Microsoft Word Materiallar Full


SECTION II  PHILOLOGICAL SCIENCES



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə282/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   278   279   280   281   282   283   284   285   ...   1149
SECTION II 

PHILOLOGICAL SCIENCES 

 

 

PHILOLOGY 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

172 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

GÖYÇAY ƏRAZİSİNDƏKİ BƏZİ MƏHƏLLƏ ADLARININ 

LİNQVİSTİK XÜSUSİYYƏTLƏR 

 

Aygün XƏLİLOVA 

Qafqaz Universiteti 



aygun_xelilova@mail.ru 

 

Azərbaycan dilinə  mənsub onomastik vahidlər, o cümlədən toponimlər dilimizin daxili qayda-qanunları  əsasında 



yaranır və formalaşır. Toponimlərin bir qolunu təşkil edən urbononimlər də bu cəhətdən maraqlıdır. 

Bəzi tədqiqatçılar ( T.Əhmədov, Q.Məşədiyev və b.) toponimlərin  əmələ  gəlməsində yalnız sintaktik üsulu qəbul 

edirlər. Bir çox dilçilərin qəbul etdiyi bölgüyə  əsasən və  əldə olunan materiallara görə toponimlərin üç üsulla əmələ 

gəldiyini söyləmək olar: 

1) leksik üsulla yaranan urbononimlər; 

2) morfoloji üsulla yaranan urbononimlər

3) sintaktik üsulla yaranan urbononimlər. 

Leksik üsulla yaranan urbononimlərə cəmi bir neçə adda təsadüf olunur: Hücrə, Şlanpa, Şoran.  

Morfoloji üsulla yaranan urbononimlərdə - lı  şəkilçisi fəal iştirak edir. Bu sözdüzəldici  şəkilçi olsa da, toponim 

yaradıcılığında mənsubluq, çoxluq, aidlik mənalarını ifadə edir. Əsasən  şəxs, tayfa, peşə, coğrafi obyekt bildirən sözlərə 

birləşərək müxtəlif mənalı urbononimlər əmələ gətirir: 

a) sadə  və mürəkkəb  şəxs adlarına qoşularaq həmin  şəxsin adını daşıyan antropotoponimlər  əmələ  gətirir: Sarxanlı, 

Hacısalmanlı, Qəfərli, Adgözəlli, Üsublu, Qaranəbili və s.; 

b) tayfa adları bildirən sözlərə birləşərək etnotoponimlər əmələ gətirir: Qaramazlı; 

c) peşə-sənət bildirən sözlərə birləşərək yaranan urbononimlər: Çöpçülülər, Pinəçili, Dəlləkli və s.; 

ç) şəhər adı bildirən sözlərə birləşərək yarananlar: İrəvanlı, Şamıxlı; 

d) digər sözlərə qoşularaq yaranan urbononimlər: Qaracanlı, Koxallı, Çuxurlu, Kahyalı, Sofnurullu, Baballı və s..    

- lar şəkilçili toponimlər də mənsubluq, aidlik bildirir. Əsasən şəxs ( Sofular, Əzizlilər, Aydəmirlilər, Balaşlılar və s.), peşə-

sənət ( Dəlləklər) və digər sözlərə ( Bambılılar) artırılaraq urbononimlər əmələ gətirir. 

- ha və - i formantlarına da təsadüf olunur: Haçərkəzli, Haislamlı, Qaraşili, Nöləli və s.. 

Sintaktik üsulla yaranan urbononimlər birinci və ikinci növ təyini söz birləşməsi modeli əsasında yaranmışdır. 

Birinci növ təyini söz birləşməli urbononimləri nitq hissələrinə  görə belə təsnif etmək olar: 

a) " isim + digər nitq hissəsi ": Baş ara, Sağsağan çərlədən və s.; 

b) " sifət + isim " modelli birləşmələr: Orta ara, Çökək məhəllə, Təzə məhəllə və s.; 

c) " zərf + isim " qurluşlu urbononimlər: Aşağı məhəllə, Aşağı baş, Yuxarı dərişdi, Yuxarı masırlı, Aşağı ara və s.. 

İkinci növ təyini söz birləşməli orbononimlər " isim + isim " modelinə uyğun gəlir: Osman uşağı, Alı uşağı, Qurban 

uşağı və s.. 

Bəzi urbononimlər mahiyyət etibarilə eyni anlamı ifadə etsə də forma etibarilə xeyli dəyişikliyə ugramışdır. Qaracanlı 

urbononimi sözün etimologiyasına müraciət etdikdə qarıncanlı ( çox yeyib içdiklərinə görə ) , Koxallı toponimi " kövrək 

xallı "( qorxaq cəsarətsiz)  Şamıxlı urbononimi Şamaxılı Şamaxı rayonundan köçüb gəliblər Şlampa urbononimi isə şlaqban 

sözündən yaranmışdır. 

 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin