II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
342
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yoldan çıxaran, aldadıb namusunu və şəxsiyyətini tapdalayan İsfahan lotusu Şeyx Nəsrullahın iç üzünü açan təsirli
sözlərinə inanmaq istəmirlər.
Şeyx Nəsrullah obrazı ilə ''Ölülər''də bütövlüklə yalançı, fırıldaqçı din xadimlərinin əməlləri ümumiləşdirilir. O
şəhərə gələrkən özünü tam bir din xadimi kimi qələmə verir. Və əhalini ölüləri diritmək kimi bir vergiyə sahib
oldugunu iddia edir. Təəssüf ki, onun ''ölü diriltmək'' oyunu əsasında qurduğu planın bir çox məqamları baş tutur.
Lakin böyük çətinliklə olsa da, nəhayət, İsgəndər qatı fanatizm cəbhəsini yararaq Şeyx Nəsrullahı ifşa edə bilir.
Bütün yaradıcılığında olduğu kimi ''Ölülər''də də Mirzə Cəlili ''müsəlman qardaşları'' ın bir çox sosial,mədəni
sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi,eybəcərliyi, habelə onların bu
vəziyyətdən qutarmaları, ag günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi. Ədib acı
həqiqətlərdən şirin xəyallar naminə danışırdı. Belə olmasaydı, heç onun narahatlıq və təşvişinin də mənası olmazdı.
Nə dini xürafat, savadsızlıq, qəflət yuxusunda ''ölülük'' dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbəlayı
Fatma, Hacı Kərim barədə acı atmacaların xeyri olardı, nə də səhərdən axşama kimi evdə oturub anasından
''bozbaş bişirmək dərsi'' alan, günün işığından, bağçanın ətrindən binəsib qalmış ''gözəl Nazlı'' barədə qəmli
şikayətlərin. Nə müqəddəslik pərdəsi altında camaatın ''başını piyləyən'' rəzil, əxlaqsız Şeyx Nəsrullah, nə də ''biçarə''
həmvətənlərinin dərdindən şəraba qurşanıb ''ölülər'' dünyasına matəm marşı oxuyan İsgəndər barədə yanıqlı
səhnələrin...
Doğrudan da, ''Ölülər'' ədibin oğul məhəbbəti ilə sevdiyi Haci Həsənlərin, Kərbalayı Fatmaların qayğıları, sıxıntı
və məhrumiyyətləri haqqında, vətənin gözəl, ağıllı, qeyrətli övladlarının - isgəndərlərin, nazliların işıqlı mənəvi aləmi
haqqında, dərdləri, xəyalları, arzu və diləkləri haqqında faciədir; təravətini bugün də saxlayan bir faciə!
Dostları ilə paylaş: |