ÖLÜLƏR"DƏN XATİRƏ
Zeynəb AŞURBƏYLI
Qafqaz Universiteti
ashurbeyli@inbox.ru
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə,Naxçıvan şəhərində anadan olub. 1873-1878-ci illərdə təhsil aldığı
mollaxana məktəbində ərəb və fars dillərini öyrənmişdir. Sonra, Naxçıvan şəhər üçsinifli məktəbində ibtidai təhsil
alır. 1887-ci ildə isə Qori Müəllimlər seminariyasını bitirir.
Cəlil,1887-1897-ci illər arasında Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olur.1889-cu ildə Baş Noraşendə ''Çay
dəsgahı'' adl alleqorik dramini yazmaqla bədii yaradıcılığa başlayır. 1897-1903 illər arası İrəvan və Naxçıvan hüquq
orqanlarında qısamüddətli fəaliyyət dövrü keçirir. 1903-cü ildən Tiblisdə nəşr edilən ''Şərq-i Rus'' qəzeti
redaksiyasında işləmişdir. İlk mətbu əsəri olan ''Poçt qutusu'' bu qəzetdə dərc edilmişdir.
Azərbaycanda onu müxtəlif adlarla taniyirlar. Cəlil Məmmədquluzadə-Kiçik hekayənin böyökustadi,
qüdrətlidramaturq, azərbaycançılıq ideoloqiyasinin yaradıcılarından biri,''Molla Nəsrəddin'' ədəbi məktəbinin,tənqidi
realizmin banisi kimi geniş şöhrət almışdır.
Molla Nəsrəddin-bu ad Mirzə Cəlilin ədəbi təxəllüsünə çevrilmişdir. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan,
təkçə Azərbaycanda deyil,bütün Şərqdə birinci satirik və rəngli karikaturalı mətbuat orqanı olan məşhur ''Molla
Nəsrəddin'' jurnalının redaktoru olmuşdur. Bu adda həmçinin Cəlil Məmmədquluzadə də casarəti, müdrikliyi və
hazırcavablıq kimi keyfiyyətləri əks etdirir.
Mirzə Cəlil- bu adı ona xalq vermişdi. Yeni ədəbi məktəb yaratması, mübariz bir jurnala böyük bacarıqla
rəhbərlik etməsi yazıçımıza Mirzə Cəlil adını daşımaq şərəfini bəxş etmişdir.
Ədib,həm də böyük demokrat kimi tanınir.Onun müstəqillik və demokrasiya uğrunda mübarizəsi Azərbycanda
demokratik proseslərin gedişatına ciddi təkan vermişdi.Onun yaradıcılığı gələn hər yeni nəsil üçün müstəqillik,
azərbaycanciliq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir.
Eyni zamanda Mirzə Cəlil milli ədəbiyyatın inkişafında misilsiz xidmət göstərmiş dramaturq idi. 1909-cu ildə
tamamlanan ''Ölülər'', yetişib kamala çatmış realist bir sənətkar dühasının yaratdığı möcüzəyə bərabər əsərdir. Bu
əsər Azərbaycan dramaturgiyasının nadir və bənzərsiz nümünəsidir. Cəhalət və mövhumat əsarətindən xilas üçün
yazılmış,son dərəcə dərin təsir gücünə malik bir əsərdir. ''Ölülər'' bütövlükdə türk-müsəlman dünyasında, o cümlədən
Azərbaycanda mənəvi buxovları, əsarəti və fanatizmi böyük cəsarətlə yıxıb uçuran dahiyanə əsərdir. Əsərdəki Kefli
İsgəndər obrazı 20-cı əsrin əvvələrində Azərbaycan cəmiyyətində nəzərə çarpan milli ziyalı təbəqəsinin
ümumiləşmiş obrazıdır. Ali təhsil almış İsgəndər ətrafında baş verən hadisələri dərindən dərk edir və bütün bunları
həmvətənlərinə çatdırmaq üçün var qüvvəsi ilə ciddi cəhd göstərir. Lakin fanatizmin dərin girdabına düşmüş ''şəhər
əhli'' onu anlamaq səviyyəsində deyil. ''Diri ölülər'' İsgəndərə dəli kimi baxır, onun adamları ''ölünü diriltmək''adı ilə
|