Microsoft Word Materiallar Full


M.KAŞĞARİNİN “DİVANİ LÜĞƏT-İT-TÜRK”ƏSƏRİNDƏ FELİN ƏMR FORMASI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə285/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   281   282   283   284   285   286   287   288   ...   1149
M.KAŞĞARİNİN “DİVANİ LÜĞƏT-İT-TÜRK”ƏSƏRİNDƏ FELİN ƏMR FORMASI 

 

Aynur  XƏLİLOVA 

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

nigar_abbasova@bk.ru 

 

Əmr forması əmr,  məsləhət, xahiş, rica, nəsihət, çağırış, istək və s. məna çalarlıqlarını bildirir. Felin bu formasının 

özünəməxsus morfoloji göstəricisi yoxdur. Prof. B.Xəlilov  əmr formasının morfoloji strukturunu belə göstərmişdir: felin 

kökü + şəxs sonluğu + əmr intonasiyası. Məsələn: mən yazım, biz oxuyaq, siz gəlin və s. H.Mirzəzadə  də felin əmr 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

174 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

formasının  əmr, xahiş, rica və s. məzmunları ifadə etdiyini, xüsusi morfoloji əlaməti olmadığını, işin icrasının nisbətən 

gələcək zamanda olduğuna və şəxsə görə dəyişdiyini bildirmişdir. 

Qədim zamanlarda əmr formasının  şəxsə görə ifadə edilməsində  bəzi  şəkli  əlamətlər nəzərə çarpır ki, o əlamətlər 

müasir  ədəbi dilimizdə arxaik hesab edilir. XVIII əsrin  əvvəllərinədək bir qayda olaraq, əmr formasının ikinci şəxsin 

təkində  -gil, -ğıl  şəkilçisi artırılmışdır. Məsələn: Bəri gəlgil başım baxtı, evim taxtı (Kitabi-Dədə-Qorqud). Gəl, ey yanə, 

manə qılgil şəfaət (Fədai). (3-139) 

Bu misallardan aydın olur ki, felin əmr formasının sonuna gələn -gil, -ğıl şəkilçisi əsasən, damaq ahənginə tabe olaraq 

iki şəkildə işlənmişdir. -gilən, -ginən, -qınan, -gil, -ğıl şəkilçisinin mürəkkəb şəkli olan -gilən, -ginən şəkilçisi təxminən 

XVII əsrin ikinci yarısından sonra yazı dilində işlənmişdir. Bunlar hələ bu dövrdə bir müddət -gil, -ğıl şəkilçisi ilə paralel 

işlənmişdir. XVIII əsrdən başlayaraq -gil, -ğıl yazı dilində tamamilə zəifləyib itir, canlı danışıq dilində olduğu kimi, yazı 

dilində -gilən forması normallaşır. XIX əsrin bəzi şairlərinin dilində rast gəldiyimiz -gil, -ğıl şəkilçisi öz dövrünün ədəbi 

dilində normal hal sayılır.  -gilən  şəkilçisinin  əsas tərkibində geriyə assimlyasiya nəticəsində aldığı  -ginən  şəkli danışıq 

dilində, xüsusən  şərq qrupu dialektlərində geniş yayılması halları yerinə görə XIX əsr  şairlərinin dilinə  də  təsir etmişdir. 

Məs: Açginən şahbaze bir şəhər. Etginən cami eşqi malamal (Nəbati). 

Bu xüsusiyyət Bakı dialektində müşahidə edilir: Atova diginən uni gözləyirəm. (3-139)  

“Kəlsə kişi, atma anqar örtər külə” 

Bakkıl anqar edhgülügün ağzın külə” 

Yanına bir adam gəlsə, üzünə yanar kül atma, 

Ağzın gülərək ona yaxşılıqla bax. (2-DLT, I, 186). 

İlk sən barğıl = əvvəlcə sən get (2-DLT, I, 116). 

Kılğıl anqar oğurlık, Artut alqı anınğıl = Sən qılginən ehtiram, Hədiyyə al, hazırla (2-DLT, I, 175). 

“Divani lüğət-it-türk əsərindən gətirilən nümunələrdə felin əmr formasının morfoloji əlaməti olaraq -ğıl; -gil; -ginən; -

kıl variantlarına da rast gəlinir. Qalın ahəngli sözlərdə, qalın saitli morfoloji əlamətlər, incə ahəngli sözlərdə incə saitli 

morfoloji əlamətlərdən istifadə edilir. Bu fakt türk dillərinin ta qədimdən qrammatik qayda-qanunlarını qoruyub saxladığını 

sübuta yetirir və M.Kaşğari bunu əsərdə xüsusilə qeyd etmişdir. 

Bu bölmədə felin əmr şəkli iki hərfdən ibarətdir. Ona görə biz “iki hərfli” dedik. “bar”, “kəl” deyilir, “get və “gəl” 

deməkdir. Türklərin çoxu tərkibində ka olan qalın ahəngli sözlərdə  əmr  şəklində  tək halda sözə  -ğıl, sonunda -  ğ olan 

sözlərdə - kıl  şəkilçisi  əlavə edirlər. Sözə incə ahəngli olaraq [-gil]  şəkilçisi  əlavə edilir. “tağka ağkıl”, “əwgə kirgil”, 

“yarmak tərgil” (2-DLT, II, 66). 

Felin  əmr formasının  şəkilçisi kimi işlənənlərdən biri də  -əlim,  alım  şəkilçisidir. XX əsrin  əvvəllərinə kimi yazı 

dillində işlənən -alım, -əlim şəkilçiləri ardıcıl bir inkişaf xətti keçirməmişdir. Materiallar bu şəkilçilərin bütün dövrlərdə bir 

səviyyədə işləndiyini göstərmir. Müasir canlı danışıq dili də birinci ümumxalq dilinə nüfuz etmədiyini göstərir. Bu şəkilçi 

əsasən, iş  və ya hərəkətin iki və daha çox şəxs tərəfindən birlikdə görüldüyünü bildirir. Bu şəkilçiyə  həm orta əsr yazılı 

nümunələrdə, həm də “Divani lüğət-it-türk” əsərində də rast gəlinir.  

Sənin gövdənin yükünü xaçanadək çəkəlim və günilik şərbəti olalım (Vaqif), (3-140). 

Eyliyəlim cümləmiz tərki-ticarət gərək (Babayi-Əmir) (3-140). 

“Tünlə bilə köçəlim, Yamar suwın keçəlim, Tərk- qük suwın içəlim, Yawğa yağı uwılsun = Gecə ikən köçəlim

Yamar çayın keçəlim, Bulaq suyu içəlim, Yuxa yağı əzilsin” (2-DLT, II, 35). 

Əmr formasının morfoloji əlaməti olaraq işlənən -  ğıl, -gil, -ginən, -kıl, -alım,-əlim  şəkilçiləri müasir Azərbaycan 

dilində demək olar ki, işlənmir. 

Müasir Azərbaycan dilində felin əmr forması heç bir morfoloji əlaməti olmayan təsriflənən forması kimi göstərilir. 

Felin əmr formasının aşağıdakı xüsusiyyətlərinə diqqət yetirək. 

1)  Əmr forması şəxslər üzrə aşağıdakı qaydada dəyişir: 

Tək                                     Cəm 

I –ım 

4                                               



-aq

2

 



II –                                    -ın

4

 



III – sın

4                                            

-sınlar

4

 



“İlk sən barğıl = əvvəlcə sən get” (2-DLT, I, 116). 

Yuxarıda qeyd etdiyimiz bu nümunə  əsərdə  -ğıl morfoloji əlamətindən istifadə olunaraq işlənmiş, lakin Müasir 

Azərbaycan dilindəki variantı heç bir şəkilçi qəbul etmədən işlənmişdir. 

Katğu yağı yuwılsın = Qatı yağı yumşalsın (2-DLT, I, 430). 

Küçi anınq kəwilsün = Gücü onun azalsın (2-DLT, II, 42). 

Barsun naru kadhğura, Sattı məninq ayımı = Satdı mənim ayımı, Getsin hara istəsə (2-DLT, II, 204). 

Əsərin dilindən gətirilən nümunələrdə göstərildiyi kimi III şəxsin təkində müasir Azərbaycan dili ilə müqayisədə heç 

bir dəyişiklik yoxdur, çünki eyniylə -sın

4

 şəkilçisindən istifadə olunaraq felin əmr forması III şəxsin təkində formalaşaraq 



işlənmişdir. 



Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin