II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
173
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
haqqında kağız) işlənməsini dəqiqləşdirmək üçün əlavə kontekstə ehtiyac olur: “Həsrət qara kağızları toplayıb tulladı, sonra
stolun gözündən bir topa ağ kağız və qələm çıxarıb əvvəlcə divanın üstünə qoydu”.
Müxtəlifsistemli dillərin, konkret olaraq Azərbaycan və ingilis dillərinin materialları əsasında sifətlərin
çoxmənalılığının müqayisəli şəkildə öyrənilməsi üçün bir sıra çoxmənalı sözlərin Azərbaycan və ingilis dillərində
işlənməsinə aid nümunələri təhlil edək.
Azərbaycan dilində “təmiz” sözü aşağıdakı mənalarda işlənir: 1) təmizlənmiş, yuyulmuş, silinmiş – təmiz paltar; 2)
qırxılmış, taraşlanmış – təmiz üz; 3) iltihabı, çirki olmayan – təmiz yara; 4) təmizlənmiş, arınmış – təmiz düyü; 5) tutqun
olmayan, buludsuz, açıq – təmiz səma; 6) yazılmamış, istifadə olunmamış – təmiz dəftər; 7) nəfəsalma, orqanizm üçün
zərərli qarışıqları olmayan – təmiz hava; 8) tərkibində qarışığı olmayan, xalis – təmiz yun; 9) ləhcə, dialekt ünsürləri
olmayan, ədəbi dil normasına uyğun – təmiz nitq; 10) yalan, kələk olmayan – təmiz hesab; 11) tələb olunan səviyyədə
görülmüş, qüsursuz – təmiz iş; 12) qəbul olunmuş qaydalara əsasən vaxtından əvvəl qazanılmış – təmiz qələbə; 13) ləkəsiz,
pak – təmiz vicdan; 14) namuslu, əxlaqlı – təmiz qız.
Azərbaycan dilində “təmiz” sifətinin qeyd olunan mənalarının ingilis dilində necə və hansı sözlərlə ifadə olunmasını
nəzərdən keçirək. Belə ki, ”təmiz” sözü “çirklənməmiş, yuyulmuş, silinmiş” mənalarını özündə birləşdirən ingilis dilindəki
“clean” sözünün əsas mənası ilə adekvatdır. Məsələn; təmiz əllər – clean hands; təmiz otaq – clean room; təmiz nimçə -
clean plate. Təbii ki, bu kimi birləşmələr də adekvat tərcüməyə uyğun gəlir. Bu nümunələrdə “təmiz” sözünün ifadə etdiyi
keyfiyyət və əlamətdə məna fərqləri vardır. Ən incə məna çalarlarını nəzərə almasaq, verilmiş birləşmələrdə “təmiz”
sözünün məna fərqinə görə aşağıdakı kimi ayrılması aparıla bilər:1) çirkli olmayan, yuyulmuş mənası: təmiz paltar – clean
dress; təmiz əllər – clean hands; 2) Yığışdırılmış, səliqəli mənası: clean room – təmiz otaq; clean street – təmiz küçə və s.
Suyun bulanıq və ya şəffaf olması anlamı Azərbaycan dilində “təmiz su” birləşməsi ilə ifadə edilir. İngilis dilində isə
həmin mənanın verilməsi üçün “clear” sifəti işlənir: Clear water (təmiz su). Clear water of the lake – gölün təmiz (şəffaf)
suyu. “Təmiz şüşə” və ona adekvat götürülən “şəffaf şüşə” birləşmələrindəki məna da ingilis dilində “clear” sifəti ilə
ifadəsini tapır: clear glass. “Qarışıq, xalis” məna dilimizdə “təmiz” sözü ilə ifadə olunur: təmiz qızıl, təmiz gümüş. Bu
birləşmələrdə “təmiz” sözünün daşıdığı məna ingilis dilində “clean” sifəti ilə verilir: clean gold, clean silver. Azərbaycan
dilində “aydın, işıqlı, buludsuz” mənasında işlənən “təmiz səma, təmiz gün” ifadələri ingilis dilində “clear sky, clear day”
kimi işlənir. Qeyd edək ki, Azərbaycan dilində həmin anlamı, yəni həmin mənanı “təmiz” sözü ilə sinonim olan “aydın”
sifəti ifadə edir: aydın səma, aydın gün. Azərbaycan dilində “yaxşı yerinə yetirilmiş, düzgün vurulmuş” mənası da “təmiz”
sifəti ilə ifadə olunur. Məsələn; təmiz zərbə. Bu birləşmə ingilis dilində də vardır: clean stroke, clean blow
İngilis dilində qeyd olunan sifətlər başqa mənalarda da işlənir: 1) Radioaktiv və qarışığı olmayan; clean bomb; 2)
bütöv, tam kəsmə; clean cutting; 3) hamar, düz; clean coast – düz, hamar sahil.
Omonimlik sözlərin çoxmənalılığı ilə yaxın olub, bir çox hallarda çoxmənalılığın aradan qalxmasının nəticəsi kimi üzə
çıxır. Omonimlik leksik, morfoloji, leksik-qrammatik olmaqla üç yerə bölünür. Leksik omonimlər eyni nitq hissəsinə aid
olan, yazılışları fərqlənməyən, lakin mənaca tam müxtəlif sözləri əhatə edir. Bu cür sifətlər azlıq təşkil edir. Araşdırmalar
göstərir ki, dilin qədim dövrlərinə aid sözlərdə sifətlərin leksik omonimliyi müasir dilə nəzərən çoxdur. Məsələn:
Azərbaycan dilindəki “qara” sözü vaxtilə “böyük, hündür, geniş” mənasında, bu gün isə rəng mənasında işlənir. Sifətlərdə
morfoloji omonimlik leksik omonimliyə nəzərən daha çoxdur. Məsələn; qızıl (metal), qızıl (qırmızı); göy (rəng), göy
(səma);candid (ürəyiaçıq), candid (açıq, aşkar); blithe (şən, şad), blithe (qayğısız). Leksik-qrammatik omonimlər konversiya
nəticəsində meydana çıxmaqla yanaşı, substanstivləşmə hadisəsinin nəticəsi kimi özünü göstərir. Bu cür omonimlər ingilis
dilində daha çoxdur. Məsələn; bitter (acı), bitterness (acılıq); bestial (vəhşi, kobud), bestiality (vəhşilik, kobudluq); ample
(kifayət qədər, kafi), amplification (gücləndirmə, gücünü artırma) və s.
Sifətlərin çoxmənalılığı sahəsində apardığımız araşdırmalardan belə nəticəyə gəldik ki, Azərbaycan dilində “təmiz”,
ingilis dilində “clean” sözləri müəyyən cüzi fərqləri nəzərə almasaq, demək olar ki, eyni mənaları ifadə edir. Sifətlərin
omonimliyindən bəhs edərkən qeyd edək ki, hər iki dildə morfoloji omonimlər üstünlük təşkil edir. Leksik-qrammatik
omonimlər isə ingilis dilində daha çoxdur.
Dostları ilə paylaş: |