нефтяных  загрязнений  с  водных 

поверхностей  применяют  различные  физические  и  химические  методы,  среди  которых  использование  ПАВ, 

особенно  в  форс-мажорных  обстоятельствах,  занимает  далеко  не  последнее  место.  Нами,  в  качестве  исходных 

продуктов для синтеза ПАВ были взяты растительные масла, а именно, подсолнечное, репейное и льняное масла, 

которые  были  модифицированы  реакцией  окислительного  хлорфосфорилирования  под  действием  треххлористого 

фосфора в присутствии кислорода. Реакция носит экзотермический характер (температура поднимается до ~80 

0

С). 



Продукты  окислительного  хлорфосфорилирования  растительных  масел  представляет  собой  вязкие  жидкости 

темно-коричневого  цвета.  Полученные  продукты  вакуумируются  в  мягких  условиях  при  помощи  водоструйного 

насоса  для  удаления  следов  непрореагировавшего PCI

3

,  а  также  побочного  продукта  реакции    PОCl



3. 

  Затем,  для 

исследования их собирательной (диспергирующей) способности по отношению к тонким нефтяным пленкам, были 

приготовлены  водные  эмульсии  разной  концентрации  и  проверена  эффективность  полученных  реагентов  в 

зависимости  от  их  количества,  концентрации,  толщины,  возраста  пленки  и  природы  водной  поверхности.  Была 

исследована  зависимость  коэффициента  межфазного  натяжения    от  концентрации  керосиновых  растворов 

синтезированных  реагентов  с  использованием  сталагмометрического  метода,  а  также    определены  йодные, 

бромные  и  кислотные  числа    реагентов  и  их  коэффициенты  преломления.  Синтезированные  ПАВ 

идентифицированы методом ИК-спектроскопии. Проведенные исследования показали возможность использования 

синтезированных ПАВ в качестве реагентов, способных диспергировать и/или собирать тонкую нефтяную пленку 

на водной поверхности.  

Полученные  данные  позволяют  сделать  вывод,  что  самыми  эффективными  являются  ПАВ  на  основе  

подсолнечного и репейного масел с концентрацией водного раствора 3% (масс.) на пленке толщиной 0,01 и 0,05см 

(степень  очистки 97%) и 0,5% (масс.)  водный  раствор  реагента  на  основе  репейного  масла  на  пленке  толщиной 

0,05см (степень очистки 87%) на пресной и морской воде, а также 5% водный раствор реагента на основе льняного 

масла,  который  способен  очистить 96% площади  нефтяного  пятна.  Cталагмометрические  измерения 

поверхностного  натяжения  на  границе  вода-керосин,  проведенные  по  методике  Ребиндера-Венстрема  для 

полученных образцов, показали снижение значения межфазного натяжения в их присутствии с 48,16 до 2,24 мН/м. 

 

 

Ca və Cu NANOHISSƏCIKLƏRININ FOSFON, 

FOSFAT QRUPLU SORBENTLƏ SORBSİYASI 

 

Məltəm ŞAMİLOVA, R. M. ALOSMANOV 

Bakı Dövlət Universiteti 



Meka_177@mail.ru 

 

İqtisadi artımın  ən mühüm ünsürlərindən biri şüphəsiz ölkənin sahib olduğu kapital imkanlarıdır.  Ənənəvi iqtisadi 

ədəbiyyatda inkişafdan geri qalmış ölkələrdə bu geriliyin əsas səbəbi olaraq fiziki kapital imkanlarının çatışmamazlığı 

üzərində durulmuşdur. Çünkü ümumiyyətlə kapital dedikdə ilkin olaraq istehsalda birbaşa istifadə olunan maşın,dəzgah, 

təchizat v.s. ilə pul kimi dəyərlər nəzərdə tutulur. Amma muasir iqtisadi yanaşmalarda yaxşı hazırlanmış savadlı kadr, insan 

kapitalı istehsalda sadəcə  səmərəliliyin artmasına gətirib çıxaran bir amil olmaqla kifayətlənməyib, eyni zamanda yeni 

istehsal metdolarının, texnoloji kəşflərin ortaya çıxmasının əsas təkanverici qüvvəsi olaraq ələ alınır. 

İnsan kapitalı anlayışı iqtisadi ədəbiyyatda 1960- cı illərin  əvvəlində Schultz və Denisonun nəzəri və empirik tədqi-

qatlarıyla yerini almışdır. Bu tədqiqatlarda iqtisadi artımın bir hissəsi fiziki sərmayə ilə izah olunarkən, digər hissəsi də 

insan kapitalıyla izah edilmiş və "İnsan Kapitalı Nəzəriyyəsi" ortaya çıxmışdır. Schultz insan kapitalıyla əlaqədar əsə-rində 

iqtisadi inkişafdan geri qalmış ölkələrdə sosial-iqtisadi inkişafın önündəki ən böyük əngəlin fiziki sərmayə yetər-sizliyindən 

daha çox insan kapitalındaki keyfiyyət problemi üzərində durmuşdur. Buna görə insan kapitalına qoyulan investisiya 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

109 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

istehsalda artıma gətirib çıxarır. Bu nəzəriyyə ilkin olaraq təhsil və səhiyyə kimi 2 əsas amil üzərində durmuş-dur. 1980- ci 

illərin sonlarından etibarən təhsilli, sağlam və keyfiyyətli  əmək faktoru kimi qiymətləndirilən insan kapitalı iqtisadi artımın 

əsas təkanverici qüvvəsi olaraq ələ alınmışdır. Dünya bankı bu istiqamətdə bir sıra göstəricidən istifadə etməklə ölkələrə 

görə hər il dəyəri 0-1 arasında yer alan bir indeks- insan kapitlının inkişafı indeksi- hesablayır. 

İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan kapitalı istehsal 

prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə edilməsinə  gətirib 

çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq ifadə edilə bilər. 

İnsan kapitalının kəmiyyət göstəriciləri, yəni ölçüləbilirliyi bir sıra amillərə bağlı olaraq reallaşdırılır. Bu göstəri-cinin 

müəyyənləşdirilməsində,qeyd olunduğu kimi, ən çox təhsil üzərində durulur. Bu baxımdan insan kapitalının for-

malaşmasında mövcüd təhsil səviyyəsi ilə təhsilə yatırılan investisiyalar əsaslı amillər olaraq önə çıxır. Təhsil səviyyəsində bir 

sıra göstəricilərlə,  əsasən oxumaq-yazmaq səviyyəsi  ələ alınır.  İnvestisiya göstəriciləri isə maddi və maddi olmayan 

göstəricilər olmaqla ikiyə ayrılır. Maddi göstəricilər ümumilikdə təhsillə əlaqədar əmtəə xə xidmətlərə sərf oluna dövlət və 

özəl sektor xərcləri, insan kapitalının inkişafına sərf olunan xərclər yer alır. Buna görə maddi göstəricilər olaraq UDM-də 

təhsilin payı, tələbə-şagird başına təhsil xərcləri, şirkətlərin təhsilə ayırdıqları xərclər ələ alınır. Maddi olmayan göstəri-cilər 

olaraq isə işlə əlaqədar təhsil fəaliyyətlərində iştirak, təhsilə ayrılan zaman və s. kimi göstəricilər üzərində durulur.  

İnsan kapitalının keyfiyyətindəki artım yalnız təhsillə deyil, bu istiqamətə yönəldilən bütün xidmətlərin məcmusuyla 

əlaqədardır. Belə ki, səhiyyə, aktiv əhalinin payı, beyin köçü və s. kimi ünsürlər də insan kapitalına təsir edən amillər 

arasında yer alır. Səhiyyəyə bağlı olaraq insan kapitalının inkişafı qidalanma səviyyəsi, orta ömür müddəti kimi bir sıra 

göstəricilər çərçivəsində  ələ alınır. Beyin köçünə  gəlincə Lucasa görə bu hal köç verən yoxsul ölkələrdə yoxsulluğun 

davamlılığına gətirib çıxrmaqda, köç alan ölkə iqtisadiyyatlarının isə inkişafına gətirib çıxaran bir amil olaraq qiymətlən-

dirilir. Təbiidir ki,insan kapitalını  dəstəkləyəcək tədbirlər alınmazsa, bu kapitalın önəmli bir qisminin xaricə  çıxmasının 

qarşısını almaq mümkün olmayacaqdır. 

Məlumdur ki, İEÖ-lərdə informasiya texnologiyalarının (IT) istehsalı yüksək həcmdəki tədqiqat və inkişaf (R&D) 

xərcləri ilə dəstəklənir. Bu ölkələrdə tədqiqat və inkişaf (R&D) xərclərinin ÜDM-dəki payı 1.5-2% ikən, İEOÖ-lərdə isə bu 

nisbət 0.05%-in altındadır. Bunun məntiqi nəticəsi olaraq dünyadakı məcmu tədqiqat və inkişaf (R&D) xərclərinin 95%-ni 

İEÖ-lər, 5%-ni isə  İEOÖ-lər reallaşdırmaqdadır. Ayrıca  İEÖ-lərdə bu xərclərin  əsas hissəsi özəl sektor, İEOÖ-lərdə isə 

dövlət sektoru tərəfindən ayrılır. 

Bir ölkədə iqtisadi artımla insan kapitalı arasında funksiyonal bir münasibət, paralel bir əlaqənin mövcüdluğu bir çox 

tədqiqatda ortaya qoyulmuşdur. Mushkin apardığı emprik tədqiqatda iqtisadi inkişaf prossesində təhsil və səhiyyə sahə-sinə 

eyni müddət aralığında qoyulan investisiyaların müsbət təsirlərini ortaya qoymuşdur. Bu çərçivədə sağlam və təhsilli fərdlərin 

cəmiyyətdə istehsalçı  və istehlakçı olaraq daha rasional davrandıqları  təsbit edilmişdir. Ümumilikdə  təhsil iqti-sadi 

inkişafda mühüm bir faktor olmaqla birlikdə, Yaponiya və Almaniya nümunəsində olduğu kimi, inkişaf etdirilmiş insan 

kapitalına malik ölkələrin daha sürətli bir inkişaf trendinə girdiyi inkar edilməyən bir reallıqdır. Eyni şəkildə Asya 

Pələngləri olaraq adlandırılan ölkələrdən Maleziya, Tayland və C.Koreya da davamlı  şəkildə insan kapitalının inkişafına 

fokuslanmış siyasət yürutməklə bugünkü səviyyəyə gəlmişdir. 

Digər tərəfdən Barro kimi iqtisadçılara görə insan kapitalı baxımından güclü olan ölkələr texnologiyadan daha sə-

mərəli şəkildə istifadə etməklə məcmu istehsal amili səmərəliliyini daha çox artırmaqla iqtisadi artımı sürətləndirəbilər. Bu 

artımla  əldə olunan gəlir artımı hökümət tərəfindən təhsil, səhiyyə, mənzil təminatı, yoxsulluğa qarşı mübarizə, regio-nal 

disbalansla mübarizə kimi sahələrə yönləndirilirsə bu halda insan kapitalının səviyyəsi daha da artacaqdır. 

Nəticə olaraq yuxarıda da ümumi çərçivəsi ortaya qoyulan insan kapitalı ilə iqtisadi inkişaf arasındakı pozitiv əlaqə bir 

çox tədqiqatçı tərəfindən nəzəri və empirik çərçivədə ortaya qoyulmuşdur. Bu durum 20 ildən bir qədər çox müstə-qillik 

keçmişinə sahib olan Azərbaycan iqtisadiyyatı baxımından da çox mühüm bir məsələ olaraq qarşıda durmaqdadır. Belə ki, 

müstəqilliyin əldə edildiyi ilk illərdəki çətin iqtisadi situasiya, zaman içində "Əsrin Anlaşması" və digər neft müqavilələrinə 

bağlı olaraq yerini iqtisadi artıma buraxmış  və Azərbaycan sürətli iqtisadi artım tempi ilə son illərdə diqqət çəkən bir ölkə 

olmuşdur. Yalnız buna baxmayaraq bu hal resurs zəngini olan ölkələrdən biri kimi Azərbaycanın ən ak-tual məsələlərindən 

olan dayanıqlı iqtisadi artımın təmin olunması  məsələsinin həll olunması demək deyildir. Bu baxım-dan həm  ələ alınan 

nəzəri və empirik tədqiqatlar, həm də bir çox İEÖ-də keçmişdən bu günə  əldə edilən iqtisadi tərəqqidə insan kapitalının 

lokmotiv rolu danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan iqtisadiyyatında insan kapitalının inkişafı istiqamətində bugün 

atılan bir sıra strateji addımlar davam etməli, eyni zamanda məsələnin elmi əsaslandırılması istiqa-mətində sözü gedən 

tədqiqat və ölkə nümunələri diqqətlə  ələ alınmalı  və ölkə reallıqlarına uyğun inkişaf siyasəti davamlı  şəkildə 

təkmilləşdirilməlidir. 

 

 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin