İkinci makale de (102-ci numaradakı) "Osmanlı mektubatı" köşesinde yayınlanmış olup "İttihat ve Terakki cemiyeti"
seçiminde izlenen metod bu makalede de aynen uygulanmıştır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
344
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1.sütun
vech, mamalik, bihakka - 2.satır
izam, nakat - 5.satır
tavsi - 6.satır
binaenaleyh - 7.satır
keza - 20.satır
maade - 22.satır
taali - 37.satır
intihab - 59.satır
ezcümle - 60.satır
mübaşeret - 64.satır
2. sütun
müteaddid - 14.satır
vuku - 16.satır
müteferrik - 27.satır
temşişe - 34.satır
bilfiil - 36.satır
kari - 38.satır
lehv ve lab - 45.satır
havende ve nevazende - 47.satır
huvefazi ve nutevayyir - 58.satır
evsat - 59.satır
müteaddid - 60.satır
3.sütun
ruzname - 17.satır
siruze - 21.satır
mevad - 23.satır
tadad - 24.satır
teali - 37.satır
müstefid - 50.satır
nigehban - 57.satır
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
345
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İNGİLİS DİLİ VƏ ƏDƏBİYYATI
OSMANLI DÖVRÜ ŞEİRİNİN TƏRCÜMƏ VƏ TƏDQİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ
Ali BEREKET
Qafqaz Universiteti
abereket@qu.edu.az
Şeir Osmanlı dövründə ədəbi-mədəni intibahın yaranışında və onun təkamül yolunda mühüm rol oynamışdır. Osmanlı
dövrü türk poeziyasının ingilis şərqşünaslığında tədqiqi Osmanlı düşüncə tarixində şeirin ictimai, mədəni və ədəbi
dövriyyədə mühüm təsiredici rolu olduğunu göstərir. Osmanlı ədəbi-estetik konsepsiyasının Qərbi Avropa, o cümlədən
ingilis şərqşünaslığında öyrənilməsi və onun bir çox tarixi hadisələrlə, xüsusilə Osmanlı imperiyasının dünyanın siyasi
xəritəsində qazandığı möhtəşəm güc-qüdrəti ilə əlaqələndirilməsi Osmanlı şeirinin Qərbi Avropa, eləcə də, ingilis
şərqşünaslığında xüsusi yer tutduğundan xəbər verir.
İngilis ədəbiyyatı tarixində XVI yüzilin görkəmli xadimi, şair və tənqidçisi Ser Filip Sidney şeirə və şairlərə
ittihamların tüğyan etdiyi bir dövrdə özünün “Poeziyanın müdafiəsi” adlı elmi əsərində türklərin şeirlə möhtəşəm ədəbiyyat
yaratdığını söyləmişdir.
Qərbi Avropa habelə ingilis şərqşünaslığında türk poetik təfəkkür tarixinin öyrənilməsi və onun ictimai-siyasi, əxlaqi
məfkurəli əsərlərinin tərcüməsi və tədqiqi daha çox XVII yüzildən başlayaraq, müasir günlərimizədək ciddi müzakirələrin
hədəfinə çevrilmişdir. 1688-ci ildə fransız şərqşünası Antoni Qallandın “Della Litteratura de Turchi” adlı əsərində
osmanlıların həm də böyük şair xalq olduğunu söyləməsi, qədim köklü türk şeirinin daha diqqətlə öyrənilməsinə yeni iz
açmışdır. Böyük Britaniyada qorunub saxlanılan “Türk əlyazmaları kataloqu” (“Catalogue of Turkish Manuscripts”) isə
Osmanlı şeirinin ingilis dilinə tərcüməsi və araşdırılmasında mühüm rol oynamışdır.
Osmanlı dövrü şeirinin ingilis dilinə tərcüməsi və bu haqda araşdırmaların aparılması müsbət cəhətləri ilə diqqəti cəlb
edir. Bu tərcümə və araşdırmalar dünya tarixində mühüm yeri ilə seçilən türk ədəbi-mədəni, poetik mənəvi sərvətinin ingilis
ədəbi çevrələrinə çatdırılmasında mühüm rol oynamışdır.
Ədəbi əlaqələrin inkişafında mühüm vasitəyə çevrilən – Osmanlı şeirinin ingilis dilinə tərcüməsi ilə Osmanlı şeirinin
tarixinin öyrənilməsində çoxçeşidli tərcümə örnəkləri yaradıldığını söyləmək olar.
Bir sıra ingilis mütərcimləri və tədqiqatçılarının çevirmə və tədqiqat işlərində üzləşdiyi bir problem də Osmanlı
dövründə yazılmış əsərlərin orijinalının vəziyyəti ilə əlaqədardır. 1 noyabr 1928-ci ildə latın əlifbasına keçidlə əlaqədar ilkin
Osmanlı mətnləri redaktə ilə müasir türkcəyə transformasiya olunmuşdur. Beləliklə, redaktə edilmiş mətnlərin orijinal
mətnlər olmadığı tərcümə və tədqiqat işinə mənfi təsirini göstərmişdir.
İngilis şərqşünaslığında Osmanlı şeirinin məzmun və mündəricəsinə gəlincə onun bütövlükdə məhəbbət şeiri olduğunu
qeyd edən araşdırıcılar fikirlərində haqlıdırlar. Lakin “şəhrəngiz” adlandırılan şeirlərlə yaraşıqlı gənc oğlanların
portretlərinin yaradılması haqqında ingilis şərqşünaslarının açdığı müzakirələr türk dünyasında kişilərə elan olunan “eşq”
kimi yanlış fikirlərin təbliği hesab edilməlidir.
Azərbaycan ədəbiyyatı sahəsinə aid Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin həyat və
yaradıcılığının ingilis şərqşünaslarından E.C.V.Gibb, E.Braun və başqaları tərəfindən tədqiqi həm də ingilis elmi ədəbi
çevrələrində Azərbaycan şeirinin Osmanlı dövrü poeziyasına təsirini izləməyə mühüm yer rolu olduğunu söyləməyə zəmin
yaradır.
Klassik poeziyanın Azərbaycan əsilli Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi görkəmli
şairlərin Osmanlı şeirində tutduğu mövqe və təsir gücü haqqında ingilis şərqşünaslığının təhlil və tədqiqləri eyni ruh və
mənəviyyatı təmsil edən poeziyanın təmsilçilərinin ədəbi əlaqəsinə işıq tutur.
İngilis şərqşünaslığı araşdırmalarında marağın daha çox XIX yüzilin sonlarında artdığı və XX yüzildə geniş vüsət
almış Osmanlı şeirinin ürəkləri fəth etdiyi göstərilmiş və ədəbiyyatların müqayisəli şəkildə öyrənilməsində Osmanlı şeirinin
geniş imkanlarından istifadə olunması zəruriəti bildirilmişdir.
Qərbi Avropa, o cümlədən ingilis şərqşünaslarının Osmanlı türk şairləri haqqında araşdırmalarını daha çox
təzkirələrdəki məlumatların bir növ təkrar edilməsi kimi qəbul etmək düzgün olmazdı. Çünki təxminən 700 illik tarixə
malik olan Osmanlı imperiyasında yaranmış mədəniyyət və ədəbiyyat ingilis şərqşünaslığının tədqiqat obyekti kimi diqqəti
çəkir. Osmanlı dövrü şeirində “insan amilini” tədqiq edən bir sıra şərqşünas alimlər, o cümlədən Miçel Miklin, Uolter
C.Əndrus və başqaları Osmanlı şeirindəki aşiq obrazının həyatiliyi və reallığı haqqında aydın təsəvvür yaratmışlar.
Osmanlı dövrü şeirinin araşdırılması keçmişə səyahət, kimi də dəyərləndirilir. Bu, əslində, müasir müqayisəli
ədəbiyyatşünaslıqda qeyd etdiyimiz arealın daha elmi və əhatəli şəkildə öyrənilməsinə yeni imkanlar açır.