II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
175
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Otuz içıp kıkralım,
Yakar kopup səgrəlim,
Arslan layu kökrəlim,
Kaçtı sakınç, səwnəlüm
Üç dəfə içib qışqıraq,
Yuxarı tullanaq,
Aslan kimi kükrəyək,
Qaçdı kədər, sevinək (2-DLT, I, 198).
Yigitlərig işlətü,
Yığac, yemiş yığatu,
Kulan, keyik awlatu,
Bədhrəm kılqı awnalım
İgidləri işlədək,
Ağac, meyvə silkədək
Qulan, geyik ovladaq
Bayram edib ovunaq (2-DLT, I, 293).
I şəxsin cəminə dair işlədilən nümunələrdə orta əsr yazılı nümunələrində işlənən -alım, -əlim şəkilçisindən və
tı
4
şəkilçisindən istifadə olunmuşdur.
-alım, -əlim şəkilçisi müasir Azərbaycan dilində işlənməsə də, Türkiyə türkcəsində öz izlərini qoruyub saxlaya
bilmiş və hal-hazırda da I şəxsin cəminin şəxs şəkilçisi kimi işlənməkdədir. Digər şəkilçi olan -tı
4
şəkilçisi isə felin əmr
formasının I şəxsinin cəminin şəxs şəkilçi kimi deyil, yəni qrammatik şəkilçi kimi deyil, feldən fel düzəldən leksik şəkilçi
kimi dilimizdə işlənməkdədir. Əsərdə isə II şəxsin və III şəxsin təkində, I şəxsin cəminə dair nümunələrə daha çox rast
gəlinir.
2) Əmr formasının inkarı morfoloji yolla -ma
2
şəkilçisinin iştirakı ilə yaranır: oxunmasın, yazılmasın.
“Türk-kün tapun, tənqrigə boynamağıl,
Korkup anqar eyməkü oynamağıl,
Gecə-gündüz tanrıya tapın, boyun qaçırma
Ondan qorxub çəkinərək oynama. (2-DLT, III, 326).
Karşıp adın üdürmə = Ona qarşı çıxma, başqasını seçmə (2-DLT, III, 18).
Başlığ közüg yapsama,
Yaşı onun sawrukar,
Yaralı gözü qapama,
Onun yaşı fışqırar. (2-DLT, I, 312).
Dəniz olup taşma, Əlimdən gəlməyəcək işə tolaşma (4-106).
Sultan aydır vəzirə: Çok söyləmə,
Qarşı durub bana cavab söyləmə (4-49).
Dürtüşürkən ala köndərin ufanmasın! (5-30).
“Divani lüğət-it-türk” əsərində, o cümlədən digər türk dilli yazılı abidələri olan “Oğuznamə”, “Kitabi -Dədə Qorqud”
və “Mehri və Vəfa” əsərlərindən gətirilən nümunələrdə əmr formasının inkarı morfoloji yolla -ma
2
şəkilçisinin iştirakı ilə
yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, türk dilli əsərlərdə morfoloji yolla felin inkarlığının yaranması üstünlük təşkil
edir.
3) Felin əmr forması gələcək zaman məzmunu ilə bağlı olur. Çünki əmr olunan hər hansı bir iş gələcəkdə icra olunur.
“ Kuşka” etin, kəlsə kalı kutluğ yay,
Tün, kün keçə alkınur ödhlək bilə ay”
Qışa hazırlaş sən, gəlsə qutlu yay,
Gecə-gündüz keçərək başa çatar zamanla ay (2-DLT, I, 418)
Təgür məninq sawınu bilgələgə, ay = Çatdır mənim sözümü bilgələrə de. (2-DLT, III, 158).
Dostları ilə paylaş: |